Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1557/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10960/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Rəna Qafarova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “şərə f və ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, qanunsuz olaraq işdən məhrum olunması nəticəsində dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə ddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail rayon nəhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdehnə qarşı “şərəf və ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, qanunsuz olaraq, işdən məhrum olunması nəticəsində dəyən maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunma ğının qanunsuz hesab edilərək, işləməkdən mərhum edilmiş bütün vaxt üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hazırkı günə qədər orta aylıq əmək haqqı dəyərində 30000 manat maddi və 20000 manat isə mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, onun şərəf və ləyaqətini alçaldan məlumatlar verdiklərinə görə onların təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və məcbur edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdən o, Azərbaycan Pedaqoji Universitetin Yaş və pedaqoji psixologiyası kafedrasının dosenti vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “2 b” bəndinə əsasən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarix dən o, heç bir yerdə işləmir. İşlə bağlı hansı müəsissəyə müraciət etsə də, onun ADPU ilə məhkəmə çəkişməsinin olmasını və bunun üçün də işlətəmin etmədiklərini bildirirlər. Hesab edir ki, işdən azad olunması qanunsuz və əsassızdır. Əvvəllər işlədiyi Azərbaycan Müəllimlər İnstitutu Azərbyacan Pedaqoji Universiteti ilə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Sərəncamına əsasən birləşdirilib və o, öz elmi-pedaqoji fəaliyyətini Pedaqoji Universitetdə müəllim kimi davam etdirmişdir. 2016-cı ildə rəhbərlik bütün professor-müəllim heyətinə müsabiqədən keçmək şərti ilə bir illik əmək müqaviləsi bağlamağı təklif etmiş və bağlanmış əmək müqaviləsi 2017-ci il 15 sentyabr tarixdə bitmişdir. Əmək müqaviləsinə imza etməmişdir. Bağlanan əmək müqaviləsi Prezidentin sərəncamın ı kobud surətdə pozmaq deməkdir. Cavabdeh təqsiri üzündən qanunsuz olaraq, işləməkdən mərhum olmuşdur. Bundan əlavə işsiz qaldığı bu müddət ərzində səhhətilə əlaqədar əsəb, ürək xəstəliyi ilə bağlı həkimə müraciət etmiş, hal-hazırda əməliyyata ehtiyacı var. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli v ə obyektiv araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh rektorunun xx.xx.2017-ci il tarixli, 838-k nömrəli əmrinə əsasən Yaş və pedaqoji psixologiya kafedrasının dosenti İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddəti bitdiyi üçün xx xxxxxxxx 2017-ci il tarixdən xitam verilmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X7 və X8 məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektorunun və iddiaçı kimi adları keçən dekanların şərəf və ləyaqətini ləkələyən, y alan və böhtan xarakterli məlumatların İddiaçı tərəfindən “Minval.az” saytında təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və “Minval.az” internet qəzetinə yalan məlumatlar verən İddiaçı onlara dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat tutularaq ADPU-nun tələbələrinin təqaüd fonduna köçürülməsi barədə qətnamə çıaxrılmasını xahiş etmişlər. Qətnaməyə əsasən iddiaları qismən təmin edilmiş, “Azərbaycanlı pedaqoq korrupsiya və insan hüquqlarının pozulması haqqında” başlığı altında “minval.az” internet qəzetində dərc edilmiş iddiaçılar X1 Şəhla Qasım qızının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, yalan və böhtan xarakterli məlumatların həmin internet saytında təkzib edilməsinin İddiaçı həvalə edilməsi qət olunmuşdur. İddiaçı hazırki tələbində qanunsuz işdən çıxarıl dığına görə işdən məhrum olduğu müddət üçün 30000 manat maddi və 20000 manat mənəvi ziyanın tutulmasını, eyni zamanda şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə zərərin ödənilməsi tələbi işçinin qanunsuz işdən çıxarılmasından irəli gəlir. Buna görə də ilk əvvəl işçinin qanunsuz işdən çıxarılması faktı yoxlanılmalıdır. İddiaçı ilə cavabdeh arasındakı əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddəti bitdiyi üçün xitam verilmişdir. Lakin iddiaçı həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirməmiş, hazırda da mübahisələndir mir və əmr qüvvədədir. İşçinin qanunsuz işdən çıxarılması faktı təsdiq olunmadığı üçün qanunsuz işdən məhrum olduğu müddət üçün zərərin ödənilməsi tələbi təmin oluna bilməz. Bundan başqa, iddiaçı cavabdehin onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması ilə bağlı hər hansı sübut təqdim etmədiyi üçün işə baxan birinci instansiya məhkəməsi bu hissədə də iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə istinad edərək, 1 illik iddia müddətini tətbiq etmişdir. Həmin maddəyə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Ap ellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə zərərin ödənilməsi tələbi işçinin qanunsuz işdən çıxarılmasından irəli gəlir. Lakin iddiaçı bunu mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, işçi xx.xx.2017-ci il tarixli əmr ilə işdən çıxarılmış və pozulmuş hüquqlarının məcburi qaydada məhkəmə vasitəsi ilə müdafiəsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Nə qədər ki, i ddiaçı işdən çıxarılmasının qanunsuz olması halını vaxtında mübahisələndirməmiş və həmin əmr qüvvəsindədir, onda işdən çıxarmanın qanunsuz hesab olunaraq iddiaçının zərərlə bağlı iddiasını təmin etmək mümkün deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində g östərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti t əmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10960/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1557/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1557/2020
16.03.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver