Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1543/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi, onun iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və dəymiş zərərin əvəzinin tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X4 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2017-ci saylı 26 dekabr 2017ci il tarixli qərardadına əsasən hər iki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə(sədrlik edən T.Axundov, iş № 2(004)-38/2018) İddiaçı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında 37 saylı mənzilindən istifadə, sahiblik və sərəncam hüququna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X4 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov, iş№2(103)-5090/2018) İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, işüzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi, onun iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətin ə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 izahatı dinlənilməmişdir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında 37 saylı mənzili 24.03.2005-ci il tarixdə Cavabdeh1için adına ilkin qeydiyyatdan keçmişdir. Cavabdeh1seriya AN-1 ******* saylı 12 fevral 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzili X2 satmışdır. Müqavilə notariat qaydasında təsdiq olunmazdan əvvəl, Cavabdeh1 və Seymur Məmmədov notariat orqanına müraciət edərək, mənzilinin alqı-satqısında razılığa gəldiklərini bildirərək, bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün mənzilin razılaşdırılmış dəyərini depozit hesabına qəbul olunmasını xahiş etmiş, Cavabdeh2 isə Cavabdeh1la birgə nikah dövründə əldə edilmiş mənzilin satılmasına etiraz etmədiyini göstərmişdir. Yalnız bundan sonra mübahisəli müqavilə bağlanmışdır. Müqavilə notariat qaydasında təsdiq edildikdən sonra mənzilin Cavabdeh1 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və mənzil xüsusi mülkiyyət hüququ üzrə Seymur Məmmədovun adına qeydə alınmışdır. Seymur Məmmədov mülkiyyətçi hüquqlarından istifadə edərək, həmin mənzili seriya AN-İ ******* saylı 24 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Müqavilə notariat qaydasında təsdiq edildikdən sonra mənzilin Seymur Məmmədovun mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və mənzil xüsusi mülkiyyət hüququ üzrə Vahid Ağayevin adına qeydə alınmışdır. Vahid Ağayev mülkiyyətçi hüquqlarından istifadə edərək, həmin mənzili seriya AN-İ ******* saylı 13 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Müqavilə notariat qaydasında təsdiq edildikdən sonra mənzilin X4 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət eyestrində qeydiyyat yazısı ləğv edilmiş və mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçıın adına qeydə alınmışdır. Cavabdeh1 və Cavabdeh2, hazırda İddiaçıın mülkiyyətinə qeydə alınmış mənzildə yaşayırlar və mənzildən çixmaqdan, mənzili iddiaçıya təhvil verməkdən imtina edirlər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin M əcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli ürülə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qə bul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əla qələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelly asiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Həmçinin kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 23 may 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-1543/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1543/2019
01.03.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver