Məhkəmə qərarları › İş №2(102)-1542/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1542/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1542/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözləri: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-713/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. İddiaçı 25 yanvar 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 anasıdır. X10 dəm qazı ilə zəhərlənmədən 3 yanvar 2009-cu ildə ölmüşdür.

2. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 7 avqust 2009-cu il tarixli 1(001)196/09 nömrəli hökmü ilə X15 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və X11 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

3. Həmin hökmlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan X12 təxminən 2006-cı ildə və 2003-cü ilin əvvəllərində müxtəlif ticarət müəssisələrindən əldə etdiyi iki ədəd qızdırıcı qaz sobasını Binəqədi rayon Qaz İstismar İdarəsinin razılığı olmadan özbaşına yaşadığı evin dəhlizində və yataq otağında “Qaz təsərrüfatında təhlükəslizlik qaydaları”na və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və xidmətin aparılması üzrə Təlimat”ın tələblərinə zidd olaraq quraşdırmış və istismar etmiş, Binəqədi rayon Qaz İstismar idarəsinin 9 saylı sahəsinin rəisi X15 və 9 sahənin nəzarətçi çilingəri X11 isə İdayət Balayev tərəfindən yaşayış evində qaz sobalarının özbaşına və təhlükəsizlik texnikası qaydalarına zidd olaraq quraşdırıldığını 2008-ci ilin oktyabr-noyabr aylarında müəyyən etmələrinə baxmayaraq, həmin qaz cihazlarının sökülməsini təmin etməmiş və qaz sobalarından istifadə olunmasının qarşısını almaq üçün vəzifə təlimatlarına uyğun olaraq müvafiq tədbirlər görməmişlər. 3 yanvar 2009-cu il tarixdə sobalarından sı zmış dəm qazından zəhərlənmələri nəticəsində həmin ünvanda yaşamış X13, X14, X17 və X18 zəhərlənərək ölmüşlər. Bununla da, Binəqədi rayon Qll-nin 9 saylı sahəsinin nəzarətçiçilingəri X19 və Binəqədi rayon QÜ-nin 9 saylı sahəsinin sabiq rəisi X27 o Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən (bundan sonracavabdeh) 100.000 manat mənəvi zərərin, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının və ödənilmiş 390 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İ ddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşlarının cinayət əməlləri nəticəsində iddiaçının qızı- X8 itirmişdir. Ailəsinin yaşadığı bu faciəli hadisə həyatlarında həmişəlik dərin yaralar buraxmışdır. Belə ki, qızı hadisədən üç ay öncə yenicə ailə həyatına qədəm qoymuşdu. Gəlin köçdükdən sonra həyat yoldaşı və onun ailəsi ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Xəqani küçəsi, 6 saylı evdə yaşayırdı. 2009-cu il onlar üçün dəhşətli başladı. Bu hadisə ilə bir ailənin 4 üzvü, 4 insan, qızı ilə yanaşı onun həyat yoldaşı X17, qayınanası X13, baldızı X14 da qurban getdi. Yanvar ayının 3-də qızının qayınatası işdən qayıdıb, evə daxil olarkən dəm qazı qoxusunu hiss edib və evdəkilərin huşsuz vəziyyətdə olduğunu görüb. 4 ölüm - qızı, həyat yoldaşı, qudası və qızı dəm qazının təs irindən zəhərlənərək həyatlarını itirdilər. Xəbəri eşidən kimi dərhal onlara getmiş və qızının meyiti ilə birlikdə 4 ailə üzvünün də öldüyünü görmüşdür. Keçirdiyi ruhi sarsıntılar, əzablar, iztirablar həyatının ayrılmaz hissəsi olmuş, yaşama sevinci azalımışdır. Hər gün onların yoxluğunun sarsıntısını, iztirabını keçirir. Həyatının ən qaranlıq anlarına aparan faciəni yaşamaqdan daha pis bir şey yoxdur. Yaxınlarını itirmək insanı sarsıdan acizlik, çarəsizlik hissi yaradır. Qızı evliliyindən az sonra, ömrünün 24-cü baharı tamam olmamış həyatını itirib. Evlərindən hələ uşaq səsi gəlməmiş bütöv bir ailə bu əməllərin qurbanı olmuşdur. Onların həyatı bir anda söndü, bu onun üçün təkcə övlad və qohum itkisi deyil, həm də gələcəyə olan arzularının, ümidlərinin, sevginin itməsidir. Yaşadığı iztir abların ölçüsünü heç kəs təsəvvür edə bilməz. Övlad olaraq itirdiyi tək qızı Razilə deyildir, 2020-ci ildə oğul övladını da itirmişdir. Cavabdehin Binəqədi rayon Qaz İstismarı İdarəsinin 9 saylı sahəsinin rəisi X15 və 9 saylı sahənin nəzarətçi çilingəri X2 üzündən qaz sobalarından dəm qazı sızması nəticəsində 3 yanvar 2009-cu il tarixdə qızı da daxil olmaqla 4 ailə üzvü həyatlarını itirmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2(011)5200/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilmiş, mənəvi zərərə görə 20.000 manat, 150 manat hüquqi yardıma görə çəkilmiş xərc və 150 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, sözügedən hadisənin baş verməsində cavabdeh t əşkilatın Binəqədi Rayon Qaz İdarəsinin 9 saylı sahəsinin rəisi X15 və 9 saylı sahəsinin nəzərətçi-çilingəri X7 əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının övladının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının övladının ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş X15 və X4 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. X15 və X7 cavabdeh tə şkilatın işçiləri olması işin mübahisəsiz halıdır. X3 və X7 əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. cavabdehin işçilərinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının övladının ölməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçın ın xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat pulun tutulmasını mütənasib hesab etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş partlayış hadisəsində Cavabdeh İB-nin Binəqədi rayonu X26 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti ustası vəzifəsində işləyən X9 təqsirli bilinərək, Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin 24 may 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi hadisə X1 nəticəsində baş vermişdir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödə nilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Lakin məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, nəticədə qanuni və əsaslı olmayan qətnamə qəbul etməklə cavabdeh təşkilat “Azəriqaz İB”-nın maddi və əmlak vəziyyəti baxımından durumunun pisləşməsinə səbəb olan yekun məhkəmə aktı qəbul edilmişdir. Xətai Rayon Məhkəməsi zərər vuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin şəxsin təqsirinin ehtiyyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallar olduğu halda bu halı nəzərə almamışdır. Nəticədə Xətai Rayon Məhkəməsi müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən, “Azəriqaz İB”-nin üzərinə 20.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyinin qoyması düzgün və ədalətli deyildir. Belə ki, iddiaçının ailə üzvlərinin həlak olması olduqca ağır itkidir. Lakin buna baxmayaraq müqayisəli olaraq yanaşılsa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəfəlik ödəmə 11.000 manat müəyyənləşdirilib. Ölüm hallarını müqayisə etdikdə, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan vətənin ərazi bütövlüyü uğrunda hərbiəməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11.000 manat müəyyənləşdirilmişdir. İddiaçının valideynlərinin itirilməsi fakt ına görə çəkmiş olduğu mənəvi iztirabların 20000 manat həcmində dəyərləndirməsi vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur. Bu baxımdan hazırki iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği də ağlabatan olmamışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-713/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin əvəzi olaraq tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilmiş və ödənilməli olan məbləğ 10.000 manat müəyyən edilmiş və qətnamə qalan hiss ədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya şikayətinin deliktin işçinin səhlənkarlığı nəticəsində törədilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işçinin törətdiyi deliktə görə işəgötürənin məsuliyyəti qanunla nəzərdə tutulmuş təqsirsiz məsuliyyət halıdır, cinayət məsuliyyətinə cəlb edilmə həmin əmələ görə mülki məsuliyyəti ləğv etmir.

13. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasına dair iddial arda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı övladının 3 yanvar 2009-cu il tarixdə baş vermiş ölümünə görə mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ilə 20 may 2024-cü il tarixdə, yəni, 15 ildən sonra məhkəməyə müraciət etmişdir.

14. Göstərilən hallar və baş vermiş cinayət hadisəsində təqsirkarların təqsirinin dərəcəsi, cinayətin ehtiyatsızlıqdan baş verməsi, həmçinin, hadisədən 15 ildən artıq vaxt keçmə si iddiaçıya ana kimi vurulmuş mənəvi zərərə görə məbləğ müəyyən edilərkən nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin əsassız varlanmaya gətirib çıxarması hallarına yol verməmək üçün məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməklə ödənilməli olan mənəvi zərərin məbləği azaldılmalı, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi qismində 10.000 manat məbləğində pul vəsaiti tutulmalıdır.

15. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil N ümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr Mülki Məcəllənin 21 və 23-cü maddələrinin tələblərini pozmuşlar. Məhkəmə iddiaçının 4 nəfər ailə üzvü öldüyü halda yalnız qızının ölümünə görə mənəvi zərər məbləği təyin etməsi digər şəxslərlə bağlı əsaslandırma aparmaması qətnamənin ləğvi üçün səbəbdir. Apellyasiya instansiyası məhkəməsi işə səthi yanaşaraq, bir nəfərin ölümünə görə mənəvi zərərin məbləğini endirərək 10.000 manat müəyyən etməklə kifayətlənmiş, iddiaçının digər 3 nəfər ailə üzvləri ilə bağlı zərərin məbləğini təyin etməmiş, beləliklə də qanunun tələblərini pozmuşdur. Məhkəmə yalnız kompensasiyanın ödənilməli olmasını deyil, həm də ödəniləcək məbləğin miqdarını da əsaslandırmağa borcludur. Əks təqdirdə iddiaçıya ədalətsizlik etmiş olur. Apellyasiya instansiyası şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamadan, tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi kimi iddiaçının bütün tələbləri üzrə qətnamə çıxarmamaqla, maddi və prosessual hüquq normalarını pozmuş, çıxardığı qətnaməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmamış, iddiaçının pozulmuş və mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin real bərpası təmin olunmamışdır.

18. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yen idən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yalnız mülahizələrlə məhkəməyə müraciət etmişdir ki, bu halların isə sübut kimi qiymətləndirilməsi yolverilməzdir. İddiaçı tərəfin 16 il ərzində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş olması, sözdə deyilənlərdən başqa hər hansı bir formada sübut olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

22. Maddə 21.1. Zərərin əvəzinin ödə nilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsi zlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

27. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin t apşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: 28. “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaq la fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

29. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

30. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 31.... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığ ına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.

32. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

33. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığı na zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

34. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qarda ş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. 35.... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

36. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. İddiaçı kassasiya şikayətində qətnaməni iddianın təmin olunmayan hissəsində, cavabdeh isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız müb ahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə q əbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, işçinin törətdiyi deliktə görə işəgötürənin məsuliyyəti qanunla nəzərdə tutulmuş təqsirsiz məsuliyyət halıdır, cinayət məsuliyyətinə cəlb edilmə həmin əmələ görə mülki məsuliyyəti ləğv etmir.

51. Mənəvi zərərin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır.

52. Apellyasiya ins tansiyası məhkəməsi qeyd etmişdir ki, mənəvi zərərin vurulmasına dair iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.

53. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı övladının 3 yanvar 2009-cu il tarixdə baş vermiş ölümünə görə mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ilə 20 may 2024-cü il tarixdə, yəni, 15 ildən sonra məhkəməyə müraciət etmişdir.

54. Göstərilən hallar və baş vermiş cinayət hadisəsində təqsirkarların tə qsirinin dərəcəsi, cinayətin ehtiyatsızlıqdan baş verməsi, həmçinin, hadisədən 15 ildən artıq vaxt keçməsi iddiaçıya ana kimi vurulmuş mənəvi zərərə görə məbləğ müəyyən edilərkən nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin əsassız varlanmaya gətirib çıxarması hallarına yol verməmək üçün apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməklə ödənilməli olan mənəvi zərərin məbləği azaldılmalı, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi qismində 10.000 manat tutulmalıdır.

55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göst ərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 14 yanvar 2025-ci il tarixli, 2(103)-713/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar