Məhkəmə qərarları › İş №2(102)-1548/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1548/2022

10.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1548/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcu üzrə pulun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-148/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi, İşin halları: 17 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik istifadə dərəcəsi 18 faiz olmaqla 26.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Əbdülkərim Əlizadə küçəsi, 2-ci döngə, 32 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icra edilməməsi ilə əlaqədar bank tərəfindən Cavabdeh 08 yanvar 2018-ci il tarixdə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu, 30 may 2018-ci il tarixdə isə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya m əhkəməsində icraat 2018-ci ilin avqust ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən borcunun yaranmasını əsas göstərməklə cavabdehdən kredit borcuna görə cəmi 25.194 manat tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 2(110)-566/2018 nömrəli, 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: H.N.Zülfüqarov) iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən kredit müqaviləsi üzrə 21.778 manat əsas borc, 3416 manat məbləğində faiz borcu olmaqla 25.194 manatın, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, da şınmaz əmlakın qeydə alınması üçün ödənilmiş 31 manatın və çıxarışların notariat qaydada təsdiq olunması üçün ödənilmiş 26 manat olmaqla ümumilikdə 25.281 manat məbləğində borc pulun tutulması, tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılıb əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, cavabdehin onunla yaşayan ailə üzvləri və digər şəxslərlə birlikdə 1 ay ərzində evi boşaltması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək əmək haqqının azalması nəticəsində ödəniş edə bilməməsini, kredit müqaviləsinə dəyişiklik edilməsi barədə banka müraciət etsə də, nəticə verməməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-148/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.D.Allahverdiyev (sədrlik edən və məruzəçi), V.K.Quliyev və F.M.Abbasov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsinin faiz borcuna münasibətdə dəyişdirilərək Cavabdeh faiz borcuna görə 2714,41 manat, ümumilikdə isə 24.492,41 manat məbləğində borcun bankın xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək onun tərəfindən edilmiş ödənişlərin faizlərə hesablanmaqla faizlərin Mülki Məcəllənin 741-ci maddəsinin tələbinə uyğun tutulmamasını və s. əsas göstərməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilm ədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdeh bankla kredit müqaviləsini bağlayarkən kreditin müqavilədə müəyyən olunmuş müddətdə və qaydada banka qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyə t hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müəyyən olunmuşdur ki, Cavabdeh kreditin müəyyən olunmuş müddətdə və qaydada qaytarılmasını lazımınca təmin etməmiş, müqavilə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəli yin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bank tərəfindən cavabdehin kredit borcu müəyyən olunarkən hesab edilmişdir ki, onun banka olan faiz borcu 3416 manat təşkil edir. İşə baxan məhkəmə kollegiyası faiz borcuna aid hissədə bankın tələbi ilə razılaşmayaraq cavabdehin banka olan borcunun 2714,41 manat olması barədə nəticəyə gələrək cavabdehdən həmin məbləğdə faiz borcunun tutulması barədə qətnamə qəbul etmişdir. Cavabdeh Mülki Məcəllənin 741-ci maddəsinə və kredit müqaviləsinin 2.4-cü maddəsinə və eləcə də ödəniş cədvəlinə uyğun olaraq kreditin qaytarılmasını lazımınca təmin etmədiyi üçün kollegiya iddianın qismən təmin olunmasına dair apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmışdır. Cavabdehin maddi imkanının pisləşməsi kreditin vaxtında qaytarılmaması üçün əsas vermədiyindən kollegiya kassasiya şikayətinin həmin dəlilini əsassız sayır və hesab edir ki, həmin dəlil qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-148/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar