Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1547/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, subyektiv hüquq, texniki pasport, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(*06)-2252/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ** aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran rayon Şilavar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarına əsasən Cavabdeh 0.04 ha torpaq sahəsinin satılması qərara alınmış, Bələdiyyənin **.07.2007-ci il tarixli torpağın alğı-satqısına dair aktına əsasən həmin torpaq sahəsi Cavabdeh verilmişdir.
2. Həmin akt Lənkəran rayon Dövlət Torpaq və Xəritəçəkmə Şöbəsində ** iyul 2007-ci il tarixdə *456 nömrə ilə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Orta ixtisas təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" 26 avqust 2002-ci il tarixli *40 saylı qərarı ilə Lənkəran rayonunda fəaliyyət göstərən X3 Texnikumu ləğv edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin *084 nömrəli, 27 noyabr 2002-ci il tarixli əmri ilə həmin Texnikumun Lənkəran şəhəri, Fizuli küçəsi *79 A nömrəli ünvanda yerləşən tədris binası İddiaçı balansına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı və ya Universitet) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Fizuli küçəsi *79 A ünvanda yerləşən və Universitetinin * saylı tədris korpusunun ərazisində mini idman meydançasının yaxınlığında qanunsuz inşa edilmiş daş hasarın sökülməsi və qanunsuz zəbt olunmuş 3*.00 m x *3.45 m ölçüdə olmaqla, cəmi 4*6.95 kv.m torpaq sahəsinin cavabdeh in qanunsuz sahibliyindən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 Texnikumu ləğv edildikdən sonra Universitetin balansına keçirilən həmin torpaqlar iddiaçı tərəfindən 2003-cü ildən hasara alınmış və hazırda da Universitet tərəfindən istifadə olunur. Universitetin Lənkəran şəhəri, Füzuli küçəsi *79 A ünvanında yerləşən * saylı korpusuna dair tərtib edilmiş və təsdiq olunmuş baş plana əsasən həmin ərazinin ümumi torpaq sahəsi 5,6894.3 kv.m-dir. Baş plandan açıq-aşkar görünür ki, Universitetin Lənkəran şəhəri, Füzuli küçəsi *79 A ünvanında yerləşən * saylı korpusunun ərazisində Universitetə məxsus mini idman meydançasının yaxınlığında 3*.00 m x *3.45 m ölçüdə, cəmi 4*6.95 kv.m torpaq sahəsi daş hasara alınmaq la qanunsuz zəbt olunmuşdur. Tərəflərindən araşdırma aparılmasına baxmayaraq, həmin torpağın kimlər tərəfindən zəbt olunmasını tam müəyyən etmək mümkün olmadığından bununla əlaqədar aidiyyəti orqanlara sorğular verilmiş və nəticədə məlum olmuşdur ki, Şilavar Bələdiyyəsinin torpağa mülkiyyət hüququna dair JN0*-*, KOD 802*30*8 nömrəli dövlət aktında göstərilmiş mülkün nömrəsi *-74 sahəsindən Şilavar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarına əsasən Şilavar kənd sakini Cavabdeh 0.04 ha həyətyanı torpaq sahəsi alğı-satqı qaydasında verilmişdir. Aparılmış müşahidələr zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhəri, Fizuli küçəsi *79 A ünvanında yerləşən * saylı tədris korpusuna dair tərtib edilmiş baş planda zəbt kimi qeyd olunmuş 3*.0 m x *3.45 m ölçüdə 4*6.95 kv.m torpaq cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş və həmin ərazidə tam hazır olmayan şəxsi yaşayış evi tikilmişdir. Cavabdehə dəfələrlə zəbt edilmiş ərazinin qaytarılması barədə müraciət edilməsinə baxmayaraq bunun nəticəsi olmamışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili və nümayəndəsi X* iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh ev tikmək üçün torpaq sahəsinin alınması məqsədi ilə Şilavar Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin xx.xx.2007-ci il tarixli 06 saylı qərarına əsasən cavabdehə 0.04 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmış və ** iyul 2007-ci il tarixli torpağın alğı-satqısına dair akta əsasən Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən 0.04 ha torpaq sahəsi cavabdehə verilmişdir. Həmin akt Lənkəran rayon Dövlət Torpaq və Xəritəç əkmə şöbəsində ** iyul 2007-ci il tarixdə *456 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etməmişdir və öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, nəinki torpağın mülkiyyətçisi olması, hətta qanuni istifadəçisi olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
7. Birinci instansiya məhkəməsi ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin ** iyul 20*9-cu il tarixli *90920304399 saylı mütəxəssis rəyi, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin *7 iyul 20*9-cu il tarixli *37*3 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Lənkəran şəhəri, Fizuli küçəsi *79 A ünvanda yerləşən reyestr nömrəsi 8020*00465*-*2*0* olan texniki pasporta əsasən Universitetin * saylı tədris korpusunun 5.68943 ha torpaq sahəsinin 0.0464 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Lənkəran şəhəri, Füzuli küçəsi *79 A ünvanında yerləşən reyestr nömrəsi 8020**00465*-*2*0* olan texniki pasporta əsasən Universitetin * saylı tədris korpusunun ərazisində mini idman meydançasının yaxınlığında 0.0464 ha torpaq sahəsində cavabdeh tərəfindən daş hasar inşa edilmişdir.
8. Birinci instansiya məhkəməsinin 23.08.20*9-cu il tarixli qərardadı əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 24 oktyabr 20*9-cu il tarixli *90920906827 saylı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Şilavar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə cavabdehə fərdi yaşayış evi tikmək üçün satılmış 0.04 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *0 saylı Ərazi İdarəsi tərəfindən **.08.20*6-cı il tarixdə tərtib olunmuş 8020**00465*-*2*0* saylı texniki pasporta əsasən iddiaçının istifadəsində olan 5.68943 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh iddiaçının istifadəsində olan 5.68943 ha torpaq sahəsinin 0.0464 ha hissəsindən istifadə edir.
9. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)*022/20*9 nömrəli, *9 noyabr 20*9-cu il tarixli qətnaməsi ilə (hakim M.İsayev) iddia təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, m übahisə olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla alğı-satqı müqaviləsi əsasında cavabdehin adına özgəninkiləşdirilib və həmin alğı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməyib və hazırda qüvvədədir.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52, *57-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4, 77, 88 və 2*7-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, göstərilən ünvanda yerləşən 5.68943 torpaq sahəsi 2002-ci ildə fəaliyyət göstərən X2 ləğv edilməsi ilə bağlı Azərb aycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında Universitetin balansına verilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin 0.04 ha hissəsinin Şiləvar Bələdiyyəsi tərəfindən cavabdehə alğı-satqı müqaviləsi əsasında satılmasının qanunsuz olmasına baxmayaraq həmin torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməklə iddiaçıya qaytarılması tələbini təmin etməməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.
14. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssisləri cəlb olunmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 15. "xxxx" MMC tərəfindən tərtib edilmiş *3.0*.202*-ci il tarixli rəydə qeyd edilmişdir ki, Lənkəran rayonu, Şiləvar Bələdiyyəs inə məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Şiləvar Bələdiyyəsi tərəfindən cavabdehə satılmış 0,04 ha torpaq sahəsi Bələdiyyəyə məxsus 283,7* ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin cavabdehə ayrılmış 0.04 ha torpaq sahəsindən əlavə olaraq iddiaçıya məxsus 5.6894 ha torpaq sahəsinə şimalqərb tərəfdən müdaxilə edilərək 0.04 ha hissəsi zəbt edilmiş və mişar daşı ilə hasarlanmışdır. Cavabdeh tərəfindən inşa edilmiş daş hasar iddiaçının ərazisindədir.
16. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 23 fevral 202*-ci il tarixli, *0/406 saylı ekspert rəyində "xxxx" MMC tərəfindən tərtib edilmiş *3.0*.202*-ci il tarixli rəyi həmin rəyə istinadla eynilə köçürməklə kifayətlənmiş, rəydə ekspertiza tədqiqatının həmin rəyə əsasən aparıl dığı qeyd edilmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-58/202* nömrəli iş üzrə 27 may 202*-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), M.Həsənov və S.Mayılov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək cavabdehin Lənkəran şəhəri, Fizuli küçəsi *79 A ünvanda yerləşən iddiaçıya məxsus 5.6894 ha torpaq sahəsinin şimal-qərb tərəfində zəbt olunmaqla mişar daşı ilə hasara alınmış 0.04 ha torpaq sahəsindən onun hesabına daş hasar sökülməklə çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiz a tədqiqatının aparılmasına dair ekspert rəyləri və apellyasiya icraatı zamanı əldə olunmuş torpaq sahələrinin müqayisəli tədqiqatının aparılmasına dair ekspert rəyində Şiləvar Bələdiyyəsi tərəfindən cavabdehə satılmış 0.04 ha torpaq sahəsinin Bələdiyyəyə məxsus 283,7* ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Lakin sənədlərin müqayisəli tədqiqatı zamanı cavabdehin ona ayrılmış 0.04 ha torpaq sahəsini zəbt etdiyi göstərilmişdir. Bununla yanaşı hər iki torpaq sahəsinin müqayisəli tədqiqatı zamanı ekspert rəyində Şiləvar Bələdiyyəsinə məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə üst-üstə düşmədiyi göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 4 8, və 68-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *4.02.2003-cü il tarixli, 2 nömrəli qərarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olduğunu sübuta yetirə bilməmişdir. Mübahisəli torpaq sahəsi Lənkəran rayon Aqrar İslahat Komissiyasının *6 iyun *998-ci il tarixli 25 saylı qərarı ilə Şiləvar Bələdiyyəsinin mülkiyyətinə verilmiş, Bələdiyyənin xx.xx.2007-ci il tarixli 06 saylı qərarına əsasən 0.04 ha torpaq sahəsinin cavabdehə satılması qərara alınmışdır. Bu hal iş üzrə verilmiş ekspert və mütəxəssis rəyləri ilə də müəyyən olunur. Mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması barədə heç bir sübut mövcud deyildir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Q.Hüseynov (məruzəçi), Ə.G.Nurməmmədov və Ə.Z.Əliyevdən ibarət tərkibdə) 2(*02)-3900/2022 nömrəli, *9.09.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-58/202* nömrəli iş üzrə 27 may 202*-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunm uş hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırıb ki, baxılan iş üzrə iddiaçı öz tələbində Lənkəran şəhəri, Fizuli küçəsi *79 A ünvanda yerləşən və Universitetin * saylı tədris korpusunun ərazisində mini idman meydançasının yaxınlığında qanunsuz inşa edilmiş daş hasarın sökülməsi və qanunsuz zəbt olunmuş 3*.00 m x *3.45 m, cəmi 4*6.95 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçıya qaytarılmasını xahiş etmişdir.
24. İddiaçı cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin onun qanuni istifadəsində olan 5.68943 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini iddia etmiş, həmin torpaq sahəsinə qanuni sahibliyini təsdiq edən sübut kimi yalnız Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin *0 saylı Ərazi İdarəsi tərəfindən **.08.20*6-cı il tarixdə tərtib olunmuş 8020**00465*-*2*0* saylı texniki pasportu əlavə etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu sənədi iddiaçının həmin torpaq sahəsinə hüququnu təsdiq edən sübut kimi qəbul etmişdir. Məhkəmələr tərəfindən həmçinin müəyyən edilmişdir ki, həmin texniki pasport qeyd olunan İdarə tərəfindən **.08.20*6-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur.
25. Mülki Məcəllənin *39.*-ci maddəsinə əsasən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüq uqu, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin *39-*.*.*-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.*-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyə ti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
26. Bu baxımdan Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestri idarələri tərəfindən verilmiş texniki pasportlar özü-özlüyündə torpaq sahələri üzərində mülkiyyət (istifadə) hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənəd hesab edilmir.
27. Lakin işə baxmış məhkəmələr MPM-in 4.*-ci maddəsinə əsasən iddiaçının hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüququnun olub-olmadığına qiymət vermədən id diaçının təqdim etdiyi və həmin dövrdə mövcud olmuş vəziyyətə əsasən tərtib edilmiş texniki pasport əsasında mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması barədə qənaətə gəlmiş və iddianı qismən təmin etmişdir.
28. Bununla yanaşı, işə birinci instansiya məhkəməsində baxılması zamanı verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad LayihəTədqiqat İdarəsinin 24 oktyabr 20*9-cu il tarixli, *90920906827 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, Şilavar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə cavabdehə fərdi yaşayış evi tikmək üçün satılmış 0.04 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *0 saylı Ərazi İdarəsi tərəfindən **.08.20*6-cı il tarixdə tərtib olunmuş 8020**0 0465*-*2*0* saylı texniki pasporta əsasən iddiaçının istifadəsində olan 5.68943 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh iddiaçının istifadəsində olan 5.68943 ha torpaq sahəsinin 0.0464 ha hissəsindən istifadə edir.
29. İşin apellyasiya baxışı zamanı iş üzrə əlavə ekspertiza təyin edən apellyasiya instansiyası məhkəməsi ekspertlər qarısında yeni suallar qoymuş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Qərardadın icrası üzrə 25.0*.202*-ci il tarixdə məhkəməyə "xxxx" MMCnin mütəxəssisləri tərəfindən tərtib edilmiş və işdə olan "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin 24 oktyabr 20*9-cu il tarixli, *90920906827 saylı mütəxəssis rəyindən fərqlənən rəy daxil olmuş, Məhkəmə Ekspertiza Mərkəzi isə tədqiqat prosesinin təsvirində ekspertiza tədqiqatının sonuncu rəyə əsasən aparıldığını qeyd etməklə və "xxxx" MMC-nin rəyini tədqiqatın nəticə hissəsinə köçürməklə kifayətlənmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin rəyini mötəbər sübut kimi qəbul edərək, həmin rəyə əsasən iddianı qismən təmin etmişdir.
31. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sual ları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.*, 79.* və 97.*-ci maddələri).
32. MPM-in 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Həmin Məcəllənin *0*.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.
33. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.
35. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər varsa, yaxud iş üzrə verilmiş rəylər arasında ziddiyyətlər yaranarsa MPM-in *75-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur.
36. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in *03.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.
37. Lakin işə baxmış apel lyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
38. Qeyd olunanlarla yanaşı iş materiallarına sübutlar qismində, həmçinin müxtəlif dövlət orqanlarının Şiləvar Bələdiyyəsinin və iddiaçının əməkdaşları tərəfindən birlikdə tərtib edilmiş 20.09.20*0-cu il tarixli və 2*.**.20*2-ci il tarixli aktlar əlavə edilmişdir (i.v. *65-*67, məhkəmə iclas protokolları əsasında həmin sənədlərin məhkəməyə kim tərəfindən təqdim olunduğunu müəyyən etmək mümkün deyil). Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sübutlara ümumiyyətlə istinad edilməmiş və ya qiymət verilməmişdir.
39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, həmçinin “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəs inin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *4.02.2003-cü il tarixli, 2 nömrəli qərarı ilə əsaslandırmış, lakin nəzərə almamışdır ki, Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə istinad edilən qərar qüvvədən düşmüşdür.
40. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin *52, *57, *39-ci, Torpaq Məcəlləsinin 48, 82, 68-ci, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 8ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. İşə təkrar apellyasiya qaydasında baxmış Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-2252/2022 nömrəli, 24.**.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), T.Heydərov və T.Kərimov) Lənkəran Rayon Məhkəməsinin *9 noyabr 20*9-cu il tarixli, 2(049)-*022/20*9 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
42. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.
43. Apellyasiya şikayətinin dəlillərinə görə Lənkəran şəhəri, Fizuli küçəsi *79 A ünvanında yerləşən 5,68943 torpaq sahəsi 2 002-ci ildə fəaliyyət göstərən X2 ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında İddiaçı balansına verilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin 0,04 ha hissəsinin Şiləvar bələdiyyəsi tərəfindən Cavabdeh alğı-satqı müqaviləsi əsasında satılmasının qanunsuz olmasına baxmayaraq, həmin torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməklə İddiaçınə qaytarılması tələbini təmin etməməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.
44. Apellyasiya şikayətinin həmin dəlilləri iş materialları üzrə araşdırılıb müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmiş, Lənkəran rayon Şilavar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan 0.04 ha həyətyanı tor paq sahəsi satılmış və ** iyul 2007-ci il tarixli torpağın alğı-satqısına dair akta əsasən Lənkəran rayonu Şilavar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 0.04 ha torpaq sahəsi Cavabdeh verilmişdir. Həmin akt Lənkəran rayon şəhər Torpaq və Xəritəçəkmə Şöbəsində ** iyul 2007-ci il tarixdə *456 nömrə ilə qeydiyyata alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
46. Kassasiya şikayətində qeyd olunub ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini düzgün qiymətləndirməmişdir. İddiaçı iddia ərizəsində İddiaçınə məxsus olan və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşald ılmasını və cavabdehin zəbt olunan ərazidə inşa etdiyi hasarın sökülməsini tələb etsə də, apelyasiya məhkəməsi bu hala deyil, cavabdehin Şiləvar kənd bələdiyyəsindən alğı-satqı müqaviləsi əsasında aldığı 0.04 ha torpaq sahəsinin bələdiyyə ərazisində yerləşən torpaq sahəsi olduğunu və cavabdehin həmin torpaq sahəsini qanuni şəkildə aldığını və zəbt etmədiyini göstərmişdir. İddiaçı cavabdehlə Şiləvar Bələdiyyəsi arasında bağlanmış müqaviləni mübahisələndirmir, əksinə cavabdehin qeyd olunan ərazidə ona məxsus torpaq sahəsini zəbt etdiyini iddia edir. Bu hal iş üzrə verilmiş ekspert rəyi ilə də təsdiq edilir. Apelyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin *57-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, bununla da həmin maddi hüquq normasının tələblərinin pozulmasına yol verərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bununla da işə baxmış apelyasiya instansiyası məhkəməsi işdə olan və təqdim edilmiş sübutlara, eləcə də, ekspert rəyinə tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmiş, bununla da MPM-in 88-ci maddəsinin tələbinin pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə *39.* Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
49. Maddə *52.* Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verm ək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
50. Maddə *57.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
51. Maddə *58.*.2 Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
52. Maddə *58.2 Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
53. Maddə 48.2 Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
54. Maddə
82. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
55. Maddə 84.*. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
56. Maddə 68 Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
57. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.*. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyul masına dair qəbul olunmuş aktlar;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.* Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
62. Maddə 4*6.* Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 4*7.*.*. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur.
67. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halları bu qərarın *-3-cü paraqraflarında göstərilib.
68. İddiaçı onun istifadəsində olan 5,6894.3 kv.m torpaq sahəsinin 4*6.95 kv.m hissəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilərək daş hasarın inşa edildiyini bildirib və həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçıya qaytarılmasını xahiş etmişdir.
69. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin *57.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlə rdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
70. İddiaçı mübahisəli 5.68943 ha torpaq sahəsinə qanuni sahibliyini təsdiq edən sübut kimi yalnız DƏDRX-nin *0 saylı Ərazi İdarəsi tərəfindən **.08.20*6-cı il tarixdə tərtib olunmuş 8020**00465*-*2*0* saylı texniki pasportu təqdim etmişdir. Həmin texniki pasport **.08.20*6-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur.
71. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin *39.*-ci maddəsində, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən olunub.
72. Bu baxımdan qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestri idarələri tərəfindən verilmiş texniki pasportlar özü-özlüyündə torpaq sahələri üzərində mülkiyyət (istifadə) hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənəd hesab edilmir.
73. Bundan başqa, Torpaq Məcəlləsinin 550-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn m üəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
74. İddiaçının təqdim etdiyi texniki pasportun “Torpaq sahəsi haqqında məlumat” bölməsində faktiki sahənin 5.68943 ha olması göstərilsə də, “sənəd üzrə torpaq sahəsi” qrafasında hər hansı məlumat əksini tapmayıb.
75. Bundan başqa, mübahisə olunan torpaq sahəsi cavabdehə Lənkəran rayon Şilavar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə verilmişdir.
76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *4.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin *57.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
77. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konsti tusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 20*0-cu il *5 yanvar tarixli Qərarı).
78. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 20*7-ci il *8 dekabr tarixli Qərar).
79. Beləliklə, cavabdehin mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüququ Lənkəran rayon Şilavar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə yaranmışdı r və həmin qərar qüvvədədir. Cavabdehin mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüququna əsas olan qərar qüvvədə olduğu müddətdə həmin torpaqdan cavabdehin istifadə hüququ məhdudlaşdırıla bilməz.
80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
81. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yar adıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
82. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-2252/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.