Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-157/2023 23.01.2023 ALİ MƏHKƏMƏ iddiaçılar X6 və İddiaçı1 cavabdehlər Cavabdeh, Maraqlı şəxs4, X3, Maraqlı şəxs1, Maraqlı şəxs2 qarşı (Bakı şəhəri 5 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilkin, iddiaçı Cavabdehlər X9 və İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: miras, vərəsəlik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1070/2022 nömrəli mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2974/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra - Mənzil) 229380 saylı, xx.xx.1984-cü tarixli orderlə 4 nəfər ailə tərkibində ilkin iddiaçıların babası X4 verilmişdir.
3. X7 xx.xx.1999-cu ildə ölmüş, onun ölümündən sonra Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2974/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə arvadı X5 mənzilə köçürülməklə, icarədarı hesab edilmiş və sonuncunun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
4. X7 ilə X 1 birgə nikahlarından cavabdehlər - Maraqlı şəxs1, Maraqlı şəxs2, X11, Maraqlı şəxs4 və Cavabdeh doğulmuşdur.
5. X5 xx.xx.2011-ci il tarixdə ölmüş, onun ölümündən sonra mənzildə yalnız övladı X11, onun arvadı X15 və övladları, yəni ilkin iddiaçılar yaşamışdır.
6. İlkin iddiaçıların atası X11 xx.xx.2020-ci il tarixdə, anası X15 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İlkin iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin (miras əmlakın) X11 tərəfindən qəbul edilmiş hesab edilməsinə və onun vərəsələri olan ilkin iddiaçılara ünvan 1 ünvanında yerləşən mənzilə (miras əmlaka) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mənzilə dair mülkiyyət hüququ nənələri X2 məxsusdur. Bundan əvvəl isə həmin mənzil iddiaçıların babası X4 məxsus olmuşdur. 1985-ci ildən bu günə kimi həmin mənzildə iddiaçılar və valideynləri (yəni, iddiaçıların atası və anası) yaşamışdır. Yəni mənzilin rəsmi sənədləri babanın, sonradan müvafiq olaraq nənənin adına olsa da, mənzilin faktiki sahibi iddiaçıların atası mərhum Mehman Əhmədov olmuşdur və mənzildə həmişə onun ailəsi yaşamışdır. Həmin mənzildə onlardan başqa əmiləri Cavabdeh və ailəsi də pasport qeydiyyatındadırlar, lakin onlar heç vaxt Mənzildə yaşamamışlar. Cavabdeh və ailəsi həmişə Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda həyət evində yaşamışlar və bu günədək də orada yaşayırlar. 2011-ci ildə iddiaçıların nənəsi Həmayıl Əhməd ova vəfat etdikdən sonra da Mənzildə onun vərəsəsi Mehman Əhmədov və onlar yaşamaqda davam etmişdir. Həmayıl Əhmədova vəfat etdikdən sonra formal olaraq miras açılmamışdır. Hazırkı iş üzrə cavabdeh də daxil olmaqla, digər vərəsələr tərəfindən miras əmlakın qəbul edilməsinə dair hər hansı rəsmi müraciət edilməmişdir. Çünki bütün vərəsələr Mənzilin Mehmana (iddiaçıların atasına) məxsus olduğunu bilir və bunu qəbul edirdilər. 2020-ci ilin dekabr ayının 16-da anaları X15, 4 gün sonra isə, yəni dekabrın 20-də ataları Mehman Əhmədov COVİD-19 virusundan vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra Mənzili vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirmək istəyərkən bütün əmi və bibilərin razılığını alsalar da, mənzildə formal olaraq qeydiyyatda olan cavabdeh (əmi) Cavabdeh bu razılığı verməkdə n şifahi olaraq imtina etmişdir. Qardaşının, yəni onların atasının sağlığında həmin mənzilə dair hər hansı iddia və ya tələbi olmamışdır.
9. Qarşılıqlı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilmiş hesab olunması və mirasın onun payına düşən hissəsinin müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mənzil iddiaçının vəfat etmiş anası - Həmayıl Əhmədovanın adına 13 iyul 2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməklə mülkiyyət hüququ haqqında N-0242720 Seriyalı Çıxarışla mülkiyyət-yəni, sahiblik, istifadə və sərəncam hüququ tanınmışdır. O, həyat yoldaşı və 3 övladı Mənzildə qeydiyyatdadır və o, 2-ci qrup əlil olmaqla Dövlətdən əlillik səbəbindən pensiya alır. Eyni zamanda, anası vəfat etdiyi üçün Mənzilə dair mirasın qəbul edilmiş hesab olunmasına və mirasın onun payına düşən hissəsinin müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair məhkəmə tərəfindən qətnamə çıxarılmalıdır.
11. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, həmin mənzildə yaşamamışdır və anası öləndən sonra ora getməyib. Türkan qəsbəsində ev tikdirmişdir. Mübahisəli mənzildən heç bir əşya götürməmişdir. Qardaşı rəhmətə gedənə qədər iddiaçılarla münasibətləri yaxşı olmuş, sonradan iddiaçıların fikri dəyişmişdir.
12. Digər cavabdehlər, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə baxışı zamanı izahatlarında bildirdilər ki, mübahisəli mənzil əvvəl a talarının adına, daha sonra analarının adına qeydiyyatdan keçmiş, 1984-cü ildən etibarən mərhum qardaşı Mehman ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Onlardan başqa həmin mənzildə heç kim yaşamamışdır. Anaları 2011-ci ildə vəfat edəndən sonra həmin mənzildən nə onlar, nə də Əlvan heçnə götürülməmişlər. Onlar miras əmlakdan onlara düşən paydan imtina edirlər.
13. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu 91 saylı MKİS tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 341 və 338 saylı, habelə xx.xx.2021-ci il tarixdə verilmiş 382 saylı arayışların surətindən görünür ki, mərhum X11 xx.xx.1985-ci il tarixindən vəfat etdiyi günədək, X15 xx.xx.1992-ci il tarixindən vəfat etdiyi günədək ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış, həmçinin iddiaçılar hazırda həmin Mənzildə yaşayır və qeydiyyatdadırlar, Cavabdeh isə Mənzildə qeydiyyatda olsa da, orada yaşamır.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli e-2(011)5900/2021 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. İş materiallarına istinadən iddiaçıların hazırda həmin Mənzildə yaşaması və qeydiyyatda olması, Cavabdeh isə Mənzildə qeydiyyatda olsa da, orada yaşamadığı təsdiq olunmuşdur. Həmçinin, həm Cavabdeh, həm də digər cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında bildirmişlər ki, anaları Həmayıl Əhmədov öldükdən sonra Mənzildə heç vaxt yaşamamış, ona sahiblik etməmiş və ondan istifadə etməmişlər, eləcə də Mənzildən hər hansı bir əşya aparmamış, mənzildə olan əşyalardan hansısa birinə sahiblik etməmiş və onlardan heç vaxt istifadə etməmişlər. Şərh edilənlərdən də göründüyü kimi, Mənzilin mülkiyyətçisi olmuş Həmayıl Əhmədovanın xx.xx.2011-ci il tarixdə ölməsi ilə mənzilə dair vərəsəlik işi açılmasa da, iş materialları, eləcə də cavabdehlərin izahatları ilə müəyyən olunur ki, mübahisəli Mənzili iddiaçıların atası Mehman Əhmədov faktiki olaraq qəbul etmiş, uzun müddət Mənzilə sahblik və ondan istifadə etməklə miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Cavabdehlər, xüsusilə Cavabdeh anasının ölümündən sonra qanunla müəyyən edilmiş altı ay müddətində nə Mənzilə dair vərəsəlik şəhdətnaməsinin verilməsi üçün notariat orqanına müraciət etmiş, nə Mənzilə tam, yaxud onun bir hissəsinə sahiblik etmiş (hətta, Mənzilin hər hansı bir əşyasına sahiblik və istifadə etməmişdir), nə də Mənzildən, yaxud onun bir hissəsindən istifadə etməmiş, bununla da mirası qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, Mənzil əvvəllər yalnız iddiaçıların atası tərəfindən qəbul edildiyindən, digər vərəsələr isə miras əmlakı qəbul etmədiklərindən, həmçinin mirası tək qəbl etmiş Mehman Əhmədov xx.xx.2020-ci il tarixdə öldükdən sonra Mənzil iddiaçıların faktiki sahibliyində və istifadəsində olduğundan, eləcə də, iddiaçılar Mehman Əhmədovun qanun üzrə birinci növbə vərəsələri olduğundan onlara Mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ve rilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159, 1243, 1246 və 1324-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin halları və birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə araşdırılarkən, belə qənaətə gəlmək olur ki, qətnamə sanki ilkin iddiaçının mövqeyi əsasında və onun maraqlarını həyata keçirməklə tərtib olunmuşdur. Hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlarla əsaslandırmalı və çəkişmə prinsiplərini təmin etməlidir. Birinci ins tansiya məhkəməsi tərəfindən sübutlara və maddi hüquq normalarına hüquqi qiymət verilərkən, qarşılıqlı iddia tələbinin qanuni əsasları kimi qanunvericiliyin “ədalətli çəkişmə" prinsipinə dair müddəaları düzgün müəyyən etməmiş və nəticədə həmin qanunvericiliyin tətbiqində bir sıra prosessual pozuntulara yol verilmişdir. Göründüyü kimi, qətnamədə 1-ci Giriş, 2-ci Təsviri, 3-cü Əsaslandırıcı, 4-cü Nəticə hissələrinin bir-biri ilə uzlaşmaması, təsviri hissəsinin natamam olması, dörd hissə arasında bağlılığın, vəhdətin olmaması, əsaslandırıcı hissənin ilkin iddiaçının maraqlarına uyğun olması, nəticədə qeyri-obyektiv qətnamə qəbul edilməsinə gətirib çıxarmış, prosessual və maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Mirasın açıldığından onun xəbərim olmayıb. Ümumiyyətlə mübahisəli mənzild ən istifadə etməyinə hər zaman qardaşı tərəfindən maneəçilik törədilib. Bu hal, Xətai Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-2974/2002 nömrəli qətnaməsi ilə öz təsdiqini tapır. Bu səbəbdən də, mirasın açılmağından xəbərsiz olmuşdur. Belə ki, vərəsəliyə çağırılmamış və çağırılmalı olduğunu da, bilməmişdir. Məhkəmə isə bu halı araşdırmadan mirası qəbul etmədiyini əsas gətirərək, qarşılıqlı iddianı rədd etmişdir. Mirasın açılması və vərəsəliyə çağırılma ilə bağlı onun məlumatlı olub-olmaması halı araşdırılmamışdır..
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1070/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov - sədrlik edən və məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işə baxan məhkəmə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159, 1243, 1246 və 1324-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xa hiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Azərbaycan Respublikası MPM-nin 386, 418.1, 418.2-cı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Nəticədə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan qanun və digər normativ hüquqi akt tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Qanun səhv təfsir edilərək, qanunsuz, əsassız və ədalətsiz qətnamələr qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384, 385.1, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 386-cı maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nətəcələrin işin hallarına uyğun gəlməməsi,apellyasiya şikayətinin nəticələri üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsində ləğv olunmalı idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı1 tərəfindən kassasiya şikayətinə qarşı etiraz vermişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində Cavabdeh və vəkili Əliyev X8 ailə üzvləri ilə birgə Bakı şəhəri, Xətai rayonu Gəncə pr-ti 23B m3 ünvanında yaşadıqlarını qeyd etmişlər.Cavabdeh və ailə üz vləri heç bir zaman həmin ünvanda yaşamamışlar. Onlar Türkan qəsəbəsi Üzümçülük sovxozunda yaşayırlar və hətta həmin yaşadığı evinin tikilməsində maddi dəstəyin böyük hissəsini X11 (atam) köməklik etmişdir. Öncəki məhkəmə prosseslərində də Cavabdeh həmin ünvanda (mübahisəli) heç bir zaman yaşamadığını qeyd etmiş və tətbiq olunan araşdırmalardan məhkəmə protokollarında hamısında qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
21. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismə n etibarsız sayılır.
22. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
23. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
25. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
26. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
27. Maddə 1243.2. Vərəsə mirasın açı ldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
28. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
29. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 30.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 35.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaə tə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1070/2022 nömrəli mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.