Məhkəmə qərarları › İş №2(102)-1556/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1556/2021

08.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1556/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsinin müəyyən edilməsi ilə bağlı mülki işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, vəkili X2, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Resp ublikası Filialına qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair işlə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6651/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş k-143 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunmasına və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Günay Həşimova) xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının (nümayəndələyinin) İddiaçı ilə bağlanmış əmək müqaviləsi nə xitam verilməsinə dair K-143 nömrəli, xx xxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialında (nümayəndələyində) iş yerinə (vəzifəsinə) bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissələrdə rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavadeh (Vəkil2) kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti onunla əsasladırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin ed ilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X4 və vəkili X5 hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti verdiklərini, şikayətin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Cavabdehin vəkili Vəkil2 iddiaçı tərəfindən kassasiya şikayətinin prosessual müddətin ötürülməklə verildiyini bildirərək işin kassasiya baxışından çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə: 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd ol araq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6651/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edimişdir. Ali Məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məktubu daxil olmuşdur. Məktubda hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməs indən İddiaçı tərəfindən də kassasiya şikayəti verildiyindən, iddiaçının kassasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, daxil olmuş məktubu nəzərdən keçirib hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməli, qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasi ya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də mülki iş kasasiya baxışından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)6651/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikasındakı Filialının verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-1556/2021 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6651/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar