Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1544/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Cavabdeh MMC-nin və vəkili Qənbərov Əziz Həbib oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 2(103)-12071/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(006)-3929/2019 saylı qətnaməsi ilə (hakim C.C.Musayeva) İddi açı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə 17 aprel 2019-cu il tarixli, YYY saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də satış şöbəsinin 8-ci mikrorayon filialı üzrə satıcı vəzifəsinə bərpa edilməsi və ona 17 aprel 2019-cu il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 2(103)-12071/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.Ş.Talışinski, R.Ə.Eyvazov, Z.Ə.Əliyev) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin 1 0 iyul 2019-cu il tarixli, 2(006)-3929/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin YYY nömrəli, 17 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi və onun Cavabdeh MMC-yə satıcı vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-nin YYY nömrəli, 17 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-yə satıcı vəzifəsinə işə bərpa olunması və 17 aprel 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırıl mışdır ki, o, 05 iyun 2017-ci il tarixdə Cavabdehnə satıcı vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul edilməsi ilə bağlı cavabdeh tərəfindən 374 saylı əmr verilmişdir. İşə qəbul olunduqdan sonra cavabdehin 8-ci mikrorayon filialında işləmiş və işlədiyi müddət ərzində öz üzərinə düşən əmək funksiyalarını vicdanla yerinə yetirmişdir. Lakin cavabdehin YYY nömrəli, 17 aprel 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, həmin gün işdən azad edilmişdir. İşdən azad edilməzdən əvvəl, onun izahatı alınmamış, işdən azad edilməyinin səbəbləri isə rəsmi qaydada ona bildirilməmişdir. Cavabdehin YYY nömrəli, 17 aprel 2019-cu il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və onun işə bərpa olunmağı təmin edilməlidir. Çünki, cavabdeh tərəfindən sözügedən əmrin verilməsinə əsas verən hər hansı hal (əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi) baş verməmiş və onun işdən azad edilməsi cavabdehin ona qarşı qərəzli münasibətindən irəli gəlmişdir. Tərəfindən cavabdeh müəssisədə əmək və icra intizamının normal ahənginin pozulmasına və ya cavabdehin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvİərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulmasına səbəb olan hərəkət və ya hərəkətsizlik edilməmişdir. Bu baxımdan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tam qanunsuz olmuşdur. Odur ki, o, əmək hüquqlarının bərpası məqsədilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh MMC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh MMC və vəkili Qənbərov Əziz Həbib oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsinin çəkişmə və tərəflərin qanun qarşısında bərabərlik prinsiplərini pozmuş,işin faktiki hallarını t am, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məs ələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh MMC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir ha lda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 05.06.2017-ci il tarixli, 374 №-li əmrə əsasən Cavabdeh MMC-yə satıcı vəzifəsinə təyin edilmişdir. İşdə olan Cavabdeh MMC-nin Daxili Nəzarət şöbəsinin müdiri Ülvi Mirzəyev tərəfindən tərtib edilmiş 09.04.2019-cu il tarixli xidməti məlumatdan görünür ki, Cavabdeh Satış şöbəsinin 8-ci mikrorayon filialı üzrə satıcısı İddiaçı 19.03.2019 tarixdə, saat 11:30 ra dələrində Cavabdeh MMC-yə müraciət edən müştəridən şirkətin mənafeyinə zidd olaraq pul alıb onun telefonunu digər mağazada təmir etdirərək əmək qanunvericiliyini kobud şəkildə pozmuş və Cavabdeh MMC-nin mənafeyinə mühüm zərər vurmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətlə ri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edili r. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh satış şöbəsinin 8-ci mikrorayon filialı üzrə satıcısı İddiaçı intizam tənbehi məsələsinə baxaraq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin direktoru Azad Məmmədov tərəfindən imzalanmış 17.04.2019-cu il tarixli, YYY №-li əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin satıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu üçün 17.04.2019-cu il tarixdən xitam verilmişdir. İş materiallarından görünür ki, işəgötürən – Cavabdeh MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 12, 68-76, 187, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1,80, 82.1,88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçının həqiqətən də öz əmək vəzifələrini kobud şəkildə pozması faktı ilə əlaqədar cavabdeh tərəfindən hər hansı daxili araşdırmanın nəticəsi və həmin faktın həqiqətən də öz təsdiqini tapdığını sübut edən hər hansı sənəd cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə ki, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl g ətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçının iş yerini özbaşına tərk etdiyi, telefonu təmir etdirərkən cavabdeh təşkilatın adından hərəkət etdiyi və bununla da onun qanuni maraqlarına ciddi xələl gətirdiyi öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı iş yerini özbaşına tərk etməmiş, gün ərzində cavabdeh təşkilat tərəfindən işçiləri üçün nəzərdə tutulan fasilədən istifadə etmiş, qüsuru olan telefonu isə şirkətin adından yox, şəxsi münasibətlərdə olduğu xanımın xahişinə əsasən onun puluna və öz adından təmir etdirmişdir. Həmçinin mülki işin araşdırılması zamanı iddiaçı işdən çıxarılarkən ondan yazılı izahat alınmadığı, bunun üçün işəgö türən tərəfindən zəruri tədbirlərin görülmədiyi müəyyən olunmuşdur. Bu isə həm də Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulması deməkdir.İşçidən yazılı izahatın tələb edilməsi onun barəsində tətbiq olunacaq intizam tənbehinin hüquqa uyğun hesab edilməsinin təminatlarından biridir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından və eyni zamanda tərəflərin izahatlarından göründüyü kimi, iddiaçıya izahatın verilməsi təklif edilməmişdir. 2019-ci ilin mart ayının 24-dən ondan işə gəlməməsi tələb edilmiş, aprel ayının 17-də isə 17.04.2019-cu il tarixli əmrə əs asən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının izahatı verməkdən imtina etməsini də təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə və tərəflərin qanun qarşısında bərabərlik prinsiplərinin pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesa b edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tə rəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 2(103)-12071/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1544/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1544/2020
17.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver