Məhkəmə qərarları › İş №2(102)-1547/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1547/2021

08.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1547/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X1, X2 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vicdanlı sahibdən əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasının tələb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, X1, X2 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsi nin onlara təhvil verilməsi və vurulmuş ziyan tələbi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1689/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsi İddiaçı1, X1, X2 və İddiaçı4 ümumi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, X3, X5 və İddiaçı4 iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X4 verdiyi xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,8327 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə, vurduğu ziyana görə cavabdehdən 31800 manat pulun və ödədikləri 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların mülkiyyətində olan torpaq sahəsində 120 topa fındıq ağacları vardır. Həmin fındıq ağacları tam məhsul verir. Bir ildə 1300-1500 kq fındıq məhsulu verir. Cavabdeh həmin fındıq bağını qanunsuz olaraq zəbt etmiş və fındıq məhsulunu hər il qanunsuz yığaraq onlara ziyan vurmuşdur. Həmin torpaq sahəsinin planı və ölçüsü 2011-ci ildə tərtib edilmişdir. Həmin vaxtı bilmişdir ki, qeyd olunan torpaq sahəsi onların mülkiyyətindədir. Hal-hazıradək həmin torpaqdan heç istifadə etməmişdir. Həmin torpaq sahəsində olan ağacları da cavabdeh əkmişdir. Lakin torpaq sahəsi onların mülkiyyətinə 1996-cı ildə verilmişdir. 2011-ci ildən bugünə kimi cavabdeh onlara 31800 manat ziyan vurmuşdur. Cavabdeh qeyd olunan torpaq sahəsində meyvə ağacları əkməklə həmin ağacların məsullarından gəlir əldə etmişdir. Onların mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur. Dəfələrlə cavabdehdən həmin torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, sovxozun yerli islahat komissiyasının xx xxxxxxxx 1999-cu il tarixli aktı ilə sovxozda özəlləşən fındıq bağından 2,30 ha torpaq sahəsi və 339 ədəd fındıq ağacı onun xüsusi mülkiyyətinə verilmişdir. Hazırda o, həmin torpaq sahəsindən istifadə edir. O, iddiaçıların torpaq sahəsini zəbt etməmişdir. Onun istifadə etdiyi torpaq sah əsi iddiaçının ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsindən RX seriyalı ******* saylı çıxarış əsasında mülkiyyətində olan 0,8327 ha torpaq sahəsindən kənarda yerləşir. Hazırda iddiaçı tərəf onun torpaq sahəsi harada yerləşdiyini, həmçinin iddiaçının özünün mülkiyyətinə verilən torpaq sahəsinin harada yerləşdiyini dəqiq bilmir. Həmçinin həmin mübahisəli torpaq sahəsində o, fındıq ağacları əkmiş, onların ərsəyə gəlməsində onun əziyyəti olmuş, iddiaçıların isə həmin torpaq sahəsində hər hansı əziyyəti olmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********39 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçılar İddiaçı1, X1, X2 və İddiaçı4 mülkiyyətinə verilmiş 0,8327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. xx xxx 2020-ci il tarixli 2019 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçılar İddiaçı1, X1, X2 və İddiaçı4 mülkiyyətinə verilmiş 0,8327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli, 2(033)-20/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, X1, X2 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq ( çoxillik əkmələr) sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.1, 21.2, 152.1-152.4, 152.5, 157.2, 157.4, 560.1, 1096.1 və 1096.2-ci maddələrinə, Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0, 115.0.1 və 119.1-ci maddələrinə istinad etmiş, ekspert və mütəxəssis rəylərini sübut kimi qəbul edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. İddiaçılar qətnamədən apel lyasiya şikayəti verərək iddia tələbinin rədd edilən hissədə qətnaməni mübahisələndirmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin cavabdehdən vurulmuş ziyana görə 31800 manat pulun alınmasının təmin edilməməsi hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cavabdeh iddiaçılara vurduğu ziyana görə 2160 manat alınaraq iddiaçılara verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların apellyas iya şikayətinə əsasən iddia tələbinin rədd edilən hissədə yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini maddi ziyanın tutulması hissədə tamamilə rədd etməklə iş üzrə bu hissədə sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 108 nömrəli məktubda göstərilmişdir ki, iddiaçıların mülkiyyətində olan 0,83 ha fındıq bağına baxış keçirilmiş və baxışa əsasən belə nəticəyə gəlinmişdir ki, bağ islahatdan əvvəl savxoz tərəfindən salınmışdır. 126 topa fındıq kollarının olduğu bağda bitkinin boy və inkişafı eyni səviyyədə deyildir. Ağaclara nəzər saldıqda məhsuldarlığı təxmini olaraq 6-9 kq təyin etmək olar. Ötən 13 il ərzində 126 topa fındıq ağacından təxmini olaraq yığılmış 12285 kq fındıq məhsulunu bazar qiyməti ilə hesabladıqda təxmini olaraq 36855 manat dəyərində qiymətləndirmək olar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda göstərilən məktubda fındıq bağında 126 topa fındıq kollarının olduğu göstərilsə də, iddiaçı və cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin iclasında mübahisəli bağda 120 topa fındıq kolunun olduğunu göstərmişlər. Həmçinin cavabdehin Zaqatala rayonu Yuxarı Tala kəndində istifadə etdiyi iddiaçılara məxsus 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsinin olduğu, bir fındıq kolundan orta hesabla hər il 6 kq fındıq məhsulu əldə edildiyini və 2019-cu ildə 1 kq fındığın topdan satış qiymətinin orta hesabla 3 manat olduğunu tərəflər mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi Zaqatala rayonu Yuxarı Tala kəndində 0,8327 hektar kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsinin xx xxxxx 2018-ci il tarixdə iddiaçıların adına mülkiyyət kimi qeydə alınmasını və iddiaçıların 2019-cu ilin aprel ayında məhkəməyə müraciət etmələrini əsas götürərək hesab etmişdir ki, cavabdeh 120 topa fındıq kolundan bir il ərzində yığılmış fındıq məhsulunun dəyəri olan 2160 manat (120x6x3) alınaraq iddiaçılara verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. O, torpaq sahəsində bir il ərzində əkilmiş fındıqları yığmamışdır. Belə ki, o torpaq sahəsinin iddiaçılara məxsus olmasını bildikdən sonra həmin sahəyə girməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsi ilə razılaşaraq apellyasiya şikayəti də verməmişdir. Orada əkilən fındıqları yığsa da belə o, həmin fındıqların pulu ondan tutula bilməzdi. Çünki həmin fındıqları o öz vəsaiti ilə əkib becərmişdir. Məhkəmə bu hallar qiymət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayə tinin təmin edilməməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qətnməsi maddi və prosessual normalarının tələblərinə uyğun çıxarılmışdır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1, 1092.1.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin eidlmiş, cavabdeh tələbin təmin edilən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətinə əsasən qətnaməni tələbin rədd edilən hissəsi, yəni cavabdehdən maddi ziyanın tutulması hissəsində yoxlamış, həmin hissədə iddia tələbini qismən təmin etmişdir. Hazırda kassasiya şikayəti verən cavabdeh qətnaməni yalnız qeyd edilən hissədə mübahisələndirir. Ona görə də, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən 2160 manat maddi ziyanın tutulmasının təmin edilməsi hissədə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qeyd edilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh maddi ziyanın ondan tutulmasının əsassız olmasını qeyd etmiş, bunu həmin sahədən fındıq məhsullarını yığmaması, yığsa belə fındıqları öz vəsaiti ilə əkib becərdiyinə görə, həmin pulun ondan tutulmasının əsassız olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işin mübahisəsiz halları ilə mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissəsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Belə olan halda həmin torpaq sahəsi ilə bağlı iddiaçının maddi tələbinin əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz ol duğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyil dir. Hazırki mübahisə üzrə mübahisəli torpaq sahəsi xx xxxxx 2018-ci il tarixdən iddiaçıların adına mülkiyyət kimi qeydə alınmış, apellyasiya instansiyası məhkəməsi həmin tarixdən etibarən bir il ərzində yığılmış fındıq məhsulunun dəyəri olan 2160 manatın d\y\rinin cavabdehdən tutulmasını qət etmişdir. İstinad edilən normaya əsasən cavabdehdən (vicdanlı sahibdən) əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etməkdə iddiaçılar haqlı olmuş, məhkəmə bu hissədə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. İşdə olan xx.xx.1999-cu il tarixli aktdan da görünür ki, iddiaçıların mülkiyyətində olan 0,837 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini əhatə edən 2, 30 ha sahəsi olan 339 ədəd fındıq ağacı olan fındıq bağı boş torpaq sahəsi deyil, fındıq bağı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1689/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar