Məhkəmə qərarları › İş №2(102)-1570/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1570/2020

11.03.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1570/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-520/2019, hakim G.M.Abbasova) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh 11.482 ABŞ d olları əsas borc, 760 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12.262 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12451/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsinixahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2015-ci il tarixli kredit müqaviləsi əsasında sonuncuya bank tərəfindən 18 ay müddətinə illik 25 % ödəmək şərti ilə 14.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bankla Zamin1 və Zamin2 arasında zaminlik müqavilələri bağlanmışdır. xx xxxx 2018-ci il tarixdə İddiaçı” ASC Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, borc məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəb ərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun borclu və zaminlərdən müştərək qaydada tutulması təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixində bağlanmış kredit sazişinə əsasən bank borcalana 18 ay müddətinə, illik 25% dərəcəsi ilə, 14.200 ABŞ dolları məbləğində kredit vermiş, borcalan həmin məbləği və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş xx xxxx 2019-ci il tarixli maliyyə arayışına əsasən xx xxxxxx 2016-cı il tarixə borcalanın banka 11.482 ABŞ dolları əsas borc, 2728 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu yaranmışdır. İş üzrə alınmış xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə xx.xx.2017-ci il tarixə borcalanın Banka 11.482,41 ABŞ dolları əsas, 760.62 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12.243,03 ABŞ dolları borcunun olduğu mü əyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443, 445, 448, 739-cu maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə Cavabdeh hərəkətlərini düzgün olaraq öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas və cərimə, ekspert rəyi ilə müəyyən edilmiş faiz borcu ondan Bankın xeyrinə tutulmalıdır. Kassatorun hazırda irəli sürdüyü və apellyasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlilərinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin dəlillər iş materiallarına və maddi hüquq normaların a istinadla açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcunun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir. İş üzrə ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əs aslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar