Məhkəmə qərarları › İş №2(102)-156/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-156/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-156/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-10439/2019 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Ələkbərov Ağaşirin Gülşiri n oğlunun verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(004)1378/2019 saylı qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddia tələbi təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.04.2016-cı il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 28.04.2016-cı il tarixli, 160100211/006254 nömrəli kredit müqaviləsi üzrə yaranmış 82.442,08 ABŞ dolları əsas borc, 10.364,42 ABŞ dolları faiz borcu, 650,75 ABŞ dolları cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və ödənilmiş 20 manat xidmət haqqı olmaqla, cəmi 93.457,25 (doxsan üç min dörd yüz əlli yeddi ABŞ dolları iyirmi beş sent) ABŞ dolla rı (ödəniş günü manat məzənnəsi ilə) və 60 (altmış) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş YYY evin ümumi sahəsi 82,05 kv.m., yaşayış sahəsi 41,4 kv.m. olan 2 otaqlı, 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiyməti - bazar dəyəri 135.000 (yüz otuz beş min) manat, likvid dəyəri 130.000 (yüz otuz min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması, mənzilin satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, ipoteka ilə yüklü edilmiş mənzilin satışından əldə olunacaq vəsait hesabına cəmi 93.457,25 (doxsan üç min dörd yüz əlli yeddi ABŞ dolları iyirmi beş sent ) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və 60 (altmış) manat pul İddiaçı ASC-nin hesabına ödənilməsi, ar tıq qalan vəsaitin Cavabdeh1 qaytarılması, mənzilin satışından əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin Cavabdeh1 ümumi qaydada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-10439/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(004)-1378/2019 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilm əsi” tələbinə dair iddia ərizəsi ilə 10.01.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.04.2016-cı il tarixli, 160100211/006254 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 28.04.2016-cı il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsi üzrə yaranmış 83.792,64 ABŞ dolları əsas borcun, 7.690,61 ABŞ dolları faiz borcunun, 505,21 ABŞ dolları cərimənin, ödənilmiş 30 manat dövlət rüsumunun, ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və ödənilmiş 20 manat xidmət haqqı olmaqla, cəmi 91.988,46 ABŞ dollarının və 60 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan BLLL mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 91.988,46 ABŞ dolları və 60 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan BLLL mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci bir ay müddətində BLLL mənzilinin boşaldılması, BLLL mənzilin hərracda satdıqdan sonra əldə olunmuş vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalıq hissəsinin Cavabdeh1 ümumi qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə 08.05.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.04.2016-cı il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 28.04.2016-cı il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsi üzrə yaranmış 82.442,08 ABŞ dolları əsas borcu, 10.364,42 ABŞ dolları faiz borcu, 650,75 ABŞ dolları cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və ödənilmiş 20 manat xidmət haqqı olmaqla, cəmi 93.457,25 ABŞ dolları və 60 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan 000 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 93.457,25 ABŞ dolları və 60 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan 000 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci bir ay müddətində 000 nömrəli mənzilin boşaldılması, 000 nömrəli mənzilin hərracda satdıqdan sonra əldə olunmuş vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalıq hissəsinin Cavabdeh1 ümumi qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.06.2014-cü il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 15 faiz olmaqla 20.06.2024-cü il tarixədək qaytarmaq şərti ilə 103.270 ABŞ dolları kredit vermişdir. Alıcı-ipotekaqoyan Cavabdeh1, satıcı X2 və kreditor-ipoteka saxlayan İddiaçı ASC arasında bağlanmış 20.06.2014-cü il tarixli, 14010-0469/006254/ASİ nömrəli mənzilin alqı-satqısı və ipotekası müqaviləsinə əsasən Cavabdeh1 aldığı 000 nömr əli mənzilini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. Daha sonra, 28.04.2016-cı il tarixdə Cavabdeh1 ərizə ilə banka müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin vaxtında və tam yerinə yetirə bilmədiyi üçün, həmin krediti maliyyələşdirərək, daha əlverişli şərtlərlə onunla yeni kredit müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bu səbəbdən, 28.04.2016-cı il tarixdə İddiaçı ASC Cavabdeh1 ilə 120 ay müddətinə (yəni 28.04.2026-cı ilədək) illik 8 faiz olmaqla 95.936 ABŞ dolları kreditin qaytarmaq şərti ilə yeni 16010-0211/006254 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmçinin, tərəflər arasında yeni 28.04.2016-cı il tarixli 160100211 /0062545Sİ nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri Yasamal rayonu 3-cü Yasamal küçəsi 77 nömrəli evin, 99 nöm rəli mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Cavabdehin arvadı Cavabdeh2 28.04.2016-cı il tarixdə 46 saylı Notariat Kontorunun 7E-5204 nömrəli reyestrdə qeyd olunmuş rəsmi ərizə yazaraq, qeyd olunan mənzilin ipotekaya qoyulmasına razılıq vermiş və bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC 17.12.2018-ci il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmiş və 25.12.2018-ci il tarixli məktubuna əsasən 000 mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim a yının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə Banka ödəməlidir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nəticədə, cavabdehin 02.05.2019-cu il tarixə 82.442,08 ABŞ dolları əsas borcu, 10.364,42 ABŞ dolları faiz borcu, 650,75 ABŞ dolları cərimə olmaqla, cəmi 93.457,25 ABŞ dolları borcu yığılmışdır. Sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 123.000 manat müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 04.04.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizasının aparılması müstəqil qiymətləndirici “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 24.04.2019-cu il tarixli, 0196/19/BR nömrəli hesabatına əsasən 000 nömrəli mənzilinin ilkin satış qiyməti bazar dəyəri 135.000 manat, likvid dəyəri 130.000 manat müəyyən edilmişdir. Bu səbəbdən, kreditin ödənilməsi üçün həmin mənzilin ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə açıq həracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh1 və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin hallarından görünür ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.06.2014-cü il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 15 faiz olmaqla 20.06.2024-cü il tarixədək qaytarmaq şərti ilə 103.270 ABŞ dolları kredit vermişdir. Alıcı- ipotekaqoyan Cavabdeh1, satıcı X2 və kreditor-ipoteka saxlayan İddiaçı ASC arasında Bakı şəhəri 46 saylı Notariat Kontorunda 4Ə/382 reyestr nömrəsi ilə bağlanmış 20.06.2014-cü il tarixli, 140100469/006254/ASİ nömrəli mənzilin alqı-satqısı və ipotekası müqaviləsinə əsasən Cavabdeh1 aldığı 000 nömrəli mənzilini X1 140.000 manata satın almışdır. Mənzilin dəyərinin 59.005,34 manatını Cavabdeh1 özü ödəmiş, qalan 80.994,66 manatı (Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 103.270 ABŞ dolları) kreditor-ipoteka saxlayan İddiaçı ASC tərəfindən 20.06.2014-cü il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Cavabdeh1 aldığı mənzili 20.06.2014-cü il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi İddiaçı ASC-yə ipotekaya vermişdir. “xxxx” MMC-nin 04.06.2014cü il tarixli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan mənzil 123.000 manat qiymətləndirilmişdir. İş materiallarından məlum olur ki, 28.04.2016-cı il tarixdə Cavabdeh1 ərizə ilə banka müraciət edərək kredit müqaviləsi üzrə öhdəliyin vaxtında və tam yerinə yetirə bilmədiyi üçün, həmin krediti maliyyələşdirərək, daha əlverişli şərtlərlə onunla yeni kredit müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bu səbəbdən, 28.04.2016-cı il tarixdə İddiaçı ASC Cavabdeh1 ilə 120 ay müddətinə (yəni 28.04.2026-cı il tarixədək) illik 8 faiz olmaqla 95.936 ABŞ dolları kreditin qayt armaq şərti ilə yeni 16010- 0211/006254 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmçinin, tərəflər arasında yeni 28.04.2016-cı il tarixli, 160100211/0062545Sİ nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və 000 nömrəli mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Bu zaman tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmeti olan mənzil 123.000 manat qiymətləndirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 arvadı Cavabdeh2 28.04.2016-cı il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda 7E-5204 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə mənzilin ipotekaya qoyulmasına razılıq vermiş və bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.06.2014-cü il tarixli, RX0407636 nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyət ində olan 000 nömrəli mənzilinin 20.06.2014-cü il tarixli mənzilin alqısatqısı və ipotekası müqaviləsi, həmçinin 28.04.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi əsasında İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 01.07.2014-cü il tarixdə və 29.04.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC 17.12.2018-ci il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmiş və 25.12.2018-ci il tarixli məktubuna əsasən Cavabdeh1 məxsus 000 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. İş m ateriallarında olan İddiaçı ASC-nin 02.05.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 28.04.2016-cı il tarixli, 16010-0211/006254 nömrəli kredit müqaviləsi üzrə banka 82.442,08 ABŞ dolları əsas borcu, 10.364,42 ABŞ dolları faiz borcu, 650,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 93.457,25 ABŞ dolları borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC 17.12.2018-ci il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və 25.12.2018-ci il tarixli məktubuna əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, 000 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan müstəqil qiymətləndirici “xxxx” MMC-nin 24.04.2019- cu il tarixli, 0196/19/BR nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş 000 nömrəli evin ümumi sahəsi 82,05 kv.m., yaşayış sahəsi 41,4 kv.m. olan 2 otaqlı 99 nömrəli mənzilinin hazırda ilkin satış qiyməti bazar dəyəri 135.000 manat, likvid dəyəri 130.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə m üəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş v ermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, kredit, alqı-satqı və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 28.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə b ankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirdiyindən iddiaçı 28.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın 28.04.2016cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 aldığı və ipoteka ilə yüklü etdiyi Bakı şəhəri, 000 nömrəli mənzilinə yönəldilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi maliyyə sənədləri əsasında iddianı əsas, faiz və cərimə borcu hissələrində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 kredit borcunun şişirdilməsini qeyd edib, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək heç bir sübut təqdim etmədiyindən, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilini əsassız hesab etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. -34.1-ci maddəsinə əsasən ipot eka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. -59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predme tinin ilkin satış qiymətini müəyyənləşdirərkən maddi hüquq normasının tələbinə əməl etmiş və düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. Alqı-satqı və ipoteka müqaviləsində mənzilin ilkin satış qiyməti 123.000 manat müəyyən olunmuş, məhkəmə tərəfindən qiymətləndirmə aktına əsasən ipoteka predmetinin bazar dəyəri 135000 manat, likvid dəyəri 123000 manat qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinc i instansiya məhkəməsi qiymətləndirmə rəyi əsasında tam ədalətli olmaqla, mənzilin ilkin satış qiymətini rəyə uyğun müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf evin ilkin satış qiymətinin aşağı götürülməsini qeyd etsə də, işdə olan qiymətləndirmə ilə bağlı rəyi şübhə altına ala biləcək hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi, ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, sübutlara və işin faktiki hallarına düzgün hüquqi q iymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)10439/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar