Məhkəmə qərarları › İş №2(102)-1541/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1541/2020

16.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1541/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili X8 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.04.2019-cu il tarixli qətnamə ilə Cavabdeh4 iddiasının tam həcmdə rədd edilməsini, İddiaçı iddiasının isə qismən təmin edilməsini, İddiaçı mübahisəli ev üzərində 1/8 pay hüququnun müəyyən edilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2019-cu il tarixli, 2(103)-10016/2019 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.Y.Şamayev) cavabdehlərin birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2019-cu il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X4 və X1 qarşı “məcburi pay hüququnun tanınması və sair” tələbləri barədə iddiasının təmin edilməməsi, Cavabdeh4 İddiaçı qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbi barədə iddiasının təmin edilməməsi, hazırki qətnamənin İddiaçı Ünvan küçəsində yerləşən 6 №-li evdən qeydiyyatdan çıxarılması üçün əsas olması müəyyən edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X2 vəfatından sonra miras qalmış və Ünvan küçəsində yerləşən 6 №-li evə vərəsəlik hüququnun tanınması, həmin əmlakdan ona aid məcburi payın müəyyən edilərək naturada ayrılması, ayrılmış pay üzərində mülkiyyət hüququnun tanınması, bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mübahisəli evə dair Cavabdeh4 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir. (Birinci iş üzrə cavabdeh) Cavabdeh4 (birinci iş üzrə iddiaçı) İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Ünvan küçəsində yerləşən (birinci iş üzrə mübahisəli ev) 6 №-li evə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili X8 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan kassasiya qaydasında ləğv olunmalı, iddia tələbi iddiaçıya münasibətdə təmin olunmalıdır. Belə ki, birinci instansiya məh kəməsi maddi hüquq normalarına düzgün yanaşaraq, işin faktiki hallarını, obyektiv, hərtərəfli araşdıraraq, qanuni əsaslarla düzgün nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(103)-10016/2019 saylı qətnaməsinin ləğv edilməsini, Nərimanov Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli qətnaməsinin iddiaçıya aid olan hissədə qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdır araq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(103)-10016/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1159.1.1, 1159.1.3, 1193, 1194 –cü maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22.04.2014-cü il tarixli qərarına əsasən işin materialları üzrə g əldiyi nəticələrinə əsasən İddiaçı miras əmlakda məcburi pay hüququ yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3-cü maddələrinə və “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə istinadən gəldiyi digər nəticəyə əsasən isə İddiaçı mübahisəli ünvan üzrə qeydiyyatda olması onun mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun olması demək deyil. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin i şin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçının nənəsi X6 Xaşalov ilə birgə nikahından 4 övladı olmuşdur: (iddiaçının atası) M, iş üzrə cavabdehlər (iddiaçının əmiləri) X və X2, habelə cavabdeh (iddiaçının bibisi) Cavabdeh2. İddiaçının atası 15.07.1989-cu il tarixdə, babası isə 07.08.2007-ci il tarixdə ölmüşlər. Mübahisəli ev Fatma Qafarovaya məxsus olmuşdur. O, həmin evi 18.06.2009-cu il tarixdə Cavabdeh4 vəsiyyət etmiş və 25.11.2012-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra Cavabdeh4 miras əmlakı qəbul etmiş, həmin əmlakın onun adına rəsmiləşdirilməsinə miras qoyanın birinci növbəli vərəsələri, iş üzrə digər cavabdehlər etiraz etməmişlər. Mübahisəli əmlak üzərində Cavabdeh4 mülkiyyət hüququ 19.10.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. H azırki iş üzrə İddiaçı atası Aun miras qoyan Fatma Qafarovanın birinci növbəli vərəsəsi olduğundan, mübahisəli evin isə Cavabdeh4 vəsiyyət üzrə keçdiyindən, onun həmin əmlakda məcburi payının olmasını mübahisələndirmiş və bunu onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə məcburi pay hüququ vərəsəlik üzrə keçən hüquqdur və bu hüquq mərhum Aun birinci növbəli vərəsəsi kimi iddiaçıya keçməlidir. İddia tələblərinin əsası kimi istinad edilən hallar kassasiya şikayətinin dəlilləri kimi də təqdim edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134, 1159.1.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22.04.2014-cü il tarixli qərarın a əsasən işin materialları üzrə gəldiyi nəticələrinə əsasən İddiaçı miras əmlakda məcburi pay hüququ yaranmamasına dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamənda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölünmündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadağına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ö lənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Qeyd olunan Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mi rasın açıldıgı andan yaranır. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay a lmaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. Beləliklə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22.04.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, miras əmlaka məcburi p ay hüququ olan şəxslər yalnız vəsiyyət edənin öldüyü məqamda sağ olan birinci növbəli vərəsələri və ya mirasın açıldığı an sağ olan, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, ölən şəxsin vərəsələri ola bilərlər. Belə ki, işin materiallarından görünür ki, vəsiyyət edən Fatma Qafarova 2012-ci il tarixdə ölən vaxt mərhumun birinci növbəli vərəsələrindən yalnız övladları, iş üzrə cavabdehlər X və X2, habelə cavabdeh Cavabdeh2 sağ olmuşlar. İddiaçı atası A isə həmin vaxtdan 13 il əvvəl, yəni 1989-cu il tarixdə ölmüşdür. Göstərilən bu hal Aun miras əmlaka münasibətdə məcburi pay almaq hüququnun yaranmasını, sonradan isə həmin hüququn vərəsəlik üzrə İddiaçı keçməsini istisna edir. Beləliklə də, göründüyü kimi, kassasiya şikayətinin mahiyyətinə əsasən vəsiyyətnamə üzr ə vərəsəlik hüququnun reallaşdırılması vəsiyyət edənin vərəsələrinin hər bir halda məcburi paya malik olması demək deyil və işin bu halı üzrə apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd edilən qərarını rəhbər tutaraq düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya kassatorun nənəsinin 2012-ci ildə vəfat etməsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarının isə 2014-cü ildə qəbul edilməsinə dair dəlilinə hüquqi qiymət verərək hesab edir ki, miras açılarkən Konstitusiya Məhkəməsinin məlum qərarının qəbul edilməməsi iddiaçının tələbinin əsaslı olması kimi qiymətləndirilə bilməzdi. İşin materiallarından da görünür ki, İddiaçı vərəsəlik hüquququn tanınması və s. tələblər üzrə 29.10.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş və həmin vaxt artıq sözügedən qərar qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsinin onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilməsini nəzərə alaraq həmin hüquqi mövqeni hüququn tətbiqi təcrübəsində rəhbər tutmaqla tam haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə mali kdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarında göst ərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı miras əmlakda məcburi pay hüququ yaranmadığı təsdiq olunduğu üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq «vərəsəlik hüququnun tanınması barədə» tələbdən törəmə tələb olan «əmlakdan iddiaçıya aid məcburi payın müəyyən edilərək naturada ayrılması, ayrılmış pay üzərində mülkiyyət hüququn un tanınması, bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mübahisəli evə dair Cavabdeh4 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə» tələblərin əsassız olması nəticəsinə gəlmiş və onların əsaslılığının müzakirə etməsinə zərurət görməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin İddiaçı münasibətdə onun mübahisəli evə istifadə hüququnun dövlət reyestrində qeydə alınmadığı onun mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmaması, yaranmamış hüquqa isə məhkəmə qaydasında xitam verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması kimi mövqeyi ilə də razılaşır və qeydiyyatda olm asının onun mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun olması kimi qiymətləndirilməməsinə dair nəticəsini əsaslı sayır. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə müba hisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsas sız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahis ənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, İddiaçı iddiası üzrə cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kolle giyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(103)-10016/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar