Məhkəmə qərarları › İş №2(102)-154/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-154/2021

25.01.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-154/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına və Piriyev Cavabdeh1 Fərhad oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-154/21 (Açar sözlər: işə bərpa, məcburi işəburaxmağa görə əmək haqqı, işçinin bülletendə olduğu vaxt əmək müqaviləsinə xitam verilməsi) Bakı şəhəri, 25 yanvar 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı və vəkili Salmanova Gülşən Arif qı zının iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına və X1 qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-2267/2020 nömrəli qətnaməsindən cavabdeh C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2014-cü il tarixli 10 saylı əmrlə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına 10-cü dərəcəli dram artisti təyin edilmi ş, xx.xx.2015-ci il tarixli 03 saylı əmrlə 11-ci dərəcəli, xx.xx.2015-ci il tarixli əmrlə isə 14-cü dərəcəli dram artisti vəzifəsinə keçirilmişdir.

2. İddiaçı xx.xx.2019-cu il tarixli 68 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) xx.xx.2019-cu ildən 14-cü dərəcəli dram artisti vəzifəsindən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdehlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına və X1 qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməklə, xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edi lməsinə dair xx xxxx 2019-cu il tarixli, 68 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 5.000 (beş min) manat məbləğində maddi və 50.000 (əlli min) məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin xx xxxx 2019-cu il tarixi 68 saylı əmri qanunsuz olub.

5. Əmrdə iddiaçının guya üzrsüz səbəblərdən işə gəlməməyi, qastrol səfərlərinə getməkdən imtina etməyi, üzrsüz səbəblərdən işə çıxmamağı və bunlarla bağlı heç bir sənəd təqdim etməməyi, bu barədə yazılı izahat verməkdən imtina etməyi kimi həqiqətəuyğun olmayan məlumatlar əks olunmuşdur.

6. Halbuki, göstərilənlərin tam əksinə olaraq, iddiaçı qastrol səfərlərinə gedəcəyini, işə gəlməməyinin üzrlü səbəblərlə əlaqəli olduğunu, xəstəliyi ilə əlaqədar həkim tərəfindən ev şəraitində müalicə almalı olduğunu dəfələrlə rəhbərliyə bildirmiş və rəhbərlik onu tam arxayın edərək, müalicəsini davam etdirməsini, qastrol səfərinə getməyə zərurət qalmadığını, onu əvəz edəcək dublyorun qastrola gedəcəyini bildirmişdir.

7. Bundan sonra hər dəfə məşqlərin və qastrol səfərlərinin vaxtı və yeri barədə verilən məlumatlarda iştirak etməli olan şəxslərin, aktyorların siyahısı tərtib olunmuş, həmin siyahıların heç birində iddiaçının iştirakı nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh iddiaçını aldadaraq müalicələrinin davam etdirilməli olmasını bildirmişdir.

8. Cavabdeh iddiaçı müalicədə ola-ola, bu barədə tibbi arayış mövcu d olmasına baxmayaraq, iddiaçının işdən azad edilməsi barədə əmr imzalayıb.

9. Əmrdə guya iddiaçının teatrı çıxılmaz vəziyyətə salmağı, teatrın öz qrafikində lazımsız dəyişikliklər etməyə məcbur qalması, qastrol səfərinin pozulmaması üçün teatrda gedən məşqlərin dayandırılması, oynadığı obrazın başqa aktrisa tərəfindən tez zamanda hazırlanması üçün həmin əsərin məşqlərinin salınması, yeni tamaşanın vaxtında təhvil verilməsinin mümkünsüz etməyi kimi məlumatlar əks olunmuşdur. Lakin bu məlumatları əsaslandıran hallar əmrdə öz əksini tapmamış, həmin halları təsdiq edən hər hansı sənəd əmrə əlavə edilməmişdir.

10. Cavabdeh Teatrın nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, göstərmişdir ki, iddiaçı 04 iyul-xx xxxx 20119-cu il tarixlərdə üzrsüz səbəbdən işə çıxmayıb. Bu səbəbdən iddia çının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. Bu zaman Həmkarlar Komitəsinin razılığı da alınıb. İddiaçı işdən azad olunan vaxt əmək qabiliyyətinin olmadığnı təsdiq edən heç bir sənədi rəhbərliyə təqdim etməyib.

11. Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5440/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbərliyinin İddiaçı işdən çıxarılması haqqında xx xxxx 2019-cu il tarixli 68 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi, İddiaçı xx xxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. (hakim Rəşid Səmədov)

12. Birin ci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını, şahid ifadələrini qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası vəzifəsində işləmiş, o, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının həqiqətən də əmək və icra intizamının normal ahəngini pozması faktı ilə əlaqədar C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən hər hansı daxili araşdırmanın nəticəsi və həmin faktın həqiqətən də öz təsdiqini tapdığını sübut edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.

14. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, İddiaçı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək əmək qabiliyyəti olmadığı vaxt xx.xx.2019cu il tarixli əmrlə işdən azad olunmuşdur.

15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən belə nəticəyə gəlmişdir ki, işəgötürən – C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması barədə əmri qanunsuz və əsassız olduğu üçün iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və xx xxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunacağı tarixədək iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

16. Məhkəmə iddia tələbinin “iddiaçıya dəymiş 5.000 (beş min) manat məbləğində maddi və 50.000 (əlli min) məbləğində mənəvi zər ərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsini rədd edərkən ona istinad edib ki, iddiaçı həmin tələblərinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanuna zidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 3, 68, 70, 71, 72, 74, 79, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 81-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh müəssisə apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırlıb ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 14-cü dərəcəli aktrisası İddiaçı əmək intizamını ciddi şəkildə pozaraq, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək üzürsüz səbəbdən işə çıxmamışdır.

20. İddiaçının daxili nizam-intizam qaydalarını kobud şəkildə pozan növbəti hərəkəti, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Şəki və Sabirabad rayonlarında təşkil olunmuş qastrol səfərlərinə getməkdən imtina etməsi olmuşdur.

21. Qastrol səfərlərinin pozulmaması üçün teatrda gedən məşqlər dayandırılmış, iddiaçının oynadığı obrazın başqa aktrisa tərəfindən tez zamanda hazırlanması üçün həmin əsərin məşqləri salınmış, bu isə plan üzrə nəzərdə tutulmuş yeni tamaşanın vaxtında təhvil verilməsini mümkünsüz etmiş, nəticədə teatr iş planında nəzərdə tutulan işləri yerinə yetirə bilməmişdir.

21. Bu barədə teatr kollektivi tərəfindən akt tərtib edilmiş, lakin İddiaçı üzürsüz səbəbdən işə çıxmamasını əsaslandıracaq heç bir sənəd təqdim etməmiş, bu barədə yazılı izahat verməkdən də imtina etmişdir.

22. Bundan əlavə, Həmkarlar İttifaqı komitəsi tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş qaydada tutduğu vəzifəsindən azad olunmasına razılıq verilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2267/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi) Raqib Qurbanov, İlham Əhmədov)

24. Apellyasiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir etmişdir ki, İd diaçı xx xxxx 2019-cu ildən xx xxxx 2019-cu ilədək olan müddətdə hipertonik tipli anemiya diaqnozu ilə xəstə yatmış və işə çıxmamışdır.

25. Apellyasiya məhkəməsi qeyd edib ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

26. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi cavabdeh C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, iddiaçıya məcburi iş buraxmaya görə almadığı əmək haqqının ödənilməs i barədə düzgün nəticəyə gəlmişdir.

27. Apellyasiya məhkəməsi cavabdeh təşkilatın iddiaçıya xəbərdarlıq edilməsi barədə xx.xx.2017-ci il tarixli 25 saylı və xx.xx.2018-ci il tarilxi 34 saylı əmrlərə münasibətdə qeyd etmişdr ki, həmin əmrlərin iddiaçı barəsində xx.xx.2019-cu il tarixdə işdən çıxma barədə əmrin qəbulu zamanı hüquqi qüvvəsi olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı (Vəkil ) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsini xahiş edib.

29. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə maddi və prosessual hüquq normalarını pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

30. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında İddiaçı və vəkili Salmanova Gülşən Arif qızı kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər.

32. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəli klərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə

72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 79 (1-ci hissəsə) İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaq ları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin f aktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində cavabde h apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanan iddianın təmin edilən hissəsində ) yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşki l edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

37. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

38. İddia tələbi işə bərpa barədədir. İddiaçı xx xxxx 2019-cu ildən xx xxxx 2019-cu ilədək üzrsüz səbəbdən işə çıxmaması əsası ilə onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və bunu belə əsaslandırmışdır ki, həmin tarixlərdə xəstə olmuşdur.

39. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçının həqiqətən də həmin müddətdə xəstə olduğunu (əmək qabiliyyətini müvəqqəti itirməsini) müəyyən etmişdir.

40. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının sübut edilməsindən asılıd ır.

41. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürənin iddiaçının qeyd edilən tarixlərdə xəstə olması (əmək qabiliyyətini müvəqqəti itirməsi) barədə məlumatı olmamış, bununla da Əmək Məcəlləsinin tələbləri pozulub, iddiaçının əmək qabiliyyətsiz olduğu müddətdə onunla əmək müqaviləsinə üzrsüz səbəbdən işə çıxmama əsası ilə qanunsuz olaraq xitam verilib.

42. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

43. İddiaçının heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı sübuta yetmədiyindən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin ed ilməsinə əsas vermişdir.

44. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhk əməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)2267/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar