Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1551/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2(103)-190/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən e tmişlər:
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3015/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə X4 ilə X6 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları analarının himayəsində saxlanmışlar;
3. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına qeydiyyatı aparılmışdır; 4. 06.06.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır və miras qalan əmlak Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 ünvanında yerləşən ümumi sahəsi 58.4 kv.m., yaşayış sahəsi 48.9 kv.m., yardımçı sahəsi 9.5 kv.m., 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir;
5. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1 -ci döngə, 4 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2023-cü il tarixdə verilərək qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qardaşının həyat yoldaşı olmuş və hazırda nikahları faktiki olaraq bitmişdir, eyni zamanda tərəflərin arasında nikahın pozulmasına dair mübahisə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmaqdadır. Qardaşı ailəsi ilə ayrıldıqdan sonra həmin müb ahisəli evdən çıxsa da, cavabdeh onun tələb və israrlarına baxmayaraq mənzildə qalmaqla onun mülkiyyət hüquqlarını pozur və mülkiyyət hüquqularının həyata keçirilməsinə maneə yaradır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim-Günel Abbasova) xx.xx.2024-cü il tarixli, 2(001)-498/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı evdən (mənzildən) çıxarılması və evin (mənzilin) boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh onun keçmiş qardaşı arvadı olub və həmin mənzilə xx.xx.2019-cu ildə nikaha daxil olmaqla həmin evə köçmü şdür. Nəzərə alınmalıdır ki, işin məhkəmə tərəfindən müəyyən edilən halına görə Cavabdeh 2019-cu ildə qayınatanın (X5) mülkiyyətində olan mənzilə (qeydiyyat vəsiqəsi əsasında) köçüb, belə olan halda, mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir. Həmçinin müəyyən edilir ki, hazırda Cavabdeh ilə X4 (Məhərrəm Kosayevin oğlu) arasında nikahın pozulmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Həmçi nin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh və ailə üzvləri mübahisəli evdən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh mübahisəli evdən çıxarılmalı və ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə hesab edir ki, ünvan evə dair hər hansı bir hüquqları mövcud olmayan cavabdehin yaşaması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Məhkəmə iddia tələbinin “digər şəxslərin mənzildən çıxarılma və s.” hissəsinə münasibətdə hesab etmişdir ki, iddia ərizəsində qeyd olunan “digər şəxslərin” dairəsi dəqiq göstərilmədiyindən, yəni qeyri-müəyyən olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 178.1, 203.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı, Azərbayca n Respublikasının Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 30.1, 30.2. 30.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216220, 227, 233-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının qardaşı X4 ilə xx.xx.2019-cu ildə nikaha daxil olduqdan sonra qayınatası X3 məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1 döngə, 4 saylı ünvandakı mənzilə gəlin köçmüşdü. O, həmin mənzilə köçdükdən sonra qayınatası Kosayev Məhərrəm onu öz mənzilinə qeydiyyata almaq istəsə də onun sənədlərində adın yanlış yazılması səbəbi ilə qeydiyyata alınması mümkün olmamışdır. Buna baxmayaraq qayınatası onun və 2 azyaşlı uşaqlarının həmin mənzildə yaşamasına razılıq vermişdir. Qayınatası 2020-ci ildə rəhmətə getdikdən sonra o və ailəsi həmin evdə yaşamağa davam etmişlər. Qeyd etmişdir ki, keçmiş həyat yoldaşı həmin evdə qeydiyyatdadır. Qayınatası vəfat etdikdən sonra xx.xx.2023-cü ildə vərəsəlik işi açılmış və X2 vərəsəsi İddiaçı tanınmışdır. Keçmiş həyat yoldaşı Kosayev Rafiq həmin mənzildə olan miras payından imtina etmişdir. Hesab etmişdir ki, həmin miras payında Rafiqin haqqı olduğu kimi, onun 2 övladının da hə min mənzildə yaşamaq hüququ saxlanılmalıdır. Hal hazırda Kosayev Rafiqin mülkiyyətində başqa ev olmadığı kimi, onun və 2 uşağının da yaşamağa yaşayış yeri yoxdur. Qeyd etmişdir ki, vəsatət verərək vərəsəlik işinin notariat kontorundan tələb edilməsini xahiş etsə də məhkəmə vəsatətlərinə əsaslı münasibət bildirməmişdir. Bu vəsatətlərinin nəticəsi olaraq, qayınatası X2 ölümündən qabaq hər hansı bir vəsiyyət tapşırığının olub-olmamasını məhkəmə müəyyən edə bilərdi. Belə ki, miras işi açılan zaman onların nikahları pozulmamışdır, belə fikirləri olmamışdır və ailə münasibətləri yaxşı olmuşdur.Qeyd etmişdir ki, iddiaçının mülkiyyətində başqa mənzillər vardır. Onun hal-hazırda həmin yaşayış yerinə yaşamaq üçün ehtiyacı yoxdur. Lakin onun və 2 uşağının yaşayış yeri ilə təmin olmağa çox ehtiyacları var.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Günay Axundova – sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov) 23 yanvar 2025-ci il tarixli, 2(103)-190/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı evdən (mənzildən) çıxarılması və ev (mənzil) boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə y anaşı Mülki Məcəllənin 228ci maddəsini tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 2019-cu ildə cavabdehin qayınatasının mülkiyyətində olan mənzilə köçüb yaşadığından, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən onun mənzilə istifadə hüququ yaranmamışdır. Daha sonra isə mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Bu halda da cavabdehin münahisə predmeti olan mənzilə istifadə hüququ yaranmamışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi Cavabdeh ünvan ünvandakı mənzildən çıxarılması və ünvan ünvandakı mənzilin tam boşaldılaraq ona təhvil verilməsi hissəsində təmin edilməlidir.
17. Məhkəmə kollegiyası digər şəxslərin mənzildən çıxarılması tə ləbinə münasibətdə qeyd etmişdir ki, iddia tələbində göstərilən “digər şəxslərin” dairəsi qeyri-müəyyəndir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13-cu, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil- Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə həm anaya, həm də azyaşlı uşaqlara münasibətdə ləğv e dilə bilər. Məhkəmə işi araşdırarkən, o cümlədən azyaşlı uşaqların yaşayış hüququnun təmin olunmasını şərt olaraq əsas götürməli idi. Eyni zamanda, məhkəmə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5, 6, 20-ci maddələrinin tətbiqi ilə əlaqədar heç bir fikir bildirməmişdir. Mənzildən istifadə hüququ yaranmış şəxslər, ələxüsus yetkinlik yaşına çatmayan şəxslər, mənzildə yaşamaq hüququnu özlərində saxlayırlar. Bu isə məhkəmənin gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Yəni, apellyasiya instansiyası Mənzil Məcəlləsinin istinad edilən bəndlərini düzgün tətbiq edə bilməmiş və yaxud tətbiq etmək istəməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5, 6, 20-ci maddələrini ümumiyyətlə tətbiq etmə miş, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını isə düzgün tətbiq edə bilməmiş, işə formal əsaslarla baxmaqla qətnamə qəbul etmişdir.
22. Bundan əlavə, Mənzil Məcəlləsinin 30.4-cü bəndinə diqqətlə oxuduqda aydın olur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinəxitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddivəziyyətivə diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilətəmin etməyəimkan vermədikdə, keçmiş ailə üz vünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətəistifadə hüququ məhkəmənin qərarıəsasında saxlanıla bilər. Yəni, birinci mülkiyyətçi ilə belə razılaşmanın olması onunla təsdiq olunur ki, mərhumun ölümünə qədər cavadehin uşaqları (mərhumun nəvələri) ilə birgə mənzildə yaşamaları halı mövcuddur. Yeni mülkiyyətçi isə mülkiyyət hüququnu əldə edəndə mənzil artıq cavabdehin və ailə üzvlərinin istifadə hüququ ilə yüklü olmuşdur. “Başqa razılaşma” cavabdeh və uşaqlarının mənzildə istifadə hüququnun yaranması halına aid edilməlidir. Çünki, həmin maddədə ardı ilə göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyətivə diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyə tçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu hallar hazırkı işdə mövcuddur və iş materialları ilə öz təsdiqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2(103)-190/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi
24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mü lkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
26. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa ra zılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstər ilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yoxdur. Belə ki, cavabdehin 2019-cu ildə yaşayış sahəsinə köçdüyü məqamda mənzilin mülkiyyətçisi qayınatası Məhərrəm Kosayev olmuş, 2020-ci ildə onun ölümündən sonra mənzilin mülkiyyəti vərəsəlik qaydasında İddiaçı keçmişdir. Həmin şəxslər ailə hüquq münasibətləri çərçivəsində cavabdehi saxlamağa borclu şəxslər sayılmadıqlarından Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən cavabdehin ailə üzvü kimi həmin mənzildən istifadə hüququ yoxdur.
37. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ” ailə münasibə tlərinə xitam verilənədək belə hüququ sübuta yetirilmiş keçmiş ailə üzvünə aiddir. Cavabdeh bu statusda olduğunu sübut edə bilməmişdir. İkincisi, Məhərrəm Kosayevin ölümündən sonra cavabdeh onsuz da bir neçə il mənzildə yaşamışdır. Odur ki, həmin dəlil əsaslı sayıla bilməz.
38. Digər dəlilə gəldikdə isə qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdə ki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2(103)-190/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.