Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1532/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-758/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəy ə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçılar İddiaçı2 və İddiaçı3 digər İddiaçı1 övladları, Cavabdeh1 isə İddiaçı1 qardaşıdır. İddiaçı Əliyeva X8 Respublikasının vətəndaşıdır. Belə ki, iddiaçılar İddiaçı1 xx.xx.2019-cu il tarixdən, İddiaçı2 xx.xx.2020-ci il tarixdən və İddiaçı3 xx.xx.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir;
3. İddiaçı1 xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır;
4. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/107, 02/114, 02/115, 02/210 nömrəli müqavilələr imzalanmışdır. xx.xx.2024-cü il tarixli 02/107 nömrəli müqaviləyə əsasən “Əmlak mü lkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC -yə təhvil verməyi öhdəsinə götürür;
5. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 52.48 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürür;
6. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/115 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı n Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürür;
7. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/210 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li a rayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 47.89 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürür; İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49-a köçürülməsi, həmin evin həyətyanı sahəsinin və faktiki mövcud olan bütün tikililərinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, 47/49da yerləşən ev mərhum valideyinləri nə məxsus olmuşdur. Valideyinlərinə məxsus həmin evdə xx xxxxxx 1958-ci ildə o, 08 avqust 1964-cü ildə isə qardaşı Cavabdeh1 dünyaya gəlmişlər. Onlardan başqa iki bacısı da onlarla birlikdə həmin evdə doğulmuş və böyümüşlər. Ümumiyyətlə ailədə üç bacı, bir qardaş olmuşlar. İki bacısı ailə qurduqdan sonra Bakı şəhərinin müxtəlif ünvanlarında ailələrinə məxsus evlərdə yaşayırlar. Valideyinlərindən atası-X10 - 2008-ci ilin aprelin 7-də, anası-X7-2007-ci ilin iyul ayının 23də vəfat etmişlər. Onlar vəfat etdikdən sonra həmin evdə o, iki qızı və mərhum əri, həmin iş üzrə cavabdeh qardaşı Cavabdeh1, onun arvadı və üç uşağı yaşamış və yaşamaqdadır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, qızlarının Türkiyə vətəndaşları ilə ailə qurmaları səbəbəbindən ilin əksər hissəsini Türkiyədə yaşayırlar. Hər ik i qızı ilin əksər hissəsini Türkiyə Respublikasında yaşamaları səbəbindən o, da ilin çox hissəsini Türkiyədə yaşamalı və işləmək məcburuyyətində qalmışdır. O,və hər iki qızının Türkiyədə yaşamasından sui- istifadə edən qardaşı Cavabdeh1 ailəsi ilə birlikdə doğulub böyüdüyü və hər iki qızı ilə yaşadığı evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, ona və qızlarına məxsus evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə Türkiyədən vətənə qayıdıb daimi qeydiyyatda olduğu və yaşadığı evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin ona faktiki olaraq yaratdıqları süni maneə nəticəsində həmin evin həyətinə girə bilməmişdir. Bütün cəhdləri nəticəsiz qalmışdır. Cavabdeh olan doğma qardaşının Cavabdeh1 ona qarşı yaranmış ögey və qeyri adekvat münasibətin səbəbini aydınlaşdırdıqda ona məlum olmuşdur ki, həm qardaşı ilə birlikdə yaşadıqları atadan qalma ev, həm də qonşu əraziləri özəl tikinti şirkəti Cavabdeh2 MMC tərəfindən alınması və yerində hündür mərtəbəli binalar tikilməsi həyata keçirilməsi planlaşdırılmışdır. Bu barədə Cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onları xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəyir. Bakı şəhərində doğulmuş və böyümüş, əslən Bakılı olan və Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilmir. Hər dəfə gələndə oteldə qalmaq məcburiyyətindədir. Doğma qardaşının varlanmaq niyyə ti, ona çatası paya sahib olmaq istəyi və tamahı onun sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşınalığı onun həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdalamışdır. Hesab etmişdir ki, pozulmuş hüquqlarının bərpa olunması üçün onun Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, ev 47/49-a köçürülməsi, həmin həyət evinin və həmin evin həyətyanı sahəsinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməlidir.
10. Cavabdeh1 iddiaya etiraz təqdim etməklə iddianın rədd edilməsini xahiş etmiş və etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı həm Azərbaycan Respublikasının, həm də Türkiyə Respublikasının vətəndaşıdır. Türkiyə Respublikasında da ikinci ailə həyatı qurmuşdur. Mübahisələndirilən ünvand a isə iddiaçı ailə qurduqdan sonra heç vaxt yaşamamış və özünün ər evinə köçmüşdür. İddiaçı iddia ərizəsində bildirir ki, qızlarının Türkiyədə ərə getməsi ilə bağlı orada yaşamaq məcburiyyətində qalmış və Bakıya qayıtdıqda isə guya onun tərəfindən evə buraxılmadığını bildirmişdir. İddiaçının Bakı şəhəri, Azadlıq prospektində xüsusi mülkiyyətində olan mənzili olmuşdur və həmin mənzildə yaşamışdır. Həmin mənzil 2021-ci ilin aprel ayında iddiaçı tərəfindən satılmışdır. İddiaçı guya mübahisəli evə mütəmadi gəldiyini bildirirsə, onda həmin həyət evinin hansı hissəsində yaşadığını, orada təsərrüfat apardığını göstərə bilməz. Çünki həmin evdə iddiaçıya məxsus hər hansı bir gündəlik istifadə olunan məişət predmeti belə mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu həyət evləri özbaşına tikilidir, şəx si vəsaiti hesabına həmin tikililəri ərsəyə gətirmişdir.
11. Sonradan İddiaçı1 vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
12. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh2 MMC -nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evin, evin həyətində sökdüyü qarajın və evin hasarını bərpa etmək vəzifəsinin qoyulması, cavadeh Cavabdeh1 üzərinə evdə olmuş yaşayış üçün zəruri olan, qanunsuz olaraq götürülmüş yataq və mətbəx əşyaları, yorğan və döşəklər və sairə məişətdə istifadə olunan əşyaların alınaraq geri qaytarılması haqqında qətnamə qəbul edilməsi, cavadehlər X34 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə gorə Azərbaycan Respublikası CM-nin 186.2.1- ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
13. İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 47/49 evin, evin həyətində sökdüyü qarajın və evin hasarının bərpa etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsi ni, cavabdehlər barəsində qanunsuz olaraq müqavilə bağlama adı altında hər iki iddiaçı olaraq onlara və analarına məxsus ünvan 10 evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49-da yerləşən ev analarının valideynlərinə məxsus olmuşdur. Həmin evdə iddiaçılardan olan (əvvəlki adı: X14) İddiaçı2 1992-ci ildə, (əvvəlki adı: İddiaçı3 Əflatun qızı) İddiaçı3 isə 1988-ci ildə doğulmuşlar. Hər iki iddiçıların doğulduqları ev anaları İddiaçı1 Ağasabir qızının valid eyinlərinə məxsus olmuşdur. Həmin evdə dayıları, həmin iş üzrə cavabdehlərdən biri Cavabdeh1 ailəsi ilə birlikdə, anları İddiaçı1 Ağasabir qızı iki qızları, yəni indiki iddiaçılarla birlikdə və mərhum əri ilə birlikdə yaşamışlar. İddiaçılar valideyinləri ilə birlikdə həmin evin aşağı otaqlarında, dayıları Əliyev Ağasabir isə evin yuxarı, yəni iknci mərtəbəsində ailəsi ilə yaşamışdır. Həmin evdə iddiaçıların anası İddiaçı1 xx xxxxxx 1958-ci ildə, 08 avqust 1964-cü ildə isə Cavabdeh1 dünyaya gəlmişdir. İddaçıların babası X10 - 2008-ci ilin aprelin 7-də, nənələri -X7 isə-2007-ci ilin iyul ayının 23-də vəfat ediblər. Onlar vəfat etməmişdən əvvəl həm anası Həcər, həm də dayıları yəni cavabdeh İmaməli evlənmiş və hər ikiləri evləndikdən sonra həmin evin aşağı hissəsində anası, atası və iki bacı olaraq onlar evin yuxarı yəni ikinci mərtəbəsində isə Cavabdeh1, onun arvadı və üç uşağı yaşamışlar. Sonralar hər iki iddiaçı Türkiyə vətəndaşıları ilə evlənmələri səbəbindən ilin əksər hissəsini Türkiyədə yaşamış və bir müddət sonradan isə daimi yaşamağa başlamışlar. Hər iki iddiaçı Türkiyə Respublikasında yaşamaları səbəbindən anaları İddiaçı1 Ağasabir qızı da ilin çox hissəsini Türkiyədə yaşamalı və işləmək məcburiyyətində qalmış, lakin sonradan daimi yaşamağa başlamışdır. İddiaçıların və analarının hər ikisinin Türkiyədə yaşamasından suiistifadə edən Cavabdeh1 doğulub, böyüdükləri və hər ailə ilə birlikdə yaşadıqları evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, onlara məxsus bütün evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə a naları Əliyeva X6 vətənə qayıdıb daimi qeydiyyatda olduqları doğulduqları, böyüdükləri evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin faktiki olaraq yaratdıqları süni maneə nəticəsində anası evə girə bilməmişdir. Cavabdeh1 anasına qarşı yaranmış ögey və qeyri adekvat münasibətinin səbəbəni aydınlaşdırdıqda məlum olmuşdur ki, həm onların anaları ilə birlikdə yaşadıqları atadan qalma evləri, həm də qonşu əraziləri özəl tikinti şirkəti X34 MMC-ti tərəfindən alınması və yerində hündür mərtəbəli binaların tikilməsi planlaşdırılmışdır. Cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onların xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq i stəmişdir. Anası İddiaçı1 Ağasabir qızı Bakı şəhərində doğulmuş və böyümüş, Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilməmişdir. Anası son dəfə Bakı şəhərinə gədəndə oteldə qalmaq məcburiyyətində qalmışdır. Doğma dayıları Cavabdeh1 varlanmaq niyyəti, iddiaçılar olaraq onların hər ikisinə və analarına çatası paya sahib olmaq istəyi və tamahı onların sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşnalığı onların həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdalamışdır. Bu səbəbə görə də, anası İddiaçı1 Ağasabir qızı (sonuncu adı X29) pozulmuş hüquqlarının bərpa olunması üçün “Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49-a köçürülməsi, həmin həyət evinin və həmin evin həyətyanı sahəsinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi haqqında” qətnamə qəbul edilməsi üçün Nəsimi Rayon Məhkəməsində qardaşı Cavabdeh1 qarşı iddia qaldırmışdır. Anası X29 iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edənədək, yəni xx.xx.2024-cü il tarixdə özəl tikinti şirkəti Cavabdeh2 MMC-yə gedərək rəsmi ərizə vermiş və həmin ərizədə rəsmi olaraq bildirmişdir ki, həmin ev atadan qalma ev olduğuna, həmin evdə Cavabdeh1 ilə onun və iki qızının, yəni onların daimi qeydiyyatda olduqları, yaşadıqları, həmin evdə sahiblik, istifadə və mülkiyyət hüquqlarının olmasını, məhkəmə qətnaməsi ilə həmin evdən sahiblik, istifadə və mülkiyyət hüquqlarından məhrum edilmələrini bildirmiş və xahiş etmişlər ki, İddiaçı1 və onun iki qızının həmin ünvanda yaşayış və istifadə hüquqlarının olma sını nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri əsasında həmin ünvanın həm faktiki tikinti altı olan hissəsini, həm də faktiki olaraq istifadəsində olan torpaq sahəsinin ölçüsünü, həmin sahələrə görə ev mülkiyyətçiləri, istifadə və yaşayış hüquqları olan şəxslərin hər birinin rəsmi razılığını almaqla, həmin şəxslərin sayına uyğun olaraq veriləcək kompensasiyanın pul və ya natura (mənzil) formasında verilməsini razılaşdırmalarını və bu barədə planlaşdırılan işlərin rəsmiləşdirilməsini təmin etmələrini xahiş və tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə özəl tikinti şirkəti X34 MMC-yə rəsmi məlumat verildikdən və həmin ərizəni rəsmi qaydada qeydiyyatdan keçirdikdən sonra yuxarıda göstərilən iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə iddia qaldırmış və həmin tələblə “evə köçürmə, evin naturada ½ hissəyə bölünməklə istifadə qaydasının müəyyən olunması” nı xahiş etmişdir. Həmin mülki iş məhkəmənin icraatında olduğu müddətdə, şirkətə qabaqcadan rəsmi məlumat verilməsinə baxmayaraq, sahiblik, istifadə və mülkiyyət hüquqları olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerlşən 47/49 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evi 2024-ci ilin aprel ayının axırı və may ayının əvvəli özəl tikinti şirkəti X34 MMC tərəfindən sökülmüş, həmin ərazidə analarına və hər iki iddiaçı olaraq onlara məxsus əmlakı, yəni evləri, həyətin hasarını və digər yardımçı tikililəri, həmçinin həyətin qarşısında yerləşən anasının atasından qalma faktiki olaraq istifadələrində olan, ümumi sahəsi 30 kvadratdan artıq olan qarajı qəs dən məhv etmiş və onlara külli miqdarda maddi ziyan vurmuşdur. Tikinti şirkəti tərəfindən sökülən ev otaqlarının və yardımçı tikililərin sayı, Cavabdeh1 da ailəsi ilə yaşadığı otaqlarıda daxil olmaqla, ümumilikdə 12 otaqdan ibarət olmuşdur. Tikili altı olan sahə 152, 66 kvadrat metr, həyətin küçə tərəfdən olan hissəsində atadan qalmaq qarajın ümumi sahəsi 30 kv.metr, ümumi həyətin tikili altı olmayan torpaq sahəsi 30 kvadrat metr olmuşdur. Həmin tikili altı olan hissələrin onların və analarının faktiki istifadəsində olmuş hissəsində yerləşən yaşayış otaqları 8,0 kv.m; 26,5 kv.m; 14,4 kv.m; 6,12 kv.m; 14,0 kv.m və 9,0 kv.m olmaqla, cəmi 78,02 kvadrat, tikili altı olmayan sahə, ümumi istifadədə olan həyətdə yerləşən torpaq sahəsinin yarısı (30:2=15) 15 kv.m olan torpaq sahəsi və ümumi sahəsi 30 kv.metr olan qarajın ½ hissəsi, yəni 15 kv.mert olan hissəsi, ümumilikdə (8,0 + 26,5 + 14,4 + 6,12 + 14,0 + 9,0 = 78,02 kv.m + 15 kv.m (torpaq sahəsinin ½) + 15 kv.metr (qarajın ½) = 108,02 kvadrat metr təşkil edirdi. Bununla bağlı olaraq şirkətin rəhbəri kimi özünü təqdim edən Rövşən adlı şəxs bildirmişdir ki, sökülən evin (həyətin) kupçası (çıxarışı ) olmadığına görə həmin ünvanda yaşayan İmaməli adlı şəxslə müqavilə bağlayaraq həmin sökülən evin əvəzində ona gələcəkdə tikiləsi evdən 2 ədəd iki otaq, iki ədəd bir otaq verilməsi razılaşdırılmışdır. Şirkət rəhbərinin dediklərindən məlum olmuşdur ki, özəl tikinti şirkəti X34 MMC ilə Cavabdeh1 arasında qanunsuz olaraq aparılmış razılaşma əsasında, analarının və hər iki iddiaçı olaraq onların sahiblik, istifadə və mülkiyyət hüquqları ol an evi onların razılıqları olmadan, məhkəmənin qətnaməsi olmadan onların iradəsinin əksinə sökmüş, şirkət rəhbəri Cavabdeh1 ilə gizli sövdələşmə edərək onlara məxsus şəxsi əmlakları olan evi qəsdən məhv etmiş, anasına və onların hər ikisinə külli miqadrda maddi və mənəvi ziyan vurmuşdur.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia tələbi üzrə mülki işin İddiaçı1 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
16. Daha sonra hər iki iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddialar üzrə ümumi tələblə məhkəməyə müraciət edərək, cavabdeh X34 MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli №5/210 saylı; xx.xx.2024-cü il tarixli № 02/115 saylı; xx.xx.2024- cü il tarixli № 02/114 saylı və xx.xx.2024-cü il tarixli № 2/107 saylı müqavilələrinin qismən etibarsız hesab edilməsi və cavabdeh X34 MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X29 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsi, cavadehlər X34 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən s ökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 308-ci və 186.2.1-ci maddəsi ilə cinayət işinin başalanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etdi.
17. Şahid qismində ifadə vermiş X15 bildirmişdir ki, o, 5-6 yaşlarında olarkən İddiaçı1 uşaqları ilə eyni həyətdə olmuşlar və məktəbə bir yerdə getmişlər. Həmin həyətdə İddiaçı1 anası, atası, uşaqları, Cavabdeh1, yoldaşı və uşaqları yaşayırdı. İddiaçı1 2 övladı olmuşdur. Qönçə və Fizzə. Onları tanıdığı müddətdə Həcər xanım, anası, atası və 2 qızı həmin həyətdə qalmışdır. Bundan başqa Cavabdeh1, yoldaşı, 3 övladı-Nihad, Günay və Sabir həmin həyətdə qalmışlar. Daha sonra İmaməli bəyin yoldaşı Ziba xanım vəfat etmişdir. Həcər xanım və İmaməli bəyin bacıları Firəngiz, Mehparə xanım da var idi. Amma onlar həmin həyətdə qalmırdılar. Həcər xanımın 50 yaşdan yuxarı yaşı olar. Həcər xanım evləndikdən sonra bir müddət yoldaşı Əflatun ilə birlikdə başqa yerdə yaşayıb, maddi vəziyyətləri yaxşı olmadığından Həcər xanım ata evinə geri qayıtmışdır. Təxminən 1995-ci ildən bəri Həcər xanım artıq o həyətdə daimi yaşamışdır. Onda olan məlumata görə Həcər xanım bu zamanadək mütəmadi olaraq həmin həyətdə yaşayır. Əflatun bəy vəfat etdikdən sonra Həcər xanım işləmək üçün Türkiyə Respublikasına getmişdir. Uşaqları burada qalmışlar. Onlara Həcər xanımın anası və atası baxmışlar. O, 2009-cu ildə işlə əlaqədar olaraq Türkiyə Respublikasına getmişdir. Arada buraya gəlib-getmişdir. O, hər dəfə gələndə Həcər xanımın uşa qlarını həyətdə görmüşdür. Türkiyə Respublikasında 1 il yarım işlədikdən sonra geri qayıtmışdır. Həmin vaxt Həcər xanımın qızları orada yaşamışlar. Həcər xanımı da görmüşdür. Amma o daimi yaşamırdı. Türkiyə Respublikasına gedib-gəlirdi. Həmin həyətdə 1-ci mərtəbədə və 2-ci mərtəbədə ev var idi. İddiaçı1 həmin həyətdə evi var idi. Həyətə girdikdən sonra sağ tərəfə getdikdən 3 metr sonra solda pilləkən var idi. Həcər xanımın evi oradan başlayırdı. Ev mətbəx, zal və yataq otağından ibarət idi. Həmin evdə daha əvvəl Həcər xanımın anası və atası yaşayırdı. Qapı ilə üzbəüz pilləkən var idi, yuxarı qalxanda 2-ci mərtəbədə İmaməli bəyin evi var idi. Onun evi sadəcə ora idi. Ev 3 otaqdan ibarət idi. 2023-cü ilin oktyabr ayında tikinti şirkəti gəlib evi ölçməyə başladı. Onlara yeni inşa edilən binad a ev verilmişdir. Onların həyətində də ancaq öz qohumları yaşayırdı. Nənəsi, babası, atası, əmisi və qardaşının evləri var idi. Onun istifadəsində olan atasına məxsus olan ev idi. Həyət onun nənəsinə məxsus olmuşdur. Atasına məxsus olan ev üçün onlara 2 mənzil verilmişdir. Atasına məxsus olan evdə 5 nəfər qeydiyyatdadır. 5 nəfərə də ayrılıqda ev verilməmişdir. Evləri sökülməmişdən öncə həmin həyətdə axırıncı dəfə İmaməli bəyi, övladlarını və Həcər xanımın qızı Qönçə xanım və övladını görmüşdür. Qönçə xanımı orada bir neçə dəfə görmüşdür. Mütəmadi şəkildə görməmişdir.
18. Şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, 1988-ci ildə həmin ünvana gəlin köçmüşdür. Qayınanası vasitəsilə Həcər xanımın evinə gedib-gəlmişlər. Onun pəncərəsi onların həyətinə baxmışdır. Həyətdə Həcər xanımın uş aqlarını da görmüşdür. Onun uşaqları da həmin həyətdə olmuşlar. Uşaqları böyüdükdən sonra eyni məktəbdə oxuyublar. Həcər xanım ilə yaxşı münasibətləri olmuşdur. Həcər xanımdan başqa həmin həyətdə onun qardaşı İmaməli bəy, yoldaşı və övladları da yaşamışdır. Həcər xanımın evi həyətə girdikdən sonra qapı ilə üzbəüz olmuşdur. Həcər xanımın 1988-ci ildə böyük qızı Fizzə, 1992-ci ildə 2-ci qızı Qönçə anadan olmuşdur. Onun qızı ilə Həcər xanımın 2-ci qızı eyni yaşdadırlar. Həcər xanım ailə qurduqdan sonra yoldaşının evinə getmişdir. Yoldaşı Əflatun bəylə bir neçə il orada yaşayıb, sonra ata evinə geri qayıtmışdır. Həcər xanımın kiçik qızı 2 yaşında olanda yoldaşı vəfat etmişdir. Həcər xanım həmin zaman o həyətdə yaşamışdır. Həcər xanım işləmək üçün Türkiyə Respublikasına getmiş, ancaq uşaqları b urada qalmışdır. Onlara Həcər xanımın anası və atası baxmışdır. Həcər xanımın anası və atası vəfat etdikdən sonra uşaqlara İmaməli bəy baxmışdır. Həcər xanım Türkiyə Respublikasında olsa da teztez buraya gedib-gəlmişdir. Uşaqlar məktəbi bitirdikdən sonra Həcər xanım onları da Türkiyə Respublikasına aparmışdır. Amma yenə də sıx-sıx evinə gəlmişdir. Son zamanlar Həcər xanımın evində heç kim yaşamamışdır. Həyətdə İmaməli bəy və ailəsi yaşamışdır. İmaməli bəy həyətdə əlavə tikililər inşa etmişdir. Həcər xanımın evinin yanında 2 ədəd balaca otaq var olmuşdur. Həcər xanımın anası və atası orada qalmışlar. Çöl qapıdan girəndə üzbəüz sağ tərəfdə olan qapı Həcər xanımın evi olmuşdur. Onun yanında-küncdə 2 otaq olmuşdur, həmin otaqlar Həcər xanımın atasının və anasının olmuşdur. Biraz irəli getdikdə n sonra pilləkən var olmuşdur. Pilləkəni qalxdıqdan sonra 2-ci mərtəbədə İmaməli bəyin evi var olmuşdur. Həcər xanım orada yaşamadığı müddətdə onun evindən kimin istifadə edib-etmədiyi barədə məlumatı yoxdur. İlk öncə onların evi sökülmüşdür. Sökülən anda iddiaçının yaşdadığı evdə yəqinki İmaməli bəy yaşamışdır. Onların evi söküləndə evdə oğlu, qızı, yoldaşı və o yaşamışlar. Onların əvvəlki evlərini ölçmüşlər, ona uyğun olaraq oğluna və yoldaşına yeni mənzil vermişlər.
19. Şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, onlar 4 uşaq olmuşlar. 3 bacı və 1 qardaş. Hər biri o ünvanda anadan olmuş və böyümüşdür. Həcər də orada doğulmuşdur. Hal-hazırda İmaməliyə məxsus olan evdə əvvəl atası, anası və 4 övladı yaşamışdır. O, evləndikdən sonra həmin evdən köçmüşdür. Həcər də ailə qurduqdan sonra bir müddət yoldaşının evində qalmışdır. Atası bacısının evi olmadığına görə həmin həyətdə ona ev tikmişdir. Burada bir neçə il qaldıqdan sonra Həcər yoldaşı ilə birlikdə kirayə evə köçmüşlər. Həcərin yoldaşı vəfat etdikdən sonra yenidən həmin evə qayıtdılar. Daha sonra Həcər işləmək üçün Türkiyə Respublikasına getmişdir. Uşaqlar atası və anası ilə qalmışlar. Qardaşı həyətdə öz evində yaşamışdır. İmaməli ailəsi ilə birlikdə 2-ci mərtəbədə yaşamışdır. Həcər də onların evlərinin altında ev var idi, orada yaşamışdır. Uşaqlar böyüdükdən sonra Həcər onları da özü ilə birlikdə Türkiyə Respublikasına aparmışdır. Amma özü hər il Azərbaycan Respublikasına gəlmişdir. Anasının, atasının müalicəsinə kömək etmişdir. Həcərin evi ayrı idi. Bir böyük otağı 2 yerə bölmüşdülər. Balaca mətbəxi var idi. Ev nə qədər kv.m sahəsi olduğunu bilmir. Həcər də ailə qurduqdan sonra bir müddət yoldaşının evində qalmışdır. Həcər 5-6 aydan sonra yoldaşı ilə birlikdə ata evinə qayıtmışdır. Uşaqları bu evdə olmuşdur. Bir müddət burada qaldıqdan sonra kirayə evə köçmüşlər. 1 il orada yaşadıqdan sonra yoldaşı vəfat etmiş, yenidən ata evinə qayıtmışdır. 2006-cı ilə qədər Həcərin uşaqları o evdə yaşamışdır. Həcər isə 2000-ci ilədək bu evdə yaşamışdır. Ev sökülən zaman Həcərə məxsus olan evdə qardaşı İmaməli yaşamışdır. İmaməlinin öz evində uşaqları yaşamışdır. Qardaşı 2-ci dəfə ailə qurmuş və Həcərin evində yaşamağa başlamışdır. Həcərə məxsus olan ev atası və Həcərin yoldaşı Əflatun tərəfindən tikilmişdir. İmaməlinin evi 2-ci mərtəbədə yerləşmişdir. 1-ci mərtəbə zirzəmi kimi istifadə olunmuşdur. Atası və anası əvvəl 2-ci mərtəbədə İmaməli ilə yaşamışdır. Sonra Həcərin evi tikilmiş və o kirayə gedəndən sonra atası və anası Həcərin evində yaşamağa başlamışdır. Həcər Türkiyə Respublikasına getdikdən sonra isə Həcərin uşaqlarına baxırdılar. Həcərin başqa evi də olmuşdur. O, evdə yaşamamışdır. Kirayə vermişdir. Daha sonra pula ehtiyacı olduğu üçün həmin evi satmışdır. Həcərin evi böyük 1 otaq olmuşdur, pərdə ilə 2 otaq etmişdilər. Qabağında balaca bir mətbəx olmuşdur. İmaməlinin evi Həcərin evindən böyük idi. İmaməli aşağıda bir ev də tikmişdir. O ev ona məxsus olmuşdur. Bir dənə də balaca otaq olmuşdur, o ümumi istifadədə olmuşdur. Atası və anası vəfat etdikdə Həcər o evdə yaşamışdır. Həcər daima o evdə yaşamasa belə Türkiyə Respublikasından hər dəfə gələndə evin qaz, işıq pulunu özü ödəmişdir. İma məli axırıncı 2 ildir ki, Həcərə məxsus evdə yaşamışdır. Həcər qardaşı olduğuna görə heçnə deyə bilməmişdir. İmaməlinin yaşadığı 2-ci mərtəbədə yerləşən evi atası tikmişdir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2263/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Nail Abbasov).
21. Məhkəmə gəldiyi nəticə ilə bağlı ilk növbədə qeyd etmişdir ki, iddiaçılar cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməli olması dəlillərinin əsasında həmin ünvanda “onlara məxsus 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillər”in də Cavabdeh1 tərəfindən tikinti şirkətinə öz yaşayış sahəsi kimi təqdim etməsi olmuşdur.
22. Məhkəmə müəyyən etmişdir ki, mübahisələndirilən ünvan-ünvan 6i ilə bağlı məlumat aşkar edilməmiş, ümumiyyətlə İddiaçı1 və Ca vabdeh1 adlarına hazırda Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
23. Bununla bağlı məhkəmə daha sonra qeyd etmişdir ki, göründüyü kimi mənzilə dair heç bir hüquqmüəyyənedici sənədlər aşkar edilməmiş, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanılmış müqavilələr Cavabdeh1 ailəsi ilə birlikdə faktiki yaşadığı yaşayış sahəsinə aid edilməklə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.
24. Məhkəmə hesab etmişdir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçıların bu iddianın qaldırmasına subyektiv hüquqları da mövcud olmamışdır.
25. Məhkəmə bu hissə ilə bağlı həmçinin qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa mali k olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməzlər. Çünki, o, mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlərdir. İddiaçılar yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilərlər.
26. Bu əsasla da iddiaçıların “Cavabdeh2 MMC -nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X29 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrd ə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması”na dair hissəsinin də heç bir hüquqi əsasının olmadığı müəyyən edilməklə məhkəmə qeyd edilən hissədə də iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 xx.xx.2019-cu il tarixdən, İddiaçı2 xx.xx.2020-ci il tarixdən və İddiaçı3 xx.xx.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı1 xx.xx.2012- ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır.
28. Məhkəmə daha sonra qeyd etmişdir ki, mübahisəli ünvana dair hüquqmüəyyənedici sənədlərin olduğu halda belə iddiaçıların sözügedən yaşayış sahəsi nə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacaq idi. Belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqlardır.
29. Məhkəmə iddianın “cavadehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublik ası CM-nin 308-ci və 186.2.1-ci maddəsi ilə cinayət işinin başalanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, bu hissə iddia tələbi kimi baxılmaqla qiymətləndirilə bilməz. Belə ki, Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yəni bu hal məhkəmənin səlahiyyətinə aid olmaqla qeyd edilən halların aşkara çıxması halında xüsusi qərardad çıxarılır.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci; Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1 və 217.4-ci həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. İddiaçı1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-2263/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini iddiasının təmin olunmasını xahiş etmişdir.
32. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən elektron kabinetə yerləşdiriilənxx.xx.2024-cü il tarixli akta istinad etsə də, həmin aktda göstərilənlərin doğru və ya yalan olmasını aydınlaşdırmamışdır. Yəni həmin şəxslərin heç biri məhkəmə iclasına dəvət edilməmiş və şahid kimi izahatları alınmamışdır. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin məhkəmədə dedikləri ilə ca vabdehin məhkəməyə təqdim etdiyi aktda yazılanlar arasında olan uyğunsuzluq və ziddiyyət məhkəmə tərəfindən yoxlanılmamış, həmin hissəyə hüquqi qiymət verilməmiş və məhkəmə qəbul etdiyi qətnamə ilə bu hissədə səhv nəticəyə gəlmişdir. Həmin aktı imzalayan şəxslər İddiaçı1 və qızlarının həmin ünvanda ümumiyyətlə yaşamadıqlarını və qeydiyyatlarının formal xarakter daşıdığını, Cavabdeh1 isə iddiaçıların həmin evdə yaşadıqlarını, sonradan işləmək üçün Türkiyəyə getdiyi bildirilir. Göründüyü kimi Cavabdeh1 izahatında bildirdikləri ilə aktda yazılanlar bir birinin əksini deyir. Bunun özü həmin aktın heç hüquqi əsasının olmamasını sübut edir. Qətnamənin digər əsaslandırıcı hissəsində maddi hüquq norması kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən əqdlərin etibar sızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və sairə. Bildirir ki, əgər məhkəmə iddiaçıların mövcud iddia tələbi ilə iddia verməyə subyektiv hüquqlarının olmadığı nəticəsinə gəlmişsə, hansı səbəbdən iddia tələbinin təmin olunmaması barədə nəticəyə gələrkən maddi hüquq norması kimi MM-nin 337-ci maddəsinə istinad etmişdir? Yəni iddiaçılar subyektiv hüquqa malik deyillərsə, iddia tələbinin əsaslarını təşkil edən müqavilələrin etibarsızlığını müzakirə etmədən və həmin hissəyə hüquqi qiymət vermədən, subyektiv hüquqa malik olmama əsası ilə iddia tələbini təmin olunmaması barədə qətnamə qəbul etməli və həmin qətnaməni ancaq həmin əsasla maddi və prosessual hüquq normaları ilə əsaslanıdrmalı idi. Baxmayaraq ki, əsaslandırma olmamış, iddiaçıların həmin tələblə iddia verməyə subyektiv hüquqlarının olmaması barədə nəticəyə gəlmək üçün ancaq Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarının iki cümləsi qətnamənin əsaslandırcı hissəsinə köçürülmüşdür. Qətnamənin digər əsaslandıırcı hissəsindən də göründüyü kimi iddianın təmin olunmamasında əsas kimi iddiaçılar İddiaçı1 xx.xx.2019-cu il tarixdən, İddiaçı2 xx.xx.2020-ci il tarixdən və İddiaçı3 xx.xx.2015-ci iltarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmələri və onların daimi yaşayış yerləri həmin ölkənin olması və İddiaçı1 xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satması olmuşdur. 3.1.) Qətnamənin həmin hissəsi ilə bağlı bildirir ki, iddiaçıların Türkiyə vətəndaşlarıilə nikaha girmə ləri həqiqətdir. Hər kəs istədiyi şəxslə qanunla müəyyən olunmuş qaydada nikaha girə bilər. İddiaçıların daimi yaşayış yerlərinin həmin ölkə olması ilə bağlı məhkəmənin iddia tələbini rədd etməsi üçün gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçılar əsasən Türkiyədə yaşayırlar. Onlar daimi həmin ölkədə yaşamaq barədə hardasa öhdəlik götürməmişlər. Hətta iddiaçılar həmin ölkədə daima yaşasalarda belə, onların daimi başqa ölkədə yaşamaları hal-hazırda iddia etdikləri evdən onların istifadə hüquqlarından məhrum etmir. Yəni iddiaçıların həmin evdə doğulmaları, yaşamaları və doğulduqları andan yaramış sahiblik və istifadə hüquqları işə əlavə edilmiş bütün yazılı sübutlarla və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, İddiaçı1 Bakı şəhərinin başqa yerində evinin olması və xx.xx.2012-c i iltarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş həmin evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satması iddiaçıların hazırkı iddia tələbinin rədd edilməsi və iddiaçıların belə bir iddia ilə iddia verməyə subyektiv hüquqlarının olmaması barədə nəticəsinə gələməyə əsas vermir. Belə ki, iddiaların xarici vətəndaşlarla evlənmələri, başqa ölkədə daimi yaşamaq üçün getmələri, orada yaşamaları, iddiaçıların mübahisə etdikləri evdən əlavə Bakı şəhərində başqa evlərinin olması və həmin evi satmaları onlara sahiblik və istifadə hüquqları olan hazırda mübahisə etdikləri evə dair iddia qaldırmaq və pozulmuş hüquqlarını müdafiə etmək hüquqlarından məhrum etmir. İddiaçıların iddia tələblərinin həmin əsaslarla təmin edilməməsi məhkəmə qətnamənin əsaslandırıcı hissəsində maddi və ya prosessual hüquq normaları ilə əsaslandırılmamışdır. 4.)Qətnamənin digər əsaslandırıcı hissəsində iddia tələbinin təmin olunmaması əsaslarından biri kimi, mübahisəli ünvana dair hüquq müəyyənedicisənədlərin olduğu halda belə, iddiaçıların sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacağını, belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqları nəticəsinə gılmişdir. Kollegiya üzvülərinin diqqətinə çatdırır ki, mübahisə etdiyi evin işıq sayğacı İddiaçı1 Ağasabir qızının mərhum atası Ağasabirin adındadı, evin qaz sayğacı isə Cavabdeh1 adına olmuşdur. Evin tam olaraq Cavabdeh1 olması və guya iddiaçıların həmin evə dair subyektiv hüquqlarının olmaması barədə gəlinmiş nəticə tam əsassızdır. Məhkəmə iclasında şahidlərin izahatları və işə əlavə etdiyi yazılı sübutlar iddia tələbinin əsaslı və qanuni olmasını mübahisəsiz sübut etdi. Həmin mübahisə etdiyi atadan qalma ev dövlət reysterində qeydiyyatdan keçməmişdir. Yəni 1958-ci ildən əvvəl tikilmiş və ərazi üzrə MKİS-də qeydiyyatda olan özbaşına tikilidir. İddiaçılar hətta sonradan Türkiyə vətəndaşlığını qəbul etsələr belə, onların doğulub böyüdükləri vəistifadə hüquqları olan evə dair tələb irəli sürmək hüquqlarından m əhrum etmir. Yəni xarici vətəndaşlığı alsalar belə onların həmin evdə olan sahiblik və istifadə hüquqları qalmış və qalmaqdadır. Qanunun tələbinə görə hər üç iddiaçını həmin evdəki hüquqlarından ancaq məhkəmə qətnaməsi ilə kompensasiya vermək yolu ilə məhrum etmək olar.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-758/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2263/2024 nömrəli xx.xx.2024- cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Günay Axundova sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov).
34. Kollegiya qeyd etmişdir ki, İddiaçı1 işə birinci instansiya məhkəməsində baxılan zaman izahatında bildirmişdir ki, mübahisə predmeti olan atasına məxsus evdə 1958-ci ildən yaşamışdır. Ailə qurduqda evdən çıxmış başqa mənzildə 8-9 ay yaşamışdır. Sonra yoldaşı ilə ata evinə qayıtmışdır. Yoldaşı 1994-cü ildə vəfat etmişdir. 1998-ci ilədək həmin evdə yaşamışdır. Sonra işləmək üçün Türkiyə Respublikasına getmişdir. İddiaçı o cümlədən iddia ərizəsində qeyd etmişdir ki, anası 2007-ci ildə, atası 2008-ci ildə vəfat etmişdir.
35. Kollegiya müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı1 2005-ci ildən etibarən Türkiyə Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş çıxışı qeydə alınmışdır. İddiaçılar İddiaçı3 xx.xx.2015-ci il tarixdən, İddiaçı1 xx.xx.2019-cu il tarixdən, İddiaçı2 xx.xx.2020-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və Türkiyə Respublikasında daimi yaşayırlar.
36. Kollegiya daha sonra qeyd etmişdir ki, ilk növbədə məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub olmamasını yoxlamalıdır. İşin halları ilə də təsdiqini tapır ki, İddiaçı1 mübahisə predmeti olan evdə istifadə hüququ yaransa da, daha sonra həmin hüquq itirilmişdir. İddiaçı bildirir ki, 1958-ci ildən 1998-ci ilədək mübahisə predmeti olan evdə yaşamışdır. Daha sonra Türkiyə Respublikasına köçmüş və orada işləmişdir. 2005-ci ildə isə Türkiyə Respublikasının vətəndaşlığını qəbul etmişdir. Bundan əlavə, İddiaçı1 Bakı şəhərində mülkiyyətində evi olmuşdur. xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş ev onun tərəfind ən xx.xx.2021-ci il tarixdə satılmışdır.
37. Kollegiya iddiaçının atasına məxsus evi vərəsəlik qaydasında qəbul etməsinə münasibətdə isə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 6i ilə bağlı məlumat aşkar edilməmişdir.
38. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının atası 2008-ci ildə vəfat etmişdir. Həmin dövrdə iddiaçı artıq Türkiyə Respublikasında yaşayırdı. Mirasın qəbulu ilə bağlı müraciət də olunmamışdır. Deməli, iddiaçı hər hansı mirası da qəbul etməmişdir.
39. Apellyasiya instans iyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1151.1, 1243.1, 1243.2 və 1243.3-cü; 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87; Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 384.0.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı1 (vəkil-Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-758/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv, iddia tələbninin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanınd a yerləşən özbaşına tikintilər olan evlərin hamısında cavabdeh X11 fiziki cəhətdən eyni vaxtda yaşaya bilməz və sahiblik edə bilməz. Həmçinin, hazırkı mülki işin Nəsimi rayon Məhkəməsində icraatı zamanı məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə İddiaçı1 adına kommunal qəbz olmadığını və Nəsimi rayon MKTB-dən onlara qeyd olunan ünvanda Cavabdeh1 və onun ailə üzvləri yaşadığını bildirildiyini iddia edir (iş m. 2-ci cild 37-ci səh.). Lakin Nəsimi Rayon MKTB 52 saylı MKİSnin 200 saylı xx.xx.2023-cü il tarixli arayışından aydın olur ki, İddiaçı1 qeyd olunan ünvanda yerləşən ev üzrə məişət tullantıları haqqını ödəyir. MKTB 52 saylı MKİS-nin 201 saylı xx.xx.2023-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən evin sahibi Həcər Əlyevadır. Göründüyü kimi, Cavabdeh2 MMC aidiyyəti ünvan 9 ünvanda yerləşən evlərin qanuni sahiblərini müəmmalı şəkildə araşdırmamışdır. Beləliklə, İddiaçı1 evinin Cavabdeh1 qanunsuz sahibliyində olmasından sui istifadə edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC aralarında xx.xx.2024-cü il tarixli 02/107, 02/114, 02/115, 02/210 nömrəli müqavilələr bağlamışlar. Belə olan halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirmiş olur, bu halları isə qanunvericilik, o cümlədən Mülki Məcəllənin 16.1-ci, 560.2-ci və 560.3.2-ci maddələri qadağan edir. BakıApellyasiya Məhkəməsi isə yuxarıda sadalanan xüsusatları pərdələməklə, Mülki Məcəllənin 16.1-ci, 560.2-ci və 560.3.2-ci maddələrini pozmuşdur.
42. Bakı şəhəri, Nəsimi rayonu, K ərpic küçəsi, ev 47/49 ünvanında tikilmiş evlər özbaşına tikintilərdir, ikincisi, Cavabdeh1 həmin evlərin icarədarı deyil, üçüncüsü İddiaçı1 ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmamış və onların arasında icarə münasibətləri olmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli qətnamənin əsaslandırıcı hissəsinin 36-cı bəndində 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan AR Mənzil Məcəlləsi 87-ci maddəsinə düzgün istinad edilməmişdir.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – AR MM) 10-cu maddəsinin redaksiyasında “işgüzar adətlər” ifadəsindən istifadə edilməsinə, işgüzar adətlərin yalnız sahibkarlıq fəaliyyətində təşəkkül tapması barədə qeydin olmasına baxmayaraq, AR MM-in digər maddələrinin (390.7, 404.2, 409.3, 422.2.4, 423.1, 425, 427. 4, 780.1.3) müqayisəli təhlili zamanı aydın olur ki, müvafiq maddədə qeyd edilən termin təkcə dar mənada, yəni ancaq sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə tətbiq edilməsi üçün nəzərdə tutulmamışdır. Nəzəri və təcrübü cəhətdən tamamilə mümkündür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan subyektlər arasında da, o cümlədən sahibkarlıq fəaliyyəti hesab edilməyən sahələrdə də adətlər mövcud olsun və həmin münasibətlərə (sahəyə) müvafiq adətlər tətbiq edilsin. Beləliklə, özbaşına tikintilərin sökülüb onların yerində yüksəkmərtəbəli binaların tikilməsini həyata keçirən şəxslər tərəfindən bu sahə üzrə təşəkkül tapan və geniş tətbiq edilən qaydaya - işgüzar adətə əsasən özbaşına tikilmiş evlərin sökülməsi və aidiyyəti şəxslərə mənzil verilməsi üçün müqavilələrin bağlanması məqsəd ilə gələcəkdə mübahisələrə yol verməmək üçün həmin özbaşına tikintilərdə qeydiyyatda olan şəxslərin özbaşına tikintilərin sökülməsi və yeni mənzillə ilə təmin olunma barədə müqavilələrin bağlanması ilə əlaqədar notarial təsdiqli razılıq ərizələri alınır. Belə ki, Nəsimi Rayon MKTB 52 saylı MKİS-nin 201 saylı xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı1, İddiaçı3 Əflatun qızı və X16 Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən evdə qeydiyyatdadırlar. Lakin Cavabdeh2 MMC tərəfindən sözügedən işgüzar adət tətbiq olunmamış, Bakı Apellyasiya Məhkəməsi isə bu xüsusatı pərdələmiş və bununla da AR Mülki Məcəlləsinin 10-cu maddəsini pozmuşdur.
44. Cavabdeh2 MMC Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən özbaşına tikilən evlərin sökülməsi v ə həmin evlərin sahiblərinə mənzillərin tikilib təhvil verilməsi barədə müqavilələr bağlaması onu göstərir ki, İddiaçı1 qeyd olunan ünvanda yerləşən evinə və digər köməkçi sahələrə mülkiyyət hüququna dair qanuni gözləntiləri real olmuşdur. Bakı Apellyasiya Məhkəməsi isə “mülkiyyət” anlayışına “mövcud mülkiyyət”lə məhdud yanaşmış, bununla da İddiaçı1 1-ci mərtəbədə yerləşən mərhum əri Əflatun Orucovla birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikilmiş ev üzərində olan mülkiyyət hüququna dair qanuni gözləntiləri həyata keçirməsinin qarşısını almış və AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsini və 29-cu maddəsinin 3-cü hissəsini pozmuşdur.
45. Hazırkı mülki işin Nəsimi rayon Məhkəməsində icraatı zamanı məhkəmə iclaslarının fasiləsiz video audio yazısının qeydə alındığı disk i izlədikdə isə İddiaçı1 izahatı və şahidlərin ifadələri üzrə məhkəmə iclas protokollarında qeyd olunanlara əlavə olaraq İddiaçı1 izahatında və şahid F.Yəhyayeva ifadəsində həm də bildirirlər ki, İddiaçı1 ilə Əflatun Orucov 1988-ci ildə qanuni nikaha daxil olmuşlar, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən İddiaçı1 atasının və əri Əflatunun İddiaçı1 üçün 1-mərtəbədə tikdirdikləri evin 1989- 1990-cı illərdə tikilən böyük 1-ci otağına (sahəsi 26,6 kv.m) və 1 mətbəxinə (sahəsi 8 kv.m), 1991- 1992-cı illərdə tikilən kiçik 2-ci otağına (sahəsi 14,4 kv.m) sərf olunan materialın və ustanın pulunun hamısını İddiaçı1 1-ci nikahdan olan əri Əflatun Otucov (1994-cü ildə vəfat etmiş) vermişdi. Beləliklə, 1989-1992cı illərdə İddiaçı1 atasının və əri Əflatun Orucovun İddiaç ı1 üçün tikdirdiyi evin tikilməsinə sərf olunan vəsait İddiaçı1 ilə Ə.Orucovun nikah müddətində qazandıqları əmlak olan pul vəsaiti hesabına tikilmişdir. Odur ki, İddiaçı1 evinin və köməkçi sahələrinin üzərində cavabdeh X5 heç bir hüququ yoxdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi, İddiaçı1 evi üzrə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmasını qanuni hesab etməklə, xx.xx.1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəllənin 101-ci maddəsinin ikinci hissəsini və xx.xx.1970-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsini pozmuşdur.
46. Bakı Apellyasiya Məhkəməsi “Mülki qanunvericiliyə əsasən” ifadəsini istifadə etsə də, faktiki olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci və 1243.2-ci maddələrinə düzgün istinad etməmişdir. Belə ki, 1-ci mərtəbədə yerləşən sahəsi 26,6 kv.m-lik və sahəsi 14,4 kv.m-lik iki otaqdan, eləcə də sahəsi 8 kv.m-lik mətbəxdən ibarət ev İddiaçı1 atası X32 məxsus olmamış, həmin ev Əflatun Orucov və İddiaçı1 birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikilmişdir. Ona görə də sadalanan bu sonuncu tikintilər üzərində Cavabdeh1 hər hansı hüquq əldə etməmişdir. Bundan başqa İddiaçı1 1958-ci ildən qeyd olunan ünvanda yerləşən ata evində, ailə qurduqdan sonra 1998-ci ilədək sözügedən həyətdə tikilən öz evində, 2008-ci ilədək yetkinlik yaşına çatmayan uşaqları onun həmin evində yaşamaqla, daha sonra Türkiyə Respublikasında yaşasa da tez-tez Bakıya gələndə həmin həyətdəki öz evində qalmaqla, son 2 il ərzində Azərbaycana gəldiyi zaman öz evində qalmağa cəhd etməklə, qeyd olunan həyətdə yerləşən öz evinə, eləcə də atasıX33 tərəfindən tikilmiş tikintilər üzərində də sahiblik hüququnu həyata keçirdiyini nümayiş etdirmişdi.
47. Qeyd olunan ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 26,6 kv.m-lik və sahəsi 14,4 kv.m-lik iki otaqdan, eləcə də sahəsi 8 kv.m-lik mətbəxdən ibarət ev X32 və ya Cavabdeh1 məxsus olmamış, həmin ev Əflatun Orucov və İddiaçı1 birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikildiyi üçün həmin tikintilərə münasibətdə Cavabdeh1 ümumiyyətlə Cavabdeh2 MMC ilə müqavilə bağlamaq ixtiyarı yoxdur. İddiaçı1 1-ci mərtəbədəki evinin köməkçi sahələri olan zirzəmi, hamam və ayaqyolu, eləcə də həmin ünvanda olan digər tikintilər, eləcə də 2-ci mərtəbədə olan ev və köməkçilər sahələr İddiaçı1 atası X33 tərəfindən tikildiyi üçün həmin tikintilərə münasibətdə İddiaçı1 sahiblik və istifadə hüquqları var. Odur ki, sonuncu qeyd olunan tikintilərə münasibətdə də Cavabdeh1 təkbaşına Cavabdeh2 MMC ilə müqavilə bağlamaq ixtiyarı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
49. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X13 X9:
50. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
51. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
52. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
53. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
54. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən ə qdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
56. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
57. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
58. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
59. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
60. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburet məyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
61. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
70. Tərəflər arasındakı mübahisə ünvan 10 ünvanda olmuş tikililərə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilələrinin qismən etibarsız sayılması, orada sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçı ilə müqavilə bağlamaq vəzifəsinin həmin MMC-nin üzərinə qoyulması tələbləri ilə bağlıdır.
71. İddiada göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49-da yerləşən ev iddiaçının mərhum valideyinlərinə məxsus olmuş, atası X10 2008-ci ildə, anası X7 2007-ci ildə vəfat etmişlər. Onlar vəfat etdikdən sonra həmin evdə iddiaçı, iki qızı və mərhum əri, qardaşı (cavabdeh) Cavabdeh1 və ailəsi yaşamışdır. İddiaçının və qızlarının Türkiyədə yaşamasından sui-istifadə edən Cavabdeh1 evin həyətini, həyətdə olan bütün tikililəri (otaqları) zəbt etmiş, ona və qızlarına məxsus evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Məlum olmuşdur ki, həm qardaşı ilə birlikdə yaşadıqları, atadan qalma ev, həm də qonşu əraziləri özəl tikinti şirkəti Cavabdeh2 MMC tərəfindən alınması və yerində hün dürmərtəbəli binalar tikilməsi planlaşdırılmış, həmin MMC ilə Cavabdeh1 arasında 4 ədəd müqavilə bağlanmış, tikililər sökülmüşdür.
72. Cavabdeh1 iddiaya etiraz edərək, mübahisəli tikililərin özünə məxsus olmaqla onun sahibliyində və istifadəsində olduğunu, iddiaçılara aid olmadığını bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir.
73. Cavabdeh MMC-nin nümayəndəsi də iddiaya etiraz edərək bildirmişdir ki, mənzil faktiki yaşayan şəxslərə verilir, İddiaçı1 adına kommunal qəbz yoxdur, ünvandakı işıq abunəsi tərəflərin atası X31 adına, digər bütün sənədlər isə Cavabdeh1 adına olmuş, onlara sözügedən ünvanda faktiki olaraq sonuncunun və ailəsinin yaşadığı bildirilmişdir.
74. İddianın təmin olunmaması ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün su byektiv hüquqa malik olmadığını qeyd edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı1 mübahisə predmeti olan evdə istifadə hüququ yaransa da, daha sonra həmin hüquq itirilmişdir. Bundan başqa, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49, 1 saylı mənzil dövlət reyestrində qeydiyyatdan keçməmişdir, iddiaçının atası 2008ci ildə vəfat etmiş, həmin dövrdə iddiaçı artıq Türkiyə Respublikasında yaşayırdı. Mirasın qəbulu ilə bağlı müraciət də olunmamış, deməli, iddiaçı hər hansı mirası da qəbul etməmişdir.
75. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
76. İlk növbədə qeyd edilməlidir ki, mübahisənin düzgün həlli üçün iddiaçının irəli sürdüyü tələbin mahiyyətini və məqsədini aydınlaşdırmaq, iddia tələbində göstərilən müqavilə lərin etibarlı olub-olmadığını yoxlamaq və nəticəsinə görə mübahisəni həll etmək işə mahiyyəti üzrə baxan məhkəmələrin vəzifəsi olmuşdur. Belə yoxlama isə iddia tələblərinə və ona qarşı etiraza uyğun gələn maddi hüquq normaları əsasında aparılmalıdır.
77. Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
78. Azərbaycan Resp ublikasının Konstitusiya Məhkəməsinin bu məsələlərlə bağlı formalaşdırdığı hüquqi mövqelərə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhk əmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərar).
79. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürülmüş tələblər üzrə subyektiv hüquqa malik olmamasını xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yaşayış sahəsinin icarədarının ailə üzvlərinin hüquq və vəzifələrinə dair 53,54,60,87-ci maddələri, habelə Mülki Məcəllənin vərəsəliklə bağlı 1151, 1243-cü maddələri ilə əsaslandırsa da nəzərə almamışdır ki, iddiaçı ünvan 11 ünvanda yerləşən və valideynlərindən qalan tikililərlə yanaşı, ayrıca yaşayış sahəsi kimi ata sı tərəfindən ona bağışlanmış və nigahda olduğu əri ilə birgə vəsait hesabına ərsəyə gətirdiyi, Türkiyə Respublikasına gedənədək özü və qızlarının davamlı olaraq yaşadığını bildirdiyi evin də onun razılığı olmadan sökülməsi haqqında cavabdehlər arasında müqavilə bağlandığını bildirir.
80. Göründüyü kimi, iddianın bu hissəsi mənzildən istifadə və ya vərəsəlik hüququna deyil, bir iqtisadi dəyər olan yaşayış sahəsi üzərində əmlak hüququna səlahiyyətsiz şəxs tərəfindən sərəncam verilməsi haqqında əqdin etibarsızlığı tələbinə əsaslanır.
81. Məlum olduğu kimi, bəzi yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin tikililər iqtisadi təyinatı baxımından ev kimi içərisində yaşamaq ehtiyacını təmin edirlər. Bir çox halda, həmin yaşayış sahələrinə kommunal xidmətləri n göstərilməsi haqqında müqavilələr bağlanır, hətta şəxslər bu evlərin yerləşdiyi ünvan üzrə rəsmi qeydiyyata alınırlar.
82. O da məlumdur ki, sözügedən tikililərin yerləşdiyi torpaq sahəsində çoxmərtəbəli yeni binalar inşa edən tikinti şirkətləri yaşayış evlərinin sahibləri ilə müqavilələr bağlayır, sökülməsi əvəzində onların maddi dəyərini ya pul vəsaiti ilə, ya da mənzil (qeyri-yaşayış sahəsi) verməklə ödəyirlər.
83. Bütün bunlar onu göstərir ki, mübahisəli tikililər dövlət reyestrində qeydiyyatdan keçməsə də, iqtisadi dəyəri olan bir əmlakdır. Bu səbəbdən onlar üzərində sahibinin ən azından əmlak hüququnun olması qəbul olunur.
84. Üstəlik bir çox halda bu hüququn konkret əşya hüququna keçirilməsi, məsələn tikiliyə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, yaxud tikili nin sökülməsi barədə sərəncam verməklə əvəzində tikinti şirkətindən pul vəsaiti, yaxud yaşayış (qeyri-yaşayış) sahəsinin əldə olunması real, gözlənilən və əlçatan olur.
85. Hazırkı işdə də cavabdeh MMC dövlət reyestrində qeydə alınmamış mübahisəli tikililərin sökülməsi üçün digər Cavabdeh1lə dörd müqavilə bağlamış, əvəzində ona yeni inşa olunacaq binada müvafiq sahələr verməyi öhdəsinə götürmüşdür.
86. Deməli, iddiaçının mübahisə etdiyi müqavilələr əsasında söküntüsünə sərəncam verilmiş yaşayış sahələri üzərində onların sahibinin əmlak hüququnun olması şübhə doğurmur.
87. Belə olan halda, iddiaçının özünə məxsus olduğunu bildirdiyi tikili(lər) üzrə müvafiq araşdırmanın aparılması, bu araşdırma nəticəsində hansısa evə münasibətdə iddiaçının dedikləri öz təsdiqini tapdığı təqdirdə həmin tiki li üzərindəki əmlak hüququna sərəncam verilməsi barədə müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması və bunun hüquqi nəticələrinə dair maddi hüquq normaları nəzərdən keçirilməklə iddia həm də bu əsaslarla yoxlanılmalıdır.
88. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (§ 55, 58-59).
89. Baxılan işin materiallarında sözügedən ünvanda mövcud olmuş ən azı bir yaşayış sahəsinin iddiaçıya aid olması barədə izahatlar, ifadələr və digər məlumatlar vardır.
90. Belə ki, iddiaçının deməsin ə görə 1958-ci ildə doğulandan həmin həyətdə valideynlərinə məxsus olan evdə yaşamış, ailə qurduqdan sonra 8-9 ay başqa ünvanda qalsa da, həmin həyətə qayıdaraq atasının dəstəyi ilə onun üçün düzəldilmiş ayrı evdə əri və uşaqları ilə birlikdə yaşamışdır. Əri vəfat edəndən sonra da uşaqları ilə birlikdə ayrıca evdə yaşamış, sonra özü və qızları da Türkiyə Respublikasına getmişlər. Buna baxmayaraq ölkəyə gələndə yaşadığı evin qardaşının sahiblənib yaşadığını görmüşdür.
91. İş üzrə dindirilmiş şahidlər Elnur İbrahimli, Gülnarə İbrahimova ifadələrində İddiaçı1 1995-ci ildən sözügedən həyətdə özünə məxsus olan ayrıca evdə əri və uşaqları ilə yaşadığını, hətta özü Türkiyəyə getdikdən sonra uşaqlarının həmin evdə yaşamağa davam etdiklərini, son zamanlar sözügedən evdə heç kimin yaşamadığını bildi rmişlər.
92. Digər şahid, Firəngiz Yəhyayeva bildirmişdir ki, bacısının evi olmadığına görə atası həyətdə İddiaçı1 ev tikmiş, burada bir neçə il qaldıqdan sonra kirayə evə köçmüş, Həcərin yoldaşı vəfat etdikdən sonra yenidən həmin evə qayıtmış, daha sonra Həcər işləmək üçün Türkiyəyə getmiş, uşaqlar onun ta və anası ilə qalmış, qardaşı isə həyətdə öz evində yaşamışdır. Şahid onu da qeyd etmişdir ki, Həcərə məxsus olan ev atası və Həcərin yoldaşı Əflatun tərəfindən tikilmişdir. Həcər daima evdə yaşamasa belə Türkiyə Respublıikasından hər dəfə gələndə evin qaz, işıq pulunu özü ödəyirdi, İmaməli axırıncı iki ildir ki, Həcərə məxsus evdə yaşayırdı, qardaşı olduğuna görə Həcər heç nə deyə bilmirdi.
93. Nəsimi Rayon MKTB 52 saylı MKİS-nin 200 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunu r ki, İddiaçı1 həqiqətən Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49-da yaşayır, məişət tullantı borcu yoxdur. Həmin MKİS-nin verdiyi 201 saylı, xx.xx.2023-cü il tarixli arayışda İddiaçı1 qeyd edilən evdə daimi qeydiyyatda olanlar sırasında göstərilmişdir.
94. İddiaçı onu da bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən İddiaçı1 atasının və əri Əflatunun İddiaçı1 üçün 1-mərtəbədə tikdirdikləri evin 1989-1990-cı illərdə tikilən böyük 1-ci otağına (sahəsi 26,6 kv.m) və 1 mətbəxinə (sahəsi 8 kv.m), 1991-1992-cı illərdə tikilən kiçik 2-ci otağına (sahəsi 14,4 kv.m) sərf olunan materialın və ustanın pulunun hamısını İddiaçı1 1-ci nikahdan olan əri Əflatun Orucov (1994-cü ildə vəfat etmiş) vermişdi.
95. İşdə olan, Bakı şəhəri 52 saylı MKİS-də təsdiqlənmiş, Bakı ş əhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən 1 saylı mənzilin planında 9, 14,4, 26,5 kv.m.lik sahələrin olduğu görünür.
96. Eyni zamanda cavabdehlərin bağladıqları müqavilələr sırasında digər kvadratlı tikililərlə yanaşı 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 47.89 kv.m mənzilin də Cavabdeh1 tərəfindən sökülmək üçün “X34" MMC-yə təhvil verilməsi barədə müqavilə də vardır.
97. Beləliklə, sözügedən ünvanda İddiaçı1 məxsus yaşayış sahəsinin olubolmamasının müəyyənləşdirilməsi baxımından yuxarıda qeyd edilən və işdə olan digər əhəmiyyətli məlumatların və sübutların tədqiq olunması və nəticəyə gəlinməsi mübahisəyə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsi olmuşdur.
98. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddianın əsaslı olub-olmamasını qeyd edilən konteksdə yoxlamamış, bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamış, iddiaçının dəlillərinə lazımi hüquqi qiymət verməmişdir.
99. Bu hal məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadığına, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 61-66).
100. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı ma ddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X13 X4 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 49-50).
101. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
102. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, iddia tələblərinin tam və ya qismən əsaslı olub-olmaması iddianın obyekti olan bütün tikililərə və müqavilələrə münasibətdə işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən yoxlanılmalı olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
103. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəy yən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmalıdır.
104. Kollegiya onu da qeyd edir ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
105. Odur ki, “cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması” tələbinə həmin normanın şərtləri əsasında hüquqi qiymət verilməlidir.
106. Nəzərə alınmalıdır ki, bu tələbin təmin təmin olunması üçün əsasların aşkar edilməməsi, qanuni şərtləri müəyyən edildiyi halda “müqavilələrin qismən etibarsız sayılması” tələbinin tam və ya qismən təmin olunmasını istisna etmir.
107. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-758/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.