Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1562/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi və "xxxx" ASC müstəqil tələ blər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3842/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)359/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı "xxxx" İnvestisiya KB ASC ilə cavabdeh Mürsəlova Məryəm İsmayıl qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Mürsəlova Məryəm İsmayıl qızından cəmi 38.016,73 ABŞ dolları məbləğində borcun, iddia qaldırıl ması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutularaq, "xxxx" İnvestisiya KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin mülki iş üzrə cavabdeh olan İddiaçı apellyasiya və kassasiya şikayətləri müvafi q olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2340/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 487/5-9 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bununla bağlı həmin cəmiyyət tərəfindən ipoteka predmetini təşkil edən əmlakın satışını təşkil etmək üçün xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da isə təkrar açıq hərrac keçirilmiş və bu b arədə tələbkar "xxxx" ASC-yə, İddiaçı və borclu Mürsəlova Məryəm İsmayıl qızına, habelə Sabunçu rayon İcra Şöbəsinə poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmişdir. Bununla yanaşı, hərrac barədə qeyd edilən tarixlərdə “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir. Təkrar hərrac da baş tutmamış və “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında bu barədə elan yerləşdirilmişdir. Bundan sonra hərrac təşkilatı tərəflərə və icra məmuruna xx.xx.2022-ci il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığını bildirmiş və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 46.537,50 manata almağı təklif etmi şdir. Bununla bağlı "xxxx" MMC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə “X1 barədə” protokol imzalanmış və mənzil xx.xx.2022-ci il tarixdə dövlət reyestrində "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən ona məxsus mənzilin 46.537,50 manat qiymətinə tələbkar "xxxx" ASC-yə satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin və həmin hərracın təşkilatçısı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, məhkəmə nə onu, nə də cavabdeh olaraq adları qeyd edilən şəxsləri məhkəmə iclaslarının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırmadığından, ünvanlarına hər hansı bir bildiriş göndərmədiyindən o, məhkəmə iclaslarında iştirak edib iddia tələbinə dair fikir bildirə bilməmişdir. Eyni zamanda, məhkəmə qətnaməsi ona lazımi qaydada təqdim edilmədiyindən ondan vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Hərrac qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Hərracların keçirilməsi barədə ona hər hansı bir bildiriş gəlməmiş və onun həmin hərraclar barəsində hər hansı bir məlumatı olmamışdır. Sonradan hərracı keçirən təşkilatdan guya ona g öndərilmiş bildirişləri və onların verilməsi barədə kuryer xidməti qəbzlərini almışdır. Məhkəməyə təqdim etdiyi həmin qəbzlərlə vizual tanışlıq belə onların saxta olduğunu sübut edir. Belə ki, cavabdehin 1-ci hərrac barədə bildirişi üzrə FMEXPRESS-in kuryer xidmətləri üçün mədaxil qəbzinin xx.xx.2022-ci il tarixli, 262356 saylı və 262357 saylı surətlərində “kvartirantlar yaşayırlar, qəbul etmədilər” qeydi, 2-ci hərrac barədə bildirişi üzrə xx.xx.2022-ci il tarixli, 262654 saylı surətində “bu adam xaricdədir, Türkiyədə” qeydi, xx.xx.2022-ci il tarixli, 262655 saylı surətində “bu evdə qohum yaşayır, məktubu götürmədi, zəng vuranda trubkanı götürmür” qeydi, xx.xx.2022-ci il tarixli, 284163 saylı və 3-cü hərrac barədə bildirişi üzrə 284164 saylı surətlərində “qapı bağlıdır” qeydi yazılmışdır. Halbuki həmin qeydlər həqiqətdən uzaq qeydlərdirlər. Belə ki, həmin mənzildə o və ailə üzvləri yaşayırlar. Nə onun, nə də ailə üzvlərinin başqa yerdə yaşayış evi yoxdur ki, sözügedən mənzili kirayə versinlər, eləcə də həmin tarixlərdə o, Türkiyədə nəinki yaşamamışdır, eləcə də olmamışdır. Bundan əlavə, təxminən bir aylıq müddəti əhatə edən bildirişlərin çatdırıla bilməməsi barədə səbəblər birbirindən kəskin şəkildə fərqlənir ki, bu da həmin məlumatların həqiqiliyini şübhə altına qoyur. Göründüyü kimi, hərraclar onu bu barədə rəsmi qaydada məlumatlandırmamaqla keçirildiyindən nəticələri etibarlı hesab oluna bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi sözügedən mənzilin düzgün qiymətləndirilməməsinə və onun əsl dəyərindən xeyli ucuz qiymətə dəyərləndirilməsinə də diqqət yetirməmiş, müvafiq q anunvericiliyin tələblərini pozmuşdur. Belə ki, mənzilin mövcud dəyərinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 148 saylı qiymətləndirmə hesabatında sözügedən üç otaqlı mənzilin dəyərinin 73.000 manat deyil, 105.000 manat olduğu təsdiq olunur.
4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)23/2022 saylı icra vərəqəsinə və Sabunçu rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Hərracın yekunlarına dair protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. "x xxx" ASC ünvan 2 ünvanında yerləşən mənzilə dair Çıxarışı xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Bu səbəbdən, mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)70/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim N. Tağıyeva).
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mövcud qanunvericiliyin normalarına uyğun olaraq, hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlum atları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, bildirişlər ünvan 3 ünvanda yerləşən mənzilə çatdırılmış, lakin qəbul edilmədiyindən geri qaytarılmışdır. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmədən hərracın keçirilməsinin qanunsuz olması dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hal qanunauyğun şəkildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2018-ci ildə qəbul edilmiş, hərrac 2022-ci ildə, yən i qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilmişdir. Sonradan müddət bərpa edilməklə, iddiaçı tərəfindən qətnamə mübahisələndirilsə də, qüvvədə saxlanılmışdır. Bu halın hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olmaması barədə mövqe həmçinin mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, hərracların keçirilməsi zamanı qanunvericilik tələblərinin pozulması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilməd iyindən, eləcə də əmlakın dəyərinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyi nəzərə alınmaqla, hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir.
7. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin iddia müddətinin tətbiqinə dair ərizəsi barədə qeyd etmişdir ki, hazırkı mülki iş iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43-cü, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3, 119.1, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırmış, o cümlədən hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı tərəfindən “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir.
11. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, şəxsən özü tez-tez "xxxx" ASC-yə getmişdir. Bu baxımdan hərrac barədə bankın əməkdaşları da ona məlumat verilə bilərdi. Lakin belə bir məlumat verilməmişdir. Mə nzil onun tərəfindən qızı Mürsəlova Məryəm İsmayıl qızının kredit öhdəliklərinin təminatı olaraq, ipoteka ilə yüklü edilmişdir. Mürsəlova Məryəm İsmayıl qızı hazırda Türkiyədə yaşayır. Lakin o, həmin mənzildə yaşayır. Hərracla bağlı hər hansı məktub göndərilsə idi, o, məktubu qəbul edərdi. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3842/2024, 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F. Abdıyev (məruzəçi), F. Babayev və C. Musayeva) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-70/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onu nla əsaslandırmışdır ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməklə hərrac təşkilatı (cavabdeh) tərəfindən həm xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin, həm də xx.xx.2022-ci il tarixdə keçirilmiş təkrar hərrac barədə iddiaçıya müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, Eyni tarixlərdə, həmçinin “Birja Yenilikləri” qəzetinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qəzetdə ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar dərc etdirilmişdir. Həm ilkin, həm də təkrar hərracla bağlı bildirişin olduğu zərf “ev sahibinin oğlu yaşayır, məktubu qəbul etmədi; kirayəçi yaşayır, məktubu qəbul etmədilər” qeydi ilə iddiaçıya təqdim edilmədən geri qaytarılmışdır. İddiaçının qızı Mürsəlova Məryəm İsmay ıl qızına (həmin iş üzrə kredit götürən və cavabdeh olmuşdur) göndərilmiş xx.xx.2022-ci il tarixli sifarişli poçt göndərişinin olduğu zərf isə “Bu adam xaricdədir. Türkiyədədir” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının özü də qızının hazırda Türkiyədə yaşadığını bildirir. Başqa sözlə, aparılmış qeyd reallığı əks etdirir və həqiqətən də çatdırılmanın həyata keçirildiyini təsdiq edir. Əks halda, çatdırılmanı həyata keçirən şəxs Mürsəlova Məryəm İsmayıl qızının Türkiyədə olmasını bilə bilməzdi. Bununla belə, qeyd edilən zərflərin (onların çatdırılması barədə qaimələrin) mövcudluğu və onların üzərində olan qeydlər hərrac təşkilatı tərəfindən sifarişli poçt göndərişi (məktubu) ilə bildirişin həm real olaraq, həm də məhz iddiaçının qeydiyyatda olduğu ünvana göndərilməsini tə sdiq edir. Təkrar hərrac da baş tutmadıqdan sonra bu barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında elan dərc edilmiş, bundan sonra hərrac təşkilatı tərəfindən iddiaçıya (sürəti "xxxx" ASC-yə) təklif göndərilmiş və sonuncu ilə qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət çərçivəsində, yəni xx.xx.2022-ci il tarixdə protokol imzalanmışdır. Bununla belə, cavabdeh "xxxx" MMC hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, o cümlədən həm hərracın keçirilməsi müddətlərini pozmamış, həm də bu barədə lazımi qaydada (müəyyən edilmiş üsullara uyğun olaraq) məlumatlandırmanı həyata keçirmişdir.
14. Məhkəmə kollegiyası iddiaçının əmlakın qiyməti ilə bağlı dəlillərinə münasibətdə qeyd e tmişdir ki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra əmlakın qiyməti icra məmurunun sifarişi ilə aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilməmişdir. Əmlakın qiyməti “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Həmin qətnamə 2018-ci ildə çıxarılmışdır. İddiaçının öz mövqeyinin (əmlakın 105.000 manat qiymətində olmasının) təsdiqi olaraq təqdim etdiyi hesabat isə xx.xx.2022-ci il tarixlidir. Nəzərə alınmalıdır ki, iddiaçı sonradan həmin qətnaməni apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, lakin həmin şikayətlər təmin edilməmişdir. Nəticə etibarı ilə həmin iş üzrə icraat xx.xx.2024-cü il tarixdə (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı) bitmiş, lakin əmlakın dəyərinin aşağı olması nə apellyasiya, nədəki, kassasiya q aydasında müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının həmin əmlakın daha yüksək dəyərdə olması ilə bağlı dəlilləri də əsassızdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4, 319.5, 337.1, 415.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.1, 41.2, 43.4, 43.5, 43.7, 43.7-1, 44-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3, 51.1, 51.2, 51.3, 54.1, 54.2, 57.1, 77.1, 82.3-cü, “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3842/2024 saylı, xx.xx.20 24-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirəm.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin normalarını düzgün tövsif etməmişdir. Belə ki, Mülki Məcəllə hərracın keçirilməsini təşkil edən təşkilatçı hərracın keçirilməsinə ən geci otuz gün qalmış tərəfi məlumatlandırmalıdır. Hazırkı mülki işdə hərracı təşkil edən təşkilat bildiriş göndərməklə kifayətlənmişdir. Bildirişi göndərən poçt xidməti müvafiq qeydi qoyması bu o anlama gəlmir ki, hərrac təşkilatı məktubu göndərməklə öz üzərinə düşmüş vəzifəni yerinə yetirmiş oldu. Qanunvericilik ehtiva edir ki, ipoteka predmeti olan əmlakı banka girov qoyan şəxsi məlumatlandırmalısan. Kuryer xidməti göstərən tə şkilat ünvana yaxınlaşsaydı, İddiaçı həmin məktubu təqdim edə bilərdi. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, kredit götürən qızı Məryəm İsmayılova ölkə xaricində olsa da, onun özü həmin mənzildə yaşayır. Halbuki, iddiaçı məktubun ünvana gəlməsindən xəbərsizdir. Apellyasiya instansiya məhkəməsi isə bu qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, o cümlədən həm hərracın keçirilməsi müddətlərini pozmamış, həm də bu barədə lazımi qaydada (müəyyən edilmiş üsullara uyğun olaraq) məlumatlandırmanı həyata keçirmişdir. Lakin iddiaçı məhkəmənin bu mövqeyi ilə razılaşmır. Hərracla bağlı göndərilmiş bildirişlərdə “ev sahibinin oğlu yaşayır, məktubu qəbul etmədi; kiray əçi yaşayır, məktubu qəbul etmədilər” qeydi ilə iddiaçıya təqdim edilmədən geri qaytarılması cavabdeh hərrac təşkilatının özünü sığortalama məqsədi daşıyır. İddiaçı dəfələrlə banka müraciət edərək aralarında olan mübahisənin müsbət həlli istiqamətində addım atmaq niyyəti olmuşdur. Bankın əməkdaşları belə onun qızının ölkə xaricində olması barədə məlumatlıdırlar. Bu məlumatın bank tərəfindən hərrac təşkilatına verilməsi istisna olunmur. Bank ilə iddiaçı arasında mübahisənin mövcudluğu tərəflər arasında olan borcun 38.016.73 ABŞ dollar olması təşkil edir. Halbuki, tərəflər arasında real borc 246,50 ABŞ dolları təşkil edir. Belə ki, Azərbaycan Kredit Bürosunun sorğuya cavabından məlum olmuşdur ki, hazırkı müqavilə üzrə əsas borc 246,50 ABŞ dolları, faiz borcu isə 37260,44 manat təşkil edir. G örünən isə odur ki, bank faiz borcunu əsas borc kimi göstərmişdir. Məhkəmə isə bu halları araşdırmadan bankın göstərdiyi kimi faiz borcunu əsas borc kimi hesablayaraq qeyd edilən nəticəyə gəlmişdir. Hazırda isə bank vətəndaşla aralarında olan fərqli borc məbləğinə görə iddiaçıya məxsus mənzili hərrac vasitəsi ilə qanunsuz ələ keçirməklə vətəndaşı özündən asılı vəziyyətə salmışdır. Məhkəmələr isə bu hissəni ümumiyyətlə araşdırmayaraq bankın və hərrac təşkilatının razılaşdırılmış formada keçirdikləri auksionun nəticələrinə səthi yanaşmış, heç bir araşdırma aparmamışdır. Yalnız təqdim edilmiş bildirişlərə əsasən bu qənaətə gəlmişlər ki, iddiaçı bildirişlər barəsində məlumatlıdır.
18. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozmaqla aparılmış hərrac iddiaçının mülkiyyət hüquqlar ını pozmuşdur. Hesab edir ki, “Hərracın yekunları barədə protokol aşağıdakı səbəblərə görə etibarsızdır. İlkin olaraq, hərracın keçirilməsi barədə mülkiyyətçinin və onun ailə üzvlərinin məlumatı olmamış və bu barədə ona heç bir bildiriş verilməmişdir. Həmçinin, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən hərrac təşkilatını seçməmiş, hərrac təşkilatı tərəfindən ipoteka qoyana hərrac barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməmiş, ilkin hərracın bas tutmaması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatın dərc edilməsi qaydalarına riayət olunmamış, qanunvericiliyin çoxsaylı tələbləri kobud pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azə rbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
21. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqların ın qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləş dirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
24. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
25. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
27. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
28. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
29. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
41. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiym ətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşaraq, əlavə qiymətləndirməyə zərurət görmür.
42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3842/2024 saylı, 26 dekabr 2024-cü saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.