Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1561/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bir qayda olaraq sübut etmək yükünun təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi (affirmanti, non neganti insumbit probation) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6 804/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı oğlu zaur Tağıyev ilə cavabdeh X3 xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlarınbirgə nikahından iki azyaşlı uşaqları vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız yerə oğlu Zaurdan faktiki ayrılmış, öz valideynləri ilə yaşayır. Birgə nikahdan olan uşaqları isə onlarla yaşayır. Oğlu ilə gəlini arasındakı nikahın pozulması barədə iş Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Əvvəllər onun və ailə üzvlərinin Cavabdeh ilə münasibətləri həmişə normal olmuşdur. 2015-ci il oktyabr ayının sonunda o, əri X6 şəhərinə qızı Nərminəni görmək üçün getmişdir. Getməmişdən əvvəl o, cavabdehə ailə büdcələri olan 40000 ABŞ dollar pulu saxlamaq üçün vermişdir. Həmin vaxtı yanlarında başqa şəxs yox idi və bu barədə ehtiyac olmadığı üçün əri Aslan və oğlu Zaura bir söz deməmişdir. Moskva şəhərində müayinə zamanı onda erkən xərçəng xəstəliyi aşkar olmuş və xx xxxxxx 2015-ci ildə ağır əməliyyat keçirmiş, sonra isə müalicəni Serbiya Respublikasında davam etdirmişdir. 2016-cı il fevral ayında Bakıya qayıtmış, bir müddət yenə müalicə almış və cavabdehdən həmin pulu istəmişdir. 2016-cı il may-iyun ayında o, cavabdehi çağırıb ona verdiy i, evdə saxladığı pulu 40000 ABŞ dolları ona verib onun evində saxlamağı ona xahiş etmişdir. Evində pəncərə-qapı dəmirsiz olduğundan və çox vaxt evdə olmadığından pulun onda qalmasını münasib hesab etmişdir. Cavabdeh tək gəlini olduğundan ona özü qədər inandığından həmin 40000 ABŞ dollarını ona vermişdir ki, öz evində saxlasın, lazım olanda ondan götürəcəkdir. Cavabdeh pulu ondan götürərək öz evində saxlamışdır. 2018-ci ildə qızı Nərminə Bakıya gəlmiş, gedəndə ona 10000 dollar pul lazım olmuş, o da, cavabdehə verdiyi həmin 40000 ABŞ dolları puldan Nərminəyə 10000 dollar verməyi tapşırmışdır. Lakin cavabdeh həmin pulu Nərminəyə verməmişdir. Qızı Nərminə 2018-ci il 01 sentyabrda Moskvaya qayıtmış, gedərkən pulu aldığını desə də sonra məlum olmuşdur ki, pulu almamış və cavabdehin yalvarışına görə ona yalan demişdir. Sonra 2018-ci il sentyabr 2019-cu il 23 yanvara qədər xahiş, mübahisə və yazışma olsa da, cavabdeh 10000 dollar pulu qızı Nərminəyə göndərməmişdir. Bununla əlaqədar aralarındada narazılıq və dava-dalaş başlamışdır. 2018-ci il fevral ayında cavabdehdən qəti şəkildə pulu tələb etməyə başlamış, cavabdeh həmin pulları atası vasitəsi ilə dollara çevirmək məqsədi ilə bacısı yoldaşı Rəşada verdiyini bildirmişdir. O, bu barədə həyat yoldaşına bildirmişdir. Yoldaşı Rəşada zəng edərək pulların ona verilib-verilmədiyini soruşmuş, Rəşad isə məsələ barəsində məlumatsız olduğunu bildirmişdir. Belə olan halda Rəşad Vəfanı götürərək onlara gəlmişdir. O, yoldaşı, Rəşad, Vəfa, Jalə və Nail ilə birlikdə Zaurun evinə getmişdir. Zibeydə hər kəsin yanında pulları xərclədiyini bildirmi ş, pulları hara xərclədiyini soruşduqda Zibeydə onlara pulları ora-bura xərclədiyini bildirmişdir. Qızıllar barədə soruşduqda qızılları da, satdığını bildirmişdir. Daha sonra isə cavabdeh pulları Zaurla birgə xərclədiyini deyib oğlu Zaura şər və böhtan atmağa başlamışdır. Sonradan onun anası Ofelya da, gəlib çıxmış və cavabdeh güya pulu Zaurun xərclədiyini bildirmişdir. Nəticədə ifşa olunduğunu görüb xx xxxxxx 2019-cu il tarixdə evi tərk etmiş və uşaqlarını da, ona buraxıb ata evinə getmişdir. Sonradan oğlu Zaura qarşı nikahın pozulması və uşaq tələbilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh evi tərk edib getdikdən sonra dəfələrlə tələb etməyinə baxmayaraq həmin pulu qaytarmayacağını, ümumilikdə ona pul vermədiyini qeyd etmiş, onu və oğlu Zauru ittiham etməyə başlamışdır. O artıq onun həmin pulu qaytarmayacağını başa düşmüş, hər şeydən əmin olmuş və məhkəməyə iddia əilə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ona məxsus olmuş, lakin qaytarmaqdan imtina etdiyi 40000 ABŞ dolları pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) xx xxxxxx 2020ci il tarixli 2(004)-1093/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək cavabdeh X1 30000 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunma sını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Elşən Kazımov, Xəyal Sarıyev) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X1 30000 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdeh X1 7000 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanı lmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində əsaslandığı hallar öz ifadəsi və işdə onun xeyrinə olun şahidlərin ifadələrindən başqa digər heç bir hallarda öz əksini tapmamışdır. Belə ki, dindirilmiş şahidlərin ifadələrindən müəyyən olunur ki, şahidlər bilavasitə pulun verilməsini və götürülməsini görməmişlər. Məhkəmə iclasında cavabdeh isə iddia tələbini qismən etiraf edərək izahatında göstərmişdir ki, onun Zaurla lap əvvəldən problemləri olmuşdur. Zaur dəfələrlə içkili vəziyyətdə təhdid etmiş, onu valideynlərindən və digər adamlardan pul istəməyə məcbur etmişdir. Onun əmək haqqı kartı həmişə Zaurda olmuş, Zaurun çox sayda borcları olmuşdur. “Hyundai Sonata” markalı maşını sataraq borclarının bir qismini ödəmişdir. Səidə xanımın bütün bunlardan xəb əri olsa da, Aslan müəllimin xəbəri olmamışdır. Həqiqətən qaynanası Səidə xanım ona saxlamaq üçün dəsmala bükülü pul gətirib vermiş, lakin məbləği barədə heç bir söz deməmiş, o da o pulu əmanət olduğu üçün sayıb götürməmişdir, sonradan Zaur ilə birlikdə ehtiyac olduqca pulun üzərindən götürüb xərcləmişlər. Həqiqətən də onun öz hesabına görə orada 7 min ABŞ dolları pul olmuşdur. Pulun bir hissəsini manata çevirmiş və xırda ehtiyaclara xərcləmişdir. Evin bazarlıq hissəsini çox vaxt özü etmiş, Zaur isə mütəmadi olaraq dostlar iləyeyib-içmək məclislərində olmuşdur. Münasibətlər korlandığı ərəfələrdə də o, həmişə Zaurla görüşmüş ünsiyyətləri normal olmuşdur. Yalnız iş məhkəməyə düşdükdən sonra aralarında soyuqluq yaranmış və Zaurda anasının mövqeyini müdafiə etməyə başlamışdır. Zaur onu birgə y aşadıqları dövrdə şantaj edərək hətda uşaqları ilə hədələmişdir. Zaur onu məcbur etdiyindən o, pulları bacısının yoldaşı Rəşada dollara çevirməsi üçün verdiyini demişdir. Odur ki, pullara görə təkcə o məsuliyyət daşımamalıdır. Onların arasındakı nikah pozularkən ondan uşaqlarından imtina etmək tələb edilmiş, o isə bunu etmədiyi üçün belə bir iddia qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə ifadə verən onun qohumları Rəşad və Nail iddiaçının tələbləri əsasında dindirilsə də, pulla bağlı gedən mübahisə zamanı danışıqlarda iştirak etdiklərini bildirmiş, pulun məbləği şahidlər tərəfindən müxtəlif deyilmiş, məbləğin dəqiq olmamasnı birinci instansiya məhkəməsi nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş danışığın yazılma şəraitini nəz ərə alaraq, həmin audio yazını mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi pulun qaytarılması hissədə düzgün nəticəyə gəlsə də, tutulan məbləğ hissədə güzgün nəticəyə gəlməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. 40000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsi iş üzrə dindirilmiş şahid ifadələri, Whatsapp yazışmalar və audio səs yazısı ilə təsdiq edildiyi halda apellyasiya instansiyası məhkəməsi həmin sübutlara düzgün hüquqi qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2-ci Mülkiyyətçi özgə sinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 135.1. bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübahisələndirmir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi hissədə, yəni iddia tələbinin rədd edilən hissəsində yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qeyd edilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası ə saslı hesab etmir. İddiaçı 40000 ABŞ dolları pulu cavabdehə saxlamaq üçün verildiyini qeyd edərək həmin pulu tələb edir. Tələbin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddiaçı tələbinin əsası kimi şahid ifadələrinı, səs yazışmalarını sübut kimi təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən sübutları, tam, hərtərfli və obyektiv tədqiq edərək MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət vermişdir. Həmin nor maya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı qeyd edilən məbləğdə pulun cavabdehə verilməsinə dair mötəbər sübutları işə mahiyyəti üzrə baxılan məhkəmələrə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onla rdan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Tərəflərin təqdim etdikləri sübutlar isə qanuni yolla əldə edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6804/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qə tidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov