Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1553/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim),Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx.xx.2018-ci il tarixli, 2(011)-*****/20 18 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, X2, Cavabdeh5, X10, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 qarşı “yaşayış sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, X1, Cavabdeh5, X8, Cavabdeh7, X4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 İddiaçı mülkiyyətində olan ünvan1 ünvanda yerləşən 17 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, V.Sadıqov, A.İmanov) xx.xx. 2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, X2, Cavabdeh5, X10, Cavabdeh7, X5, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 qarşı “yaşayış sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabde h1, X6, Cavabdeh3, X1, Cavabdeh5, X8, Cavabdeh7, X4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 ünvan1 ünvanda yerləşən 17 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, **************** küçəsindəki 1 saylı ünvanda 14 və 17 saylı mənzillərin yaşayış sahəsi 54.88 kv.m evin yalnız 10 kv.m sahəsi olan bir otağı Cavabdeh18 satılmış, evin qalan 44.88 kv.m sahəyə olan mülkiyyət hüququ isə heç bir məhkəmə tərəfindən ləğv edilməmişdir və Cavab deh1 mülkiyyət hüququ qüvvədə qalmışdır. Lakin apelyasiya məhkəməsi işin hallarını tam araşdırmadığına və yalnız iddiaçının dəlillərinə birtərəfli qiymət verdiyinə görə Cavabdeh1 mülkiyyət hüququnu və ondan istifadə hüququnu pozan qətnamə çıxarmışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 olan hissədə rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər X13, Cavabdeh3, X3, Cavabdeh5, X14, Cavabdeh7, X11, Cavabdeh9, Cavab deh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,mübahisəli mənzilin iddiaçıya məxsus olmaması barədə cavabdehin dəlili keçərli deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 Bakı şəhəri, ********* küçəsi, 1 saylı evin 14 və 17-ci mənzillərini satmış, sonda həmin mənzil İddiaçı tərəfindən əldə olunmuş və xx.xx.2017-ci il tarixdə onun mülkiyyət hüququna dair çıxarış verilmişdir. Cavabdeh1 apellyasiya şikayətinə mənzilin hüquqi vəziyyəti ilə bağlı iddiaçının adına verilmiş Çıxarışdan əvvəlki vəziyyətə dair Çıxarışın surətini əl avə etməklə iddianın əsassızlığı görüntüsü yaratmağa çalışmışdır. Mübahisəli mənzilin apelyantın mülkiyyətində olması halı təsdiq olunmur. Apellyasiya kollegiyası hesab etmişdir ki, həmin mənzilə iddiaçının mülkiyyət hüququ təsdiq olunduğundan, apelyant başqa yerdə yaşadığından və onun mənzildə mülkiyyət hüququ qalmadığından onun istifadə hüququnun saxlanılması mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına səbəbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, Cavabdeh1 apellyasiya şikayətinə mənzilin hüquqi vəziyyəti ilə bağlı iddiaçının adına verilmiş Çıxarışdan əvvəlki vəziyyətə dair Çıxarışın surətini əlavə etməklə iddianın əsassızlığı görüntüsü yaratmağa çalışmışdır. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı madd i və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dö vlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1553/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1553/2020
12.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver