Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1558/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərracın qanunvericiliyə uyğun keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, "xxxx" MMC və Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etiba rsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1068/2024 nömrəli, 28 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər "xxxx" MMC, İddiaçı, X2 və Ağamirzəyev Əkbər Ağaləkbər oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)2502/2022 saylı qətnaməsi ilə iddia çılar İddiaçı, X2 və Ağamirzəyev Əkbər Ağaələkbər oğlunun cavabdehlər Cavabdeh2 ASC və "xxxx" MMC-yə qarşı qiymətləndirmənin ləğv edilməsi, yeni ekspertizanın keçirilməsi və hərracın yenidən keçirilməsi tələbinə dair iddiası rədd edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)5398/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “Bakı Hərrac Mərkəzi" MMC, “Bank VTB (Azərbaycan)" ASC və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv olunması tələbinə dair iddiası rədd edilmişdir. 4. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 6 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçiriməsi barədə "x xxx" MMC tərəfindən İddiaçı müxtəlif vaxtlarda bildiriş göndərilmişdir. 5. “Market” qəzetinin xx.xx.2023-ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilə dair keçirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur. 6. “Bakı Hərrac Mərkəzi" MMC-nin 26 may 2023-cü il tarixli, 074/23 nömrəli "Hərracın nəticələri haqqında” protokoluna əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Ə.Ağamirzəyevə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzil ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2 ASC (bunda n sonra “Bank”), "xxxx" MMC (bundan sonra “Hərrac Mərkəzi”) və Yasamal rayon İcra və Probasiya şöbəsinə (bundan sonra “İcra şöbəsi”) qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 074/23 nömrəli, 26 may 2023-cü il tarixli hərracın nəticələri haqqında yekun protokolun və xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunması, xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzrə çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, Hərrac Mərkəzi tərəfindən iki hərrac keçirilmişdir. Halbuki, hərracların keçirilməsi və yekun protokolun çıxarılması barədə bildirişi iddiaçı rəsmi olaraq qəbul etməmişdir. Hərracın keçirilməsi barədə bildirişi alarkən, il kin hərracın keçiriliməsi barədə yazılı protokol olmalı idi və iddiaçıya rəsmi göndərilməli idi. Lakin iddiaçıya rəsmi olaraq heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa, ikinci hərrac birinci hərracın keçirilməsindən 45 gün keçməmək şərti ilə olmalı idi. İkinci hərrac barəsində də heç bir məlumat gəlməmişdir. Beləliklə, hərrac qanuna zidd keçirilmiş və ikinci hərracın keçirilmə müddəti ötürülmüşdür. Belə ki, 2018-ci il tarixdə hərrac keçirilmiş, bundan sonra 2023-cü il tarixdə hərrac keçirilmişdir. Hərrac iki dəfədən çox keçirilmişdir. Bundan öncə iddiaçı tərəfindən hərracın nəticələrinin ləğv olunmasına dair məhkəməyə müraciət olunmuş, lakin Yasamal Rayon Məhkəməsinin 2(004)-5398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tələb rədd olunaraq, qətnamədə izah edilmişdir ki, h ərracın ləğv olunmasına yox, etibarsız hesab olunmasına dair müraciət oluna bilər. Məhz buna əsasən hazırda hərracın nəticələrinin və xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə müraciət olunmuşdur.
9. Birinci instansiya məhkəməsində Bankın nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, hazırkı iddia tələbinin nə hüquqi, nə də faktiki baxımından heç bir əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin oluna bilməz. Həmçinin iddia müddəti də ötmüşdür.
10. Birinci instansiya məhkəməsində İcra şöbəsinin icra məmuru göstərmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli icra sənədi üzrə bütün lazımi icra hərəkətlərini yerinə yetirmişdir. Belə ki, borclu icra sənədinin könüllü icras ını təmin etməkdən yayındığından Hərrac Mərkəzinə hərracın təşkili ilə əlaqədar sifariş verilmiş, hərrac iki dəfə baş tutmamış, nəticə etibarilə ipoteka predmeti bank tərəfindən alınmışdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3191/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Ayşən SultanovaMəmmədova)
12. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-902/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər "xxxx" MMC, İddiaçı, X2 və Ağamirzəyev Əkbər Ağaləkbər oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərə k, cavabdehlər "xxxx" MMC-dən, ondan, X1 və Ağamirzəyev Əkbər Ələkbər oğlundan müştərək qaydada ümumi 59285,94 (əlli iki min iki yüz səksən beş) ABŞ dolları məbləğində pul vəsaitinin BANK VTB ASC-yə ödənilməsi, tutmanın ünvan 3 ünvanında. 8ci mərtəbədə yerləşən ümumi 47,92 kvadrat metrdən ibarət 2 otaqlı, 56 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan göstərilən mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir. Hərrac bildirişləri, sms/mms bildirişi çıxarışları, “Market”qəzetinin çıxarışlarına əsasən Hərrac Mərkəzi qanunvericiliyin tələblərinə əməl etməklə, hərracın keçirilməsi barədə kütləvi infor masiya vasitələrində elan dəc etməklə, bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər (və smslər) göndərmişdir. Nəticə etibarilə 2 hərrac (07 aprel 2023-cü il tarixli ilkin və 26 aprel 2023-cü il tarixli təkrar) baş tutmadığından ipoteka predmeti Bank tərəfindən əldə edilmişdir. İpoteka predmetinin ilkin hərrac qiyməti 85.000 manat, təkrar hərracda qiyməti 72250 manat olumuş və yekun olaraq, 54187,50 manat məbləğində əldə edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Hərrac Mərkəzi tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyil.
14. Birinci instansiya məhkəməsi Ba nkın kəsici müddətin tətbiqinə dair ərizəsinə Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələrinə istinadən göstərmişdir ki, iddiaçı iddia müddətinə əməl etməklə “hərracın ləğvi” tələbi ilə iddia qaldırmış, 4 dekabr 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Nəticə etibarı ilə, iddiaçı “hərracın etibarsızlığı” tələbi ilə iddia qaldırmışdır. Belə olduğu halda, iddia müddətinin tətbiqinə əsas yoxdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 380.1, 380.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.8, 43.4, 43.5, 43.7, 44cü, İcra haqqında” Qanununun 53.2, 61.1, 61.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiy a şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı hərrac etibarsız sayılmalıdır. İcra məmuru tərəfindən hərrac təşkilatının seçilməsi üçün iddiaçıya müraciət edilməmişdir. Bank həmin evi 140.000 manata satışa qoymuşdur. Lakin 140.000-150.000 civarında qiyməti olan evi hərracda 85.000 manata alan olmamışdır. Bu da onu göstərir ki, hərrac formal keçirilmişdir.
18. Apellyasiya baxışında iddiaçı şikayətinin müdafiə edərək, əlavə olaraq göstərmişdir ki, evin real qiyməti 140 min manatdır, ev çox ucuz satılıb, onun başqa evi yoxdur, onlar hamısı həmin evdə yaşayırlar.
19. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək bil dirmişdir ki, icra məmuru sifariş verərkən pozuntulara yol vermişdir, icra məmurunun hərəkətlərindən inzibati məhkəməyə şikayət veriblər, hesab edir ki, həmin işə baxılanadək hazırkı iş üzrə icraat dayandırılmalıdır
20. Apellyasiya baxışında Bankın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, icra məmurunun hərəkətlərindən şikayət verilməsinin hazırkı mübahisə ilə əlaqəsi yoxdur, çünki hərracı hərrac təşkilatı təşkil edir, icra məmurunun hərəkətlərində pozuntu olmuş olsa belə, bu hal hərracın etibarsızlığına səbəb ola bilməz.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1068/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkr am Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Namiq Cəfərov)
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarında olan hərrac bildirişləri, sms/mms bildirişi çıxarışları, “Market”qəzetinin çıxarışlarından görünür ki, hərrac təşkilatçısı qanunvericiliyin tələblərinə əməl etməklə, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan dəc etməklə, bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər (və smslər) göndərmişdir. Nəticə etibarilə 2 hərrac (07apel 2023-cü il tarixli ilkin və 26 aprel 2023-cü il tarixli təkrar) baş tutmadığından ipoteka predmeti Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. İpoteka predmetinin ilkin hərrac qiyməti 85.000 manat, təkrar hərrac qiyməti 72250 manat müəyyən olunmuş və yekun olaraq, 54187,50 manat məbləğində əldə edilmişdir
23. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, hazırkı halda iddiaçının ərizəsi, apellyasiya şikayəti və məhkəmədə verdiyi izahatlara əsasən iddiaçı hərrac təşkilatının və hərracın keçirilməsinin prosedur qaydalarının pozulmasına deyil, əsasən icra məmurunun hərəkətlərinin qanunsuz olmasına istinad etmişdir. İddiaçı tərəf hətta icra məmurunun həmin hərəkətlərini ayrıca inzibati məhkəmədə mübahisələndirmişdir.
24. Bu baxımdan, apellyasiya instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, hərracın keçirilməsinədək icra məmurunun hərəkətlərində pozununtunun olması faktının təsdiqlənməsi halında belə, bunun hərracın etibarsızlığına səbəb ola bilməyəcəyi barədə Bankın nümayəndəsinin bil dirdiklərini əsaslıdır.
25. Apellyasiya instansiya məhkəməsi iddiaçının icra məmurunun hərəkətlərindən şikayət verməsi barədə dəlili üzrə əlavə olaraq qeyd etmişdir ki, hərraclar müvafiq ixtisaslaşmış təşkilat tərəfindən keçirilmiş və icra məmurunun hərəkətlərinin mübahisələndirilməsi hazırkı tələbin həll edilməsi üçün birbaşa əhəmiyyət kəsb etmir.
26. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətində, eləcə də məhkəmə iclasında xüsusi olaraq vurğuladığı mənzili əldə etdikdən sonra Bankın həmin mənzili 140.000 manata satışa qoyması, 140.000-150.000 civarında qiyməti olan evin hərracda 85.000 manata alınmamasının inandırıcı olmaması, bunun da hərracın formal keçirilməsi ilə bağlı dəlillərinı münasibətdə göstərmişdir ki, hazırkı halda iş üzrə tədqiq olunmuş sübutlarla hərra cın “İpoteka haqqında” Qanunla təsbit edilmiş qaydalara əməl edilməklə (tərəflərə müvafiq bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elan dərc edilmiş) keçirildiyi müəyyən edilmişdir.
27. İpoteka qoyulmuş əmlakların hərraclarda ilkin və endirilmiş qiymətə satılmaması, lakin tələbkarların həmin əmlakı əldə etdikdən qısa müddət sonra, həmin əmlakı onun ilkin satış qiymətindən əhəmiyyətli dərəcədə, bəzən isə dəfələrlə artıq qiymətə, həm də asanlıqla satması məsələsinə gəldikdə isə apellyasiya instansiya məhkəməsinin qeyd etmişdir ki, baxılan işlər üzrə məhkəmə təcrübəsi göstərir ki, həqiqətən də keçirilən hərraclarla bağlı oxşar problemlərin mövcudluğu danılmazdır, lakin bu məsələ məxsusi araşdırılma tələb etdiyindən, onun hazırkı icraat çərçivəsində həlli mümkün deyildir. 2
8. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 319.1, 414.2, 415.2-ci, “İpoteka haqqında” Qanunun 42.1-42.8, 43.1-43.6, 44-cü, Mülki Prosessual məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə və ya işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlliləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ilə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı Bankın etirazı daxil olmuşdur.
32. Etiraz onunla əsaslandırılmışdır ki, hərrac qanunuvericilyin təılblərinbə uyğun keçirilmişdir. İddiaçı hüquqdan sui-istifadə edir, onun məqsədi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qərarının icrasının qarşısını almaqdır. İddiaçı prosessual hüquqlarından istifadə etdiynə görə birinci instansiya məhkəməsi tərəfindən cərimələnmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı ud an şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.2. Hərrac baş t utmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nə ticələrə səbəb olur. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka p redmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayə t qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanun vericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələ ndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
38. Məhkəmə kollegiyası işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan məhkəmələrin qiymətləndirmələri ilə razılaşır.
39. Belə ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi icra sənədi üzrə icraata başlanılması barədə bildirişin ona göndərilməməsi, Hərrac Mərkəzi tərəfindən hərracın qanunvericiliyin pozulması ilə təşkil edildiyinə istinad etmişdir.
40. Bu iddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 44-cü maddəsi çıxış edir. Həmin normada deyilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
41. Mülki Məcəllənin 416-cı maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
42. Göründüyü kimi ipoteka predmeti olan əmlakın satılması üzrə hərracın etibarsız sayılması üçün zəruri olan dispozisiya şərti – hərracın “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrində müəyyən olunmuş qaydaların pozulması ilə keçirilməsidir.
43. İşə baxmış məhkəmələr də iddia tələbini bu əsaslarla yoxlamış və müəyyən etmişlər ki, iddiaçının istinad etdiyi hallar “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səb əb olan hal deyildir. Başqa sözlə, işin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə iddiaçının istinad etdiyi hallar təkzib edilmişdir.
44. Göründüyü kimi, iddiaçı hərracın qanunvericiliyə uyğun qaydada keçirilməməsinə istinad etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilən halları bunun əksini, yəni hərracın “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları baxımından qanuni olmasını göstərir, bu da iddianın təmin edilməsini istisna edir.
45. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
46. Ka ssasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə baxan məhkəmələr hər biri müvafiq olaraq həmin dəlillərə qiymət vermişlər.
47. Məhkəmə kollegiyası izah edir ki, işin faktiki hallarının müəyyənləşməsinə yönələn dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1068/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.