Məhkəmə qərarları › İş №2(102)-1546/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1546/2025

23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1546/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin tutulması və debitor borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5148/2024 nömrəli iş üzrə 26 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Pioner küçəsində yerləşən 10 saylı ev Cavabdeh istifadə və sahibliyindədir. Onunla İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev Birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4), 1 ədəd samovardan (1/1), 1 ədəd qızdırıcı radiatordan (1/1) və kərpiç plitəsindən istifadə edilir. Cavabdehin abonent kimi qeydə alındığı dövrdə təbii X2nın pozulması barədə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilən ünvan üzrə təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmış və bu aktlar üzrə qəbul edilmiş qərarlarla müvafiq olaraq, 1944 manat, 549 manat, 500,40 manat və 142,20 manat məbləğində maddi zərər hesablanmışdır. Cavabdehin (abonentin) saldo məlumatlarına əsasən təbii qazdan sayğacdan kənar istifadə edilməsi əsası ilə 2018-ci il üzrə 1 akt, 2019-cu il üzrə 12 akt, 2020-ci il üzrə 3 akt, 2021-ci il üzrə 5 akt, 2022-ci il üzrə 10 akt və 2023-cü il üzrə 10 akt tərtib edilmiş və bu aktlar üzrə tərtib edilmiş qərarlara əsasən ümumilikdə 19.308,96 manat məbləğində zərər hesablanmaqla cavabdehin abonent hesabına daxil edilmişdir. Eyni zamanda, həmin ünvan üzrə təbii qazdan istifadə nəticəsində 1.455,30 manat məbləğində sərfiyyat (debitor) borcu qalmışdır. Bu məbləğ ümumilikdə 20.764,26 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 20.764,26 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 153,50 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 21.317,76 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2”nın 6.5-ci bəndinin tələblər ini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “ Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 2018-ci il üzrə 1 akt olmaqla cəmi 1.944 manat, 2019-cu il üzrə 12 akt olmaqla cəmi 1.965,60 manat, 2020-ci il üzrə 3 akt olmaqla cəmi 885,60 manat, 2021-ci il üzrə 5 akt olmaqla cəmi 2.923,20 manat, 2022-ci il üzrə 10 akt olmaqla, cəmi 6.523,20 manat, 2023-cü il üzrə 10 akt olmaqla cəmi 5.067.36 manat, ümumilikdə 19.308.96 manat məbləğində Birliyə maddi zərərin vurulduğu müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq İddiaçınə 1.455,30 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçınə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 20.764,26 təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1545/2024 saylı qətnaməsi ilə (hakim E. Rüstəmov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 1.000 manat, qazdan istifadəyə görə yaranmış 1.455,30 manat borc olmaqla, cəmi 2.455,30 manat və ödənilmiş dövlət rüsumuna görə 44,50 manat məbləğində pul tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriq az İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir.

5. Məhkəmə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini iddiaçı sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehin hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da iddiaçı qanunvericiliyin tələblərini pozmaqla cavabdeh tərəfindən təbii qazdan istifadə etməsi hallarını süb uta yetirmədən həmin aktları tərtib etmişlər. Odur ki, məhkəmə hesab etmişdir ki, tərtib edilmiş aktlar əsassızdır. Lakin, məhkəmə hesab etmişdir ki, abonentin saldosuna nəzər yetirdikdə görünür ki, sayğacdan kənar təbii qazdan istifadəyə görə akt yazıldığı zamanlardamüvafiq 2018-ci ilin qış aylarında abonentin sərf məbləği göstərilməmişdir. 2019 və 2020ci il tarixlərində isə sərf məbləği kifayət qədər aşağı olmuşdur. Məlumdur ki, təbii qazdan pik istifadə zamanı qış ayları hesab edilir. Lakin, həmin aylarda abonentin sərf məbləği 0 kimi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, əvvəlki dövrlərin orta gündəlik qaz sərfi nəzərə alınmaqla iddiaçıya dəymiş ziyana görə cavabdehdən 1.000 manat məbləğində pul tutulmalıdır. 6.Məhkəmə iddianın debitor borcun tutulması hissəsinə münas ibətdə qeyd etmişdir ki, bu hissədə iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh onun ünvanına quraşdırılmış sayğac vasitəsilə İddiaçı İB tərəfindən verilmiş təbii qazı istehlak etmiş və nəticədə istehlak edilmiş təbii qazın dəyəri üzrə ödənilməli borc məbləği 1.455,30 manat təşkil etmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci, 21ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 119.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü, 21-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.8-ci, 5.2-ci, 6.5-ci, 6.6-cı, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Məhkəmə vurulmuş ziyanın faktiki hallarını müəyyən etməmişdir. Belə ki, məhkəmə ziyanın cavabdeh tərəfindən vurulmadığını qeyd etsə də, işin faktiki hallarını araşdırmamışdır. Həmçinin, məhkəmə alqı-satqı müqaviləsini və mülki işə əlavə edilmiş arayışı əsas gətirərək iddianı rədd etmişdir. İddiaçı təşkilat heç bir mülkiyyətin sonrakı mülkiyyətçisini müəyyən etmək qabiliyyətində və səlahiyyətində deyil. Bu da özlüyündə ziyanın bilavasitə cavabdeh tərəfindən vurulduğunu təsdiq etməkdədir. Bununla yanaşı cavabdeh vurulmuş ziyanın onun tərəfindən vurulmadığını bildirsə də, buna dair heç bir sənəd təqdim edə bilməmişdir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Belə ki, tərtib olunmuş aktlardan və sayğacın quraşdırılması kartlardan görünür ki, cavabdeh uzun müddət sayğacsız istifadə etməkdədir. Məhkəmə qətnaməsində tələbin təmin edilməməsini qanunvericiliyin əsası kimi yox, sadəcə mülahizələrinə görə əsaslandırmışdır. Məhkəmə təqdim edilmiş sübutları tədqiq etmək üçün evin yerləşmə vəziyyətini, otaqların sayını, qaz avandınlıqlarının istehlak gücünü müəyyən edərək istifadə edilmiş və ya ziyannın həcmini müəyyən edə bilərdi. Cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkə mə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5148/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Babayev və C.Musayeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1545/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, aktların bir nüsxəsi nə cavabdehə, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, cavabdehin hər hansı həcmdə qazın talanmasında təqsiri a idiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün xüsusilə bu əsasla iddiaçının cavabdehdən hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.

12. İddiaçının özünün hesablanması, yəni 2018-ci ilin avqust ayı üzrə 32,40 manat (2019-cu ilin eyni dövrü üçün məhz bu məbləğ qeyd edilmişdir), 2018-ci ilin sentyabr – 2019-cu ilin yanvar ayları üzrə 549 manat, 2019-cu ilin fevral ayı üzrə 100,80 manat və 2019-cu ilin mart ayı üzrə 142,20 manat zərər məbləği əsas götürüldüyü halda belə (32,40 + 549 + 100,80 + 142,20 = 824,40) ümumi məbləğ 1.000 manatı aşmış olmur. Məhkəmə kollegiyası bu səbəbdən belə qənaətə gəlmişdir ki, cavabdehdən daha artıq məbləğdə zərərin tutulması ilə bağlı apellyasiya şikayətinin dəlillərin i əsassız hesab edir və onların təmin edilməməsi qənaətinə gəlir.

13. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.1, 6-2.3, 11.6, 13-8.1, 20-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 384.0.1-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 5.2, 5.6, 6.5, 6.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişd ir.

15. Kassasiya şikayətində MM-nin 21-ci, 1091.2, 157.5, MPM-nin 88-ci, 97, 77-ci maddələrinin pozuntusuna istinad edilmişdir. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etməmişlər. Belə ki, Xəzər Rayon Məhkəməsinin icraatında olarkən yerində müayinə zamanı cavabdehin təbii qazdan kənar istifadə halı aşkar sürətdə məlum olsa da məhkəmələr bu hala etinasız yanaşaraq hüquqi qiymət verməmişlər. Belə ki, mülki işə əlavə olunmuş saldo və fotoşəkillərdən də aşkar sürətdə görünür ki, cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Məhkəmə isə formal mülahizələrə əsaslanaraq apellyasiya şikayətini təmin etməyərək birliyə dəymiş ziyana hüquqi qiymət verməmişdir. Məhkəmə qətbnaməsində qeyd edilmişdir ki, tələb olunan məbləğ şişirdilmişdir. Qətnamədə qeyd etməsinə baxmayaraq iş üzrə hər hansı ekspertiza təyin etməyərək, işin tam hər tərəfli və obyektiv həlli üçün hər hansı prosessual hərəkət etməmişdir. Belə ki, məhkəmələr cavabdehin etiraf etdiyi məbləğlə kifayətlənmişdir. Cavabdeh iddianı tamamilə qəbul edib və ya etməməsinə əsaslanaraq məhkəmələr qətnaməsini o şəkildə qəbul edə bilərdilər. Məhkəmələr cavabdehin təbii qazdan qeyri qanuni istifadəsini qəbuledir və ya iddiaçının buna dair sübutları məqbul sayılmağına baxmaraq dəymiş ziyanın həcmi məhkəmələrin formal mülahizələrinə əsaslanaraq işin faktiki tərəflərindən uzaq qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına g ətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən m üəyyən edilir.

28. Maddə

20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”

29. Maddə 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

30. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu bar ədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

31. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktı n bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktınıntam ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

35. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

36. Kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında araşdırma apararaq apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll edilərkən maddi və prosessual normaların tələblərinin düzgün tətbiq edildiyi müəyyən edilir.

37. Kollegiya qeyd edilənlərə əsas ən belə nəticəyə gəlir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5148/2024 nömrəli iş üzrə 26 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar