Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1544/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, iş stajı faktının təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın, iş stajı faktının təsdiq edilməsi” barədə ərizəsi ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1358/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən Ərizəçi (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 07 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Ərizəçi xx.xx.1966-cı il tarıxdə Qubadlı rayonu, Mirlər kəndində anadan olmuş, İİ dərəcə əlilliyi olmaqla, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malik olan şəxsdir.
2. Qubadlı rayonu, Dondarlı icra nümayəndəliyi tər əfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, Ərizəçi xx.xx.1966-cı il tarixdə doğulmuşdur. X3, anası X6.
3. Qubadlı rayonu, Dondarlı icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, X9 xx.xx.1985-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 173489 saylı vəsiqəyə əsasən, Ərizəçi uşaqlıqdan 2-ci qrup əlildir.
5. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında “ qanunun 14.1-ci maddəsinə əsasən sizə xx.xx.2014-cü il tarixdən ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilmişdir. Mərhum atanızın ölüm kağızını təqdim etməyinizə baxmayaraq, pensiyanız yenidən hesablana bilməz. Bu tələb “Əmək pensiyaları haqqında“ qanuna və “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na ziddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. Ərizəçi (bundan sonra ərizəçi), maraqlı şəxs qismində Maraqlı şəxs (bundan sonra maraqlı şəxs) cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın, iş stajı faktının təsdiq edilməsi” barədə ərizə ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası Məhiş Aslanovun 1945-ci ildən 10 avqust 1985-ci ilə kimi iş stajının bərpa edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Ərizəni onunla əsaslandırmışdı r ki, uşaqlıqdan 2-ci qrup əlil olduğu üçün “Əmək pensiyaları haqqında“ qanunun 18-ci maddəsinə əsasən 16 avqust 2021-ci il tarixdə hər iki valideynin vəfat etdiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün maraqlı şəxsə müraciət etmiş və 20 sentyabr 2021-ci il tarixli məktubu ilə maraqlı şəxs ona rədd cavabı vermişdir. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə ərizənin təmin edilməsi üçün atasının iş stajını təsdiq edən əmək kitabçası ondan tələb olunmuşdur. Əmək kitabçasının işğal altında olan rayonda qaldığını bildirmiş və iş stajını şahid ifadələri ilə bərpa etməyi xahiş etmişdir. Hakim iş stajını şahid ifadələri ilə bərpa etməyi onların səlahiyyətlərinə aid olmadığını və qeydiyyatda olduğu məhkəməyə müraciət etməyini bildirmişdir.
8. Ərizəçi daha sonra ərizəyə dəqiqləşmə edərək göstərmişdir ki, atası Məhiş Aslanov 1984-cü ildə 60 yaşı tamam olandan sonra təqaüdə çıxmış və xx.xx.1985-ci ilədək pensiya almışdır. Ona görə də Məhiş Aslanovun 1945-ci ildən 10 avqust 1985-ci ilə qədər Qubadlı rayon Texniki Təmir stansiyasında işlədiyi dövrün iş stajı faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda maraqlı şəxsin Maraqlı şəxs deyil, Abşeron-Xızı regional idarəsi ilə əvəz edilməsini xahiş etmişdir.
9. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsinin nümayəndəsi ərizəyə qarşı yazılı etiraz təqdim dərək göstərmişdir ki, Ərizəçi ərizəsində mərhum atası Məhiş Aslanovun xx.xx.198 5-ci ildə Qubadlı rayonunda vəfat etdiyini qeyd etmişdir. İddiaçının ərizəsinə əsasən mərhum atası X11 iştirakçısı olmuşdur. Həmçinin ərizədə Məhiş Aslanovun müharibədən qayıdandan sonra ölənə qədər “RTS” deyilən idarədə işlədiyi qeyd olunmuşdur. Ərizəçi ərizəsində atasının əmək kitabçasının işğal altında olan ərazidə qaldığını iddia etmişdir. Ərizəçi atasının işləməsi faktını təsdiq edən hər hansı bir sənəd olmamasını əsas gətirərək həmin dövrün iş stajı faktının təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, Ərizəçi ərizəsi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə nin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir;
1. Ən azı iki nəfər şahid olmalı;
2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli);
3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olm alıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda Əsasnamənin eyni bəndinin tələbinə görə şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan fakt ların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır. Onların hər ha nsı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Nümayəndə qeyd olunanları nəzərə alaraq ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında şahid X2 ifadə verərək göstərmişdir ki, o, 1984-cü ildə Qubadlı rayon X4 Texniki Təminat birliyinə işə mühasib vəzifəsinə qəbul olunmuşdur. Məhiş Aslanov ikinci dünya müharıbəsinin iştirakçı olmuş və müharibədən qayıdandan sonra, yəni 1945-ci ildə həmin idarəyə işə qəbul olunmuş və baş usta işləmişdir.
11. Məhkəmə iclasında şahid X7 ifadə verərək göstərmişdir ki, o 1981-ci ildə Qubadlı rayon X4 Texniki Təminat birliyinə işə qəbul olunmuşdur. Məhiş Aslanov ikinci dünya müharıbəsinin iştirakçı olmuş və müharibədən qayıdandan sonra, yəni 1945-ci ildə həmin idarəyə işə qəbul olunmuş və baş usta işləmişdir.
12. Qubadlı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(028)-80/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) ərizə qismən təmin edilmiş, Məhiş Aslanovun 1945-ci ildən 1984-cü ilə qədər Qubadlı r ayon Texniki Təmir Stansiyasında işlədiyi dövrün iş stajı faktı kimi təsdiq edilməsi, qalan hissədə ərizənin rədd edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında“ qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 1.2 yarımbəndinə əsasən ailə başçısının itirməyə görə pensiya təyin edilməs i üçün ailə başçısının əmək kitabçası əsas götürülür. Eyni zamanda “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2 yarımbəndinə əsasında əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyətlər, milli münaqişə və digər fövqəlada hallarla bağlı) təqdim edə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı hesablanır. Ərizəçi İİ dərəcə əlilliyi olan şəxsdir, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödən ilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 1.2, 3.2.2 yarımbəndinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına, 1999-сu il tarixədək qüvvədə olan Azərbayсan Respublikasının Əmək Qanunları Məсəlləsinin 29, 252-ci maddələrinə, 1999-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87, 304, 2006-cı il tarixdən sonra qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2, 21, 25, 30-cu, Mülki Prosessual Məcəllənin 307.1, 308-ci maddələrinə istinad etməklə ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional idarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərini pozaraq iddiaçının 40 il stajını təsdiq etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşmə edərək atasının 1984-cü ildə 60 yaşının tamam olmasından sonra pensiyaya çıxdığını və xx.xx.1985-ci il tarixədək, yəni vəfat edənə qədər pensiya aldığını qeyd etmişdir. Bu baxımdan, ərizəçinin mərhum atasının 1945-ci ildən 1984-cü ilədək Qubadlı Rayon Kənd X1 Təminat birliyində işləməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Bunun səbəbi isə hər iki şahidin birgə təsdiqlədiyi dövrün təkcə 1984-cü ili əhatə etməsidir. Əsasnamənin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Göründüyü kimi məhkəmə Əsasnamənin tələbini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının mərhum atasının məhkəmənin qətnaməsi ilə təsdiq olunan əmək stajı 1945ci ildən 1984-cü ilədək olan dövrü əhatə etməklə pensiya təyinatı üçün tələb olunan iş stajının (25 il) yarısından artıqdı.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-1358/2023 nömrəl i, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Məhiş Aslanovun 1945-ci ildən 1983-cü ilə qədər Qubadlı rayon Texniki Təmir Stansiyasında işlədiyi dövrünun iş stajı faktı kimi təsdiq edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmış, həmin hissədə ərizə təmin edilmədən, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasınd a müəyyən edilə bilər. İşçinin əmək fəaliyyətini təsdiq edən sənəd isə əmək qanunvericiliyinə əsasən əmək kitabçasıdır. Həmin sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilməlidir. Lakin hazırkı işdə ərizəçi atasının 1945-1984-cü illərdə əmək fəaliyyəti ilə məşğul olması faktını təsdiq edən əmək kitabçasının əslini və ya notariat qaydasında təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut iki şahid ifadəsidir ki, həmin şahidlərdə biri –Hikmət Mehdiyev birinci instansiya məhkəməsində verdiyi ifadəsində 1984-cü ildə Qubadlı rayon X4 Texniki Təminat birliyinə işə mühasib vəzifəsinə qəbul olunduğunu, digər şahid Urqənd Orucov isə 1981-ci ildə Qubadlı rayon X4 Texniki Təminat birliyinə işə qəbul olunduğunu bildirmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləm ələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi 19451984-cü illər üçün iş stajı faktını təsdiq edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
20. Apellyasiya İnstansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməs i və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarının 4.1-ci bəndinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2, 13.1, 13.4-cü bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 306.1, 306.2, 307.1, 308-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən ərizəçi (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi ni xahiş etmişdir.
22. Kassasiya şikayəti əsaslandırılarkən qeyd edilmişdir ki, o, mərhum atasının 1945-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qubadlı rayon Kənd X1 Təminat birliyində işləməsi faktının müəyyən edilməsi üçün müraciət etsə də, hər iki şahidin birgə təsdiqlədiyi dövr təkcə 1984-cü ili əhatə edir. Digər tərəfdən o, ərizəsinə dəqiqləşmə edərək atasının 1984-cü ildə 60 yaşının tamam olmasından sonra pensiyaya çıxdığını və xx.xx.1985-ci il tarixədək, yəni vəfat edənə qədər pensiya aldığını qeyd etmişdir. Bu baxımdan hesab etmişdir ki, onun mərhum atasının 1945-ci ildən 1984-cü il tarixədək Qubadlı rayon Kənd X1 Təminat birliyində işləməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 63 8 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə.
23. Bənd
17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarı.
24. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında i şləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
25. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
26. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyas ını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa q aydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
27. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
37. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
38. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
39. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
40. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
41. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
42. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
43. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.
1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.
52. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi p rosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.
53. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
55. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edi lmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azə rbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1358/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.