Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1569/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1171/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)3806/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.S.Məmmədov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 184 saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11712/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, işəgötürənin onun işdən çıxarılmasına dair xx xxxxx 2019-cu il tarixli, 184 saylı əmrinin ləğv edilməsi, cavabdeh təşkilatda xarrat-rəngsaz vəzifəsinə işə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsı barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutla ra düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Nərgiz Sərdarova kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə b axılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, əm ək vəzifələrini kobud şəkildə pozaraq onun heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə, eyni zamanda xəstə, bülletendə olmasını bildirsə də bu barədə işəgötürənə heç bir məlumat verməməsinə, ancaq xx xxxxx 2019-cu il tarixdə işə gəldikdən sonra bülletendə olduğunu bildirməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “a” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslanıdırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, işin apel lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı cavabdeh təşkilatın Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsində “xarrat-rəngsaz” vəzifəsində işləyib və işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 184 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə və 72-ci maddəsinin a) bəndinə əsasən xx xxxxx 2019-cu il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən tərtib edilmiş akt, şikayət ərizəsi, həmçinin MKİS rəisi Pərviz Həsənovun xidməti məlumatı və direktorun dərkənarı göstərilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin a) bən dinə görə, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddənin mənasına görə, əmək müqaviləsi işəgötürən tərəfindən qeyd olunan əsasla o, vaxt ləğv edilə bilər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, yaxud əmək vəzifələrini kobud şəkildə pozmuş olsun. Nəzərə alınmalıdır ki, əmək vəzifələrinin kobud şəkildə pozulması o, halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsası yaradır ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, eyni zamanda törətmiş olduğu hüquq pozuntusu işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə cid di xələl gətirmiş olsun. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verərək, iddiaçının əmək funksiyasının bilavasitə nədən ibarət olmasını, onun əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsini, eləcə də əmək funksiyasını yerinə yetirərkən onun qəsdinin və ya səhlənkarlığının, etinadsızlığının nədə ifadə olunmasını, bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulubpozulmamasını, sonda işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyib-dəyməməsini aydınlaşdırmadan, eləcə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş cavabdeh təşkilatın işçiləri tərəfindən tərtib edilmiş aktı, iddiaçı barəsində olan şikayət ərizəsini, cavabdeh təşkilatın qanuni təmsilçisinin xidməti məlumatını, direktorun dərkənarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, aktı imza etmiş şəxslərin şahid qismində məhkəmə iclasında iştiraklarını təmin edib hazırki mübahisəli məsələyə onların münasibətini öyrənmədən, iddiaçı barəsində olan şikayət ərizəsinin mahiyyətinə varmadan, həmin şikayət ərizəsi ilə iddiaçının işdən çıxarılması arasında səbəbli əlaqənin olub-olmamasını, iddiaçının bütün iş günü işə gəlməməsinin səbəblərini, bunun üzürlü səbəblərdən baş verib-verməməsini və sair halları aydınlaşdırmadan, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçının adına 13 saylı şəhər Poliklinikası tərəfindən açılmış 312952 nömrəli “əmək qabiliyyətinin olmama sı vərəqəsin”dən görünür ki, iddiaçı “arterial hipertenziya” diaqnozu üzrə xx xxxxx 2019-cu ildən xx xxxxx 2019-cu il tarixədək işdən azad edilməklə xəstə olmuşdur və “əmək qabiliyyətinin olmaması” vərəqəsindən görünür ki, o, işə xx xxxxx 2019-cu il tarixdə başlamalı idi. Digər tərəfdən, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Eləcə də həmin Məcəllənin 189-cu maddəsinin 2-ci hissəsində göstərilir ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddənin mənası ndan da göründüyü kimi əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi üzrə xitam verilməsi qadağandır. Eyni zamanda işdə olmadığı iş günü ərzində işçiyə intizam tənbehinin verilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının işəgötürənə xəstə olmasına dair heç bir məlumat vermədiyini, yalnız xx xxxxx 2019-cu il tarixdə işə çıxdıqdan sonra məlumat verdiyini və bu səbəbdən də işəgötürənin hazırda mübahisələndirilən əmrinin qanuni olması qənaətinə gələrkən də, sadalanan qadağanedici normaların tələblərini pozmuşdur. Halbuki, qeyd olunan maddələrin, o cümlədən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin mənasına görə, işdə olmadığı halda işçiyə intizam tənbehi verilə bilməz və intizam t ənbehi verilməsini istisna etməsə də, hər bir halda intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verməsini tələb etməlidir. Göründüyü kimi hazırda mübahisələndirilən intizam tənbehi iddiaçıya işdə olduğu iş günü ərzində deyil, əmək qabiliyyətini müvəqqəti itirdiyi xx xxxxx 2019-cu il tarixdə verilmişdir, bu isə sadalanan maddələrin tələblərinə görə yolverilməzdir. Bundan başqa işdən görünür ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla xitam verərkən, həmkarlar ittifaqı təşkilatının qabaqcadan yazılı razılığını almamışdır. Halbuki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmka rlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini pozaraq, iddiaçının çalışmış olduğu cavabdeh təşkilatda ümumiyyətlə həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstərib-göstərməməsini, onun həmkarlar ittifaqının üzvü olub-olmamasını aydınlaşdırmadan, bu barədə heç bir araşdırma aparmadan, işəgötürəninin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan xitam verməsinin yolverilməz olmasına əhəmiyyət vermədən, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Göründüyü kimi əmək qanunvericiliyi həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan, işəgöt ürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi üzrə xitam verilməsini istisna edir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, iddiaçı, iddia ərizəsində işgən çıxarılmasına dair işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 184 saylı əmrini mübahisələndirdiyindən, həmin əmrlə də o, “pedaqoq” vəzifəsindən deyil, “xarrat-rəngsaz” vəzifəsindən çıxarıldığından, onun “pedaqoq” vəzifəsinə bərpa olunmasını tələb etməsi, iddia tələblərinin rədd edilməsi üçün əsas sayıla bilməz. Ona görə də apellyasiya instansiyası məhkəməsinin iddia tələblərini rədd edərkən qeyd olunan hala istinad etməsi də əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxı mından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11712/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1569/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1569/2020
13.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver