Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1546/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı prosessual hüquqi varisləri X13 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma; vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı prosessual hüquqi varisləri X13 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5605/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi sonuncuya 60000 manata satılmışdır.
2. Həmin ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* nömrəli çıxarış verilmiş, həmin tarixdə də texniki pasport tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi (tələbin həcminin artırılması barədə ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət ində olan ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin onlara məxsus məişət əşyaları ilə birlikdə həmin evdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evini tam mülkiyyət hüququ ilə satın almışdır. Həmin yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Alğı-satqı müqaviləsindən əvvəl, satıcı X8 bildirmişdir ki, yeni evə köçənədək evin əvvəlki mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 onun razılığına əsasən həmin yaşayış evində müvəqqə ti yaşayacaqlar və evin alğı-satqısından və çıxarış alınmasından dərhal sonra qeyd olunan evi boşaldaraq təhvil verəcəklər. Buna baxmayaraq, həmin şəxslər vədlərinə əməl edərək evdən çıxmamışlar.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə istinad edib.
6. Abşeron Rayon Məhkəməsinin 2(012)-1580/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Cavabdehlərin apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolllegiyasının 2(105)-3421/2019 saylı, 30 avqust 2019-cu il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1580/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş ərazi aidyyəti üzrə baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilmişdir.
8. Cavabdehin mübahisədə adı keçən evə dair X12, X8 və İddiaçı qarşı “etibarnamənin, alqı-satqı müqaviləsinin” etibarsız sayılması barədə iddia qaldırması səbəbindən işin icraatı dayandırılmışdır. Cavabdehin həmin iddiası Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-6073/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1250/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-344/2021 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
9. İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş, Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir.
10. İddiaçının ölü mündən sonra mübahisədə adı keçən ev üzərində ¾ hissədə X9, ¼ hissədə isə X2 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Lalə Əskərova iddiaçının arvadı, Məmmədqulu Əskərov iddiaçının oğludur. Birinci instansiya məhkəməsi həmin şəxsləri onların ərizəsi əsasında iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb etmişdir.
11. Cavabdeh1 iddiaya etiraz edib. Etirazın dəlilləri: - sözügedən evi 2004-cü il tarixdə alıb və hazırki vaxta qədər orada yaşayır; - belə ki, cavabdeh tanışı olan İbrahim Haşımova mübahisəli evə dair çıxarış alınması üçün etibarnamə verib. İ.Haşımov bu işdə cavabdehə yardımçı olub. İ.Haşımov daha sonra cavabdehin və qızının səhhəti ilə bağlı bankdan kredit götürlməsinə köməklik edəcəyinə söz verib. Bunun üçün c avabdeh İ.Haşımova etibarnamə verib. Sonradan məlum olub ki, ev cavabdehin və ailə üzvlərini razılığı olmadan əvvəlcə Mübariz Mikayılova, sonra isə İddiaçı satılıb. - cavabdeh iddiaçını tanımır.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı hüquqi varisləri X9 və X2 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 8 saylı evin X11 və X4 təhvil verilmələri qət edilmişdir. (hakim Həqiqət Mahmudova)
13. Birinci instansiya məhkəməsi müəyyən edib ki, işin mübahisəsiz hallarına əsasən mübahisədə adı keçən ev, İddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və həmin ev üzərində onun xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər hazırkı iddiaya etirazlarını onunla əsaslandırırlar ki, sözügedən evin qanuni sahibləri olmalarına baxmayaraq, ev onların məlumatları olmadan digər şəxslərin mülkiyyətinə keçmişdir.
14. Birinci instansiya məhkəməsi cavabdehlərin iddiaya etirazı ilə bağlı qeyd edib ki, Cavabdeh1 İddiaçı və qeyrilərinə qarşı xx.xx.2015-ci il tarixli etibarnamənin, bağlanılmış bütün əqdlərin, verilmiş çıxarışların etibarsız hesab edilməsi və bununla bağlı yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi barədə iddia tələbi Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(008)- 6073/2019 saylı qətnaməsinə əsasən rədd edilmişdir. Beləliklə də, İddiaçı həmin evi vicda nlı əldə edən olması yuxarı instansiya məhkəmələri (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1250/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-344/2021 saylı qərarı) tərəfindən təsdiq edilmişdir.
15. İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş və ünvan 1 ünvanında yerləşən 8 saylı evə dair onun onun hüquqi varisləri X9 (¾ hissədə) və X2 (¼ hissədə) payları müəyyən edilmiş və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda cavabdehlər iddiaçının hüquqi varislərinin mükiyyətində olan evdən çıxmamaqla, onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyas ının 13-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Apellyasiya şikayətinin dəlilləri: - mübahisəli evi iddiaçıya X1; - bundan başqa, Cavabdeh1 mübahisəli evi 2004-cü ildə almış və hal hazıra kimi həmin evdə ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır: - Cavabdeh1 tanışı İbrahim Haşımova mübahisəli evə dair çıxarışı əldə etmək üçün etibarnamə vermiş, sonuncu bu işdə ona köməklik etməyi vəd etmişdir. Daha sonra cavabdehin və onun qızının səhhəti ilə bağlı bankdan kredit götürülməsinə İbrahim Haşımov köməklik göstərəcəyinə söz vermiş, bu məqsədlə Cavabdeh1 ona etibarnamə vermişdir. Lakin sonradan Cavabdeh1 məlum olmuşdur ki, həmin ev nə özünün, nə də ki ailə üzvlərinin razılığı olmadan əvvəlcə Mübariz Mikayılova, sonra isə iddiaçı Elxan Əsgərova satılmışdır; - Cavabdeh1 nə Mübariz Mikayılovu, nə də ki, Elxan Əsgərovu tanımır; - işin faktiki hallarından məlum olur ki, cavabdehlər bu günə kimi mübahisəli evdə yaşayırlar və həmin evə dair alğı-satqı müqavilələr bağlanılarkən alıcılar, yəni Mübariz Mikayılov və hazırkı iş üzrə iddiaçı Elxan Əsgərov müştəri kimi heç olmasa bir dəfə də olsun evə gəlib, baxmamışdılar. Belə olan halda sual yaranır ki, evi alan şəxslər evə ümumiyyətlə gəlib baxmadan necə evi ala bilərdilər. Bu hal işin həlli üçün ziddiyyət yarad ır. 1-ci instansiya məhkəməsi də həmin ziddiyyətə aydınlıq gətirməmişdir; - iş materiallarından həm də məlum olur ki, mübahisəli ev etibarnamə əsasında X12 tərəfindən X6 29.000 (iyirmi doqquz min) manata satılmış, sonradan isə həmin ev X8 tərəfindən iddiaçı X5 60.000 (altmış min) manata satılmışdır. Həm birinci, həm də ikinci dəfə mübahisəli evə dair alğı-satqı müqavilələr rəsmiləşdirilərkən evin faktiki qiyməti qatqat aşağı salınmışdır. Bu halda da sual yaranır ki, mübahisəli evə dair alğı-satqı müqavilələri bağlanılarkən evin faktiki qiymətindən üç-dörd qat aşağı qiymətə necə satılmışdır. Bu hal iş üçün böyük ziddiyyət yaradır və 1-ci instansiya məhkəməsi həmin ziddiyyətə də aydınlıq gətirməmişdir; - mübahisəli ev birinci dəfə etibarnamə əsasında İbrahim Haşımov tərəfindən Mübariz Mikayı lova satılmışdır. Bu günə kimi bundan əvvəlki məhkəmə mübahisələrində və hazırkı mübahisə üzrə bir dəfə də olsun İbrahim Haşımov məhkəmədə ifadə verməmişdir. Halbuki onun ifadəsi işin düzgün həlli üçün önəmli olardı. 1-ci instansiya məhkəməsi bu ziddiyyəti də aradan qaldırmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5605/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov )
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin lə ğvi üçün əsas ola bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin X7 məhkəmədə dindirilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında olmuş məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İ.Ə.Haşımovun onun etibarnamədən suiistifadə etməsi nəticəsində alğı-satqı müqaviləsinin bağlanması barədə qənaətə gəlməsi düzgün deyil. Belə ki, iş materiallarından görünür ki, həmin fərdi yaşayış evində yaşayış üzrə qeydiyyatda olan şəxslər Bakı şəhər 17 saylı notariat kontorunda yazdıqları ərizələrində fərdi yaşayış evinin satılmasına etiraz etməmələri barədə öz iradələrini ifadə etmişlər.
22. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək apellyasiya instansi yası məhkəməsi göstərib ki, hazırkı apellyasiya şikayətinin dəlilləri cavabdehin əvvəlki məhkəmə çəkişmələri zamanı qəbul edilmiş məhkəmə aktlarından verilən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməkdədir və bu dəlillərə də işə baxan məhkəmələr hüquqi qiymət vermişlər. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Əksinə, preyudisial xarakter daşıyan qərarlarla cavabdehlərin dəlilləri təkzib olunur və formallıq daşıyır.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehlər ( Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
25. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmaqla, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı iddiaçının prosessual hüquq varisi L.Əskərovanının etirazı daxil olub. Etirazın dəlilləri ondan ibarətdir ki, kassasiya şikayətində irəli sürülən dəlillər hər hansı sübuta söykənmir. Bu dəlillərə hazırki iş üzrə həm aşağı instansiya məhkəmələrində, həm də cavabdehlə olan əvvəlki iş üzrə məhkəmə çəkişmələri zamanı qiymət verilib. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülki yyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan stifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsind ə öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində n əzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansi yası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya ( hazırda iddiaçının vərəsələri olan onun prosessual hüquq varislərinə) məxsus yaşayış sahəsindən cavabdehlərin çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədədir.
34. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
35. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən olmamalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası qalmamaldır.
37. İşin mü əyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən evi İddiaçı alqı-satqı müqaviləsi əsasında almış, evi mülkiyyətinə keçirmiş, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş, qeyd edilən ev üzərində onun vərəsələri olan L.Əskərova (¾ hissədə) və M.Əskərovun (¼ hissədə) payları müəyyən edilmiş, sonuncuların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehləri isə həmin evdə yaşamaqla onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər.
38. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyə n edilmiş halları ilə üst-üstə düşür.
39. İddiaçı ilə evin alqı-satqı müqaviləsinin qanunsuz olması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, evin alqı-satqı müqaviləsinin qanuniliyinə həmin müqavilənin etibarsızlığı barədə iddiaya baxılarkən qiymət verilib və həmin iddia rədd edilib. Bunu apellyasiya məhkəməsi də öz qətnaməsində göstərib.
40. Həmçinin hazırki iddia mülkiyyət hüquqlarını müdafiəsi ilə bağlı iddiadır ki, kassasiya şikayətinin dəlillərinin hazırki işin predmeti ilə heç bir əlaqəsi yoxdur.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5605/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.