Məhkəmə qərarları › İş №2(102)-1548/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1548/2019

05.03.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1548/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il İş № 2(102)-1548/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 və Azərbaycan Respublikası Təhşil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı və vəkili Səlimov Elvin Əliyusif oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103) 11613/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim F.V.Abdıyev) 2(005)-1643/2018 nömrəli iş üzrə 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası təhsil nazirinin “Əmək müqaviləsinin ləğvi haqqında” 28 avqust 2017-ci il tarixli, K-461 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Əmək müqaviləsinin ləğvi, vəzifənin icrasının müvəqqəti həvalə edilməsi və inventarizasiya komissiyasının yaradılması barədə” 08 sentyabr 2017-ci il tarixli, m-561 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri Nərimanov rayon 178 nömrəli tam orta məktəbinin dire ktoru vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi) İ.K.Xəlilov və İ.Ə.Kərimli) 2(103)-11613/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)1643/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublika sı Təhşil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhşil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 avqust 1952-ci il tarixdə Qərbi Azərbaycanın Vedi rayonun Şidli kəndində anadan olmuşdur. X10 İnstitunun Tarix fakültəsini bitirmişdir. Ali Partiya Məktəbində oxumuşdur. 1973-1988-ci illərdə Vedi rayonunun Şidli kəndində mədəniyyət şöbəsinin mü avini, müəllim və direktor müavini işləmişdir. İşlədiyi vaxtlarda ona “Metodist müəllim”, “Qabaqcıl təhsil işçisi”, “Əməkdar müəllim” fəxri adları verilmişdir. 1988-ci ildə məlum hadisələrdən sonra 8 nəfərlik ailə üzvü ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. 01 mart 1989-cu il tarixindən 39 nömrəli tam orta məktəbdə tarix müəllim kimi işə başlamışdır. 1990-1993-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 258 nömrəli tam orta məktəbdə direktor müavini və sonradan direktor vəzifəsini icra etmişdir. 1993-cü ildən 202 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 07 fevral 2000-ci il tarixdən 178 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmiş və 2017-ci ilin sentyabr ayına qədər həmin vəzifəni icra etmişdir. 2008-ci ildə Respublikanın “Qabaqcıl təhsil işçisi”, 2 012-ci ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Direktoru olduğu məktəb 2011-2012-ci tədris illərində keçirilmiş “50 Ən yaxşı ümumitəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Qalib kimi ona verilmiş 10000 manat pulun son qəpiyinə kimi məktəbin siniflərindən birinin təmirinə və zəruri olan mebellərin alınmasına sərf etmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1993-cü ildən bu günə kimi 19 saylı Nərimanov birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsinin sədri vəzifəsində işləyir. Dəfələrlə Azərbaycan Müəllimləri Qurultayının nümayəndəsi olmuşdur. Yuxarıda göstərilənlərə baxmayaraq və heç bir əsaslı səbəb olmadan Azərbaycan Respublikası Təhsil Nazirinin 28 avqust 2017-ci il tarixli, K-461 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdi r. 28 avqust 2017-ci il tarixli K-461 nömrəli əmrin olduğunu bilsə də, hələ ki, əmrin surətini əldə edə bilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin m-561 nömrəli, 05 sentyabr 2017-ci il tarixli Əmrinin surətini isə 26 yanvar 2018-ci il tarixdə əldə etmişdir. Əmrdə qeyd olunur ki, Bakı şəhəri 178 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə yaş həddinə çatması səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “e” bəndinə əsasən (28.08.2017-ci il tarixdən ləğv edilməsi nəzərə alınmaqla) ləğv edilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Səlimov Elvin Əliyusif oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11613/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, birinci və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdehlər Azərbaycan Respublikası Təhsil Naz irliyinin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 və Azərbaycan Respublikası Təhşil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəkili Vəkil1 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı vəkili Səlimov Elvin Əliyusif oğlu teleqram göndərərək hüzürü düşdüyündən işdə iştirak edən bilməyəcəyindən işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, eləcə də, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materia llarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11613/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı adından Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanlanmış 21.08.2017-ci il tarixli ərizəyə əsasən İddiaçı məzuniyyətdən geri çağırıldığı üçün onun 21.08.2017-ci il tarixdən işdə hesab edilməsini xahiş etmişdir. “Əmək məzuniyyəti ndən geri çağırılma barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2017-ci il tarixli K-499 nömrəli əmrinə əsasən təxirəsalınmaz işlərin görülməsi zərurəti ilə əlaqədar 2016/2017-ci iş ilindən qalan istifadə etmədiyi əmək məzuniyyəti günləri əvəzinə gələcəkdə ona ödənişsiz əlavə istirahət günləri verilmək şərti ilə 178 nömrəli tam orta məktəbin direktoru İddiaçı 21.08.2017-ci il tarixdən əmək məzuniyyətdən geri çağırılmış hesab olunmuşdur. Əsas kimi İddiaçı dərkənarla verilmiş ərizəsi götürülmüşdür. “Əmək müqaviləsinin ləğvi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin 28 avqust 2017-ci il tarixli K-461 nömrəli əmrinə əsasən Bakı şəhəri 178 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi çalışmanın yaş həddinə ç atması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 28 avqust 2017-ci il tarixdə ləğv edilmişdir. “Əmək müqaviləsinin ləğvi, vəzifənin icrasının müvəqqəti həvalə edilməsi və inventarizasiya komissiyasının yaradılması barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 08 sentyabr 2017-ci il tarixli m-561 nömrəli əmrinin surətinə əsasən Bakı şəhəri 178 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin çalışmanın yaş həddinə çatması səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 28.08.2017-ci il tarixdən ləğv edilməsinin nəzərə alınması, həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının 08.09.2017-c i il tarixdən 3 ay müddətinə müvəqqəti icrasının həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X1 həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8155 nömrəli 25 may 2018-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, İddiaçı adından Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanlanmış 21 avqust 2017-ci il tarixli ərizənin sonunda “İmza:” sözündən sonrakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilənlər əsasında belə qənaətə gəlmişdir ki, iddiaçı onun əmək məzuniyyətindən geri çağırılmasına razılıq verməmişdir. Bu səbəbdən iddiaçı əmək qanunvericiliyində təsbit edilmiş hər hansı müstəsna halın mövcu d olduğu təqdirdə belə, əmək məzuniyyətindən geri çağırıla bilməzdi. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, onun əmək məzuniyyətindən geri çağırılması üçün hər hansı əsas olmamış və 24.08.2017-ci il tarixli əmr Əmək Məcəlləsinin 137-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir, bu səbəbdən iddia tələbi “Azərbaycan Respublikası Təhsil nazirinin 28 avqust 2017-ci il tarixli K-461 nömrəli əmrinin ləğv edilməsi” hissəsində qismən təmin edilməli və bu əmr iddiaçıya aid hissədə ləğv edilməlidir (həmin əmr 11 şəxsə münasibətdə qəbul edilmiş, lakin bu şəxslərdən yalnız iddiaçı onun ləğvini mübahisələndirir). Məhkəmə, həmçinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin iddiaçının onun barəsində qəbul edilmiş əmri mübahisələndirilməs i üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməsi və bu səbəbdən hazırki iddiaya iddia müddətinin tətbiq edilməsi barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı barədə 28.08.2017-ci il tarixdə və 08.09.2017-ci il tarixdə əmrlərin qəbul edilməsi, onların mübahisələndirilməsi üçün müddətin axımının həmin tarixdən başlanması üçün əsas deyil. Hər bir halda, iddiaçı onun barəsində qəbul edilmiş əmri rəsmi almalı və onun məzmunu ilə tanış olmalıdır ki, bu əmrləri mübahisələndirmək qərarına gəldikdə öz hüquqlarını daha müfəssəl həyata keçirə bilsin, o cümlədən məhkəmə qarşısında öz mövqeyini müdafiə edə bilsin. Ən azı iddia qaldırmaqla əmri mübahisələndirmək niyyətində olan şəxs əmrin (xüsusilə də onunla bağlanmış əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsi ilə ləğv edi lməsi barədə əmri) Məcəllənin 71.3-cü maddəsinin tələblərinə uyğun tərtib edilib-edilməməsi baxımından nəzərdən keçirmək imkanına malik olmalıdır. Belə ki, 71.3-cü maddəsinin tələblərinə əsasən Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırmalıdır. Belə əsaslandırmanın olmaması da öz növbəsində əmrin əsaslı olmasını şübhə altına alır və onun ləğv edilməsi üçün əsas yaradır. Lakin əmri almamış şəxs bundan təbii ki, xəbərdar olması imkanından məhrumdur. Başqa sözlə, iddiaçı barədə əmrlər müvafiq olaraq 28 avqust və 08 sentyabr 2017-ci il tarixlərində qəbul edilməsinə baxmayaraq, 08 sentyabr 2017-ci il tarixli əmrin mübahisələndirilməsi üçün müddətin axımı 26 yanvar 2018-ci il tarixdən başlamış və bu baxımd an iddiaçı 12.02.2018-ci il tarixdə iddia qaldırmaqla 1 aylıq müddəti ötürməmişdir. Digər əmrin ona təqdim edilməsini tədiq edən hər hansı sənəd mövcud deyil. Cavabdehlər də əmrlərin təqdim edilməsi tarixləri ilə bağlı hər hanı rəsmi sənəd təqdim edə bilmirlər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, əvvəla qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunma əsaslarından biri kimi ekspert rəyinə istinad etmişdir. Belə ki, ekspert rəyinə əsasən İddiaçı adından Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanlanmış 21 avqust 2017-ci il tarixli ərizənin sonunda “İmza:” sözündən sonrakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Bu barədə qeyd olunmalıdır ki, MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməli və iş üçün əhəmiyyətli olan halları tam aydınlaşdırdıqdan sonra obyektiv qərar qəbul etməli idi. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nigar Tanrıverdi ifadə verərkən İddiaçı 2017-ci ilin avqust ayının əvvəlində zəng edərək onun əmək məzuniyyətindən geri çağırıldığını bildirdiyini və bununla bağlı ərizə yazmağı xahiş etdiyini göstərsə də, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda apellyasiya baxışı zamanı müəyyən olundu ki, İddiaçı işdən azad olunması ilə bağlı 08.09.2017-ci il tarixdə məlumatlandırılsa da (bu fakt onun tərəfindən məhkəmə iclasında etiraf olunmuşdur), bu barədə əmri və əmək kitabçasını götürməkdən imtina etmişdir. İşdə olan 08.09.2017-ci il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tərtib edilmiş aktdan müəyyən olunur ki, İddiaçı ilə həmin tarixdə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq həmin məktəbin direktor vəzifəsindən azad olunmağı və 08-11 sentyabr 2017-ci il tarixlərdə keçiriləcək təhvil-təslim işlərinin aparılması ilə əlaqədar inventarizasiyaya dəvətli olduğu barədə məlumat verilmiş, lakin o, xəstə olduğu üçün gələ bilməyəcəyini, sağalandan sonra gələcəyini bildirmişdir. Bu faktı apellyasiya baxışında iştirak etmiş şahid X4 da təsdiq etmişdir. Belə ki, apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Təhsil İdarəsinin kadrlar şöbəsinin əməkdaşıdır, o na verilmiş tapşırığa əsasən 2017-ci ilin avqust ayının əvvəli öz istifadəsində olan mobil telefon vasitəsilə İddiaçı istifadəsində olan mobil telefona zəng edərək ona əmək məzuniyyətindən geri çağırıldığını bildirmiş və bununla bağlı ərizə yazmağı xahiş etmişdir. İddiaçı onun zəngini normal qəbul etmiş, məzuniyyətdən geri qayıtmağa etiraz etmədiyini bildirmiş və bu barədə müvafiq məzmunlu ərizənin qısa müddət ərzində təqdim edəcəyini ona söyləmişdir. Bu telefon danışığından sonra İddiaçı bir daha ona zəng etməmiş, onun qeyd olunan ərizəni yazıbyazmaması ilə maraqlanmamış və İddiaçı şəxsən ona bu barədə ərizə təqdim etməmişdir. Həmin ərizənin hansı şəxs tərəfindən və hansı şəraitdə təqdim edilməsindən məlumatı yoxdur. Bundan başqa şahid ifadəsində onu da qeyd etmişdir ki, 08 sentyabr 2017- ci ildə İdarənin 207 nömrəli xidməti otağında İddiaçı ilə əlaqə saxlanılaraq 178 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunmağı və 08-11 sentyabr 2017-ci il tarixdə keçiriləcək təhvil-təslim işlərinin aparılması ilə əlaqədar inventarizasiyaya dəvətli olduğu barədə məlumatlandırılmış, lakin o, xəstə olduğu üçün gələ bilməyəcəyini, sağalandan sonra gələcəyini bildirmişdir. Həmçinin İddiaçı 07.11.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında izahat verərkən həqiqətən də, onun işdən çıxarılması barədə 08 sentyabr 2017-ci il tarixdə təhvil-təslim işləri ilə bağlı akt tərtib olunarkən məlumatlı olsa da, ona bu barədə əmr rəsmi şəkildə təqdim olunmamışdır. Belə olan halda əmr ona rəsmi qaydada verilmədiyi üçün onun tərəfindən fevral 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Bununla da İddiaçı 08.09.2017-ci il tarixdə məktəbdə aparılan təhvil-təslim işlərində iştirak edərkən onun işdən çıxarılması barədə müvafiq əmrin verilməsi barədə xəbərdar olunduğunu etiraf etmişdir. Buna görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən 1 aylıq iddia müddətinin ötürülməsi səbəbindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin «iddia müddətinin tətbiqi» ilə bağlı verdiyi ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yuxarıda qeyd edilmiş 08.09.2017-ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tərtib edilmiş aktla yanaşı, iş materiallarında olan 08.09.2017-ci il tarixli təhvil-təslim barədə aktdan da görünür ki, aktda sadalanan məktəb sənədləri məktəbin d irektoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edən X1 verilmiş və həmin akt İddiaçı tərəfindən imza edilməklə təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qənaətə gəlmişdir ki, ən geci 08.09.2017-ci il tarixdə İddiaçı tutduğu vəzifədən azad olunduğunu bilsə də, o, müvafiq iddia ərizəsi ilə 12.02.2018-ci il tarixdə birinci instansiyasına müraciət etmişdir ki, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsini n 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün- işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki işdə 08 sentyabr 2017-ci il tarixdə iddiaçıya onun vəzifəsindən azad edilməsi barədə məlumat verilməsi faktı həm həmin tarixdə Bakı şəhər Təhsil İdarəsinin İnsan Resursları sektorunun böyük məsləhətçisi X2, aparıcı məsləhətçisi X3 və məsləhətçisi X4 tərəfindən tərtib edilmiş müvafiq akt, həm də həmin tarixdə əmlakın təhvil-təslimi ilə bağlı tərtib edilmiş aktla təsdiq olunsa da, iddiaçının işdən azad olunması barədə əmri İdarə yə gəlib götürməməklə və əmək kitabçasını da təhvil almamaqla süni şəkildə onun əmrdən məhkəməyə iddia ilə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir aylıq müddətin uzadılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçm əsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsind ə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan ir əli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11613/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Səlimov E lvin Əliyusif oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11613/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar