Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1558/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipotekaya yönəltmə) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 03 mart 2007-ci il tarixli, X saylı kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh1 240 ay müddətinə, aylıq illik 5 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 33.000 (otuz üç min) manat məbləğində kredit verilmişdir.
2. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. 3. 01 iyun 2007-ci il tarixli, X saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1, mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisini ipoteka ilə yüklü edərək İddiaçı-nin tələb hüququna təminat vermişdir.
4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, b orcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
5. Bank 02.12.2016-cı ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 03 mart 2007-cı il tarixli X saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22067.77 manat məbləğində əsas kredit borcu, 585.22 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 18.78 manat məbləğində cərimə olmaqla, cəmi 22671.77 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, xində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçıyə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. İddiaçı i şin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh, müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
8. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişlər. 9. “xxxx” MMC-nin Ç-346 saylı, 13.04.2018-ci il tarixli mənzilin qiymətləndirilmə hesabatına əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, xində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisinin hərracda ilkin satış qiyməti 53.000 manat təşkil edir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Rza yev) 25 may 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 03 mart 2007-cı il tarixliX saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 22067.77 manat məbləğində əsas kredit borcunun, 585.22 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 18.78 manat məbləğində cərimə olmaqla, cəmi 22671.77 manat pulun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi Cavabdeh1 məxsus olan İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, xində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisinə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymət inin 53.000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) 03 sentyabr 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, x saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razıla şmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cəmi borc məbləğini və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli olduğu halda, işə baxan məhkəmələr bunu etməmiş və yanlış nəticəyə gəlmişlər. İpoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. İş üzrə ipoteka predmeti olan ev hərracda satıldıqdan sonra yaşayış sahəsindən çıxarma yeni mülkiyyətçiyə aid hü quq olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbi q edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
20. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
21. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
22. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıd ırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
25. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
26. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
27. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, hər hansı iddia tələbi üzrə hüq uqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyi ni icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağına ipoteka müqaviləsi ilə təminat verilmişdir. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, iddiaçının borcun faizləri ilə birlikdə cavabdehdən tutulması və ipoteka predmetinə yönəldilməsi tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 19-27). Cavabdehin etirazları isə iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə olmamışdır. Ona görə də, iddia tələblərinin qeyd edilən həcmdə təmin edilməsi barədə məhkəmələ rin qənaəti qanuni və əsaslıdır.
35. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, cavabdeh borc məbləğlərinin yalnış hesablanmasına və mühasibatlıq ekspertizasının keçirilməsi zərurətinə dair mötəbər sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir.
36. Bundan əlavə, iş üzrə əmtəəşünaslıq ekspertizası keçirilərək ipoteka predmetinin ilkin satış qiymətinə dair rəy alınmışdır. Kollegiya nəzərə alır ki, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
37. Digər tərəfdən iddiaçının ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boş aldılması tələbi birinci instansiya instansiya məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir.
38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.