Məhkəmə qərarları › İş №2(102)-1554/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1554/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1554/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı işi üzrə QƏRARI (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-606/N5 nömrəli, 21 yanvar N5-ci il tarixli qətnaməsindən Cavabdeh1 tə rəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında qohumluq münasibətləri mövcuddur. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 digər İddiaçı2 övladlarıdır. Digər tərəfdən Cavabdeh3, Cavabdeh2 həyat yoldaşı, digər Cavabdeh1 isə onların övladıdır. Həmçinin Cavabdeh2 İddiaçı2 keçmiş həyat yoldaşı X3 bacısıdır.

2. X6 ilə X7 arasında 22 oktyabr 1991-ci il tarixdə nikah bağlanmış, nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. Onların birgə nikahlarından xx.xx.1994-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı3 adlı uşaqları doğulmuşdur. Onlar evlənəndən sonra mübahisəli evə yəni, ünvan 1 ünvanda yerləşən evə köçmüş və Nabil Əhmədovun anası Seyidxanım Əhmədova ilə b irlikdə həmin evdə yaşamışlar.

3. X8 18 fervral N3-cü il tarixdə vəfat etmişdir.

4. İddiaçı2, onun ailə üzvləri olan İddiaçı1, İddiaçı3 və X13, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Taraz Şevçenko küçəsi, 3 saylı evdə qeydiyyatdadırlar.

5. Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 1990-cı ildə X8 ilə evlənib ailə qurmuşlar. X2 xx.xx.N3-cü il tarixdə, qayınanası Seyidxanım Əhmədova isə xx.xx.N3- cü il tarixdə vəfat etmişdir. Onlar ünvan 3 ünvanda yaşamışlar və onlara məxsus bütün əşyaları və əmlakları həmin fərdi yaşayış evində yerləşir. X8 və qayınanası vəfat etdikdən sonra cavabdehlər onları evə buraxmamışlar. Cavabdeh1 telefonla onunla əlaqə saxlayarkən, ona hədə-qorxu gəlmiş və "səni öldürərəm, başını kəsərəm bu evə gəlsən" deyə öldürməklə hədələmişdir. İddiaçı2 34 ildir ki, həmin fərdi yaşayış evində yaşayır, həmin evə gəlin gəlmiş, hal-hazırda orda-burda qalır və evə getməyə qorxur. Fərdi yaşayış evinin qapısının qıfılını dəyişmişlər, dəfələrlə evə köçüb yaşamağa cəhd etsə də, cavabdehlər buna imkan verməmişlər. Həmçinin onlar həmin fərdi yaşayış evində doğulmuş, ataları və anaları ilə birlikdə yaşamışlar. Onlar uzun müddət həmin fərdi yaşayış evində yaşamaqla təsərrüfat apa rmış, fərdi yaşayış evi onları daimi yaşayış yeri olmuşdur. Cavabdehlər tərəfindən qeyri-qanuni olaraq onlar yaşayış yerindən məhrum edilmiş və hüquqları kobud səkildə pozmuşdur. Qeydiyyatda olduğu ünvan başqa şəxsə məxsusdur, orada yaşamamışlar. Hesab edirlər ki, onlar evə köçürülməli və pozulmuş hüquqları bərpa edilməlidir.

8. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ev onun deyil, nənəsinin evi olub, böyük nəvəsi olduğu üçün və onunla yaşadığı üçün rəhmətə getməzdən 1 həftə əvvəl ona vəsiyyət etmişdir. Ev onun adına deyil, evin heç bir sənədi yoxdur, qaz, su və işıq təchizatları Faiq Bədəlovun adınadır. Şərait olmaığından, orda yaşamaq mümkün deyil. Faiq Bədəlov orda yaşamır, arada gəlib gedir. Bilmir niyə və nə üçün kommunal xidmətlərə aid müqavilələr onunla bağlan ıb. İddiaçılar həmin evdə 20 ildən çoxdur yaşamırlar. İddiaçı2 onun dayısı ilə 34 il evli olsa da, 20 ildir ki, ayrılmışlar. Digər cavabdehlər onun ana və atasıdırlar. Onların da hazırkı iddiaya aidiyyatları yoxdur. Hal-hazırda ev boşdur və orda heç kim yaşamır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, İddiaçı2 tanışıdır. Mürşüdovların ailəsini tanımır, ancaq onlar barəsində eşitmişdir. Həmin ərazidə yaşamır. Bir dəfə İddiaçı2 qapısına gəlmiş, evdə xəstə yoldaşı olduğu üçün içəri girməmişdir. 514-cü hərbi hissənin yanında yerləşir. N2-ci ildə İddiaçı2 orada yaşadığını görüb.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4525/N4 saylı, 1 o ktyabr N4cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir (X15).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçılar uzun müddət ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində birgə yaşadıqlarına istinad edərək həmin evə köçürülmələri tələbi ilə çıxış edirlər. Sözügedən evə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil.

12. Özbaşına tikililərə köçürülmə tələbi üzrə mübahisələrin həlli ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə ö z vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

13. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə, özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir.

14. Məhkəmə bununla yanaşı həmçinin qeyd etmişdir ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

15. Bundan başqa məhkə mə qeyd etmişdir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

16. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı2 X8 ilə evlənəndən sonra ünvan 1 ünvanda yerləşən evə köçmüş, ailəsi və Əhmədov Nabilin anası Əhmədova Seyidxanımla birlikdə yaşamışlar. N3-cü ildə Əhmədov Nabil və Əhmədova Seyidxanım öldükdən sonra cavabdehlər onları evə buraxmamışlar. İddiaçıl arın sözügedən evdə yaşamalarını cavabdehlərdən Cavabdeh1 da təsdiq etmiş, həmçinin bu fakt iş üzrə şahid qismində dindirilmiş X4 da ifadəsində öz təsdiqini tapır.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədiyi evdə yaşamış, cavabdehlərlə münasibəti pisləşdiyindən evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsələr də cavabdehl ər buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

18. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Bununla yanaşı cavabdehlərin özlərinin həmin evdə yaşamaları və oradan istifadə etmələri də iş üzrə müəyyən edilmir. Beləliklə, cavabd ehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər.

19. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar məhrum edildikləri evə köçürülməlidirlər. Mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddiaçılar tərəfindən yaşayış sahəsi kimi istifadə olunub. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqları ehtimal olunarsa o zaman bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində özünün zəhməti ilə inşa edilmiş bu evdə yaşamaq hüquqları vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçıların da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onların mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslıdır.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləni n 5.3, 6.2, 11.1, 11.2, 14.2.1, 18, 27.1 və 27.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.4, 88, 106.1, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçlar iddia qaldırmaq üçün subyektiv hüququ malik deyildir. İddiaçıların fərdi yaşayış evinə heç bir aidiyyatı yoxdur.

23. Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər. Cavabdeh1 əlavə olaraq bildirmişdir ki, o, İddiaçı2 mübahisəli evdə yaşamasına etiraz etmir, gəlib yaşaya bilər, lakin digər iddiaçıların mübahisəli evdə yaşamalarını istəmir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-606/N5 nömrəli, 21 yanvar N5-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 oktyabr N4-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - X9 (sədrlik edən və məruzəçi), X10 və X11).

25. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar uzun müddət mübahisəli fərdi yaşayış evində birgə yaşadıqlarına istinad edərək həmin evə köçürülmələrini tələb edirlər. Cavabdeh1 isə iddiaçıların həmin evdə 20 ildən çoxdur ki yaşamadıqlarını, İddiaçı2 onun dayısı ilə 34 il evli olmasına baxmayaraq, 20 ildir ki ayrıldıqlarını, cavabdehlərin hazırkı iddiaya aidiyyətləri olmadığını bildirmişdir.

26. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam olaraq razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı Biləcəri bələdiyyəsinə, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müvafiq sorğular verilib və alınan cavablar əsasında bir daha müəyyən olunub ki, mübahisəli tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair nə Bələdiyyədə, nə də Nümayəndəlikdə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Mübahisəli tikili mərhum X1 tərəfindən zəbt olunmuş torpaq sahəsində inşa olunan evdir və Bələdiyyənin elektron bazasında vergi ödəyicisi kimi o qeydə alınmışdır. İddiaçı2 onun gəlini, yəni oğlunun arvadı, Cavabdeh1 isə onun nəvəsidir.

27. Bundan başqa kolleg iya həmçinin qeyd etmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.N3-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan görünür ki, iddiaçı Polis İdarəsinə yazdığı xx.xx.N3-cü il tarixli şikayət ərizəsində də mübahisəli evdə ərinin ölümünə qədər yaşadığını, ərinin və qayınanasının ölümündən sonra Cavabdeh1 onu evdən çıxarmaq istədiyini, əks halda onu öldürməklə hədələdiyini göstərmişdir. Bu isə onu göstərir ki, iddiaçı Polis İdarəsinə şikayət yazarkən hələ evdən çıxarılmamış, orada yaşamışdır. Polis İdarəsinə müraciətinin səbəbi isə cavabdeh tərəfindən evdən çıxarılmağının qarşısını almaqdan ibarət olmuşdur.

28. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 6.2, 11.1, 11.2, 14.2.1, 18, 27.1, 27.3, 180.1 və 180.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-606/N5 saylı, xx.xx.N5-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə və məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansdiya məhkəməsi Cavabdeh1 tərəfindən təqdim edilmiş subutlara əhəmiyyət verməmiş, həmin sübutları düzgün qiymətləndirməmiş və o subutlar barəsində qətnamədə bir kəlmə belə qeyd etməmişdir. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı iddiaçılar tərəfindən etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi tam qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi şəraitində çıxarılmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. İş yerlərini itiriblər və artıq kirayə haqqını ödəmək iqtidarında deyillər. Hesab edir ki, kassasiya şikayətində yalnız işin faktiki halları sadalanmış və heç bir dəlil qeyd edilməmişdir. Belə olan halda da kassasiya şikayəti icraata qəbul edilməməli idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

32. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

33. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydad a və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

36. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

37. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

38. Maddə

18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

39. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

40. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

41. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya m üqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

42. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

43. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin d əlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipin ə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-606/N5 nömrəli, 21 yanvar N5-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar