Məhkəmə qərarları › İş №2(102)-1551/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1551/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1551/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X2 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “əmlakın qiymətləndirilməsi haqqında rəyinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx" MMC-nə qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx" MMC-nin 27.06.2018-ci il tarixli 159/NVS/18 saylı əmlakın qiymətləndirilməsi haqqında rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər X3 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X3 və İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiym əti 110.000 manat məbləğində müəyyən olunmuş qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İpoteka predmetinin bazar qiyməti “xxxx" MMC tərəfindən düzgün müəyyən edilməmiş, qiymətləndirilmə aparılarkən ipoteka predmeti olan Mərdəkan qəsəbəsində yerləşən 5 otaqlı yaşayış evinin yerləşdiyi torpaq sahəsi qiymətləndirilməmiş, yalnız evin dəyəri müəyyən edilmiş, evin dəyəri də real bazar qiymətlərindən aşağı qiymətləndirilmişdir. Bundan əlavə qiymətləndirmədən 1 ildən artıq müddət keçmişdir. Həmin müddət ərzində əmlakın qiyməti qalxmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx" MMC-nə qarşı “xxxx" MMC-nin 27.06.2018-ci il tarixli 159/NVS/18 saylı əmlakın qiymətləndirilməsi haqqında rəyinin ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 30 sentyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin bazar qiyməti “xxxx” MMC tərəfindən düzgün müəyyən edilməmiş, qiymətləndirm ə aparılarkən ipoteka predmeti olan Mərdəkan qəsəbəsində yerləşən 5 otaqlı yaşayış evinin yerləşdiyi torpaq sahəsi qiymətləndirilməmiş, yalnız evin dəyəri müəyyən edilmiş, evin dəyəri də real bazar qiymətlərindən aşağı qiymətləndirilmişdir. Halbuki həmin vəsatətin təmin olunması iş üçün olduqca əhəmiyyət kəsb edirdi. İpoteka predmeti yenidən qiymətləndirilsə idi məhkəmə də müəyyən edərdi ki, ipoteka predmetinin dəyəri “xxxx” MMC-nin rəyindəki qiymətdən olduqca yuxarıdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli X5 saylı qərarı ilə müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər X3 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək bankla X3 arasında bağlanmış 19 f evral 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada cəmi 95.010,80 ABŞ dollarının bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Mərdəkan qəsəbəsində yerləşən 5 otaqlı yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, evin ilkin satış qiymətinin 99.000 manat müəyyən edilməsi, ev satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlər X3 və İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən olunmuş qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli X5 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin iş üzrə verilmiş kassasiya şikayətinin əsaslarından biri kimi, ipoteka predmetinin “xxxx" MMC-nin 27.06.2018-ci il tarixli 159/NVS/18 saylı əmlakın qiymətləndirilməsi haqqında rəyi ilə müəyyən edilmiş ilkin satış qiymətinin düzgün müəyyən olunmaması göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarı ilə də kassasiya şikayətinin həmin dəlili əsassız hesab edilərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanuni qüvvə yə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçının hal-hazırda mübahisələndirdiyi “xxxx" MMC-nin 27.06.2018-ci il tarixli 159/NVS/18 saylı əmlakın qiymətləndirilməsi haqqında rəyinə hüquqi qiymət verilmiş və həmin rəy qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan normanın tələbinə əsasən, mülki işin icraatı zamanı preyudisial əhəmiyyətli faktlar sübut olunmur. Sü butetmə predmetinə daxil olan və məhkəmənin yekun aktında əks olunan faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyətini əldə edir. Artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaratmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan pro sessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyn i iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçının hal-hazırda mübahisələndirdiyi “xxxx" MMC-nin 27.06.2018-ci il tarixli 159/NVS/18 saylı əmlakın qiymətləndirilməsi haqqında rəyinə hüquqi qiymət verilmi ş və həmin rəy qanuni və əsaslı hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassa siya şikayətinin dəlilləri, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı, 30 sentyabr 2019-cu il tarixli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar