Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1553/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1553/2019 Bakı şəhəri 21 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Ərizəçi və vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2( 007)-1150/2018, hakim E.A.Nuriyev) Ərizəçi ərizəsi təmin edilmiş, Ərizəçi 1969-1973cü illərdə keçmiş “Lenin Xatirəsi” balıqçılıq kolxozunda fəhlə işləməsi, 1977-1979-cu illərdə Bakı Avtomobil Ehtiyyat Hissələri Zavodunda elektrik ustası işləməsi, 03.05.1979-cu il tarixdən 22.09.1980-cı il tarixədək X2 Kəmərləri İdarəsində elektrik ustası işləməsi, 19811988-ci illərdə Azərbaycan SSR Nəqliyyat Nazirliyinin nəzdindəki 1 nömrəli Bakı TikintiQuraşdırma İdarəsində fəhlə işləməsi və 1989-cu ildən 1993-cü ilədək Bakı Şəhər İcra Hakimiyyətinin Bərpaçı Təmir Tikinti İdarəsində fəhlə işləməsi haqqında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9569/2018, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.N.İmanov) maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami Rayon Şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə qismən təmin edilərək Ərizəçi 1969-1973-cü illərdə keçmiş “Lenin Xatirəsi” balıqçılıq kolxozunda fəhlə işləməsi, 03.05.1979-cu il tarixdən 22.09.1980-cı il tarixədək X2 Kəmərləri İdarəsində elektrik ustası işləməsi, 1981-1988-ci illərdə Azərbaycan SSR Nəqliyyat Nazirliyinin nəzdindəki 1 nömrəli Bakı Tikinti-Quraşdırma İdarəsində fəhlə işləməsi haqqında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Ərizəçi verdiyi kassasiya şikayətində qətnamənin l əğv edilib ərizənin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi 24.01.2018-ci il tarixdə hazırki ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 1969-1973-cü illərdə keçmiş “Lenin Xatirəsi” balıqçılıq kolxozunda fəhlə işləməsi, 19771979-cu illərdə Bakı Avtomobil Ehtiyyat Hissələri Zavodunda elektrik ustası işləməsi, 03.05.1979-cu il tarixdən 22.09.1980-cı il tarixədək X2 Kəmərləri İdarəsində elektrik ustası işləməsi, 1981-1988-ci illərdə Azərbaycan SSR Nəqliyyat Nazirliyinin nəzdindəki 1 nömrəli Bakı Tikinti-Quraşdırma İdarəsində fəhlə işləməsi və 1989-cu ildən 1993-cü ilədək Bakı Şəhər İcra Hakimiyyətinin Bərpaçı Təmir Tikinti İdarəsində fəhlə işləməsi haqqında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Kassator Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məs ələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi ərizənin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Ərizəçinin tələbinin əsasını 1969-1973-cü illərdə keçmiş “Lenin Xatirəsi” balıqçılıq kolxozunda fəhlə işləməsi, 1977-1979-cu illərdə Bakı Avtomobil Ehtiyyat Hissələri Zavodunda elektrik ustası işləməsi, 03.05.1979-cu il tarixdən 22.09.1980-cı i l tarixədək X2 Kəmərləri İdarəsində elektrik ustası işləməsi, 1981-1988-ci illərdə Azərbaycan SSR Nəqliyyat Nazirliyinin nəzdindəki 1 nömrəli Bakı Tikinti-Quraşdırma İdarəsində fəhlə işləməsi və 1989-cu ildən 1993-cü ilədək Bakı Şəhər İcra Hakimiyyətinin Bərpaçı Təmir Tikinti İdarəsində fəhlə işləməsi haqqında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinin təmin edilməməsi hissəsində kassasiya qaydasında mübahisələndirilir. Ərizənin rədd edilən hissəsində apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ərizəçinin 1977-1979-cu illərdə Bakı Avtomobil Ehtiyyat Hissələri Zavodunda elektrik ustası işləməsi və 1989-cu ildən 1993-cü ilədək Bakı Şəhər İcra Hakimiyyətinin Bərpaçı Təmir Tik inti İdarəsində fəhlə işləməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyi üçün həmin hissələrdə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 76-cı maddəsi ilə sübutların dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdi m olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə ərizənin rədd edilməsi hissəsində qanunvericiliyin tələblərinə uyğun olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ərizənin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1553/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1553/2019
21.02.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver