Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1553/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10109/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Həsənova Əfruz Novruz qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı 30.11.2007-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmaqla evlənmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından 22.02.2008-ci il təvəllüdlü X3 və 17.06.2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. Həmin uşaqlar Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilində qeydiyyadadırlar.
2. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzil Cavabdeh1 onun atası X4 tərəfindən 09.03.2007-ci il tarixli müqavilə əsasında bağışlanmışdır və həmin mənzilin üzərində Cavabdeh1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra mübahisəli mənzil Cavabdeh1 anası Həsənova Əfruz Novruz qızının mülkiyyətinə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları - 22.02.2008-ci il təvəllüdlü X3 və 17.06.2009-cu il təvəllüdlü X5 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 2 saylı yaşayış evinin 3 otaqlı, 51 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2007-ci ildə rəsmi qaydada ailə quraraq onun yaşadığı mənzilə gəlin köçmüşdür. Baxmayaraq ki, mübahisəli mənzildə həyat yoldaşının bacısı Zülfiyyə və onun yetkinlik yaşına çatmış oğlu Teyyub qeydiyyatdadırlar, faktiki onların hər ikisi başqa ünvanda yaşayırlar. Mübahisəli mənzildə o, həyat yoldaşı, iki uşağı yaşayırdı. Azyaşlı övladları mübahisəli mənzildə qeydiyyatdadırlar. X2 da demək olar ki, mütəmadi onlarla yaşayırdı, hər dəfə yoldaşı ilə münasibətlərinə müdaxilə edirdi və olub ki, dəfələrlə onu evdən qovublar. Sonuncu dəfə bir neçə ay bundan əvvəl yenə də qayınanası evdə söz-söhbət yaradıb və uşaqları evdə saxlayaraq onu qovub. Məcbur olub qardaşının evinə gedib. Hazırda yoldaşı və qayınanası onu evə buraxmırlar.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddianın təmin edilməsi, İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilinə köçürülməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
8. Məhkəmə qeyd etmişdir ki, “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 dekabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-nin 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-nin 228.5-ci maddəsinin təsir dairəsinə düşmür...Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsində əks olunmuş qayda Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən, 34-cü maddəsinin İV və V hissələrindən, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-c ü və MM-in 27.2-ci maddələrindən irəli gəlir...Göstərilən normaların müddəalarında ər və arvadın hüquqlarının bərabər olmasının, uşaqlara qayğı göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır”.
9. İddiaçı ilə Cavabdeh1 arasında 30.11.2007-c i il tarixdən 2020-ci ilin aprel ayına kimi etibarlı ailə əlaqələrinin olması, tərəflərin ailəliklə mübahisəli mənzildən istifadə etmələri təsdiq edildiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Qətnamədən Cavabdeh1 və işdə iştiraka cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs qismində X1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10109/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və A.V.Tanrıverdiyev) Cavabdeh1 və maraqlarına toxunulan şəxs Həsənova Əfruz Novruz qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 və maraqlarına toxunulan şəxs Həsənova Əfruz Novruz qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmış, qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Həsənova Əfruz Novruz qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mənzilin mülkiyyətçisinin kim olduğu belə araşdırılmadan kassatorun mülkiyyətində olan mənzilə köçürülməsi qət edilm iş, kassatorun mülkiyyət hüququnu təsdiq edən sübut - mübahisəli mənzilə dair DƏDRX-dən çıxarış məhkəməyə təqdim olunsa belə, məhkəmə həmin çıxarışı qəbul edib iş materiallarına əlavə etməmiş, İddiaçı hələ 2020-ci ilin aprel ayında, öz istəyi ilə, şəxsi həyatını sərbəst yaşamaq istədiyini bildirməklə özünə məxsus əşyalarla birlikdə mənzili tərk edib getməsini və iş üçün əhəmiyyət kəsb edən bu kimi digər halları yetərincə araşdırmamış, işin bu hallarına ümumiyyətlə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 21.Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
2. Mən zil hüquqlarının əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə
8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılar ının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükə sini yaradan hərəkətlərin qarşısının alınması.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsind ən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 30.11.2007-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmaqla evlənmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilinə gəlin köçmüşdür. Tərəflərin münasibətləri pozulmuşdur və cavabdehlər iddiaçını n mənzildən istifadə etməsinə mane olurlar. Bu səbəbdən də iddiaçı gəlin köçdüyü mənzilə köçürülməsini xahiş edir.
28. İddia tələbinin maddi hüquqi əsası ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 29.Konstitusiya Məhkəməsi “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 dekabr 2010-cu il tarixli Qərarında isə izah etmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır.Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir.
30. Göründüyü kimi iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 228.5-ci maddəsi təşkil edir və məhkəmələr mübahisənin həllinə həmin normanı tətbiq etməkdə haqlı olmuş, iddiaçının Cavabdeh1 ilə 30.11.2007-ci il tarixdən 2020-ci ilin aprel ayına kimi etibarlı ailə əlaqələrinin olmasına istinad etməklə iddianı təmin etmək barədə düzgün nəticəyə gəlmişdir.
31. Mübahisəli mənzilin 11.08.2021-ci il tarixdə (birinci instansiya məhkəməsinin qətnaməsı çıxarılandan 6 gün sonra) Cavabdeh1 anası Həsənova Əfruz Novruz qızının mülkiyyətinə keçməsi faktı məhkəmənin gəldiyi nəticəni dəyişmir. Çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəti cəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Maraqlarına toxunulan şəxs Həsənova Əfruz Novruz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10109/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.