Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1558/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1558/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 2(103)-7728/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Dövlət Sosial X15 Hüquqi Şəxsi (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09/11-994 saylı, xx.xx.2016-ci il tarixli əmri ilə Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin pensiya, sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə stajçı kimi işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli əmrlə ona 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.
2. İşəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondu X14in İdarə Heyətinin sədri X3 xx.xx.2020-ci il tarixli, **********6 saylı əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən 3 (üç) ay müddətinə Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
3. İşəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in İdarə Heyətinin sədri X6 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsinə əsasən, işçi İddiaçı 1 ay sınaq müddəti müəyyən edilməklə xx.xx.2020-ci il tarixdən 3 ay müddətinə Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş dir.
4. İddiaçı xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.2021-ci il tarixdə “sol baldır sümüyünün yerdəyişmə ilə sınığı” kimi odlu silahla yaralanmış və ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır.
5. İddiaçı Dövlət Sosial Müdafiə Fondu X14in İdarə Heyətinin sədri Himalay Məmisovun xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinə əsasən, müddət göstərilmədən 04 dekabr 2020-ci il tarixindən Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir.
6. İddiaçı Dövlət Sosial Müdafiə Fondu X14in İdarə Heyətinin sədri Himalay Məmiso vun xx.xx.2021-ci il tarixli, **********1 saylı əmrinə əsasən, müddət göstərilmədən 27 dekabr 2021-ci il tarixindən Fondun Gəncə-Daşkəsən regional Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir.
7. İddiaçı Dövlət Sosial Müdafiə Fondu X14in İdarə Heyətinin sədri Himalay Məmisovun xx.xx.2022-ci il tarixli, **********3 saylı əmrinə əsasən, xx.xx.2022-ci il tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə ə mək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə X1 barəsində olan xx.xx.2020-ci il tarixli **********9 saylı və xx.xx.2022-ci il tarixli **********3 saylı əmrlərinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılarkən tutduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifəyə təyin edilməsi, ona xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə hərbi xidmətə çağırılana qədər daşıdığı vəzifə üçün müəyyən edilm iş orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə, ona qarşı ayrı-seçkilik edərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı cavabdeh orqanın nöqsana yol vermiş əməkdaşlarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, hələ müalicə müəssisəsində olarkən onu heç bir əsas olmadan aşağı vəzifəyə salmışlar və işə çıxdığı ilk gün isə əmək müqaviləsi cavabdeh işəgötürən tərəfindən ləğv edilmişdir. Hesab edir ki, sosial mənsubiyyətinə (əlilliyinə) görə tutduğu vəzifədən azad edilmişdir. Hərbi xidmətdən bu raxılmamış, yəni xx.xx.2020-ci il tarixdə aşağı vəzifəyə, böyük mütəxəssis təyin edildiyi vaxt heç bir əmək müqaviləsinə qol çəkməmiş, həmin müqavilənin müddətli və ya müddətsiz bağlanması onun iradəsini ifadə etməmişdir. Onun tutduğu vəzifənin xarakteri daimi xarakterli olduğu üçün onunla bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmamalı idi. Onun vəzifəsinin aşağı salınması əmək müqaviləsinə dəyişiklik hesab edilir ki, həmin dəyişiklik xx.xx.2020ci il tarixdə işəgötürən tərəfindən onun razılığı olmadan həyata keçirilmişdir ki, bu da tamamilə Əmək Məcəlləsinin tələblərinə ziddir. 2-ci qrup Qarabağ əlilidir. Qanunun qadağan etdiyi şəxslə əmək müqaviləsinə xitam verilməsi də Əmək Məcəlləsinin tələblərinə ziddir.
10. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, idd iaçının işlədiyi bütün müddətlər ərzində ona əmək haqqı vəzifəsinə uyğun olaraq tam miqdarda ödənilmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən əmək münasibətlərinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş və buna dair xx.xx.2022-ci il tarixli əmr verilmişdir. Məlumdur ki, müddət bitdikdə işəgötürən tərəfindən əmək münasibətlərinin davam etdirilməsi və ya əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququdur. İşəgötürən isə öz hüququndan istifadə edərək əmək münasibətlərini davam etdirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır.
11. Daha sonra, cavabdeh iddia tələbinə iddia müddətin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçm əsinə görə iddia təmin edilməməlidir. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və bu hal ona həmin gün məlum olmuşdur. Belə ki, həmin tarixdən etibarən iddiaçı işə getməmiş, ona son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi şifahi izahatında da işdən azad olunması halının ona xx.xx.2022-ci il tarixdə məlum olduğunu bildirmiş və iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Lakin, iddiaçı 1 təqvim ayı ərzində rayon məhkəməsinə müraciət etməmiş, daha sonra mediasiyaya müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ona xx.xx.2022-ci il tarixdə verilmiş, Yasamal Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, 1 aylıq iddia müddəti ötürüldükdən sonra təqdim olunmuşdur.
12. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia müddətin tətbiq edilməsinə dair ərizəyə etiraz edərək bildirmişdir ki, ərizə məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixdə yekunlaşdıqdan sonra təqdim edilib. İddiaçı dövlət qulluqçusu kimi işə qəbul olub və dövlət qulluqçularının əmək mübahisələrinə inzibati orqan baxır. Ona görə də ilk iddia ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini icraata götürərək iclas təyin etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə cavabdeh təşkilatın publik hüquqi şəxs olduqları barədə sənəd təqdim edərək aidiyyət qaydalarının pozulmasına görə iddianın mümkün sayılmaması haqında 2-1(114)1231/2022 saylı, 26 may 2022-ci il tarixli qərardad qəbul edilmişdir. Bundan sonra mediasiyaya müraciə t edilmiş və müvafiq mediasiya arayışı xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddəti ötürülməmişdir.
13. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə əlavə dəyişikliklər adı altında təqdim edilmiş bir- birinə zidd olan iki razılaşma vardır ki, onlardan biri xx.xx.2020-ci il tarixli razılaşma ümumiyyətlə surət olmaqla əsli təqdim edilməmiş, digər razılşma isə original olsa da, cavabdeh tərəfindən saxtalaşdırılmışdır. Belə ki, həmin sənədin ilkin səhifəsi cavabdehin mülahizələri əsasında sonradan tərtib olunmuş, ikinci vərəqi isə onunla bağlanmış köhnə müqavilənin sonuncu vərəqi olaraq həmin razılaşamaya əlavə edilmişdir. Məhz bu səbə bdən də, cavabdeh nə tərəflər arasında bağlanmış ilkin əmək müqaviləsini, nə də guya bağlanması iddia olunan xx.xx.2020-ci il tarixli razılaşmanın əsillərini məhkəməyə təqdim etməmişdir. Tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X4 müraciət edilərək, Fondda müvafiq vəzifəyə keçirilməsinə etiraz etməməsinə dair ərizəsi isə cavabdeh tərəfin iddia etdiyi kimi, 2020-ci il tarixdə deyil, tərəfindən, səhhətində müsbətə doğru irəliləyişlər getdikdən sonra müxtəlif vaxtlarda müxtəlif orqanlara tutduğu vəzifədən qanunsuz olaraq aşağı vəzifəyə keçirilməsinə dair etdiyi şikayətlərin nəticəsində cavabdeh quruma dəvət olunaraq onu əvvəlki vəzifəsinə, yəni şöbə müdiri vəzifəsinə bərpa edəcəkləri, lakin buna dair də ərizə verməli olduğu qeyd edildiyi zaman, yəni t əxminən 2021-ci ilin axırlarında verilmiş ərizədir. Həmin ərizədə müvafiq vəzifə dedikdə isə elə məhz köhnə şöbə müdiri vəzifəsi nəzərdə tutulmuşdur.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3738/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin edilərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmrinin ləğv, xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmrinin isə qismən, yəni iddiaçıya aid hissəsində ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə i ddiaçıya məcburi işburaxma müddəti (mütəxəssis vəzifəsi üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-də iddiaçının təyin olunduğu Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsi üzrə göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğundan, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən, əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına əsas olan hallar olmadığından, bu səbəbdən də, əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olmasına baxmayaraq, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunveric iliyinin tələblərinə zidd olmuşdur.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmədən hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2-1(114)-1231/2022 saylı, 26 may 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra iddiaçı mediasiyaya müraciət etmiş, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmədiyindən. xx.xx.2022-ci il tarixdə müvafiq arayış verilmiş və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə cavabdehin hüquqi ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
17. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh qurumun nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə hazırlıq iclası keçirildikdən və mülki iş baxışa təyi n edildikdən 1 gün sonra elektron məhkəmə sisteminə yüklənilmişdir. Belə ki, cavabdeh qurumun nümayəndələri müvafiq məhkəmə hazırlıq iclaslarında (bir neçə dəfə keçirilmiş) iştirak edərək onlar tərəfindən iddiaya ümumi etiraza dair ərizələr təqdim edilsədə, iddia müddətin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilməmiş, həmçinin elektron sistemə yüklənilməmişdir.
18. Məhkəmə eyni zamanda cavabdehin, iddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X4 müraciət edilərək, Fondda müvafiq vəzifəyə keçirilməsinə etiraz etməməsinə dair ərizəsi əsasında onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı istinad etdiyi dəlilə tənqidi yanaşaraq, ilk növbədə qeyd edir ki, həmin ərizədə ümumiyyətlə tarix göstərilməməklə, keçirilməli olduğu vəzifə də, dəqiq qeyd edilm əmiş, iddiaçının yalnız müfaviq vəziyəyə keçirilməsinə etiraz etmədiyi göstərilmişdir.
19. Cavabeh tərəf bu ərizənin, iddiaçı tərəfindən guya, iddiaçının məhz Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi zamanı verildiyini iddia etsə də, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, bunun əksi olaraq işin araşdırılmış halları ilə iddiaçının, ümumiyyətlə həmin müddətdə hərbi xidmətdə olmaqla, həmin tarixlərdə isə xəstəxanada əməliyyat və müalicə olunması müəyyən edilmişdir. İddiaçı isə həmin ərizənin onun tərəfindən, tutuduğu vəzifədən əsassız və qanuzsuz olaraq aşağı vəzifəyə keçirilməsi ilə bağlı müxtəlif qrumlara etdiyi şikayətlərdən sonra cavabdeh təşkilat tərəfindən idarəyə dəvət olunaraq, onu ə vvəlki şöbə müdüri vəzifəsinə keçirəcəklərini və buna dair də, ərizə verməli olduğunu bildirmələrindən sonra, tərəfindən yazıldığını və həmin ərizədə müvafiq vəzifə dedikdə, məhz əvvəlki vəzifəsini nəzərdə tutduğunu bildirmişdir. Məhkəmə iddiaçının bu dəlillərini işin hallarına uyğun sayaraq inandırıcı hesab etmişdir.
20. Bununla yanaşı iş materilları ilə o da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qurum arasında imzalandığı iddia olunan işəgötürənin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X5 və işçi İddiaçı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin olmasına dair razılıq da, birində tarix ümumiyyətlə göstərilməyərək və surət olmaqla iki ayrı-ayrı sənədlərdən ibarətdir.
21. İd diaçı, onunla cavabdeh qurum arasında xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin olmasına dair hər hansı bir razılığın ümumiyyətlə imzalanmamasını, təqdim olunan razılığın isə, birinin ikinci vərəqində olan orijinal imzanın onunla cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin sonuncu vərəqinin olması, cavabdeh tərəfindən isə aralarında guya imzalandığı iddia olunan sənədin, yəni razılığın birinci vərəqinin sonradan tərtib olunaraq, ikinci vərəqinə isə xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin sonuncu səifəsinin əlavə olunduğunu, tərəflərindən məhkəməyə həmin sənədlərin orijinallarının da, məhz bu səbbədən təqdim edə bilməmələrini bildirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən isə sənədlər arasında olan ziddiyyətlərlə baglı tutarlı izah at verilməmiş və buna dair məhkəməyə sübutlar təqdim edilməyərək, sənədlərin əslləri itirildiyindən onları məhkəməyə təqdim etmək iqtidarında olmadıqlarını bildirmişdir. Məhkəmə cavabdeh tərəfin qeyd edilən sübutlarına tənqidi yanaşmışdır.
22. Məhkmə bu qənaətə gələrkən həmçinin hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda hərbi əməliyyatlarda iştirakı, dəfələrlə dövlət tərəfindən mükafatlandırılması xəsarət alması və uzun müddət müalicə olunması da, nəzərə alınmalıdır.
23. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 12-ci maddəsinin i) bəndinə, 16-ci maddəsinin 1-ci hissəsinə, 45, 47, 59-cu, 46-cı maddəsinin 6-cı hissəsinə, 49-cu maddəsinin 1-ci hissəsinə, 68 –ci, 77-ci maddəsinin 9-cu hissəsinə, 78, 79-cu maddəsinin 3-cü hissəsinə 82, 288, 292-ci maddəsinin 2-ci hissəsinə, 294-cü maddəsinin 5-ci hissəsinə, 295, 297-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 296-cı maddəsinin 4-cü hissəsinə, 296-cı maddəsinin 6-cı hissəsinə, 294-cü maddəsinin 7-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 89.1, 89.3, 89.4, 154.1, 154.2.4, 154.2.5-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanılmasının səbəbi 2020-ci ilin iyulundan etibarən Fondda başlanmış struktur islahatlar nəticəsində Fondun regional filiallarında təyinat funksiyalarının mərkəzləşdirilməsi olmuşdur. Belə ki, xx.xx.2020 tarixli, **********1 №li Qərarın 7.2 bəndinə əsasən regional filialların təyinat funksiyalarının mərhələli şəkildə mərkəzləşdirilməsi prosesi başlanılmış, xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarla iddiaçının çalışdığı Fondun Gəncə şəhəri və ətraf rayonlar üzrə təyinat funksiyası onlardan alınaraq Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi fililalına (Bakı şəhəri) həvalə edilmişdir. Zərurət yarandığı təqdirdə Fondun mərkəzləşmə ilə bağlı islahatlar barədə müvafiq qərarları məhkəməyə təqdim edilə bilər. Qeyd olunan struktur islahatlar qabaqcadan planlaşdırıldığından, iddiaçının əmək funksiyasının müvəqqəti xarakterə malik olduğu bəlli idi və bu səbəbdən onunla əmək müqaviləsi müddətli bağlanılmışdır. Həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçıya şöbə müdirindən böyük mütəxəssis vəzifəsinə keçirilməsi məlum olduğu halda o, müvafiq vəzifəyə keçirildiyi tarixdən (yəni xx.xx.2020-ci il) iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək bu halı mübahisələndirməmişdir. İddiaçı müqaviləsinə xitam verildikdən sonra bu halı mübahisələndirmişdir. İddiaçının müvafiq vəzifəyə keçirilməsi halı ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməli idi. 1 il 3 ay həmin vəzifədə qalmaqla əməkhaqqı almış, bu hal mübahisələndirilməmiş və məhz bu səbəbdən də iddiaçı qanunvericilikdə nəzərə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı işdən azad edilərkən (xx.xx.2022) Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxs olduğunu bilmiş, buna baxmayaraq “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək əvəzinə, Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının Gəncə İnzibati Məhkəməsinə müraciət etdiyi tarixdə mediasiyaya heç bir müraciəti olmamışdır. Belə ki, yalnız mediasiya qurumuna müraciət edəcəyi təqdirdə iddiaçının prosessual müddətinin axımı dayandırıla bilərdi. İlkin mediasiyaya müraciət isə, əmək müqaviləsinə xitam verilməsindən 3 ay sonra baş tutduğu üçün iddia tələbi üzrə prosessual müddətlər ötürülmüşdür. İddiaçıya aid xx.xx.2020-ci il tarixli əmək müqaviləsi, sözügedən əmək müqaviləsi nə edilmiş əlavə və dəyişikliklər, əmrlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə qətnaməsində təqdim edilmiş sənədlərdə ziddiyyətlər olduğu, müqavilələrin sonuncu səhifələrinin xx.xx.2020-ci il tarixli müqavilənin sonuncu səhifəsi olduğu bu səbəbdən də təqdim edilmiş sübutlara tənqidi yanaşıldığı qeyd edilmişdir. Lakin təqdim edilən müqavilələrin sonuncu səhifələri arasında eynilik müəyyən edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliklər barədə müqavilələrin biri Dövlət Sosial Müdafiə Fondunun 03 dekabr 2020-ciil tarixli **********9 nömrəli əmrinə əsasən İddiaçı Fondun 18 saylı Regional Ərazi Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi üzrə, digəri isə Fondun 27 dekabr 2021 -ci il tarixli **********1 nömrəli əmrinə əsasən İddiaçı Fondun Gəncə-Daşkəsən regional filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi üzrə dəyişikliyi nəzərdə tutan müqavilədir. Məhkəmə tərəfindən qeyd edilən - faktın hansı əsaslarla sübuta yetirilməsi müəyyən edilməmiş, bununla bağlı kifayət qədər araşdırma aparılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin sözügedən qətnamə ilə iddiaçının böyük mütəxəssis kimi müqaviləsinə xitam verilməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə o, şöbə müdiri vəzifəsinə işə bərpa edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7728/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı dövlət orqanı olan Azərbaycan Respublikası ƏƏSMN-nin xx.xx.2016-ci il tarixli əmri ilə Nazirliyin yanında DSMF-nun Kəlbəcər rayon şöbəsinin pensiya, sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə ƏƏSMN-nin tabeliyində Nazirlik yanında DSMF-nun əsasında DSMF X14in yaradılması ilə əlaqədar, xx.xx.2020-ci il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsi əsası nda göstərilən xidmətin daimi xarakterli olmasına baxmayaraq, 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.2021-ci il tarixdə saat baldır nahiyəsindən yaralanmış və ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X3 xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ilə iddiaçı hərbi xidmətdə olduğu dövrdə, razılığı alınmadan Fondun Kəlbəcər rayon Filialını n Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X3 xx.xx.2022-ci il tarixli **********3 saylı əmri ilə Fondun Gəncə-Daşkəsən regional filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi İddiaçı həmin tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia müddətini ötürmədən hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2-1(114)-1231/2022 saylı, 26 may 2022-ci il tarixli qərard adı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra iddiaçı mediasiyaya müraciət etmiş, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmədiyindən. xx.xx.2022-ci il tarixdə müvafiq arayış verilmiş və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə cavabdehin hüquqi ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
28. Apellyasiya instansiya məhkəməsi həmçinin, cavabdehin, İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X4 müraciət edilərək, Fondda müvafiq vəzifəyə keçirilməsinə etiraz etməməsinə dair ərizəsi əsasında onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı qeyd etmişdir ki, həmin ərizədə ümumiyyətlə tarix göstərilməməklə, keçirilməli olduğu vəzifə də, dəqiq qeyd edilməmiş, iddiaçının yalnız müfaviq vəzifəyə keçirilməsinə etiraz etmədiyi göstərilmişdir. Cavabeh tərəf bu ərizənin, iddiaçı tərəfindən guya, iddiaçının məhz Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi zamanı verildiyini iddia etsə də, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, bunun əksi olaraq işin araşdırılmış halları ilə iddiaçının, ümumiyyətlə həmin müddətdə hərbi xidmətdə olmaqla, həmin tarixlərdə isə xəstəxanada əməliyyat və müalicə olunması müəyyən edilmişdir. İddiaçı isə həmin ərizənin onun tərəfindən, tutuduğu vəzifədən əsassız və qanuzsuz olaraq aşağı vəzifəyə keçirilməsi ilə bağlı müxtəlif qurumlara etdiyi şikayətlərdən sonra cavabdeh təşkilat tərəfindən idarəyə dəvət olunaraq, onu əvvəlki şöbə müdüri vəzifəsinə keçirəcəklərini və buna dair də ərizə verməli olduğunu bildirmələrindən sonra, tərəfindən yazıldığını və həmin ərizədə müvafiq vəzifə dedikdə, məhz əvvəlki vəzifəsini nəzərdə tutduğunu bildirmişdir. Bununla yanaşı iş materilları ilə o da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qurum arasında imzalandığı iddia olunan işəgötürənin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X5 və işçi İddiaçı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin olmasına dair razılıqda birində tarix ümumiyyətlə göstərilməyərək və surət olmaqla iki ayrı-ayrı sənədlərdən ibarətdir.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni n işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin dəyişdirilməsi üçün əsasların olmaması qənaətinə gəlmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. Qətnamədən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, tərəflər əmək münasibət lərində olmuşdular. Müqavilə müddəti bitdikdən sonra işəgötürən müqavilə müddətinin uzadılmasına təşəbbüs göstərməmiş, işçinin müqaviləsinə xitam vermişdir. İşçi iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Müraciətində hətta bundan əvvəl mübahisələndirmədiyi halda barəsində olan əmrləri də mübahisələndirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəməyə iddia tələbinə iddia müddətin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsinə görə iddia təmin edilməməlidir.
33. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon filialına şöbə müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə Fondun 18 saylı regional ərazi filialına böyük mütəxəssis keçirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddənin “b” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən hal iddiaçıya həmin tarixdə məlum olmuşdur. Belə ki, həmin tarixdən etibarən iddiaçı işə getməmiş, ona son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının əvvəlc ə struktur dəyişikliyi ilə əlaqədar başqa vəzifəyə keçirilməsi həmin vəzifəyə keçirildiyi xx.xx.2020-ci il tarixdə (öz əlyazması ilə razılığı da vardır) və eləcə də əmək münasibətlərinə xitam verilməsi halı ona xx.xx.2022-ci il tarixdə məlum olmuşdur. Hətta məhkəmə iclası zamanı verdiyi şifahi izahatında da işdən azad olunması halının ona xx.xx.2022-ci il tarixdə məlum olduğunu bildirmiş və iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Lakin, iddiaçı 1 təqvim ayı ərzində rayon məhkəməsinə müraciət etməmiş, daha sonra mediasiyaya müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ona xx.xx.2022-ci il tarixdə verilmiş, Yasamal Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, 1 aylıq iddia müddəti ötürüldükdən sonra təqdim olunmuşdur. Hətta onun Gəncə İnzibati Məhkə məsinə müraciət etməsini qəbul etsək belə qanunvericiliyin tələbinə görə əvvəlcə Mediasiyaya sonra məhkəməyə müraciət etməli idi.
34. İddiaçıya şöbə müdirindən böyük mütəxəssis vəzifəsinə keçirilməsi məlum olduğu halda o, müvafiq vəzifəyə keçirildiyi tarixdən (yəni xx.xx.2020-ci il) iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək bu halı mübahisələndirməmişdir. İddiaçı müqaviləsinə xitam verildikdən sonra bu halı mübahisələndirmişdir. İddiaçının müvafiq vəzifəyə keçirilməsi halı ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməli idi. 1 il 3 ay həmin vəzifədə qalmaqla əməkhaqqı almış, bu hal mübahisələndirilməmiş və məhz bu səbəbdən də iddiaçı qanunvericilikdə nəzərə tutulmuş iddia müddətini ötürmüşdür. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı işdən azad e dilərkən (xx.xx.2022) Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxs olduğunu bilmiş, buna baxmayaraq “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək əvəzinə, Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının Gəncə İnzibati Məhkəməsinə müraciət etdiyi tarixdə mediasiyaya heç bir müraciəti olmamışdır. Belə ki, yalnız mediasiya qurumuna müraciət edəcəyi təqdirdə iddiaçının prosessual müddətinin axımı dayandırıla bilərdi. İlkin mediasiyaya müraciət isə, əmək müqaviləsinə xitam verilməsindən 3 ay sonra baş tutduğu üçün iddia tələbi üzrə prosessual müddətlər ötürülmüşdür. İddiaçı vəkil ilə təmsil olunduğundan qanunvericiliyin tələblərinə əməl edilməli idi.
35. Həmçinin sözügedən qətnamə ilə iddiaçının böyük mütəxəssis kimi müqaviləsinə xitam verilməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə o, şöbə müdiri vəzifəsinə işə bərpa edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Etiraz iddia ərizəsində qeyd olunan dəlillərlə əsaslaıdırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh şikayətində əmək müqaviləsində olan dəyişikliklərlə bağlı tərəflərin imzaladığı müqavilənin mövcud olduğunu qeyd edir. Lakin məhkəmə prosesinin 6 dəfə təxirə salınmasına baxmayaraq cavabdeh həmin müqavilənin əsillərini məhkəməyə təqdim edə bilməmiş, və məhkəmədə də qeyd etmişdir ki, sənədlərin əsli itibdir. Əgər sənədin əsli olubsa və itibdirləsə onun surətini hardan çıxardıblar? Və özlərinin daxili möhürü ilə təstiq ediblər. Bu açıq aydın sənəd saxtakarlığıdır ki, bu da özü Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən cinayət əməlidir. Bu məsələyə də hüquqi qiymət verilməsi üçün xüsusi qəradad çıxarılıb Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməlidir.
37. Eyni zamanda qeyd olunmalıdır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək hərbi təlimlərdə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək Vətən Müharibəsində aktiv döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.2020-ci il tarixdə ağır yaralanaraq hərbi hospitalda bir neçə cərrahi əməliyyatlar keçirtmişdir. Vəziyyəti ağır olduğundan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stosianar müalicədə olmuşdur. Bu iş materiallarında olan sənədlər (xəstəlik tarixçələri və s) öz təstiqini tapır. Məhkəmə Kollegiyasının diqqətinə xüsusi olara q çatdırmaq istədiyim bir hal var ki, o da Vətən Müharibəsində aldığı yaralardan dolayı 3-ü Türkiyə Respublikasında olmaqla 10 dəfə ağır cərrahi əməliyyat keçirtmişdir. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
38. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
39. Maddə 12. (i) bəndi) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respubli kasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir.
40. Maddə 16 (1-ci hissə). Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
41. Maddə
42. Əmək müqaviləsinin tərəfləri. -Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək mü qaviləsi bağlamağa məcbur edilə bilməz. -Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. -On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. -Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.
42. Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
43. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müə yyən edilmədən bağlanmalıdır.
44. Maddə 47 (f) bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
45. Maddə 46 (6-cı hissə). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
46. Maddə 49 (1-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron inf ormasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
47. Maddə
59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
48. Maddə 68 (2-ci hissə, b yarımbəndi). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
49. Maddə 77. (9-cu hissə). Qanunvericiliklə müəyyən edilmiş qaydada mü əssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
50. Maddə 78.
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmə k müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
51. Maddə 79 (3-cü hissə) Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci m addəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
52. Maddə
288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi;; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi;; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) mək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması;; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənb ehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.
53. Maddə 296 (1-ci hissə). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
54. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
55. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmə k mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
56. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
57. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən ed ilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
58. Maddə 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.
59. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunu.
60. Maddə 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
61. Maddə 5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı an dan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və X14 hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
62. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”.
63. Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 6
4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Fond qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
65. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
66. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
67. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
68. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
72. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
73. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
75. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
79. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə iddianı n təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi hissəsində həmin qətnamənin qüvvədə saxlanılmasına münasibətdə düzgün tətbiq edilsə də, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmrinin qismən, yəni İddiaçı aid hissəsində ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilməsi, xx.xx.2020ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti (mütəxəssis vəzifəsi üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) üçün əmək haqqı ödənilməsi” hissədə qətnamənin qüvvədə saxlanılmasına münasibətdə maddi hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan qətnamə həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına münasibətdə ləğv edilməli və həmin hissədə apellyasiya insta nsiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir.
82. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə üç ay müddətinə təyin edildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsindən xx.xx.2020-ci il tarixdə həmin şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsini, müalicəsi başa çatdıqdan sonra bildiyi halda, bu hal ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməmiş, müvafiq vəzifəyə keçirildiyi tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 23 iyun 2022-ci il tarixə kimi keçən 1 il 6 ay ər zində həmin halı mübahisələndirməmiş, yalnız xx.xx.2021-ci il tarixdə tutduğu sonuncu, Fondun GəncəDaşkəsən regional Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad olunduqdan sonra məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçı müvafiq vəzifəyə keçirildikdən sonra həmin vəzifədə qalmaqla 1 il 6 ay ərzində əməkhaqqı almış, bu hal mübahisələndirilməməklə qanunvericilikdə nəzərə tutulmuş iddia müddətini ötürmüşdür.
83. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə b ilər.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsi ci müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
85. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində ona xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə (hərbi xidmətə çağırılana qədər daşıdığı vəzifə üçün müəyyən edilmiş) orta aylıq əmək haqqının hesablanaraq ödənilməsini xahiş etsə də, məhkəmələr iddia tələbindən kənara çıxaraq xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə iddiaçıya məcburi işburaxma müddəti (mütəxəssis vəzifəsi üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) üçün əmək haqqının ödənilməsini qət etmişlər.
86. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
87. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi” hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
88. Qeyd olunan hissədə kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası Dövlət Sosial Müdafiə Fondu X14 xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmrinə münasibətdə kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, həmin hissədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmuşdur.
89. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
90. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəm əsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
91. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri qismən əsas sız olduğuna görə, həmin dəlillər Dövlət Sosial Müdafiə Fondu X14 xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmrinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
92. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr tərəfindən iddia qismən təmin edilərkən iddianın digər hissəsinə, yəni “ona qarşı ayrı-seçkilik edərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı cavabdeh orqanın nöqsana yol vermiş əməkdaşlarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi barədə qərar çıxarılmasına” münasibətdə hər hansı münasibət bildirməsə də, bu hal apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas o la bilməz.
93. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri iddianın təmin edilməməsinə münasibətdə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
94. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən rədd olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial X15 Hüquqi Şəxsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7728/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi, “Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmrinin qismən, yəni İddiaçı aid hissəsində ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilməsi, xx.xx.2020ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti (mütəxəssis vəzifəsi üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) üçün əmək haqqı ödənilməsi” hissədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3738/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. Həmin his sədə yeni qərar qəbul edilsin və qeyd olunan hissədə iddia tələbi təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmrinin ləğv edilməsi hissəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3738/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7728/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun GəncəDaşkəsən regional Filialının Sosial Müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsində işə bərpa edilsin. xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.