Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1533/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Edrees Ali X17 cavabdeh X8 qarşı “cavabdehin bağ evindən və bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaqdan çıxarılma, torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X5 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)767/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 Edrees Ali X17, həmin bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsinin X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsi ilə X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsini 28 sentyabr 2023-cü il tarixədək Edrees Ali X17 icarəsinə vermişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə X11 və Edrees Ali X20 arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqının X22 Ahmed X1 xeyrinə tutu lması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Edrees Ali X20 cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, X9 vətəndaşı olan iddiaçının keçmiş tanışı olan cavabdeh qızı ilə birlikdə iddiaçının razılığı və icazəsi olmadan, ondan xəbərsiz şəkildə, mülkiyyət hüququ ilə iddiaçıya məxsus mübahisəli bağ evinə qanunsuz olaraq daxil olmuş və onun həmin bağ evində olan əmlaklarını talamışdır. Bu barədə iddiaçı özü bağ evinə quraşdırdığı video-müşahidə kamerası vasitəsilə xə bər tutmuşdur. Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları ilə birlikdə bağ evinə baxış keçirilən zaman cavabdeh əsas bağ evindən çıxsa da, həyətdə yerləşən köməkçi tikilidən çıxmayacağını bildirmiş, bu addımını iddiaçı ilə aralarında guya mövcud olan razılaşma ilə əlaqədar iddiaçının ona təzminat ödəməli olması ilə əsaslandırmışdır. Cavabdehin bağ evindən çıxmamaqda məqsədi həmin əmlakı mənimsəməkdir.
6. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı və cavabdeh X10 nikah bağlamaqla ər-arvad münasibətlərində olmuşlar. Həmin nikahdan irəli gələrək, iddiaçının cavabdeh qarşısında müəyyən öhdəlikləri mövcuddur. Cavabdeh Azərbaycan qadını olmaqla, digər dövlətin vətəndaşları tərəfindən onun hüquqlarının pozulması yolverilməzdir və aidiyyəti or qanlar, o cümlədən də məhkəmə məsələyə cavabdeh xanımın hüquqlarının müdafiəsi mövqeyindən yanaşmalıdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)5720/2021 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia təmin edilmiş, cavabdeh X6 ünvan 2 ünvanında yerləşən bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia predmeti olan bağ evi xüsusi mülkiyyət hüququ, evin yerləşdiyi 0,09 ha torpaq sahəsi isə icarə hüququ əsasında iddiaçıya məxsusdur. Xarici ölkə vətəndaşı olan iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuş, aralarındakı münasibət sonradan pozulmuş, çoxsaylı təkidlərə baxmayaraq, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus evdən çıxmamış və hazırda da orada yaşamağa davam edir. Bu hal iddiaçının ona beynəlxalq və dövlətdaxili qanunvericiliklə təminat verilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdeh öz növbəsində iddiaya etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 157.1, 157.2, 158.1.2, 241.1, 700.1-ci, “Torpaq icarəsi haqqında” Qanunun 1-ci, Mülki Prosessual Məcəlləsinin 28.1, 77.1, 88, 217.4, 439.2, 443.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh X12 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)-572 0/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, A.Ə.İsgəndərovun və İ.Ə.Kərimlinin iştirakı il) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)5720/2021 nömrəli qətnaməsi qismən, yəni cavabdeh X6 ünvan 1nin yerləşdiyi torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müba hisəli bağ evi 04 oktyabr 2018-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, ona aid 0,09 ha torpaq sahəsi X3 mülkiyyətində qalmışdır. X11 ilə Edrees Ali X20 arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi 28 sentyabr 2023-cü ilədək sonuncuya icarəyə verilsə də, icarəçi kimi öhdəliklərini yerinə yetirmədiyindən həmin icarə müqaviləsi məhkəmə qətnaməsinə əsasən vaxtından əvvəl ləğv edilmişdir. Həmçinin icarə müqaviləsinə əsasən yaranmış torpaq üzərində hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməmişdir. Ancaq torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlan an əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına isə dövlət təminat vermir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia mübahisəli torpaq sahəsinə dair hissədə tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən və torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermədiyindən tələbin bu hissəsi üzrə apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qətnamə bu hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir.
14. Göstərilənlərə baxmayaraq, iddia tələbi cavabdehin mübahisəli bağ evindən çıxarılması hissəsində əsaslı olduğundan məhkəmənin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur. Çün ki, həmin hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia tələbi bu hissədə haqlı sayılırdı. Ona görə də, birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin edərkən maddi və prosessual hüquq normaları pozulmamışdır.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.2, 140, 148.2, 149.2, 152.1, 153.4, 157.1-ci, Mənzil Məcəlləsinin 5.1, 5.3-cü, Torpaq Məcəlləsinin 3.2, 3.3, 48.1, 48.3, 51.1, 51.2, 66.2, 67, 86.3, 86.4, 88.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1, 386, 387.1, 388, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətini n və ona etirazın dəlilləri:
16. İddiaçı Edrees Ali X20 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.5, 157.2, 157.4-cu, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217, 254.1.4, 386, 387-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, qətnamə ilə əcnəbi şəxsin və həmin şəxsin təsis etdiyi hüquqi şəxsin qanunla qorunan hüquq və maraqları birmənalı şəkildə pozulmuşdur. İddiaçının daşınmaz əmlakı dövlət reyestrində qeydə aldırmaması heç də o demək deyildir ki, onun həmin əmlaka mülkiyyət hüququ onun təsis etdiyi MMCyə, yəni "xxxx" MMC-yə münasibətdə yoxdur. Çünki, iddiaçı həmin əmlak üzrə pay haqqını (yəni dəyərini) X7 tam şəkildə ödədiyindən artıq həmin əmlaka sahiblik və istifadə hüququ əldə etmişdir. Qeyd olunan əmlakın dövlət reyestrində qeydə alınmaması məsələnin texniki tərəfidir və həmin qeydə alınmama heç də o demək deyildir ki, iddiaçı həmin əmlaka dair mülkiyyət hüququnu əldə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən cavabdehin X4 və X11 ilə əlbir olaraq, iddiaçının etibarından və Azərbaycan dilini bilməməsindən sui-istifadə edərək, onun pulu ilə da şınmaz əmlaklar əldə edib, həmin əmlakı iddiaçının və təsisçisi olduğu "xxxx" MMC-nin adına keçirmək əvəzinə, saxta sənəd olan icarə müqaviləsi rəsmiləşdirməklə, öz adında saxlamalarını nəzərə almamışdır.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə etiraz verilməmişdir.
20. İddiaçı Edrees Ali X20 nümayəndəsi, Vəkil2 vasitəsi ilə kassasiya məhkəməsinə vəsatət verərək, onun cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, X7 və X2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunveric iliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyas iya məhkəməsinin qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilsə də, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın rədd olunmuş hissəsində mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür h ərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsin dən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar ya zılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 254.1.4- cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunm alıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kolle giyası ilk olaraq hazırki iş üzrə icraatın dayandırılması barədə iddiaçı tərəfin vəsatətinə münasibət bildirərək, həmin vəsatəti əsassız hesab edir.
27. Belə ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Edrees Ali X17 cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, X7 və X2 qarşı irəli sürdüyü “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək hər hansı məhkəmə aktının hazırki tələb üzrə apellyasiya məhkəməsinin qəbul etdiyi qərarının qanuniliyinin yoxlanılmasına aidiyyəti vəsatətdən müəyyən olunmur.
28. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübah isələndirilən hissədə tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
29. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, işə baxan apellyasiya məhkəməsi iddia tələbinin qanuni əsası ilə bağlı heç bir dəyərləndirmə aparmamış, yalnız Mülki Məcəllənin, Mənzil Məcəlləsinin və Torpaq Məcəlləsinin bir sıra normalarının dispozisiyaları sadalanmışdır.
30. Halbuki, apellyasiya məhkəməsinin özünün də qətnamənin 19-cu bəndində qeyd etdiyi kimi, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapı lmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçının tələbinin qanuni əsası kimi ilk olaraq Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələri nəzərdən keçirilə bilər. Məcəllənin 157.2-ci maddəsinə əsaslanaraq iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyalara mülkiyyət (Məcəllənin 157.8-ci maddəsi əlavə tətbiq olunmaqla digər qanuni sahiblik) hüququnun olması; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olması.
32. Hazırkı işdə apellyasiya məhkəməsi iddianı cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının həmin torpaq sahəsinə nə mülkiyyət, nə də ki, icarə hüquqları yoxdur.
33. Lakin nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan bağ evi, mübahisəli torpaq sahəsinin üzərində yerləşir. Belə olduğu halda isə, iddiaçı ilə torpaq sahəsinin mülkiyyətçisi arasında həmin torpaqdan istifadə ilə bağlı müqavil ə münasibətlərinin olub-olmamasından asılı olmayaraq, Mülki Məcəllənin 241.3 və 243.1-ci maddələrinin dispozisiya şərtlərinə əsasən onun mülkiyyətində olan binanın yerləşdiyi torpaq sahəsindən istifadə hüququ vardır.
34. Lakin, həmin normaların dispozisiya şərtləri də, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmasını zəruri hesab edir. O cümlədən, məhkəmə kollegiyasının qənaətinə görə torpaq sahəsinin və ya onun hər hansı hissəsinin bağ evindən normal istifadəsi üçün zəruri olması, cavabdehin torpaq sahəsində qalmaqla, iddiaçının evindən istifadəsinə maneələrin yaradıbyaratmamasını araşdırılmalı və Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəalarının hazırki mübahisəyə tətbiqinin mümkünlüyünə hüquqi qiymət verilməlidir.
35. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, işin tam və ədalətl i araşdırılması, o cümlədən cavabdehin mübahisəli torpaq sahəsində qalmasının əsaslarının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə torpaq sahəsinin mülkiyyətçisi olan X3 hazırki tələb üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi də tərəflərlə müzakirə olunmalıdır.
36. Belə ki, Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
37. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin həllində maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu qətnamənin ləğv olunması üçün əsasdır.
38. Qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X19rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
39. İşə yenidən baxılarkən apellyasiya məhkəməsi qərarda şərh edilənlərlə bağlı qiymətləndirmə aparmalı, tələbin düzgün qanuni əsası, işin faktiki hallarının tətbiq olunan normaların d ispozisiya şərtlərinə uyğunluğu ilə əlaqədar dəyərləndirmə aparmalı və bunun nəticəsindən asılı olaraq mübahisə ilə bağlı yekun qərar qəbul etməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Edrees Ali X20 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsi cavabdeh X6 ünvan 1nin yerləşdiyi torpaq sahəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.