Məhkəmə qərarları › İş №2(102)-1547/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1547/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1547/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8158/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsi, Şimal keçidi, ev 14, mənzil 5-də yaşayan X3 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 ölçüdə binanı təmir edib qaraj kimi istifadəsinə icazə verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 12.01.2009-cu il tarixli məktubun surətindən görünür ki, ondan eskiz layihəsini rayon İcra Hakimiyyətinə təqdim etməsi xahiş edilmişdir. Torpaq və əmlak vergiləri üzrə 12.08.2020-ci il tarixli tədiyyə bildirişindən görünür ki, İddiaçı Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a üçün 51,9 manat məbləğində vergi hesablanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı – hökümət ödə niş portalı üzrə qəbzlərdən görünür ki, bələdiyyə əmlak vergisi və bələdiyyə torpaq vergisi xidmətlərinə görə İddiaçı ödəniş etmişdir. Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli, SB-115 saylı arayışdan görünür ki, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında yerləşən 1 mərtəbəli 200 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı Qədir qızının özünə məxsusdur. "xxxx" MMC tərəfindən tərtib edilən 16.08.2017-ci il tarixli arayışdan və cədvəldən görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi sakini X8 ilə bağlanmış müqaviləyə əsasən ona məxsus daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrinin müəyyənləşdirilməsi aparılmışdır. Belə ki, aparılan təhlil və hesablamalar evin yaşayış sahəsinin 200 kv.m, qeyri-yaşayış sahəsinin 30.0 kv.m olduğunu göstərmişdir. Bu sənəd yerli bələdiyyə vergiləri üçün istifadə olunur. 119 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 22.07.2020-ci il tarixli, 568 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, 2 saylı evin 45 nömrəli mənzilində qeydiyyatdadır. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsindəki Nümayəndəliyi tərəfindən verilmiş 24.07.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən həyət evində qeydiyyatsız yaşayır. Kommunal xidmətlərlə (işıq, su,) bağlı qəbzlərdən görünür ki, mübahisəli evlə bağlı kommunal xidmətlər üzrə abonent qismində Qədirov Tural qeyd olunmuş və kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. AZ-İ No 27 1665 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 sentyabr 2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 04 sentyabr 2007-ci il tarixində 459 nömrəsi ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzil X5 xüsusi mülkiyyətindədir və bu barədə 139 nömrəli reyestr kitabının 13057 nömrəli vərəqində 18.11.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünva nlanmış 17.02.2021-ci il tarixli, SB-05/11 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 13.05.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair 27.06.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərinin Sahil Bələdiyyəsi tərəfindən qeydiyyatı aparılmışdır. Vətəndaş İddiaçı Qədir qızı 10.07.2020-ci il tarixdə öz tikdirdiyi qanunsuz tikilini qeydiyyatsız kimi Sahil Bələdiyyəsində qeydiyyatdan keçirmiş və 2020-2021-ci illər üçün əmlak və torpaq vergisini ödəmişdir. Vətəndaş İddiaçı Qədir qızının mərhum həyat yoldaşı X1 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 m ölçüdə binanı təmir edib qaraj kimi istifadə etməsinə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25.11.1994-cü il tarixli 1337 saylı Sərəncamına əsasən icazə verilmişdir. Sonradan qaraj sahəsi ətrafında əlavə tikinti işləri apararaq fərdi yaşayış evi kimi istifadə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı fərdi yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fə rdi yaşayış evindən azyaşlı övladları ilə birlikdə çıxarılaraq mənzilin boşaldılması və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi torpaq sahəsində öz vəsaiti hesabına inşa etdirdiyi tikilidən ibarətdir, həmin evin cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamı ilə Sahil qəsəbəsi, Şimal keçidi, ev 14, mənzil 5-də yaşayan iddiaçının həyat yoldaşı Fazil Qədirova yaşadığı evin həyətində qaraj tikintisinə icazə verilmişdir. İddiaçı həyat yoldaşı ilə birgə həmin yerdə mübahisəli yaşayış evin in tikintisinə başlamış, tikilinin müəyyən hissəsi inşa edildikdən sonra 2007-ci ildə iddiaçının həyat yoldaşı Qədirov Fazil vəfat etmişdir. İddiaçı tikilinin layihəsinin razılaşdırılması üçün özü 2009-cu ildə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinin yekun tikintisi təqribən 2011-2012ci illərdə tamamlanmış, tikinti xərcləri iddiaçının özü tərəfindən ödənilmiş, hətta iddiaçı Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanındakı mənzilini sataraq həmin evin təmirinə vəsait xərcləmişdir. Tikinti işlərinə övladları Tural və Amid də kömək etmişlər. Cavabdehin və qohumlarının isə evin tikintisində hər hansı rolu və iştirakı olmamışdır. Belə ki, iddiaçının oğlu Qədirov Tural cavabdeh ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək evlənmiş, cavabd eh gəlin kimi Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanına köçmüşdür. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra iddiaçı oğlu Turalın ailəsi ilə birgə həmin evdə onunla birlikdə yaşamasına icazə vermişdir. Lakin 2014-cü ildə Tural və cavabdeh boşanmışlar, cavabdeh isə iddiaçıya məxsus evdə qanunsuz olaraq yaşamağa davam etmişdir. Cavabdeh ilə münasibətləri pozulduğundan iddiaçı digər oğluna məxsus evdə yaşamağa məcbur olmuşdur. Lakin hazırda iddiaçı özünə məxsus olan evə köçüb yaşamaq istəyir, eyni zamanda üç otaqlı yaşayış evinə qanunsuz sahiblik edən cavabdehin oradan çıxarılmasını tələb edir. Mübahisəli ev özbaşına tikili kimi Sahil Bələdiyyəsində iddiaçının adına qeydə alınmışdır, əmlak və torpaq vergiləri də iddiaçı tərəfindən ödənilir. İddiaçının özünə məxsus evdən istifa də etməsi cavabdeh tərəfindən əngəlləndiyindən, iddiaçının mülkiyyət və mənzil hüquqları pozulmuşdur. Halbuki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən heç bir formada istifadə hüququ yoxdur. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hazırda iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Hüseynov, iş № 2(002)-335/2021) iddia qismən təmin edilərək, İddiaçı Misir qızının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli yaşayış evi faktiki olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 199 4-cü il tarixli 1337 saylı sərəncamına əsasən iddiaçının mərhum həyat yoldaşına qaraj tikintisi üçün ayrılmış yerdə inşa edilmişdir və hazırda özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədi yoxdur. Tərəflərin həmin evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına və qonşuların notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən müəyyən olunur ki, həmin ev cavabdehin uşaqları ilə birlikdə faktiki yaşayış yeri olmuşdur. Həmçinin, şahidlərin (A.Cavadov, İ.Nəcəfzadə) ifadələrinə əsasən cavabdehin evin tikintisində iştirakı, kommunal ödəniş qəbzlərinə, "xxxx" MMC tərəfindən tərtib edilən arayışa əsasən cavabdehin keçmiş ərinin tikiliyə aidiyyəti nəzərə alınmaqla, cavabdehin u şaqları ilə birlikdə mübahisəli yaşayış evindən çıxarılması tələbi əsassız və ədalətsiz hesab olunmalıdır. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edildi ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamı, mübahisəli tikilinin yeri, Qaradağ rayon İcra Hakimiyyətinin 12.01.2009-cu il tarixli məktubuna və şahid ifadəsinə (S.Muradov) əsasən tikinti və layihələndirmə işlərində iddiaçının iştirakı, Sahil Bələdiyyəsinin 04.08.2020-ci il tarixli, SB-115 saylı arayışına, tədiyyə bildirişinə və 17.02.2021-ci il tarixli, SB-05/11 saylı məktubuna əsasən özbaşına tikilinin müvafiq ərazi üzrə bələdiyyədə onun adına qeydiyyata alınmaqla torpaq və əmlak vergilərinin tərəfindən ödənilməsi, habelə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandan məhrum olmaqla ha zırda qeydiyyatda olmadığı başqa ünvanda yaşaması halları nəzərə alınaraq, iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə inşası başlanmış mübahisəli evdə yaşayış hüququ təmin olunmalı və iddia tələbi evə köçürülmə hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi torpaq sahəsində öz vəsaiti hesabına inşa etdi rdiyi tikilidən ibarətdir, həmin evin cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamı ilə Sahil qəsəbəsi, Şimal keçidi, ev 14, mənzil 5-də yaşayan həyat yoldaşı Fazil Qədirova yaşadığı evin həyətində qaraj tikintisinə icazə verilmişdir. İddiaçı həyat yoldaşı ilə birgə həmin yerdə mübahisəli yaşayış evinin tikintisinə başlamış, tikilinin müəyyən hissəsi inşa edildikdən sonra 2007-ci ildə həyat yoldaşı Qədirov Fazil vəfat etmişdir. Tikilinin layihəsinin razılaşdırılması üçün özü 2009-cu ildə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinin yekun tikintisi təqribən 2011-2012-ci illərdə tamamlanmış, tikinti xərcləri iddiaçının özü tərəfindən ödənilmi ş, hətta Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanındakı mənzili sataraq həmin evin təmirinə vəsait xərcləmişdir. Tikinti işlərinə övladları Tural və Amid də kömək etmişlər. Cavabdehin və qohumlarının isə evin tikintisində hər hansı rolu və iştirakı olmamışdır. Belə ki, iddiaçının oğlu Qədirov Tural cavabdeh ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər, cavabdeh gəlin kimi Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanına köçmüşdür. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra oğlu Turalın ailəsi ilə birgə həmin evdə onunla birlikdə yaşamasına icazə vermişdir. Lakin 2014-cü ildə Tural və cavabdeh boşanmışlar, cavabdeh isə iddiaçıya məxsus evdə qanunsuz olaraq yaşamağa davam etmişdir. Cavabdeh ilə münasibətləri pozulduğundan iddiaçı digər oğluna məxsus evdə yaşamağa m əcbur olmuşdur. Lakin hazırda iddiaçı özünə məxsus olan evə köçüb yaşamaq istəyir, eyni zamanda üç otaqlı yaşayış evinə qanunsuz sahiblik edən cavabdehin oradan çıxarılmasını tələb edir. Mübahisəli ev özbaşına tikili kimi Sahil Bələdiyyəsində iddiaçının adına qeydə alınmışdır, əmlak və torpaq vergiləri də iddiaçı tərəfindən ödənilir. İddiaçının özünə məxsus evdən istifadə etməyi cavabdeh tərəfindən əngəlləndiyindən, onun mülkiyyət və mənzil hüquqları pozulmuşdur. Halbuki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən heç bir formada istifadə hüququ yoxdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şi kayətini onunla əsaslandırmışdır ki, o, 2010-cu ilin 11 sentyabrında X8 ilə ailə qurmuş və gəlin kimi ünvan 4 ünvana köçmüşdür. Sonra bir müddət kirayədə yaşamışlar. Nəhayət 2011-ci ildə mübahisəsi gedən özbaşına tikilinin tikintisinə başlamışlar. Həmin tikintidə cavabdehin qohumları iştirak edib evi tikiblər, bundan əlavə həmin tikiliyə cavabdehə məxsus bütün qızıllarını satmış, iddiaçı onu məcbur edib ki, qızıllarını satsın. X11 1000 manat, dayısı X2 500 manat, xalasının yoldaşı X6 500 manat vəsait həmin tikintiyə istifadə olunmuşdur. Qardaşı hər gün işdən gəlib özbaşına tikilinin tikintisində iştirak edib. Özbaşına tikili hazır olan gündən cavabdeh ailəsi ilə, uşaqları ilə birlikdə bu günə kimi yaşayır və özbaşına tikilinin kommunal xərcləri anası ödəyir. İddiaçı isə mübahisəsi gedən öz başına tikilidə heç vaxt yaşamayıb, onun həmin özbaşına tikilidə heç bir əmlakı da yoxdur. Lakin buna baxmayaraq məhkəmə tərəfindən qanunsuz qətnamə qəbul olunmuş və iddiaçı bələdiyyənin saxta sənədi əsasında cavabdehin evinə köçürülməsi qət edilmişdir. Cavabdehin mübahisəli özbaşına tikilidə yaşadığını notariat qaydasında təsdiq olunmuş qonşuların təsdiq etdikləri ərizədən də görünür. Cavabdeh həmin qonşuların ərizələrini məhkəmədə təqdim edərək iş materiallarına əlavə olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb olunan özbaşına tikili ona məxsus deyil və mülkiyyətində də deyil, iddia ərizəsində mübahisəli ev onun mülkiyyətində olduğunu qeyd etsə də, lakin mübahisəli mənzil özbaşına tikilidir və həmin özbaşına tikiliyə heç bir mülkiyyətini təsdiq edən sənəd yoxdur. Bundan əlavə, 27.08.2020ci il tarixdə cavabdehin aliment tələbi ilə bağlı mülki işə baxılarkən uşaqlarının atasının bacısı məhkəmə iclasında bildirmişdir ki, «mənim və uşaqlarımın yaşayışını təmin etmək məqsədilə onlara iddiaçı tərəf ev vermişdir». Cavabdeh həmin qətnamənin surətini iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Bu iddia tələbinin əsas səbəbi isə budur ki, cavabdeh iddiaçının oğlundan uşaqların saxlanılması üçün alimentdən imtina etsin. Cavabdeh isə bunu etməmiş, çünki o heç bir yerdə işləmir, anası onları saxlayır və cavabdehin uşaqlarını yetkinlik yaşlarına çatana kimi saxlamağa borcludur. Cavabdeh dəfələrlə məhkəmə iclasında vəsatət verərək hakimdən xahiş etmişdir ki, yaşadığı binanın bütün qonşuları dindirilsin, eləcə də Sahil Bələdiyyəsindən nümayəndəsi məhkəmə iclasına dəvət o lunaraq izahatı alınsın ki, onların özbaşına tikiliyə ünvan verməyə ixtiyar var ya yox. Lakin onun vəsatətlərinə hakim heç bir əhəmiyyət verməyib, bir gündə özbaşına tikilidə yaşamayan iddiaçını cavabdehin yanına köçürülməsinə qanunsuz olaraq qərar vermişdir. Özbaşına tikili cavabdehin ailəsi üçün tikilmişdir. Lakin iddiaçının oğlu Tural cavabdehdən xəbərsiz, onu aldadaraq guya ki, onlar üçün ev almaq məqsədilə ipoteka götürür və cavabdehi notariat kontoruna apararaq ona etibarnaməyə imza etdirmiş və həmin etibarnaməyə əsasən iddiaçının oğlu öz məqsədlərini başa çatdırmış və məhkəmədə nikahı ləğv etdirmişdir. Nikahın ləğv olunması barədə cavabdehin 2020-ci il tarixdə məlumatı olub, ona görə də cavabdeh dərhal iddiaçının oğlundan uşaqlarının saxlanılması üçün aliment tələbi ilə məhkəməyə mü raciət etmişdir. Aliment tutulduqdan sonra cavabdeh yaşadığı özbaşına tikiliyə dərhal Bələdiyyə sənədi almış və həmin sənədlə məhkəməyə müraciət etmişdir. İddiaçı öz evini sataraq özü üçün gözəl hər bir şəraiti olan iki mərtəbəli villa tikdirmişdir və neçə ildir ki, həmin villada yaşayır. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, cavabdehin ifadəsinə, şahidlərin ifadəsinə heç bir qiymət verilməmiş, iddiaçı məhkəmə iclasında hakimin sualına cavab olaraq bildirmişdir ki, o, guya cavabdehin yaşadığı evə hərdən gəlib, bu iddiaçının uydurmasıdır, iddiaçı heç bir vaxt özbaşına tikiliyə gəlməyib, nəvələri ilə heç bir vaxt maraqlanmayıb, öz villasında həmişə yaşayıb. Özbaşına tikilidə iddiaçıya aid heç bir əmlak da yoxdur. Məhkəmə isə iddiaçının yalan izahatı ilə ki fayətlənərək, yarımçıq qətnamə çıxarmışdır. Qətnamədə ümumiyyətlə kor-koranə hüquqa və qanuna zidd bir qərar verilmişdir. İddiaçı bir gündə olsun özbaşına tikilidə yaşamayıb, eləcə də ona aid özbaşına tikilidə əmlakı yoxdur. İddiaçı oğlu Turalla və polis əməkdaşları ilə birlikdə iki dəfə qətnaməni məhkəmədən aldıqdan sonra cavabdeh yaşadığı özbaşına tikiliyə gələrək cavabdehdən evin açarını tələb etmişlər, cavabdeh isə onlara bildirmişdir ki, qətnamə qanuni qüvvəsini almayıb və o apellyasiya şikayəti verəcək. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-8158/2021) İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməm iş, hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin, onların nümayəndələrinin izahatlarına, apellyasiya şikayətlərinin dəlillərinə məcmu halında hüquqi qiymət verərək qeyd edir ki, mübahisəli yaşayış evi faktiki olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamına əsasən iddiaçının mərhum həyat yoldaşına qaraj tikintisi üçün ayrılmış yerdə inşa edilmişdir və hazırda özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədi yoxdur. Tərəflərin həmin evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özləri nin izahatlarına və qonşuların notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən müəyyən olunur ki, həmin ev cavabdehin uşaqları ilə birlikdə faktiki yaşayış yeri olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı şahidlərin (A.Cavadov, İ.Nəcəfzadə) ifadələrinə əsasən kollegiya hesab etmişdir ki, cavabdehin evin tikintisində iştirakı, kommunal ödəniş qəbzlərinə, "xxxx" MMC tərəfindən tərtib edilən arayışa əsasən cavabdehin keçmiş ərinin tikiliyə aidiyyəti nəzərə alınmaqla, cavabdehin uşaqları ilə birlikdə mübahisəli yaşayış evindən çıxarılması tələbi əsassız və ədalətsiz hesab olunmalıdır. Kollegiya işin hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə inşası başlanmış mübahisəli evdə yaşayış hüququnun təmin olunması və iddia tələbinin evə köçürülmə hissəsində əsaslı hesab olunaraq təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamına, Qaradağ rayon İcra Hakimiyyətinin 12.01.2009-cu il tarixli məktubuna və birinci instansiya məhkəməsində icraat zamanı şahid ifadəsinə (S.Muradov) əsasən tikinti və layihələndirmə işlərində iddiaçının iştirakı öz təsdiqini tapmışdır. Bundan başqa, Sahil Bələdiyyəsinin 04.08.2020-ci il tarixli, SB-115 saylı arayışına, tədiyyə bildirişinə və 17.02.2021-ci il tarixli, SB-05/11 saylı məktubuna əsasən özbaşına tikilinin müvafiq ərazi üzrə bələdiyyədə iddiaçının adına qeydiyyata alınmaqla torpaq və əmla k vergilərinin tərəfindən ödənilməsi, habelə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandan məhrum olmaqla hazırda qeydiyyatda olmadığı başqa ünvanda yaşaması halları da nəzərə alınmalıdır. Cavabdeh həm apellyasiya şikayətində, həm də kollegiya iclasındakı izahatında iddiaçının yeni tikilmiş hər bir şəraiti olan 2 mərtəbəli evinin olması bildirilmiş və həmin evin fotoşəkilləri məhkəməyə təqdim edilmişdir. Kollegiya bununla bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus 2 mərtəbəli ev olması halı cavabdeh tərəfindən hər hansı sübutla öz təsdiqini tapmadığından, mübahisənin həllində məhkəmə həmin hala əsaslana bilməz. Cavabdehin təqdim etdiyi fotoşəkillər evin iddiaçıya məxsus olmasını təsdiq edən sübut deyildir. Kollegiya həmçinin qeyd etmişdir ki, hər hansı əmlakın şəxsin mülkiyyətində olması fak tı dövlət reyestrindən verilmiş çıxarışla təsdiq olunur. Belə bir çıxarış məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir. Cavabdeh apellyasiya şikayətində ona istinad etmişdir ki, yaşadığı binanın bütün qonşuları dindirilsin, eləcə də Sahil Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına dəvət olunaraq izahatı alınsın ki, onların özbaşına tikiliyə ünvan verməyə ixtiyarı var ya yox. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iş mahiyyəti üzrə tam, hərtərəfli, obyektiv araşdırıldığından kollegiya həmin xüsusatların araşdırılmasına zərurət görmür. Həmçinin cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinə qiymət verilməməsi halına istinad etsə də, kollegiya hes ab edir ki, apellyasiya şikayəti həmin hissədə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkməsində icraat zamanı 3 şahid dindirilmiş və qətnamədə onların ifadəsinə istinad olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8158/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh (vəkil Quliyev X9) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən ap ellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8158/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilməməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayətləri iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması xahiş edilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının və cavabdehin kassasiya şikayətlərində göstərilən dəlillər əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kons titusiyası 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xas sələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülki yyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15.01.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüqu qlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ek spertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Dəlillər apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmiş və müvafiq məhkəmə tərəfindən tam və hərtərəfli qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8158/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar