Məhkəmə qərarları › İş №2(102)-1543/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1543/2020

04.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1543/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10850/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.C.Xəlilova, iş № 2(004)-8347/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddi ası qismən təmin edilərək Cavabdeh1 N saylı evin 36 saylı mənzilindən istifadə hüququna xitam verilmiş, Cavabdeh2 N oğluna münasibətdə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, Cavabdeh1 mənzildən çıxarılması, Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. İşin halları: Cavabdeh1 xx xxxxxx 2009-cu il tarixdə iddiaçının oğlu Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan xx xxxxxx 2009-cu il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsu s mənzilə köçürülmüşdür. Birgə nikahdan cavabdehlərin iki uşaqları olmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Güldəstə və Cavabdeh2lərin nikahı pozulmuş, uşaqlar anaları Cavabdeh1 himayəsində saxlanılmışlar. 2018-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə oğlu Cavabdeh2 nikahlarının pozulması ilə əlaqədar onların mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən s axlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə əlaqədar münasibətlər 2009-cu ilin dekabr ayında, yəni Cavabdeh1 mülkiyyətçinin oğlu ilə nikaha daxil olduqdan sonra yarandığından apellyasiya instansiyası məhkəməsi mübahisəni xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəalarına uyğun həll etmişdir. Həmin Məcəllənin 30-cu maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (30.1) Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvü nün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (30.4) Cavabdeh1 ilə mülkiyyətçinin oğlu Cavabdeh2 arasında olan nikah pozulmaqla onun mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyindən və eləcə də yaşayış sahəsindən istifadə hüququ ilə əlaqədar onların arasında başqa razılaşma olmadığından, apellyasiya instansiyası məhkəməsi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini əsaslı saymış və eyni zamanda onun mənzildən çıxarılması barədə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən həmçinin Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçinin ona mənsub əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olmasını və b u hüququn dövlət tərəfindən qorunmasını nəzərə almışdır. Cavabdeh1 kassasiya şikayətində məhkəmə kollegiyasının qətnaməsinin ləğv olunmasını tələb etsə də, buna imkan verən heç bir əsaslı maddi hüquq normasına istinad etməmiş, işə məhkəmə instansiyalarında baxılarkən iddianın əsassız olmasını sübuta yetirə bilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara, qanunun normalarına düzgün istinad olunmaqla çıxarıldığından onun ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar