Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1548/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə 12.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1223/2025 nömrəli 4 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müq aviləsinə əsasən Cavabdeh mərhum anası X5 qeydiyyatda olduğu və istifadəsində olan ünvan 1 ünvanda yerləşən, sahəsi 22.0 kv.m olan fərdi yaşayış evini 30.000 manata İddiaçı sahibliyini vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, 19 saylı Notariat X3 (Cavabdeh anası) ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-619 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən sahibliyinə verilmiş və yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı evə köçmüş və q eydiyyata alınmış, bir müddət həmin evdə yaşamışdır. Sonradan həmin evə yaxın ərazidə başqa bir ev də almış və oraya köçmüşdür. İddiaçı ailəsi ilə birlikdə başqa ünvana köçsə də, mübahisəli fərdi yaşayış evində onun və ailəsinin məişət əşyaları qalmışdır. Cavabdeh ilə iddiaçı və ailəsi arasında əvvəllər də qonşuluq münasibətləri olmuşdur. Bir-birini uzun müddətdir ki, tanıyırlar, qonşu kimi münasibətləri normal olmuşdur. Aralarında hər hansı düşmənçilik, ədavət və qərəzli münasibətlər mövcud olmamışdır. Qeyd olunan ünvan ümumi həyətdən ibarətdir. X2, iddiaçıya satdığı evin qonşuluğunda, yəni eyni həyətdə qızı ilə birlikdə başqa otaqlarda yaşayırdı. X5 öldükdən sonra da qızı anasına məxsus evdə yaşamağa davam etmişdir, hal-hazırda da həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, ailəsi ilə birlikdə başqa ünvana köçdükdən sonra tez-tez evinə baş çəkmiş və evdə olan məişət əşyalarından lazım olduqca istifadə etmişdir. İddiaçı başqa ünvana köçdükdən sonra mərhum X5 öz evinə giriş-çıxışı rahatlaşdırmaq üçün iddiaçıya satdığı evin girişçıxış qapısının qarşısında taxta pilləkən qoymuş, iddiaçının evə giriş-çıxışını məhdudlaşdırmışdır. İddiaçı mərhum X1 ona dəfələrlə evin giriş-çıxışının məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı xəbərdarlıq etmiş, bu barədə söhbətlər aparmış və qonşuluq münasibətlərini nəzərə almağını xahiş etmişdir. Mərhum pilləkəni söküb yenidən tikdirmək üçün maddi imkanının olmağını bəhanə gətirmiş, ona müəyyən vaxt verməsini xahiş etmişdir. İddiaçı qonşuluq münasibətlərini nəzərə alaraq mərhuma pilləkənin sökülməsi üçün müəyyən vaxt vermişdir. Buna b axmayaraq, mərhum pilləkəni sökməmiş, yaranmış məhdudiyyəti aradan qaldırmamışdır. X5 öldükdən sonra onun evində qızı yaşamağa davam etmişdir. Hazırda da Cavabdeh həmin evdə yaşayır. Sonuncu ilə evin giriş qapısındakı pilləkən maneənin aradan qaldırılması ilə bağlı danışıqlar aparmağa çalışsa da, bu mümkün olmamışdır. Mərhum öldükdən sonra qızının (cavabdehin) iddiaçıya və onun ailəsinə qarşı münasibəti pisləşmişdir. Cavabdeh iddiaçıya öz evindən istifadəyə maneələr yaratmış, iddiaçını və onun ailəsini öz evlərinə buraxmamış və nalayiq ifadələrlə iddiaçını və onun ailəsini təhqir və təhdid edərək onları həmin ünvandan qovmuşdur. 4. ünvan 2al Rayon Məhkəməsinin e-2(004)-1844/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin edilmişdir.
5. Məhkəmə mövqey ini onunla əsaslandırmışdır ki, ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdehin mərhum anası mübahisəli fərdi yaşayış evini 30.000 manata iddiaçının sahibliyini vermişdir. İddiaçı həmin evə ailəsi ilə birlikdə daimi qeydiyyata düşərək bir müddət yaşamış, sonra başqa ünvana köçmüş və aldığı evdə daimi yaşamamışdır. Bundan istifadə edən cavabdeh iddiaçını öz evinə buraxmamış və orada yaşamasına maneə yaratmışdır. Cavabdeh tərəfindən bunu təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı özünə məxsus olan evə köçürülməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisəli evin sahibi olduğundan və onun tələbi sahibliyin pozulmasının aradan qaldırılması ilə bağlı olduğundan, iddia tələbi təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 27.1, 27.3, 158.4, 159, 160, 163.1, 164.1, 165.1ci, habelə Mülki Prosessual Məcəllənin 119, 216-220, 227 və 360-cı maddələrinə istinad etməklə əsaslandımışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1844/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə mərhum Xavər Abdullayeva arasında bağlanmış ilkin müqaviləni daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması üçün əsas hesab etməklə ədalətsiz qətnamə çıxarmış, maddi və prosessual hüquq normal arının kobud pozuntusuna yol vermişdir. İlkin alqı-satqı müqaviləsi hədə-qorxu altında bağlanmışdır. Belə ki, cavabdehin qardaşı Anar Abdullayev ruhi xəstəlikdən əziyyət çəkir və hal-hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə almaqdadır. Müqavilə bağlanmazdan əvvəl cavabdehin qardaşı mərhumla bir mənzildə yaşayırdı. Qarşı tərəf əvvəlcə mərhumla ilkin alqı-satqı müqaviləsinin bağlanması barədə danışıq aparmış, nəticə əldə etmədikdə isə cavabdehin qardaşı, Anar Abdullayevin psixoloji durumundan, ruhi xəstəliyindən əziyyət çəkməsindən istifadə etmişdir. Belə ki, iddiaçı tərəf cavabdehin qardaşına hədə-qorxu gəlmiş, onu mənzilin satılmayacağı təqdirdə tutdurmaqla qorxutmuşdur. Qardaşı da bu hədə-qorxulardan sonra öz növbəsində bir mənzildə yaşadığı anasına təzyiq etmiş, anas ını dərhal kağıza imza etməyə məcbur buraxmışdır. Bu barədə cavabdehin yaşadığı mənzildə uzun müddət münaqişələr olmuş, mərhum ciddi qorxu və həyəcan keçirmişdir. Övladının anlaqsız olması və hər an şüursuz bir davranış göstərə bilməsi mərhumun qorxu və həyəcanını daha da artırmış, nəticədə məcbur qalaraq mahiyyətini bilmədiyi sənədə imza çəkmişdir. Lakin XavərAbdullayevaya hər hansı ödəniş edilməmişdir. Belə ki, iş üzrə materiallar 30 min manat məbləğində vəsaitin notariusun depozit hesabına köçürülməsi ilə bağlı qəbz mövcud olsa da, həmin vəsaitin məxaric edildikdən sonra mərhum Xavər Abdullayevaya ödənilməsi barədə hər hansı sübut yoxdur. Tərəflər arasında ilkin müqavilənin bağlanmasından bir il müddətində əsas müqavilə bağlanmadığından xx.xx.2020-ci il tarixli müqavilə qüvvədən düşmüş hesab edilməli idi. Yəni həmin müqavilənin artıq 2021-ci ilin 6 may tarixi etibarilə, ümumiyyətlə hər hansı hüquqi qüvvəsi yox idi.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası 2(103)-1223/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ( hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova, Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə ünvan 2al Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. Bu faktı tərəflərin heç biri mübahisələndirməmişdir. Bu baxımdan real alqı-satqı müqaviləsinin bağlanması istisna edilir. Lakin bu hal ilkin alqısatqı müqaviləsinin bağlanmasına maneə deyildir. İlkin alqı-sa tqı müqaviləsinin məzmunundan, həmçinin alıcının müqavilə ilə razılaşdırılmış alqı-satqı məbləğini satıcıya ödəməsinə dair sübutlardan müəyyən olunur ki, tərəflər ilkin alqı-satqı müqaviləsi fonunda əslində real alqı-satqı etmiş, satıcı fərdi yaşayış evini alıcının sahibliyinə vermiş, iddiaçı vasitəsiz sahib statusunu əldə etmişdir. Digər tərəfdən, cavabdeh mübahisəli fərdi yaşayış evinin satılmasına etiraz etmədiyinə dair notarial qaydada təsdiq olunmuş ərizə vermişdir.
11. Apellyasiya şikayətinin digər dəlilləri, yəni cavabdehin anasının hədə-qorxunun təsiri altında müqaviləni imzalaması, habelə müqavilə ilə razılaşdırılmış məbləği almaması barədə dəlilləri hər hansı sübutla əsaslandırılmamışdır.
12. Məhkəmə kollegiyası mübahisəli mənzildə iddiaçıya məxsus əşyaların olmaması barədə dəl ili də əsassız sayaraqə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iş materiallarına əlavə olunmuş video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xavər Abdullayeva hələ sağlığında iddiaçı ilə söhbət edərkən mübahisəli mənzilin iddiaçıya məxsusluğunu, orada iddiaçıya məxsus əmlakların saxlanıldığını etiraf etmiş və həmin əmlaklara heç kimin toxunmayacağına söz vermişdir.
13. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəl mişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etməmişdir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3, 158.4, 159, 160, 163.1, 164.1 və 165.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1223/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji mənmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
20. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
21. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
22. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə
160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə v asitəsiz sahibdir.
23. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
24. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
25. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. Bu faktı tərəflərin heç biri mübahisələndirməmişdir. Bu baxımdan real alqı-satqı müqaviləsinin bağlanması istisna edilir. Lakin, bu hal ilkin alqı-satqı müqaviləsinin bağlanmasına maneə deyildir. İlkin alqı-satqı müqaviləsinin məzmunundan, həmçinin alıcının müqavilə ilə razılaşdırılmış alqı-satqı məbləğini satıcıya ödəməsinə dair sübutlarla müəyyən olunur ki, tərəflər ilkin alqı-satqı müqaviləsi fonunda əslində real alqı-satqı etmiş, satıcı fərdi yaşayış evini alıcının sahibliyinə vermiş, iddiaçı vasitəsiz sahib status unu əldə etmişdir. Digər tərəfdən, cavabdeh mübahisəli fərdi yaşayış evinin satılmasına etiraz etmədiyinə dair notarial qaydada təsdiq olunmuş ərizə vermişdir.
40. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin digər dəlilləri, yəni cavabdehin anasının hədə-qorxu təsiri altında müqaviləni imzalaması, habelə müqavilə ilə razılaşdırılmış məbləği almaması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh bu barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli mənzildə iddiaçıya məxsus əşyaların olmaması barədə dəlili də əsassız sayaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iş materiallarına əlavə olunmuş video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, mərhum Xavər Abdullayeva hələ sağlığında iddiaçı ilə söhbət e dərkən mübahisəli mənzilin iddiaçıya məxsus olduğunu, orada iddiaçıya məxsus əmlakların saxlanıldığını etiraf etmiş və həmin əmlaklara heç kimin toxunmayacağına söz vermişdir.
42. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmdir və birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarı da göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2025-ci il tarixl i, 2(103)-1223/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.