Məhkəmə qərarları › İş №2(102)-1550/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1550/2020

12.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1550/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X8 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)14113/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim İmran Burcayev) xx xxxxxx 2019-cu il tarixli 2(008)-3084/2019 saylı qətnaməs i ilə iddia təmin edilmiş, İddiaçı övladı xx xxxxx 2003cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəriSabunçu rayonu Sabunçu qəsəbəsi Y.Saratov küçəsindəki fərdi yaşayış evi olan özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Hüseynov Abiddin, İmanov Azad) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağı X5 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Y.Saratov küçəsindəki fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehin oğlu ilə 2002-ci ilin iyun ayında adətənənəyə uyğun olaraq cavabdehin oğlu lə evlənmiş, Sabunçu rayonu Sabunçu qəsəbəsi Y.Saratov 50 Q ünvanında yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X5 doğulmuşdur. Yaşadıqları küçədə atası onlar üçün iki otaqlı fərdi yaşayış evi tikmişdir. Bütün cehiz və geyim əşyaları hazırda həmin evdədir. Bütün qonşular bunu bilir və buna şahiddirlər. X4 2018-ci ilin noyabr ayında ölmüşdür. Cavabdeh-qaynatası Cavabdeh yaşadıqları mənzildən onu və azyaşlı uşağını çıxartmış və hazırda həmin mənzilə buraxmır. Buna görə başqa ünvanlarda kirayədə yaşayır, kirayə pulunu ödəyə bilmir, kirayədə yaşadıqları üçün maddi vəziyyətləri pisdir. Həmin mənzildə yaşamışlar və təssərrüfatı birgə idarə etmiş lər. Onlara məxsus olan mənzilə qayıtmaqlarına və yaşamaqlarına cavabdeh imkan vermir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X6 məhkəmə kol legiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh və onun vəkili X1 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı cavabdehin oğlu mərhum X13 ilə 2002-ci ildə ər-arvad münasibətlərinə girərək ailə həyatı qurmuş və h əmin münasibətlərdən xx xxxxx 2003-cü il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.1981-ci ildə Gədəbəy rayonunda anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan X7 xx xxxxx 2003-cü il təvəllüdlü X2 atası olması faktı müəyyən edilmiş, X3 xx.xx.2018-ci il tarixdən başlayaraq xx xxxxx 2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 152 manat manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gədəbəy rayon Təhsil şöbəsi Dördlər kənd orta məktəbi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 201 saylı arayışda göstərilir ki, X5 2015-2016-cı il tədris ilində həmin məktəbin 7-ci sinfinə daxil olmuş və hal hazırda həmin məktəbin 10-cu sinfində oxuyur. Həmin məktəb tərəfindən ve rilmiş xx.xx.2019-cu il tarixli 201 saylı arayışdan isə görünür ki, X5 2009-cu ildə Dördlər kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuşdur. 2011-2014-cü və 2015-2016-cı dərs illərində Bakı şəhəri 311 saylı orta məktəbdə oxumuşdur. Hazırda Dördlər kənd tam orta məktəbinin 11-ci sinfində oxuyur. Sabunçu rayon İHB-nın Sabunçu qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 1/235 saylı arayışda göstərilmişdir ki, nümayəndəlikdəki ev kitablarına əsasən ünvan 3 ünvanda – özbaşına tikilidə mərhum X13 vəfat edən günədək tək qeydiyyatda olmuşdur. xx.xx.2019-cu il tarixdə 39 saylı Notariat ofisində təsdiq edilmiş qonşuların ərizəsinə əsasən, İddiaçı və X5 həmin ünvanda heç vaxt yaşamamışlar. Mübahisəli ev özbaşına tikilidir. Hazırda iddiaçı övladı ilə birlikdə cavabdehin ist ifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Əzimzadə (Y.Saratov) küçəsindəki 50 Q saylı mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb edir. Cavabdeh tərəf iddiaçının həmin evə gəlin köçmədiyini və ümumiyyətlə həmin evdə yaşamadığını bildirir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, mərhum Habil ilə uzun müddət dost və qonşu olmuşdur. ni onun yaşadığı evdə görməmişdir. Habilin tək yaşadığını görmüşdür. Habilin başqa ailəsi var idi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, mərhum Habil ilə uzun müddət qonşu olmuşlar. 1975-ci ildən Sabunçu qəsəbəsi, Yefim Saratov 6 ünvanda yaşayır. Habilin həyətində bir ev, bir dükan var idi. ni tanımır, Habilin adlı arvadının olmasını görməmişdir. M əhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, Habilin qohumudur. Habil evli olub, amma ilə deyil, başqası ilə evli olub. Onlar bir küçədə yaşayırlar. Aralarında iki ev var. mübahisəli evdə bir iki ay yaşamışdır. Bir neçə ildir ki, getmişdir. Hazırda həmin evdə heç kəs yaşamır və ev boşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, Habil ilə qonşu olmuşdur, ilə Habil evli olub və orada yaşamışdır. Həmin evin damının vurulmasında atası ilə birlikdə o da iştirak edib. Damın nə vaxt vurulması çoxdan olduğu üçün yadında deyil. Ev tikiləndən həmin evdə yaşamışdır. Habilin yas mərasimində iştirak etməmişdir, çünki Habil onun anasının yasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, dayısı qızıdır. təxminən həmin ünvanda 12 il yaşamışdır. Evin damının vurulmasına o da iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşınatikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi qeyd edilən normalara istinad edərək iddianın təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, iddiaçı həmin evə gəlin köçmüş, cavabdehlə aralarında mübahisə yarananadək həmin mənzildə yaşamışdır, ona görə də iddiaçı azyaşlı övladı ilə birlikdə qeyd olunan mənzilə köçürülməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, mübahisəli tikili iddiaçının yaşayış yeri olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh oğlu lə 2002-c i ildən ər-avrad münasibətlərində olmuş və müəyyən fasilələrlə təsərrüfatı birgə idarə etmişlər, onların 2003-cü il təvəllüdlü Vilayət adlı uşaqları doğulmuşdur. Cavabdeh oğlunun 2008-ci ildə Danəndəpur Şəbmən adlı qızla nikaha girməsi və 2010-cu ildə ayrılmasına istinad edir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı özü də bildirmişdir ki, mərhum əri onunla faktiki evli olduğu zaman həmin Şəbnəm adlı qızla evlənmiş, sonra da ayrılmışdır. Habil Şəbnəmdən ayrıldıqdan sonra da onlar ər-arvad münasibətlərinə davam etmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hal iddiaçının mərhum lə 2008-ci ildən tamamilə münasibətlərinin pozulması və iddiaçının mübahisəli evdən çıxıb getməsi anlamına gəlməməlidir. Belə ki, cavabdehin özünün təqdim etdiyi Gədəbəy Dördlə r kənd tam orta məktəbinin xx.xx.2019-cu il tarixli 201 saylı arayışından müəyyən olunur ki, məhz göstərilən tarixlərdə, yəni 2009-2011-ci illərdə həmin məktəbdə oxumuş, sonra isə Bakı şəhərinə qayıdaraq təhsilini bir neçə il Bakı şəhəri 311 saylı orta məktəbdə davam etdirmişdir. Həmin arayışdan həmçinin görünən odur ki, fasilələrlə həm Gədəbəy Dördlər kənd tam orta məktəbində, həm də Bakı şəhəri 311 nömrəli məktəbdə oxumuşdur.Uşağın müəyyən müddət rayonda oxuması o nəticəyə gəlməyə əsas vermir ki, iddiaçı və övladı mübahisəli evdə yaşamamışlar. İddiaçı uşağı oxumaq üçün rayona göndərikdə özü mübahisəli mənzildə mərhum əri birlikdə yaşadığını qeyd etmişdir. Sabunçu rayon İHB-nın Sabunçu qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 1/235 saylı arayışa da qiymət verən a pellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin arayış qonşuların ərizəsinə əsasən verilmişdir, ona görə də arayışda göstərilənlər nümayəndəliyin mövqeyi kimi qəbul oluna bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçı artıq bir neçə ildir mübahisəli mənzildən çıxmağa məcbur olmuşdur və belə vəziyyətdə keçmiş qonşuların onun ziyanına ərizə verməsi təəcüblü görünməməlidir. Beləliklə, müəyyən edilir ki, iddiaçı cavabdehin oğlu ilə ailə qurmuş, bir uşaqları doğulmuş, cavabdehlə aralarında mübahisə yarananadək övladı ilə birlikdə mübahisəli evdə yaşamışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəs inin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası k imi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara alır: Cavabdeh nun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14113/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar