Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-157/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Məmmədov Eyvaz Mehdi oğlunun iştirakı ilə, Cavabdeh və vəkili Məmmədov Səyyad Məhəmməd oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)-8651/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(004)679/2019 saylı qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) iddia təmin edilmiş, Cavabdeh 1.270.000 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)-8651/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(004)679/2019 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 1.161.078,79 ABŞ dolları (bir milyon bir yüz altmış bir min yetmiş səkkiz ABŞ dolları yetmiş doqquz sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı t ərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.270.000 ABŞ dollarının alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında olan qarşılıqlı razılaşmaya uyğun olaraq, sonuncunun “xxxx” ASC-dən götürdüyü ümumilikdə 1.270.000 ABŞ dolları təşkil edən borcu iddiaçı tərəfindən banka ödənilmiş, Cavabdeh bank qarşısındakı kredit öhdəliklərinə xitam verilmişdir. Eyni zamand a, kreditlərinin təminatı kimi, cavabdeh tərəfindən banka ipotekaya qoyulmuş daşınmaz əmlaklar və girov qismində bankın saxlancına verilmiş 40 kq. qızıl məmulatları Cavabdeh özünə qaytarılmışdır. Lakin Cavabdeh bu günə qədər iddiaçının ödədiyi 1.270.000 ABŞ dollarını müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Cavabdeh “xxxx” ASC-də öz adına, eləcə də işçisi YYYnın adına kredit müqavilələri bağlayaraq külli miqdarda kredit alaraq, öz şəxsi məqsədlərinə istifadə etmişdir. Belə ki, Cavabdeh “xxxx” ASC ilə bağladığı 30 mart 2015-ci il tarixli, 1882/15 saylı kredit müqaviləsinə əsasən ona illik 18 faiz olmaqla, 372.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixli müqavilə ilə Cavabdeh xahişi ilə onun əməkdaşı olan YYYnın adına eyni şərtlərlə 800.000 ABŞ dolları məbləğində kre dit verilmişdir. LLLnın adına verilmiş 800.000 ABŞ dolları məbləğində olan krediti də Cavabdeh almışdır. LLL Cavabdeh xahişi ilə sadəcə kredit müqavilələrinə imza atmışdır. Bankdan götürülmüş kredit məbləğlərinin təminatı kimi, Cavabdeh tərəfindən X1 mülkiyyətçisi olduğu, Sumqayıt şəhəri, ə/d ünvanında istifadədə olan 0,094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.m. olan əmlak kompleksi (Las-Veqas restoranı) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya qoyulmuş göstərilən daşınmaz əmlak Maqsud Mahmudzadənin adına sənədləşdirilmiş olsa da, faktiki olaraq əmlakın sahibi Cavabdehdur. Bundan başqa, Cavabdeh və YYY ilə “xxxx” ASC arasında bağlanmış 30 mart 2015-ci il tarixli kredit müqavilələrinin təminatı kimi, Cavabdeh tərəfindən “xx xx’' ASC-yə 40 kq. miqdarında qızıl məmulatı girov qoyulmaqla, banka saxlanca verilmişdir. İki kredit müqaviləsi bağlansa da, əsl həqiqətdə kreditlər Cavabdeh verilmişdir. Hər iki kredit müqaviləsinə görə verilmiş məbləğlər Cavabdeh tərəfindən götürüldüyünə görə, kreditlər üzrə qismən də olsa aparılmış ödəmələr bilavasitə Cavabdeh tərəfindən aparılmışdır. İddiaçının “xxxx” ASC-də 668510 ABŞ dolları və 548792 manat (həmin dövrün kursuna uyğun 703579 ABŞ dolları) əmanəti olmuşdur. Bundan başqa, həmin bankda 42060,72 ABŞ dolları və 35913,47 manat cari hesabında pul vəsaiti olmuşdur. Cavabdeh öz adına və işçisi LLLnın adına bankdan aldığı kredit vəsaitlərinin ödənilməsi üçün özünə məxsus, lakin X2 adına sənədləşdirilmiş daşınmaz əmlakı olan, Sumqayıt şəhəri, ə/d ünvanında istifadədə olan 0,094 248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.m. olan əmlak kompleksini (Las-Vüqas restoranı) ona satacağı və o da, aldığı əmlakın müqabilində, onun bankdan götürdüyü kredit borclarını ödəyəcəyi barəsində qarşılıqlı razılığa gəlmişlər. Aralarında olan qarşılıqlı razılaşmaya uyğun olaraq, Cavabdeh göstərişi ilə qeyd edilən ünvandakı daşınmaz əmlaka (Las-Veqas restoranı) dair M.Mahmudzadə ilə aralarında 11 sentyabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı DNK-da AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə də, Cavabdehla olan qarşılıqlı razılaşmanın şərtlərinə uyğun olaraq, üzərinə götürdüyü öhdəliyi, yəni onun bankdan götürdüyü 1.270.000 ABŞ dolları kredit borcunu banka ödəmiş, daşınmaz əmlak barəsindəki alqı-satqı müqaviləsindən sonra əmlak onun mülkiyyətinə keçmişdir. Bir müddətdən sonra, Cavabdeh razılaşmanın şərtlərini pozaraq, Sumqayıt şəhəri, ə/d ünvanında istifadədə olan 0,094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965.9 kv.m. olan əmlak kompleksi (LasVeqas restoranı) barəsində bağladıqları 11 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 07 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ona satılmış daşınmaz əmlak cavabdehə qaytarılmışdır. Göründüyü kimi, Cavabdeh iddiaçının etibarından istifadə edərək, onu aldadaraq, bankdan götürdüyü külli miqdarda kredit vəsaitini ona ödətdirdikdən son ra, banka ipotekaya qoyulmuş daşınmaz əmlakını və girov kimi qoyduğu 40 kq. qızıl məmulatını özünə qaytarmış olmuş, beləliklə də, onun 1.270.000 ABŞ dollarını ələ keçirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Məmmədov Səyyad Məhəmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı ona hər hansı məbləğdə pul ödəməsi faktının müəyyən olunmaması nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Məmmədov Eyvaz Mehdi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəm ə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının vəkili Məmmədov Eyvaz Mehdi oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC və X6 arasında ba ğlanmış 30 mart 2015-ci il tarixli kredit müqaviləsi ilə biznes fəaliyyətinin genişləndirilməsi məqsədi ilə sonuncuya 48 ay müddətinə, 30 mart 2019-cu il tarixədək illik 18% olmaqla 372.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixli müqavilə ilə Cavabdeh xahişi ilə onun əməkdaşı YYY na eyni şərtlərlə 800.000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit öhdəliklərinin təminatı kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin faktiki olaraq hazırki iş üzrə Cavabdeh məxsus olan Sumqayıt şəhəri, ə/d ünvanında istifadədə olan 0,094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimalında yerləşən, ümumi sahəsi 965,9 kv.m. olan əmlak kompleksi (“Las-Veqas” restoranı) ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, “xxxx” ASC ilə YYY arasında bağlanmış 15 aprel 201 5-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə sonuncuya istehlak məqsədi ilə 24 ay müddətinə illik 18% olmaqla 1.800.000 ABŞ dolları kredit xətti açılmış, 07 aprel 2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə sonuncuya istehlak məqsədi ilə 24 ay müddətinə illik 18% olmaqla 159.760,98 ABŞ dolları məbləğində kredit verilmiş, 03 aprel 2015-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən istehlak məqsədi ilə 24 ay müddətinə illk 18% olaraq 40.239,02 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrin təminatı kimi saxlanc müqaviləsinə əsasən 40 kq. qızıl girov qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, ipoteka predmeti olan Cavabdeh məxsus, lakin X2 adına sənədləşdirilmiş daşınmaz əmlak: Sumqayıt şəhəri, ə/d ünvanında istifa dədə olan 0,094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.m. olan əmlak kompleksi (“LasVeqas” restoranı) “xxxx” ASC-nin və əvvəlki Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin hədəsi və təhriki ilə 11 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında hazırki iş üzrə İddiaçı satılmış, bunun müqabilində sonuncunun “xxxx” ASC-də (“xxxx” ASC-də) olan əmanəti hesabına cavabdehin kredit borcu bağlanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiasına əsasən 11 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş material larından görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən 11 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq Sumqayıt şəhəri, ə/d ünvanında istifadədə olan 0,094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimalı ünvanında yerləşən ümumi sahəsi 965,9 kv.m. olan əmlak kompleksinin (KKK) müqabilində Cavabdeh kredit borcuna görə “xxxx” ASC-nin hesabına cəmi 1.270.000 ABŞ dolları məbləğində pulun ödənilməsi, sonradan cavabdehin iddiası əsasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın cavabdehə qaytarılması, bununla da, Cavabdeh sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanması müəyyən edildiyinə görə iddia tələbi əsaslı sayılaraq təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin gəldiyi nəticə ilə mahiyyət etibarı ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən kredit müqavilələri “xxxx” ASC (“xxxx” ASC) ilə hazırki iş üzrə Cavabdeh arasında deyil, X6 və YYY arasında bağlanılsa da, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, kreditlər məhz Cavabdeh tərəfindən istifadə olunmuş və sonuncu müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, həmin iş üzrə iddiaçı olan Cavabdeh iddiasında özü göstərmişdir ki, “xxxx” ASC ilə bağlanılmış 30 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə ona 372000 ABŞ dolları kredit verilmiş, həmçinin əməkdaşı olan LLL onun xahişi əsasında bankdan 800.000 ABŞ dolları məbləğində kredit almışdır. Həmçinin qanuni qüvvəyə minmiş həmin qətnamə ilə müəyyən olunmuşdur ki, götürülmüş kreditlərin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, s onradan alqı-stqı müqaviləsinin predmeti olmuş Sumqayıt şəhəri, Bakı-Quba yolunun şimalında yerləşən əmlak kompleksi X1 adına rəsmiləşdirilsə də, faktiki olaraq Cavabdeh məxsus olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı “xxxx” ASC-də olan pul vəsaiti hesabına Cavabdeh həmin bankda olan kredit borcu tam bağlanıldığından və son nəticədə bunun müqabilində iddiaçıya əvəz verilmədiyindən İddiaçı ödənilmiş pul vəsaitini cavabdehdən tələb etmək hüququ olmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri ə/d ünvanında istifadədə olan 0,094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimalı ünvanında yerləşən ümumi sahəsi 965,9 kv.m olan əmlak kompleksinin (“Las-Veqas” restoranını n) alqı-satqısı barədə 11 sentyabr 2015-ci il tarixli müqavilə etibarsız hesab edilsə də, işə baxmış həmin məhkəmə hesab etmişdir ki, alıcı qismində olmuş İddiaçı tərəfindən satıcı qismində olmuş şəxsə hər hansı bir vəsaiti (pul) ödənilmədiyindən müqavilə etibarsız hesab olunduqdan sonra ona hər hansı bir vəsaitin qaytarılması əsaslı ola bilməz. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş qətnamənin həmin cümləsini şərh edərkən hesab etmişdir ki, məhkəmə müqaviləni etibarsız hesab edərkən konkret müqavilə şərtlərinə uyğun olaraq müəyyən olunmuş qaydada satıcıya real pul vəsaitinin ödənilməməsini nəzərə aldığından bu etibarsız hesab edilmiş müqavilənin ümumiyyətlə əvəzsiz olması anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, alıcı İddiaçı almaq istədiyi daşınmaz əmlakın əvəzinə satıcının bankda olan borcunun tam bağlanılması mübahisəsizdir. Belə ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı iddiaçılar Cavabdeh, X1 və X3 iddiası ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində toplanmış mülki işin materialları öyrənilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 4 saylı Dövlət Notariat Kontoruna ünvanlandırılmış 14 sentyabr 2015-ci il tarixli məktubuna əsasən 11 sentyabr 2015-ci il tarixdə YYYnın hesabına 813.382,04 ABŞ dolları, X4 hesabına isə 347.696,75 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil olunmuş və həmin məbləğlər bankın müştərisi olan YYY və X5 məxsus kredit borclarının silinməsinə yönəldilmişdir. İş materiallarından məlum olur ki, Cavabdeh bu halın həqiqətə uyğun olmamasını, o cümlədən kredit müqaviləl əri üzrə borcun nə vaxt və kim tərəfindən ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə yuxarıda qeyd olunan qətnamənin təsviri hissəsindən də görünür ki, iddiaçı Cavabdeh tərəfindən 11 sentyabr 2015-ci il tarixədək “xxxx” ASC-yə FFF-un krediti üzrə yalnız 52.306 ABŞ dolları, YYYnın kredit üzrə isə 55.193 ABŞ dolları məbləğində borc qaytarılmışdır ki, həmin məbləğ götürülmüş krediti tam əhatə etməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının hesabına sonradan aradan qalxmış əsasa söykənən əsassız varlanması qənaəti düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən əsassız varlanma mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. -431.3-cü maddəsinə əsasən üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddə sinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmənin hazırki mövqeyi qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallara da uyğundur. Belə ki, iş materiallarında olan həmin qətnamənin surətindən görünür ki, İddiaçı cavabdeh “xxxx” ASC-nin ləğvedicisi LLLna qarşı iddia ərizəsi ilə müraciət edərək, hazırki iddiada istinad olunmuş hallara əsasən 1.215.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını və s. tələblərini irəli sürmüşdür. Məhkəmə qətnaməsi ilə iddiaçının tələbləri rədd olunsa da, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı iddia tələbini irəli sürərkən cavabdehin ona münasibətdə zərər vuran şəxs olduğunu (buna görə ona qarşı reqress qaydasında iddia verə biləcəyini) sübuta yetirə bilməmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə də hazırki iş üzrə iddiaçının cavabdehin bank qarşısında olan öhdəliklərini icra etməsi təsdiq olunmuş və iddiaçının həmin hərəkətlərinin qanuni olması təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin edərək 1.270.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehdən tutmaqla düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş materialları ilə İddiaçı vəsaiti hesabına Cavabdeh “xxxx” ASC-nin (“xxxx” ASC) qarşısında ayrı-ayrılıqda 813.382,04 ABŞ dolları və 347696,75 ABŞ dolları, ümumilikdə isə 1.161.078,79 ABŞ dolları təşkil edən kredit borclarının ödənilməsi öz təsdiqini tapdığından məhz həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkə məsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının nəzərə alınmadığını və bununla əlaqədar işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Belə ki, əksinə qanuni qüvvəyə minmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 2(005)-4043/2016 saylı qətnaməsində Cavabdeh öz iddia ərizəsində göstərmişdir ki, yuxarıda qeyd olunan 372.000 ABŞ dolları və 800.000 ABŞ dolları məbləğində kredit müqavilələri üzrə qeyd olunan məbləğlər faktiki olaraq onun tərəfindən götürülmüş, həmin kredit müqavilələri üzrə onun tərəfindən müvafiq olaraq yalnız 52.306 ABŞ dolları və 55.193 ABŞ dolları məbləğində kredit borcu qaytarılmışdır. Həm in qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, 11 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı həmin tarixdə qeyd olunan kredit müqavilələri üzrə borclar alqı-satqı müqaviləsinin predmeti olan əmlakın ipotekadan azad olunması məqsədi ilə İddiaçı Fərhad oğlu tərəfindən ödənilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəm ə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(103)-8651/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-157/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-157/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver