Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1551/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1551/2023 (Açar sözlər: müddətin bərpasından imtina, kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının (məruzəçi), Şamayev Elşad Yaquboviçin və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və qanunsuz sahiblikdən alınması, qanunsuz tikililərin sökülməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-97/2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli qərard adından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 tərəfindən xx.xx.1992-ci il tarixdə ona ayrılmış, Cavabdeh1 istifadəsində olan sahəsi 400.0 kv.m olan torpaq sahəsinin boşaldılmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim Y.Həşimov) İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “torpaq sahəsinin boşaldılmasıvə qanunsuz sahiblikdən alınması, qanunsuz tikilil ərin sökülməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Gəncə-Şəmkir yolunun şimal hissəsində «Sevinc qəsəbəsi» adlanan yerdə ayrılmış sahəsi 400,0 kv.m olan 102 saylı torpaq sahəsinin Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması, Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və orada inşa olunmuş qanunsuz tikililər sökülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Xasməmmədov, hakimlər R.Məhərrəmli və T.Muxtarov) cavabdehlər Cavabdeh1 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kasa ssiya instansiya məhkəməsindəki birinci icraat
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 20 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Dəmirov, hakimlər A.İskəndərov və Ə.Əhmədov) Cavabdeh1 kassasiya şikayəti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 22 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
6. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Mehtiyev, hakimlər A.Bayramov və R.Muradov) cavabdehlər Cavabdeh1 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 avqust 2016cı il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. e) Kasassiya instansiya məhkəməsindəki ikinci icraat
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 7 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən Ələsgər Əliyev, Aslan Kalbalıyev və Vəfaddin İbayev) İddiaçı kassasiya şikayəti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 24 iyul 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ədil Məmmədov, Rəşad Mamedov, Əlizamin Abdullayev) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. İddiaçı xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni aldıqdan sonra müvafiq orqanlara ərizə ilə müraciət etmiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə ona izah edilmişdir ki, dövlət rüsumu ödəməklə kassasiya şikayəti verə bilər.
10. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 15 noyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən Ədil Məmmədov, Rəşad Mamedov, Əlizamin Abdullayev) İddiaçı kassasiya şikayətinin vermə müddətinin bərpasından imtina edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı qətnaməni xx.xx.2022-ci il tarixdə almış, qətnamədən iddiaçı müddət ötürülməklə xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti vermiş və müddətin üzrlü səbəblərdən buraxılmasına dair heç bir sübut təqdim etməmişdir.
12. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 133.1, 135, 135.2, 135.5, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürdüyünə görə müddəti bərpa etməli, iddiaçının ərizədə göstərdiyi səbəbləri üzürlü səbəblər hesab etməli idi. Lakin məhkəmə bunu nəzərə almamışdır. Nəticədə iddiaçının qətnamədən kassasiya şikayəti vermək hüququ məhdudlaşdırılmışdır.
15. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 60, MPM-nin 47.1, 88, 133.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydad a verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.
18. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
24. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
25. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.
26. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir.Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının müddət bərpa ərizəsində göstərdiyi əsasları qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
28. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdd iaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-97/2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.