Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1555/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 mart 2019-cu il iş № 2(102)-1555/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh və onun vəkili SƏnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli ( sədrlik edən hakim Ə.Qə hrəmanov, İşNo 2(003)-277/2015 saylı mülki iş) qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı cavabdehin özbaşına və qanunsuz şəkildə zəbt etdiyi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı-yə icarəyə verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsindən çıxarılması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.İmanov, 2(103)1733/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)277/2015 saylı mülki iş üzrə qəbul etdiyi 14 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları ddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özb aşına və qanunsuz şəkildə zəbt etdiyi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı-yə icarəyə verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili SƏ kassasiya şikayətini müda fiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti və “X3 Məhsulları” MMC arasında bağlanmış 30.08.2006-cı il tarixli 306 saylı icarə müqaviləsinə əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən ümumilikdə 203,75 ha torpaq sahəsi “X3 Məhsulları” MMC-yə icarəyə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17.10.2006-cı il tarixli MH seriyalı 0002369, 0002370, 0002371, 0002372, 0002373, 0002374, ******* və ******* nömrəli çıxarışlara əsasən “X3 Məhsulları” MMC-nin həmin torpaq sahəsi üzərində icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh və digər şəxslər həmin torpaq sahəsindən istifadə etdiyindən “X3 Məhsulları” MMC ona və digər şəxslərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 25 avqust 2008-ci il tarixli qərardadı ilə iddiaçı “X3 məhsulları” MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiadan imtinaları qəbul edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. “X3 Məhsulları” MMC 23.04.2012-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən həmin torpaq sahəsində icarə hüquqlarını İddiaçı-yə satmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18.06.2002-ci il tarixli RX seriyalı 0014183, 014186, ******* və 14.06.2012-ci il tarixli MA seriyalı 039598, 0395600, 0395601, ******* və ******* nömrəli çıxarı şlara əsasən İddiaçı-nin həmin torpaq sahəsi üzərində icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı bildirmişdir ki, cavabdeh torpaq sahəsini özbaşına və qanunsuz şəkildə zəbt edib qeyri-qanuni sahibliyində saxlayaraq orada yaşamaqla İddiaçı-nin torpaq sahəsi ilə bağlı hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iddiaya etiraz edərək bildirmişlər ki, onlar «Ağdam» kooperativinin hüquqi varisi olan «Ağdam» kəndli fermer təsərrüfatının təsisçiləridirlər. 27 oktyabr 1988-ci il tarixdə mübahisəli ərazidə 2 ha torpaq sahəsi «Ağdam» kooperativinə ayrılmışdır. 28 mart 1996-cı il tarixdə isə «Ağdam» kooperativi ləğv edilmiş və Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə bazasında hüquqi varisi olaraq 07 ha torpaq sahəsində «Ağdam» kəndli fermer təsərrüfatı yaradılmışdır. Təsərrüfat uzun müddət fəaliyyət göstərmiş və nümunəvi təsərrüfatlardan birinə çevrilmişdir. Daha sonra inzibati ərazi və torpaq sahəsi Xəzər rayon İcra Hakimiyyətinə məxsus olduğu halda Abşeron rayon İcra Hakimiyyəti həmin ərazini Donuzkökəltmə sovxozunun ərazisi hesab etməklə 99 il müddətinə İddiaçı-yə icarəyə vermişdir. Halbuki torpaq sahəsinin yerləşdiyi ərazi kooperativin ərazisi olmaqla Xəzər rayon İcra Hakimiyyətinin sərəncamında olmuş, ümumiyyətlə həmin ərazinin Donuzkökəltmə sovxozuna heç bir aidiyyatı olmamışdır. Çünki sovxoz mövcud olan tarixlərdə kooperativ mövcud olmuş və öz sahibliyində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Bir neçə il bundan qabaq İddiaçı tərəfindən qanunsuz olaraq təsərrüfatın ərazisində ola n kooperativə məxsus tikili əmlaklar sökülmüşdür. Məcburiyyət qarşısında təsərrüfata məxsus heyvanlar həmin ərazidən köçürülmüş və hazırda başqasına məxsus ərazidə saxlanılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirmişdir ki, Xəzər rayon İcra Hakimiyyətində beş il müddətində verilmiş sərəncamlar saxlanılır, ondan əvvəlki dövr ərzində olan sərəncamlar isə arxivə təhvil verilmişdir. Apellyasiya instansiyası aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4, 164.2-ci maddələri və Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən iddiaçının tələbləri əsaslıdır. Çünki mübahisəli Abşeron ray on Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsinin İddiaçı-nin qanuni icarəsinə verilmiş və İddiaçı-nin həmin torpaq sahəsi üzərində icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda mübahisəli torpaq sahəsi iddiaçının icarəsində olan torpaq sahəsinə aiddir və həmin torpaq sahəsi cavabdehin sahibliyindədir, həmin sahiblik isə qanunsuz olmuşdur. Belə ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Cavabdeh istifadəsində olan torpaq sahəsi İddiaçı-yə icarəyə verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsinə aiddirmi?
2. Cavabdeh istifadəsində olan torpaq sahəsi Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon XDS-nin 27.10.1988-ci il tarixli 15/585 say lı sərəncamı ilə “Ağdam” kooperativinin istifadəsinə ayrılmış 2 ha torpaq sahəsi və “Ağdam” kəndli (fermer) təsərrüfatının fəaliyyət göstərdiyi Binə qəsəbəsində 7 ha torpaq sahəsinə aiddirmi?
3. İddiaçı-yə icarəyə verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsi ilə Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon XDS-nin 27.10.1988-ci il tarixli 15/585 saylı sərəncamı ilə “Ağdam” kooperativinin istifadəsinə ayrılmış 2 ha torpaq sahəsi və “Ağdam” kəndli (fermer) təsərrüfatının fəaliyyət göstərdiyi Binə qəsəbəsində 7 ha torpaq sahəsi üst-üstə düşürmü? Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2016-cı il tarixli 22869 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh istifadəsində olan torpaq sahəsinin İddiaçı-yə icarəyə verilmiş Abşeron rayonu, Donuzkökəlt mə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsinə aid olduğu və mübahisələndirilən əraziyə dair İddiaçı-yə Çıxarışın verildiyi müəyyən edilmişdir. Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon XDS-nin 27.10.1988-ci il tarixli 15/585 saylı sərəncamı ilə “Ağdam” kooperativinin istifadəsinə ayrılmış 2 ha torpaq sahəsi və “Ağdam” kəndli (fermer) təsərrüfatının fəaliyyət göstərdiyi Binə qəsəbəsində 7 ha torpaq sahəsi, eləcə də Cavabdeh istifadəsinə torpaq sahəsinin olması barədə “Kadastr Layihə Tədqiat Mərkəzi”nin arxiv və elektron bazasında heç bir məlumat olmadığından, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır. Beləliklə, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hər hansı əmlak hüquqlarının mövcud olması öz təsdiqini tapmamışdır. Eyni zamanda həmin torpaq sahə si iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi olmuşdur və ona görə də, onun cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 31 yanvar 2018-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev