Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1556/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X1, Vəkil2 və X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin kassasiya baxışından çıxarılması barədə Bakı Apelyasiya Məhkəməsinin və Cavabdeh3 müraciətlərinə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2019 -cu il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə, iş № 2(004)-2659/19) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli-sədrlik edən və məruzəçi, X.Cəmilova, İ.Xəlilov, iş № 2 (103)-12454/19) apelyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08.10.2019-cu il tarixliqətnaməsindən kassasiya şikayəti vermişdir. Həmin şikayət 24.01.2020-ci il tarixli qərardadla icraata qəbul edilmiş və məhkəmə kollegiyasının iclas ında baxılması 13.03.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılmalı, iş apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Cavabdeh2 ərizə ilə Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək 06.03.2020-ci il il tarixində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə verdiyini bildirmiş və həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən göndərilən məktubda qeyd olunan hal təsdiq olunmuş və kassasiya şikayətinin baxışdan çıxarılmas ı, işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 403.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə kollegiyas ı hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilməli və həmin şikayət məhkəmə baxışından çıxarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Vəsatətlər təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2019-cu il tarixli, 2(103)12454/19 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 24 yanvar 2020-ci il tarixli, 2(102)-1556/20 saylı qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-ci madd əsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1556/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-1556/2020
13.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver