Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1560/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2255/2021 nömrəli iş 25 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ şin halları ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil iddiaçının keçmiş qayınatası Cavabdeh2 mülkiyyətindədir. İddiaçı 19.01.2009-cu ildə Cavabdeh1la rəsmi nikaha daxil olmuş, ailə qurduqdan sonra mübahisəli mənzilə gəlin köçməklə özünə məxsus cehiz əmlaklarını da həmin mənzilə aparmış, bu nikahdan 24.02.2009-cu il təvəllüdlü Cahid Cəfərov, 22.02.2011-ci təvəllüdlü Aydan Cəfərli və 28.02.2018-ci il təvəllüdlü Cavid Cəfərov adlı uşaqları olmuşdur. Hazırda nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladları 24.02.2009-cu il təvəllüdlü X2, 22.02.2011-ci il təvəllüdlü X3 və 28.02.2018-ci il təvəllüdlü X4 ilə birlikdə ünva n 1 ünvanında yerləşən 1 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19.01.2009-cu ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 24.02.2009-cu il təvəllüdlü X2, 22.02.2011- ci təvəllüdlü X3 və 28.02.2018-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə gəlin köçmüşdür. Ona məxsus valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə aparmışdır. Həmin mənzil qayınatası Cavabdeh2 məxsusdur. Qubadlı Rayon Məhkəməsinin 2(028)-255/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş, birgə nikahlarından olan uşaqları yanında saxlanılmaqla Cavabdeh1 alimentin qət edilmişdir. Aprel ayına dək azyaşlı övladları ilə birlikdə yuxarıda göstərilən mənzildə yaşamışdır. Cavabdeh2 indiyədək onu və azyaşlı övladlarını evə buraxmır və hal-hazırda Cavabdeh2 cehiz- əmlakının çıxarılması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ünvan 1, mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı onun keçmiş gəlinidir. Belə ki, iddiaçı 19.01.2009-cu ildə oğlu Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahlarından üç övladları anadan olmuşdur. Hazırda oğlu ilə iddiaçı arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O, iddiaçının ona məxsus mənzilə köçürülməsinə etiraz edir. Belə ki, iddiaçı oğlunun ailəsidir, onlar barışsalar belə gedib ayrı ünvanda y aşamalarını istəyir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstəmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. O, iddiaçı ilə birgə yaşayanda onlar beş ildən artıq olar ki, kirayədə yaşayıblar. Hazırda iddiaçı ondan üzr istəyib barışsa sonuncuyla aralarında olan ailə münasibətlərin bərpa edər, lakin iddiaçının köçmək istədiyi mənzilə deyil, başqa mənzildə birgə təsərrüfat apara bilərlər. Hazırda o, iddiaçının iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı, iş N 2(060)-3094/2021) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsini tətbiq edərək, iş üzrə gəldiyi nəticən i onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlə, yəni mənzilin mülkiyyətçisi ilə yaşayış sahəsindən istifadə ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşması yoxdu, mülkiyyətçinin ailə üzvü deyildir, birgə təsərrüfat aparmırlar, faktiki olaraq ayrı ünvanda yaşayır. Belə olan halda iddiaçının sözügedən mənzilə köçürülməsinin hüquqi əsası yoxdur, əsas olmadan mənzilə köçürülmə cavabdehin mülkiyyətçi kimi mənzilə dair hüquqlarını pozulması deməkdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, gəldiyi nəticə üçün mühüm fakti ki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Səyyad Qafari-sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov, iş № 2(105)-2255/2021) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının köçürülməsini arzuladığı mübahisəli mənzilə dair həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh2la Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan razılaşma mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 228.1., 228.2. və 228.5-ci maddələrinə istinad etmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzilə köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apelyasiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 2 ünvandakı evdə yaşayış sahəsindən istifadə ilə bağlı evin mülkiyyətçisi Cavabdeh2 ilə yazılı razılaşması yoxdur. Halbuki o, iddia ərizəsində onun və onunla bəərabər 24.02.2009-cu il təvəllüdlü X2, 22.02.2011-ci il təvəllüdlü X3 və 28.02.2018-ci il təvəllüdlü X1 da mənzilə köçürülməsini xahiş etmişdir. İşə baxan iddia tələbinin həmin hissəsi üzrə hər hansı bir hüquqi əsaslandırma etməmişdir. Kassasiya şikayə tlərinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişlər ki, kassasiya şikayətinin dəlillərini əsassız hesab edirlər. Qanunun ntələbləri baxımından iddiaçının mənzilə köçürülməsi barədə iddiasının təmin olunmadığı halda azyaşlı uşaqların həmin mənzilə köçürülməsi mümkün deyil, çüünki azyaşlı uşaqları yaşayış yeri valideynlərinin yaşadığı yer hesab olunur. Kassasiya şikayətinin təmin olunmamasını xahiş edirlər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydası nda təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının t ərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
2. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumla rın və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Res publikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərə flər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri verilmiş etirazın etirazın dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Azyaşlı uşaqların yaşayış evinin mülkiyyətçisi Cavabdeh2 nəvələri kimi ailə üzvləri olması, onların yaşayış evindən istifadə hüququnun olması, uşaqlara münasibətdə onun da yaşayış evinə köçürülməli olması barədə iddiaçının kassasiya şikayətinin dəlilləri iləbağlı məhkəmə kollegiyası qeyd edir ki, Qubadlı Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 nikahı pozulmuş, birgə nikahlarından olan 3 nəfər yetkinlik yaşına çatmayan uşaq iddiaçı-ananın yanında saxlanılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununu 2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrini n-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bu normaya görə iddiaçının yaşayış yepi uşaqların yaşayış yerinə görə deyil, uşaqların yaşayış yeri iddiaçının yaşayış yerinə görə müəyyən edilməlidir. Ona görə də iddiaçı kassasiya şikayətinin qeyd olunan dəlili də əsassız hesab edilməlidir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2255/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.