Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1532/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2127/2023 nömrəli, 29 noyabr 2023cü il tar ixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X18 xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Faktiki ayrı yaşasalar da, aralarında olan nikah pozulmamışdır.
2. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0,09 ha torpaq sahəsi ümumi birgə X1, X3, X2, X10 və X11 adına və həmin torpaq sahəsi üzərində tikilmiş 149.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış dır.
3. Mübahisəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük dövlət qeydiyyatına alınmışdır. 4. "xxxx" ASC mübahisəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ipoteka yüklülüyündə olaraq satılmasına etiraz etməmişdir.
5. X4, X8, X5, X19 və X20 mübahisəli fərdi yaşayış evini 19 fevral 2015-ci il tarixdə Cavabdeh satmışlar.
6. Bakı şəhəri Suraxanı rayonu İHB-nin Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Cavabdeh ailəsi ilə birlikdə Bülbülə qəsəbəsi 3-cü mədən 97 saylı evin yanında tikilmiş fərdi evdə qeydiyyatsız yaşayır: İddiaçı, X6, X13, X9, X12.
7. Cavabdeh Xaçmaz rayonu Armudpadar kəndində yerləşən fərdi yaşayış evini birgə nikah dövründə əldə etmiş və hazırda ev faktiki olaraq onun istifadəsində olmuşdur. Lakin o, daşınmaz əmlakı dövlət reyestr xidmətində müvafiq qaydada qeydiyyatdan keçirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2018-ci il təvəllüdlü qızı X7 ilə birlikdə Xaçmaz rayonu Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh onu uşaqla birlikdə evdən çıxarmış və bir daha evə buraxmamışdır. Halbuki, cavabdehlə birlikdə fərdi yaşayış evindən istifadə etməklə təsərrüfat aparmış və həmin ev onun daimi yaşayış yeri ol muşdur. Cavabdeh tərəfindən qeyri-qanuni olaraq azyaşlı uşaqla birlikdə yaşayış yerindən məhrum edilmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatı barədə reyestrdə əmlak qeydiyyatdan keçəndən sonra birgə nikah dövründə əldə olunmuş sayılır. Əmlak dövlət reyestrində qeydə alınmamış, əmlak mülkiyyətçisinin adından "xxxx" ASC-də lizinqdə olmuşdur.
11. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-750/2023 nömrəli iş üzrə 11 avqust 2023cü il tarixli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi təmin edilərək, İddiaçı azyaşlı uşağı xx.xx.2018-ci il təvəl lüdlü X7 ilə birlikdə Cavabdeh faktiki məxsus olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq mövcud olmuş, iddiaçı cavabdehlə ailə qurduqdan sonra uzun müddət həmin evdə yaşamışdır. Hazırda mübahisəli fərdi yaşayış evi cavabdehin adına dövlət qeydiyyatından keçməsə də, iş materialları ilə sübuta yetirilmişdir ki, həmin ev faktiki olaraq cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı ilə cavabdeh rəsmi nikah münasibətlərində olmuş və mübahisəli daşınmaz əmlak da, birgə nik ah dövründə əldə edilmişdir.
13. Məhkəmə xüsusilə vurğulamışdır ki, iddiaçının iddia tələbi daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının əldə edilməsi, əmlakdan payının müəyyən edilməsi ilə bağlı olmamışdır. Hazırki iddia tələbi evə köçürmə ilə bağlı olduğundan, daşınmaz əmlakın ipoteka ilə yüklü olmasına hər hansı bir təsir göstərməmiş və üçüncü şəxsin maraqlarına toxunmamışdır.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş) 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh ape llyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1996-cı ildə onlar ünvan 1 ünvanında yaşamağa başlamışlar (hər ikisi həmin ünvanda qeydiyyatdadırlar). Bir il sonra Bakı şəhəri, Suraxanı qəsəbəsi, Bülbülə qəsəbəsi, 3-cü mədən, 97 saylı fərdi yaşayış evinə köçmüşlər. 2004-cü ildə işi ilə əlaqədar olaraq Xaçmaz şəhərinə köçmüş, həyat yoldaşı isə uşaqlarla birlikdə qeyd etdiyi ünvanda yaşamaqda davam etmişlər. İddiaçı ilə münasibətləri gərgin olduğundan demək olar ki, bir yerdə yaşamamışlar, nikahları isə formal xarakter daşımışdır. 8 iyul 2019-cu il tarixdə iddiaçıya qarşı nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi tərəfindən onlara barışıq üçün 3 ay vaxt verilmiş, bu müddət ərzində uşaqlara xatir cavabdehlə barışmışdır. Lakin bu barışıq kağız üzərində olmuş, yenə ayrı yaşamaqda davam etmişlər. Sonradan başa düşmüşdür ki, iddiaçını ailə, uşaq yox, yalnız və yalnız onun mülkləri maraqlandırmışdır. İddiaçı Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evində heç vaxt yaşamamış və mübahisəli evdə ona məxsus hər hansı bir əşya olmamışdır. Həmçinin, iddiaçının Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Mübahisəli fərdi yaşayış evi onun adına dövlət qeydiyyatından keçməmiş və "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2127/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli fərdi yaşayış evi cavabdehin adına dövlət qeydiyyatından keçməsə də, həmin evin faktiki olaraq birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halı olmuşdur. Mübahisəli ev faktiki olaraq birgə nikah dövründə əldə edildiyindən, iddiaçı evdə normal şərtlər daxilində yaşamaqla ondan faydalandığı kimi, bərabərlik prinsipinə uyğun olaraq bu evdə yaşamaq hüququ olduğundan, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli evə köçürülməsinə dair iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası, sözügedən evin lizinqdə olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, həmin dəlil iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakdan istifadəsinə (köçürülməsinə) hər hansı məhdudiyyətin yaranmasına səbəb ola bilməz.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29, 32, 33, 37-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" ASC ilə notarial qaydada bağlanmış müqavilə əsasında fərdi yaşayış evinə köçmək, qeydiyyata düşmək, həmçinin yetkinlik yaşına çatmayan uşaqlarını həmin evə köçürmək ixtiyarına malik ola bilərdi. Məhkəmələr fərdi yaşayış evinin mülkiyyətçisini işə cəlb etmədən onun hüquq və vəzifələrinə dair məsələni həll etmişlər.
23. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 228-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı ərizə təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Mad də 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
31. Maddə 29.1. Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir.
32. Maddə
32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri h esabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
33. Maddə 33.1. Ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
34. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlak ının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Kons titusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumil ikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli 2(105)-2127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.