Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1556/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2025-ci il tarixli 2(103)-702/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı və Birlik) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04873xx/xx-2022 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə" əsasında iddiaçı cavabdehin fərdi yaşayış evini keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə istifadə olunan qaz miqdarına görə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan ünvana **********00071 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır.
2. Birliyin işçiləri tərəfindən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edi lmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında iddiaçıya 1188 manat, xx.xx.2021-cü il tarixli ******* nömrəli akt əsasında 475,20 manat, xx.xx.2022-cü il tarixli ******* nömrəli akt əsasında 1399,68 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 1088,64 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 483,84 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 3628,80 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Cavabdeh barəsində "Azəriqaz" İB-nin Bakı Regional Qazın satışı Departamentindən daxil olmuş müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin icraat çərçivəsində cavabdeh izahat verərək, 2021-ci il tarixdə maddi durumu ilə əlaqədar qaz borusuna müdaxilə edərək sayğacdan kənar xətt çəkdiyini etiraf etmiş, lakin iddiaçının nümayəndələri tərəfindən bu hal aktlaşdırıldıqdan və bununla bağlı yazılmış cərimə ödənildikdən sonra tərəfindən qaz xəttinə heç bir müdaxilənin edilmədiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Birliyə vurulmuş 8049,16 manat məbləğində zərərin və 100,50 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 8149,66 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdeh istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii qazdan istifadə qaydaların pozulması haqqında" aktlar tərtib edilmişdir. İddiaçıya cəmi 8264,16 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 1188 manat zərərdən 215 manat ödəniş etmişdir. Beləliklə, cavabdeh in iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldo üzrə ümumi 8049,16 manat təşkil etməkdədir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(008)- 3644/2024 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın qismən təmin edilməsi, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 973manat məbləğində zərərin və 12,06 manat dövlət rüsumunun, cəmi 985,06 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 7.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Birlik qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması m əsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə etməsi, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar təqdim olunmadığından, məhkəmə hesab etmişdir ki, iddia xx.xx.2022-cü il tarixli, ******* nömrəli akta, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən dəymiş zərərin cavabdehdən tutulması hissəsində rədd edilməlidir.
8. Məhkəmə digər iki akta (xx.xx.2021-ci il və xx.xx.2021-ci il) münasibətdə hesab etmişdir ki, iddia qismən, yəni yalnız qanunsuz qoşulmanın aşkar olunması faktına görə ilk tərtib olunmuş akt üzrə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 14-cü Polis şöbəsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Cavabdeh 2021-ci ildə hazırda yaşadığı ünvanda maddi durumu ilə əlaqədar yaşadığı evin hasarının qabağı ilə gedən qaz borusuna müdaxilə edərək oradan evə sayğacdan kənar qaz xətti çəkmişdir. Lakin iddiaçının işçiləri tərəfindən həmin qaz xəttinə müdaxilə aşkarlanaraq protokol və cər imə yazılmışdır. Həmin cərimə ödənildikdən sonra onlar tərəfdən qaz xəttinə heç bir müdaxilə olunmamışdır. Belə ki, cavabdeh həmin hissədə iddianı etiraf etmişdir. Lakin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1.188 manatdan 215 manat cavabdeh tərəfindən ödənilmişdir. Odur ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 973 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1097-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 81-ci, 88-ci, 107-ci, 119.1-ci, 217.4-cü, 220.4-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 13.8-1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, x x.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 10.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Birliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu, HMO-nın qərarı) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfind ən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Birliyin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Bir liyin mütəxəssisləri tərəfindən hesablanmış, bu zaman mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2 2(103)-702/2025 nömrəli, 9 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.V.Abdıyev (sədrlik edən və məruzəçi), E.C.Kazımov və C.C.Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan maddi zərərin, ödənilmiş dövlət rüsumunun və ümumi borcun məbləği hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi olaraq 1.331,56 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,32 manat, c əmi 1.364,88 manat məbləğində pul tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real ola raq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə iddiaçının əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.
14. Kollegiya hesablanmış zərərin məbləği ilə razılaşma yaraq qeyd etmişdir ki, aktlar 2 aylıq intervalla tərtib edilsə də, bütün bu cihazların günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Bu da öz növbəsində aktlar və onun əsasında qəbul edilmiş qərarlarda əks olunmuş məlumatların mötəbərliyini, aparılmış hesablamanın isə düzgünlüyünü şübhə altına alır.
15. Bu səbəbdən məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixli akt və onun əsasında qəbul edilmiş qərarla aparılmış hesablama ilə razılaşmamış və hesab etmişdir ki, PQ-4-ün və QSSQ-in orta günlük iş rejimi 12 saat, 2 ədəd dəmir sobanın orta günlük iş rejimi isə 24 saat üzrə hesablanmalıdır. Hər bir halda, evdə istiliyin təmin edilməsi baxımından ilin soyuq ayı olan dekabr ayında dəmir sobadan fasiləsiz istifadə edilir. Bu qaydada aparılmış hesablama nəticəsində cavabdehin həmin müddət ərzində təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə etdiyi üçün iddiaçıya (1,2 x 12 x 30 = 432 m3 + 1,5 x 24 x 30 = 540 m3 + 2016 m3 = (432 m3 + 540 m3 + 2016 m3) 2.988 m3 x 0,12 qəpik = 358,56) 358,56 manat məbləğində maddi zərər vurduğu müəyyən edilir ki, bu məbləğdə cavabdehdən iddiaçının xeyrinə tutulm alıdır. Bakı şəhəri Sabunçu RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərar isə həm müddət, həm də mahiyyət etibarı ilə bu akt üzrə maddi zərərin tutulmasının qarşısını almır. 16.Məhkəmə kollegiyası digər 4 aktla (xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2023-cü il) bağlı qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən Qanunun 13-cü maddəsinə 8-1-ci hissə əlavə edilmişdir. Bu dəyişikliyə dair Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vur ulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir. Lakin cavabdeh tərəfindən bu prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, həmin vaxt aktların bir nüsxəsi nə iddiaçıya (həmin aktlarda bu barədə ümumiyyətlə hər hansı qeyd aparılmamışdır), nə də ki, aidiyyəti orqana təqdim edilmişdir. Buna baxmayaraq, bu aktlar və onların əsasında hesablanmış zərər məbləği cavabdehin abonent hesabına daxil edilmişdir. 1 7.Yalnız xx.xx.2023-cü il tarixli akt tərtib edildikdən sonra iddiaçı tərəfindən məsələ ilə bağlı Bakı şəhəri Sabunçu rayon Polis idarəsinə müraciət edilmiş və onun müraciəti əsasında həmin qurum tərəfindən aparılmış araşdırma ilə cavabdehin qanunsuz olaraq qaz xətti çəkmədiyi, təbii qazdan qanunsuz istifadə etmədiyi müəyyən edilmişdir. Qeyd edilmişdir ki, cavabdeh ona məxsus olan fərdi yaşayış evində təbii qazdan iddiaçı rəsmi icazə verdikdən sonra çəkilmiş qaz xətləri və quraşdırılmış qaz sayğacı üzrə istifadə etmişdir. Bu səbəbdən toplanmış materialda AR CM-nin 189-1-ci (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) maddəsinin tərkib əlamətləri yaranmamış, AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməlidir. Araşdırmanın nəticələri üzrə xx.xx.20 24-cü il tarixdə qəbul edilmiş qərarla da iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Başqa sözlə, sonuncu akt tərtib edildikdən sonra qeyd edilən qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə uyğun olaraq iddiaçı həmin aktın surətini cinayət təqibi orqanına təqdim etsə də, aparılmış araşdırma zamanı həmin orqan tərəfindən cavabdehin qazın talamasında təqsirli olması müəyyən edilməmişdir. Bu da öz növbəsində qeyd edilən 4 akt üzrə (xx.xx.2022-ci il, xx.xx.2022-ci, xx.xx.2022-ci il və xx.xx.2023-cü il) iddiaçının cavabdehdən hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir. Bu səbəbdən iddiaçı tərəfindən tərtib edilmiş bu aktlar və onlar əsasında qəbul edilmiş qərarlar hər hansı mötəbərliyə malik deyil, hü quqi nəticə etibarı ilə etibarsızdır və cavabdehə məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır. 18.Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2, 11, 13 və 20-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 19.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin təmin olunmayan hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. 20.Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 22.Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dö vriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 24.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 26. 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvə l sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 27.6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tə dbirlər görülməlidir; 28.11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 29. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz pa ylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habe lə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 30. 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə q ismən, dəymiş zərərin məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2025-ci il tarixli 2(103)- 702/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.