Məhkəmə qərarları › İş №2(102)-1553/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1553/2025

23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1553/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1553/2025 Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması (neqator tələb, məhkəmə xərclərinin bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh1nə qarşı “səsgücləndirici cihazların demontaj edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1038/2025 nömrəli, 3 fevral 2025-ci il tarixli qə tnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr meydanı tikinti sahəsi FS-003 inşa edilən binada yerləşən Cənub korpusu, blok 4, 2-ci mərtəbə ünvanında yerləşən 41 saylı mənzilə dair dəyəri tam ödənilmiş mənzilin tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktub və xx.xx.2023-cü il ta rixli 280 nömrəli səs və titrəmənin müayinə protokoluna əsasən, iddiaçının yataq otağında səsin səviyyəsi 41.0 DB (norma 40 DB), qonaq otağında 42.0 DB (norma 40 DB), uşaq otağında 41.5 DB (norma 40 DB), titrəmə sürətinin səviyyələri yataq otağında Akorr=120 DB (norma Akorr=77DB), qonaq otağında Akorr=120 DB (norma Akorr=77DB), uşaq otağında Akorr=122DB (norma Akorr=77DB) müəyyən edilmişdir. 3. 20.11.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh1 MMC-dən səsgücləndirici cihazların demontaj edilməsi, tavanın izolyasiya olunması və digər tədbirlərin görülməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə q arşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış səsgücləndirici cihazların demontaj edilməsini, gələcəkdə səsgücləndiricidən istifadə edilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq səs-küyün yaşayış obyektlərinə nüfuz etməməsi üçün tavanın izolyasiya olunması, aidiyyəti şəxslər barəsində qanunvericiliyin tələblərinə riayət olunmadığına görə lazımi tədbirlər görülməsi və cavabdehlərdən 100,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Park Place “Premium” yaşayış kompleksi də layihə çərçivəsində Ağ şəhərin tam mərkəzində inşa edilmişdir. Yaşayış kompleksinin birin ci mərtəbəsi müxtəlif təyinatlı iaşə obyektləri olaraq fəaliyyət göstərir, digər mərtəbələr isə yaşayış üçün nəzərdə tutulmuşdur. Hazırda Xətai rayonunda yerləşən “Ağ Şəhər” - “Park Place” yaşayış kompleksində, İlqar Mirzəyev küçəsindəki 6 saylı binanın 2-ci mərtəbəsində, 41 nömrəli mənzildə yaşayır. İctimai iaşə sahəsində fəaliyyət göstərən “Urban Cafe” həmin binanın 1-ci mərtəbəsində Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsində təmirin həyata keçirilməsi zamanı tavanın və divarların qalınlığı, səskeçirmə xüsusiyyətləri nəzərə alınmamışdır. Belə ki, səs-küyün digər yaşayış və qeyri-yaşayış obyektlərinə nüfuz etməməsi üçün lazımi izolyasiya edici avadanlıqlar quraşdırılmamışdır. “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış m üxtəlif səsgücləndirici cihazlar qanunvericiliklə müəyyən edilmiş normaların pozulması ilə istifadə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin olunması barədə xx.xx.2009-cu il 52 nömrəli Fərmanına əsasən, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının, cədvəl 1-in 10-16-ci bəndlərinə uyğun olaraq, həmin ünvanda yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən "Urban Cafe”də avadanlıqların işlənməsi zamanı yaranan nüfuzedici səs-küyün və titrəmə sürətinin yol verilən səviyyədən yüksəkdir. Tikinti normalarına, nüfuzedən səs-küyün yaşay ış və ictimai binalarda səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarına riayət edilməməsi, qanunvericiliyin və bina sakinlərinin hüquqlarının pozulması ilə nəticələnir.

6. Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, kafedə musiqi (mahnılar) “Spotify” adlı proqramdan birbaşa səslənir və onlar musiqinin səsinə nəzarət edə bilmirlər. İddiaçının mənzilində titrəşim ola bilər. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2678/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tə rəfindən verilmiş mütəxəssis rəyinə əsaən, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2- cimərtəbəsi 41 nömrəli mənzildə iddiaçı X2 məxsus mənzilin yataq otaqlarında aparılmış müayinələrin göstəricilərinə əsasən səs-küyün 1 yataq otağında, vibrasiyanın səviyyələri hər iki otaqda tələb olunan normadan artıqdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/1329 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Park Place yaşayış kompleksi İlqar Mirzəyev küçəsi, 6 saylı binanın 2-ci mərtəbəsi 41 nömrəli mənzilə keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qe yd olunan ünvanda yataq otaqlarından birində səs-küyün səviyyəsi tələb olunan normadan artıqdır, digərində isə səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Səs-küyün səviyyəsinin tələb olunan normalardan artıq olduğu hallarda səs gücləndiricilərdən əks olunan səsin ümumi səviyyəsinin azaldılması və ya tikilinin ümumi izolyasiyasının gücləndirilməsi kimi tədbirlər görülə bilər.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)2678/2024 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban Cafe” daxilində tavana bərkidilmiş və digər fərqli mövqelərdə quraşdırılmış səsgücləndirici cihazların demontaj edilməsi, səsgücləndiricidən istifadə edilməsi zamanı səs-küyün yaşayış obyektlərinə nüfuz etməməsi üçün tavanın izolyasiya olunması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilməsi, 150 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdeh1 MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə ekspert və mütəxəssis rəylərini nəzərə alaraq iddiaçının mənzilində səs-küyün və titrəyişin çox olmasında cavabdehin təqsirinin olub-olmamasına münasibətdə qeyd etmişdir ki, cavabdeh özünün fəaliyyət göstərdiyi iaşə obyektində zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfi deyil ki, qanunvericilik hər bi r şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi iddiaçının mənzilində səs-küyün və titrəyişin normadan artıq olması Cavabdeh1 MMC-nin tərkibində fəaliyyət göstərən “Urban cafe”nin həmin yerdə fəaliyyəti ilə bağlı olmuşdur. Məhkəmə cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənzilinə zərərin dəyməsində “Urban cafe”nin təqsirli olması qənaətinə gəlmişdir. Həmçinin, iddiaçının mənzilində səs-küyü və titrəyişin çox olması, məhz mənzilin aşağısında yerləşən kafenin fəaliyyəti ilə bağlı olduğuna görə iddia Cavabdeh1 MMC-yə aid hissədə təmin edilməli, digər cavabdehə münasibətdə isə rədd edilməl idir.

13. Məhkəmə iddia tələbini “aidiyyəti şəxslər barəsində qanunvericiliyin tələblərinə riayət olunmadığına görə lazımi tədbirlər görülməsi” hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, iddia icraatı qaydasında həyata keçirilən mülki məhkəmə icraatı yalnız iddiaçının nə isə tələb etməsi əsasında deyil, həm də digər şəxsdən (cavabdehdən) nə isə tələb etməsi əsasında başlanır. Bu zaman iddia tələbinin yönəldiyi şəxsin mövcudluğu və həmin şəxsin ona qarşı yönəlmiş tələb barədə lazımi qaydada məlumatlandırılması həmin prosesin zəruri elementini və həyata keçirilməsinin ayrılmaz prinsipini təşkil edir. İddia tələbində aidiyyəti şəxs dedikdə məhz kimdən söhbət getdiyi bəlli olmadığından iddia həmin hissədə təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcə lləsinin 6.1.4, 21.1, 21.2, 152.1, 152.5, 1096.1, 1096.2, 1097.1, 1111.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, “Ekoloji təhlükəsizlik haqqında” AR Qanunun 1.7, 4.2-ci maddələrinə, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın 1.3-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları tam, hərtərəfli araşdırılmamı ş, yekun məhkəmə aktı çıxarılan zaman qərəzli yanaşma sərgilənmişdir. xx.xx.2024-cü il tarixli ekpert rəyindən də göründüyü kimi səs səviyyəsi tələb olunan normadan həddindən artıq çox olmamışdır. Hətta digər yataq otağında səs səviyyəsi 37.9 dBa müəyyən edilmişdir. Bu isə normadan azdır. Bundan əlavə, məhkəmə tərəfindən 100,40 manat məbləğində dövlət rüsumunun və 150 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. Bu səbəbdən məhkəmənin yanaşması obyektiv olmamış, qətnaməsi isə əsassızdır.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və həmçinin bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin nəticə əl də olunmamışdır. Ekspertiza zamanı o da iştirak etmişdir, günün birinci yarısı olduğundan səsin ən az olan vaxtı idi. Cavabdeh də bilirdi ki, ekspertiza keçirilir. Buna baxmayaraq yenə də səs mənzilə nüfuz edirdi. Lakin məhkəmədən öncə iddiaçının mənzilində səs ölçülərkən cavabdehin bundan məlumatı yox idi.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1038/2025 nömrəli, 3 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Səadət Səlimova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)2678/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə məxsus ictimai iaşə ob yektində günün müxtəlif saatlarında müəyyən amillər (müştərilərin sayı, digər səs-küyün səviyyəsi və s.) nəzərə alınmaqla musiqinin səsi aşağı salına və ya yüksəldilə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehə ona məxsus ictimai iaşə obyektində musiqinin səsləndirilməsi qadağan edilməmiş, yalnız səsküyün iddiaçıya məxsus mənzilə nüfuz etməməsi üçün cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Həmin vəzifələr cavabdehin fəaliyyətini hər hansı formada məhdudlaşdırmır.

20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının səsgücləndirici cihazların demontaj edilməsi və tavanın izolyasiya olunması barədə tələbləri təmin edildiyindən ödənilmiş dövlət rüsumu, xidmət haqqı və ekspertiza tədqiqatlarının dəyərini n Cavabdeh1 MMC-dən tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 170.2, 1096.1, 1096.2, 1098.1, 1098.2 və 1098.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır, əlavə olaraq bildirilmişdir ki, hər iki məhkəmə instansiyası tərəfindən 100,40 manat məbləğində dövlət rüsumunun və 150 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutulmasının qət edilməsi ilə birinci instansiya və apellyasiya insatnsiyası məhkəməsinin yanaşması obyektiv olmamışdır. Apellyasiya instansiyası məhkəməsi sübutlara (tərəflərin izahatlarına və s.) obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki M əcəlləsi

24. Maddə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və y a ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər.

31. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.

32. Maddə 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam ver ilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

38. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

39. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə bütün xərcləri cavabdehdən tutmaqla prosessual pozuntuya yol vermişdir.

40. Eyni dəlil apellyasiya şikayətində də irəli sürülmüş, apellyasiya instans iyası məhkəməsi bu dəlillə bağlı düzgün olaraq qeyd etmişdir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının tələblərinin bir hissəsi təmin edildiyindən məhkəmə xərclərinin cavabdehdən tutulması qanuni və əsaslıdır. Kollegiya apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddia qiymətləndirilməyən iddia olduğundan hazırkı halda iddianın qismən təmin edilməsi məhkəmə xərclərinin tərəflər arasında bölünməsinə əsas ola bilməz.

41. Kassasiya şikayətində maddi hüquq normalarının pozuntusuna istinad edilsə də, bu pozuntuların nədə ifadə edildiyi əsaslandırılmamış, şikayətin əsaslandırma hissəsində işin faktiki halları, sübutların düzgün qiymətləndirilmədiyinə dair mülahizələr qeyd edilmişdir.

42. İşə baxmış məhkəmə tərəfindən yuxarı instansiya məhkəməsinin göstər işləri tam icra edilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyindən həmin mülahizələr kassasiya baxışının predmeti ola bilməz.

43. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasi ya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1038/2025 nömrəli, 3 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar