Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1554/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1554/21 (Açar sözlər: əmək müqaviləsinin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi, iddia müddətinin tətbiqi barədə ərizənin qiymətləndirilməsi) Bakı şəhəri, 26 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh1 vəkili V əkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “əmək müqaviləsinin ləğv edilməsi, məcburi iş buraxmaya görə, əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6443/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə (tələbin dəyişməsi və dəqiqləşməsi barədə ərizələrlə) Qaradağ rayon məhkəməsinə müraciət edərək, əmək kitabçasının ona verilməsi, 30.04.2016-cı il tarixdən əmək müqaviləsinə xitam verild iyi tarixədək məcburi iş buraxma müddəti üçün (ümumilikdə 43 ay, orta aylıq əmək haqqı 150 manat hesabı ilə) əmək haqqı məbləği olan 6.450 manat pulun, eyni zamanda maddi ziyanın əvəzi kimi 10000 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 11.02.2015-ci il tarixdə Cavabdeh2nə işə qəbul olunmuş, 30.04.2016-cı il tarixdə qeyd edilən mərkəzdən işdən çıxmışdır.
3. İddiaçı əmək kitabçasını götürmək istədiyini həmin mərkəzin mühasib və müdiriyyətinə rəsmi olaraq bildirmiş, həmin şəxslər elektron qaydada olduğu üçün buna zərurət olmadığını ona bildirmişlər. Daha sonra iddiaçı dəfələrlə bununla bağlı Cavabdeh2 müdiriyyətinə müraciət etmiş, əmək kitabçasını və əmri götürmək istədiyini bildirmiş, sonuncular buna əhəmiyyət verməmişdir.
4. İddiaçı bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ərizə yazmış, müraciəti 3 saylı əmək müfəttişliyində araşdırılmış, 1 ay ərzində aparılan araşdırma zamanı cavabdehin Türkiyə Respublikasında olduğu və göndərilən rəsmi məktubların və edilən zənglərin cavabsız qaldığı məlum olmuşdur. Buna görə də iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.
5. İddiaçı sosial şəbəkə vasitəsilə cavabdehə müraciət edib, işinin həll edilməsini xahiş etsə də, cavabdeh yenə də buna məhəl qoymamışdır. Sonradan cavabdeh Bakıda olsa da, iddiaçının işini həll etməkdən səbəbsiz imtina etmişdir.
6. Sözügedən mərkəz fəaliyyətini dayandırsa da, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməməsi çətinliklər yaradır. Çünki işə q əbulla bağlı etdiyi müraciətlər zamanı iddiaçının adı başqa sistemdə qeydə alındığı üçün iddiaçı işə qəbul oluna bilmir. Buna görə də, iddiaçı adının Cavabdeh2 elektron sistemindən çıxarılmasını, eyni zamanda əmək kitabçasının verilməsini, dəymiş maddi və mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsini istəyir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 16, 49, 71, 84 və 290-cı maddələrinə istinad etmişdir.
8. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 nömrəli, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 11.02.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsi ləğv edilmiş, bu barədə məlumatın Cavabdeh1 tərəfindən elektron informasiya sisteminə daxil edilməsi, İddiaçı əmək kitabçasının əmək müqaviləsinə xitam verilməsi qeydi ilə Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılması, məcburi iş buraxma müddəti üçün hesablanmış 6.450 manat, həmçinin vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaitinin Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. (hakim Kamran Əsədov)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməməsi, bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməməsi və iddiaçıya əmək kitabçasının qaytarılmaması iddiaçının digər işəgötürənlə əmək müqaviləsi bağlamasına, əmək hüquqlarının rəsmi şəkildə həyata keçirilməsinə, DSMF-ə ödənişlər həyata keçirilməsinə maneə yaratmışdır. Bunun nəticəsində iddiaçı uzun müddət mənəvi iztirab çəkmişdir.
10. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən belə qənaətə gəlib ki, iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 12, 14, 83, 143, 144, 154, 172, 288, 292, 294, 296-cı Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri: iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə tərəflərin hər ikisinin razılığı ilə 30.04.2016-cı ildə xi tam verilmişdir. Bu səbəbdən də, iddiaçının həmin tarixdən əmək fəaliyyəti məcburi iş buraxma kimi qiymətləndirilə bilməz;
14. İddiaçı məcburi deyil, öz razılığı ilə işdən azad edilmişdir. Müəssisə 14.01.2017ci ildə fəaliyyətini dayandırmış və bu barədə rəsmi qeydiyyat aparılmışdır. Fəaliyyətin dayandırıldığı dövrdə muzdlu işçilərə əmək haqqının ödənilməsi də dayandırılmışdır. Fəaliyyətinin dayandırıldığı dövrdə muzdlu işçi də olmamışdır. Fəaliyyəti dayandırılmış bir təşkilatda işçiyə əmək haqqı hesablana bilməz;
15. Cavabdehin fərdi sahibkar kimi fəaliyyəti dayandırıldığından bununla bağlı iddiaçıya hər hansı mənəvi ziyan ödənilməsi əsaslı deyildir.
16. Apellyasiya baxışında iddiaçı ərizə verib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini, bu barədə məlumatın cavabdeh tərəfindən elektron informasiya sisteminə daxil edilməsini əmək kitabçasının geri qaytarılmasını bildirərək, həmin hissədə iddiadan imtina, maddi və mənəvi ziyanının ödənilməsi barədə tələblərini isə müdafiə etdiyini bildirmişdir.
17. Apellyasiya baxışında cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib göstərib ki, iddiaçı 30 aprel 2016-cı ildən işdən çıxdığı və əmək kitabçasını almadığı halda 3 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürüb.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6443/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı, 06.12.2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Anar T anrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, İkram Şirinov)
19. Apellyasiya instansiyası məcburi iş buraxma dövrü üçün 6.450 manat məbləğin hesablanması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, əmək müqaviləsinə xitam verildiyi 30.04.2016-cı il tarixindən işə məhkəmədə baxıldığı 06.12.2019-cu il tarixədək 43 ay işburaxma dövrü üçün iddiaçıya hər ay 150 manat olmaqla cəmi 6450 manat əmək haqqı ödənilməlidir. Çünki işburaxma dövrü ərzində əmək müqaviləsinə xitam verilməsi barədə qeyd elektron informasiya sistemə daxil edilmədiyi üçün iddiaçı başqa əmək müqaviləsi bağlaya bilməmiş, maddi itkiyə məruz qalmışdır.
20. Apellyasiya instansiyası cavabdehin, təşkilatın fəaliyyətini dayandırması səbəbindən iddiaçıya (işçiyə) əmək haqqı ödəyə bilməməsi nə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edib ki, cavabdeh mübahisələndirilən dövr üzrə iddiaçının əmək müqaviləsinə xitam verməsi barədə qeydi elektron informasiya sisteminə daxil etməsini sübut edə bilmədiyindən, həmin dövr üçün (43 ay) iddiaçıya əmək müqaviləsi üzrə aylıq əmək haqqını ödəməlidir.
21. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı apellyasiya instansiyasının mövqeyi ondan ibarət olub ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməməsi, bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməməsi və iddiaçıya əmək kitabçasının qaytarılmaması iddiaçının digər işəgötürənlə əmək müqaviləsi bağlamasına, əmək hüquqlarının rəsmi şəkildə həyata keçirilməsinə, DSMF-yə ödənişlər həyata keçirilməsinə maneə yaratdığından iddiaçı uzun müddət mə nəvi iztirab çəkmişdir. Bu səbəbdən də mənəvi zərərin əvəzinin 500 manat müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
22. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6443/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı “əmək müqaviləsinin ləğv edilməsi, bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi, əmək kitabçasının geri qaytarılması” hissəsində iddia tələbinə xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, əlavə olaraq şikayətdə iddia müddətinin tətbiqi barədə ərizəyə apellyasiya məhkəməsi tərəfindən qiymət verilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsi Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172 (6-ci hissə). İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
213. İclas zalında iştirak edənlərə elan etməklə hakim, məhkəmə çıxışlarından sonra qətnamə çıxarmaq üçün müşavirə otağına gedir. Maddə 216.3. Qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətlən dirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və t ətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməməsi, bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməməsi və iddiaçıya əmək kitabçasının qaytarılmaması iddiaçının digər işəgötürənlə əmək müqaviləsi bağlamasına, əmək hüquqlarının rəsmi şəkildə həyata keçirilməsinə, DSMF-ə ödənişlər həyata keçirilməsinə maneə yaratmışdır. Bunun nəticəsində iddiaçı uzun müddət mənəvi iztirab çəkmişdir. Mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilmişdir. Həmin mövqe ilə razılaşan apellyasiya məhkməsi də qeyd edib ki, işburaxma dövrü ərzində əmək müqaviləsinə xitam verilməsi barədə qeyd elektron informasiya sistemə daxil edilm ədiyi üçün iddiaçı başqa əmək müqaviləsi bağlaya bilməmiş, maddi itkiyə məruz qalmışdır.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi məsələlərini nizama salır. Hazırki işdə isə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halı müəyyən edilməyib, iddiaçı da bu barədə hər hansı dəlil bildirməyib. Belə olan halda, hazırki mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilə bilməzdi. Həmçinin iddiaçının iddiasına görə əmək kitabçasının verilməsinin gecikdirilməsi nəticəsində işə düzələ bilm ədiyi müddət məcburi iş buraxma müddəti kimi qiymətləndirilə bilməz.
33. Əmək kitabçasının verilməsinin gecikdirilməsi nəticəsində işçiyə işə düzələ bilmədiyi müddət üçün ödənc verilməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-ci hissəsi ilə nizama salınır. Buna görə də iddia tələbinə qeyd edilən maddi hüquq normasının tələbləri baxımından qiymət verilməlidir.
34. Bundan başqa, Cavabdeh1 mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə versə də, apellyasiya məhkəməsi heç bir araşdırma və əsaslandırma aparmadan yerində müşavirə etməklə, protokol qaydasında həmin ərizəni təmin etməmiş, qətnamədə isə buna ümumiyyətlə qiymət verməmişdir. Halbuki iddianın qanuni və əsaslı həlli üçün həmin ərizəyə qiymət verilməsi zəruri olmuşdur. Həm də iddiaya iddia müddətinin tətbiqi məsələsi eyni zamanda mübah isəyə elə maddi hüquq normasının tətbiqi deməkdir ki, bu da yerində müşavirə etməklə deyil, müşavirə otağında həll edilməli məsələdir. Apellyasiya məhkəməsi isə iddia müddətinin tətbiqi barədə ərizəyə yerində müşavirə edib protokol qaydasında münasibət bildirməklə MPM-in 213, 261.3 və 218.1-ci maddələrində nəzərdə tutulmuş prosessual qaydaları pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsasdır.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prose ssual hərəkətləri etməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6443/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.