Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1573/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılmaı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3079/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “cavabdehin alqı-satqı yolu ilə aldığı torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə ona satdığı 15 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “bələdiyyə qərarının ləğvi, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən hasara alınmış torların götürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 15 kvadrat metr torpaq sahəsinin satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi, mülkiyyət hüququ ilə ona məxsus olan 15 kvadrat metr mübahisəli torpaq sahəsindən İddiaçı çıxarılması və həmin ərazinin dəmir torla hasara alınmış hissəsinin açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciə edərək İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə ona satılmış 15 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh verilmiş 13 may 2019-cu il tarixli Texniki pasportun həmin sahəyə görə qismən etibarsız hesab edilməsi və 15 kvadrat metr torpaq sahəsinə görə ona reyestrdən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraa t İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşıllıq və bağ salmaq üçün İmişli şəhəri, H.Aslanov küçəsinin bitdiyi hissədə 15 kvadrat metr torpaq sahəsini İmişli Bələdiyyəsinin 30 noyabr 2007-cu il tarixli, 11 saylı qərarına əsasən alqı-satqı yolu ilə almışdır. Qeyd olunan xüsusat İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarış, 10 dekabr 2007-ci ildə İmişli rayon Dövlət Torpaq və Xəritəçəkmə şöbəsində 529 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair 30 noyabr 2007-ci il tarixli akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş arayış və rəylə təsdiq olunur. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin planına uyğun olaraq ona təhvil verilmiş, bundan sonra o, həmin torpaq sahəsindən maneəsiz istifadə etməklə orada yaşıllıq ərazi yaratmış və həmin ərazini dəmir torla hasara almışdır. Lakin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən bir qədər əvvəl yaşadığı evin qonşuluğunda ev almış Cavabdeh İmişli Bələdiyyəsinin ona satdığı 15 kvadrat metr torpaq sahəsini özbaşına zəbt etmiş və onun mülkiyyətində olan torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. O, cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını tələb etdikdə isə cavabdeh onun tələblərinə məhəl qoymamış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin tərtib etdiyi 13 may 2019-cu il tarixli Texniki Pasportuna istinad etməklə torpaq sahəsinin onun deyil, öz mülkiyyətində olduğunu dem işdir. Halbuki, texniki pasportda cavabdehin mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 0,13 hektar olduğu, 0,016 hektar torpaq sahəsinin zəbt edildiyi göstərilmişdir. Yəni onun mülkiyyətində olan 15 kvadrat metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi sonuncunun adına verilmiş texniki pasportda da öz təsdiqini tapmışdır. O, ona satılmış 15 kvadrat metr ölçüdə torpaq sahəsinin yenidən başqa şəxsə satılıb-satılmaması ilə maraqlandıqda İmişli Bələdiyyəsinin əməkdaşları həmin torpaq sahəsinin başqa şəxslərə, eləcə də cavabdehə satılmadığını bildirmişlər. Hazırda isə o, torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmağa çalışsa da, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin əməkdaşları cavabdehin mübahisəli torpa q sahəsindən çıxarılmadan onun hüquqlarının reyestrdə qeydə alınmasının mümkün olmadığını bildirmişlər. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən 11A saylı fərdi yaşayış evini almışdır. Alqı-satqı müqaviləsi ilə aldığı həmin evin 13 may 2019-cu il tarixli texniki pasportu və Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 iyun 2019-cu il tarixli mülkiyyət huququna dair çıxarışı da vardır. İddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, o, Cəmilin həyətinə bitişik olan torpaq sahəsinin 15 kvadrat metr hissəsini özbaşına zəbt etmişdir. Lakin Cəmilin iddiasında göstərdiyi həmin xüsusatlar tam əsassızdır. Belə ki, həmin torpaq sahəsi Cəmilin deyil, onun torpaq sahəsinin əhatəsindədir. Həmin torpaq s ahəsi ilə Cəmilin həyətyanı torpaq sahəsi arasından avtomobil yolu keçir. Mübahisəli torpaq sahəsi ondan əvvəl həmin ev və torpaq sahəsinin mülkiyyətçisi olmuş X11 məxsus olmuş, alqı-satqıdan sonra isə onun mülkiyyətinə keçmişdir. Bundan başqa, torpaq sahəsinin İddiaçı satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı qanunsuzdur. Buna görə də İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ləğv edilməlidir. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 mart 2020-ci il tarixli, 2(036)-846/2020 saylı qərardadı ilə (hakim Qurban Hacıyev) məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssi sləri də həmçinin ekspert qismində cəlb olunmaqla Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspetizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 10/2228 saylı rəyindən görünür ki, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışda qeyd olunan, İddiaçı məxsus 15 kvadrat metr torpaq sahəsinin hüdudları yer üzərində müəyyən edilərək ölçülmüşdür. Naturada bir tərəfi daş hasardan, digər tərəfi dəmir hasardan ibarət 15 kvadrat metr torpaq sahəsi İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa və torpaqların alqı-satqısına dair akta əsasən, İddiaçı məxsusdur və həmin şəxs tərəfindən halhazırda istifadə olunur. Cavabdeh 0,13 hektar həyətyanı torpaq sahəsini AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, X7 və AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, X2 almışdır. Lakin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış tərtib olunarkən yuxarıda qeyd olunan hüquqi sənədlərə istinad edilməmiş və texniki qüsurlara yol verilmişdir. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MN seriyalı, ******* saylı çıxarışla X8 alınmış 0,06 hektar torpaq sahəsinin hüdudları arasında da fərqlər vardır. Qeyd olunan çıxarışın hüdudları ilə İmişli şəhərinin ərazisində həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədi ilə tərtib olunmuş JN 963A və 2562A saylı kod 90701004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrə əsasən X9 və X4 mülkiyyətlərinə v erilmiş torpaq sahəsinin hüdudları arasında fərqlər vardır. Çıxarışda qeyd olunan zəbt sahəsi də JN 963A və 2562A saylı şəhadətnamələrdə olan ərazi ilə uyğun deyildir. Buna görə də, yuxarıda qeyd olunan səbəblərə əsasən Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda texniki qüsurlar olduğundan torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda hüquqi sənədlər əsasında düzəlişlər edildikdən sonra Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 hektar hüdudlarını müəyyən etmək olar. Birinci instansiya məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(036)-72/2021 saylı qətnaməsi ilə (hakim Qurban Hacıyev) ilkin iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş **********52-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış və **********52-10301 reyestr nömrəli Texniki pasportun etibarsız hesab edilməsi, Cavabdeh İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı satılmış 15 kvadrat metr torpaq sahəsindən çıxarılması, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı satılmış 15 kvadrat metr torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatına alınması, qarşılıqlı iddiaın rədd edilməsi, Cavabdeh məhkəməyə iddia ərizəsi verilərkə n dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 10 manat 40 qəpik məbləğində pul vəsaitinin tutulub İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh ekspertiza tədqiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, mütəxəssis rəyinin alınmasına sərf edilmiş vəsaitin əvəzi qismində isə 95 manat məbləğində pul vəsaitinin tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi İmişli şəhər Bələdiyyəsi tərəfindən 30 noyabr 2007-ci il tarixli 11 saylı iclasın qərarına uyğun olaraq, İddiaçı satılmış və həmin əmlakın dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin İddiaçı qeyd olunan əmlak üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Bununla da İddiaçı bəhs oluna əmlak üzərində 2007-ci ilin noyabr ayından gözlənilən mülkiyyət hüququna malik olmuşdur. Cavabdeh isə məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/2228 saylı rəyində də göstərildiyi kimi həmin torpaq sahəsi üzərində belə hüquqlara malik olmamışdır. Mülki işin məhkəmə tədqiqi zamanı C.H.X3 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolunun surətini, 30 noyabr 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş arayış və rəyin surətini, Dövlət Torpaq və Xəri təçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planının və 30 noyabr 2007-ci il tarixli aktının surətini məhkəməyə təqdim etməklə, öz iddia tələbinin və qarşılıqlı iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Cavabdeh isə İddiaçı iddiasına etirazının və eləcə də özünün qarşılıqlı iddiasının əsası kimi yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2019-cu il tarixli texniki pasportun və 27 iyun 2019-cu il tarixli çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/2228 saylı rəyində Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda texniki qüsu rlar olduğu göstərilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 157.8, 238.1ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 66.2, 111.1, 111.2, 164.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1,217.4-cü maddələri, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14.02.2003-cü il tarixli, 2 nömrəli Qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarı və «R.Ağalarovun ş ikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Əhmədov - sədrlik edən və məruzəçi, Tale Kərimov, Tofiq Heydərov) 25 noyabr 2021-ci il tarixli, 2(106)-3079/2021 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(036)-72/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/2228 saylı rəyindən görünür ki, imişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışda qeyd olunan. İddiaçı məxsus 15 kvadrat metr torpaq sahəsinin hüdudları yer üzərində müəyyən edilərək, ölçülmüşdür. Naturada bir tərəfi daş hasardan, digər tərəfi dəmir hasardan ibarət 15 kvadrat metr torpaq sahəsi İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa və torpaqların alqı-satqısına dair akta əsasən. İddiaçı məxsusdur və həmin şəxs tərəfindən hal-hazırda istifadə olunur. Bundan başqa, həmin rə ydə göstərilmişdir ki. X5 0.13 hektar həyətyanı torpaq sahəsini AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, X8 və AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, X2 almışdır. Lakin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış tərtib olunarkən yuxarıda qeyd olunan hüquqi sənədlərə istinad edilməmiş və texniki qüsurlara yol verilmişdir. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MN seriyalı, ******* saylı çıxarışla X8 alınmış 0,06 hektar torpaq sahəsinin hüdudları arasında da fərqlər vardır. Qeyd olunan çıxarışın hüdudları ilə imişli şəhərinin ərazisində həyətyanl torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədi ilə tərtib olunmuş JN 963A v ə 2562A saylı kod 90701004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrə əsasən X10 X4 mülkiyyətlərinə verilmiş torpaq sahəsinin hüdudları arasında fərqlər vardır. Çıxarışda qeyd olunan zəbt sahəsi də JN 963A və 2562A saylı şəhadətnamələrdə olan ərazi ilə uyğun deyildir. Buna görə də, yuxarıda qeyd olunan səbəblərə əsasən Cavabdeh qızma Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda texniki qüsurlar olduğundan torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda hüquqi sənədlər əsasında düzəlişlər edildikdən sonra X1 xüsusi mülkiyyətində olan 0,13 hektar hüdudlarını müəyyən etmək olar. Belə olan halda məhkəmə kollegiyası müəyyən edir ki, ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə yönəlməli iddia olmaqla iddianın inzibati məhkəməyə aid olduğu müəyyənləşir. Ona görə də qarşılıqlı iddiaçı X1 vermiş olduğu apellyasiya şkayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(036)-72/2021 saylı qətnaməsi ləğv edilməli, iddiaçıya və qarşlıqlı iddiaçıya cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə yol verdiyi hərəkətin nəticələrini aradan qaldırmaq tələbi ilə müraciət etməli olmaları, cavabdeh hər iki tərəfə məxsus torpaq sahələrinin hüq uqi sənədlərinin tərtibində yol verdiyi qüsurları aradan qaldırmayacağı halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı inzibati məhkəməyə müraciət etməli olmaları izah edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə verilmiş sənədlər qanuni olmamış, buna görə də məhkəmə haqlı olara q cavabdehə verilmiş sənədləri etibarsız hesab etmişdir. Apelyasiya məhkəməsi tərəfindən bu hala münasibət bildirilməmişdir. Torpaq sahəsinin zəbt edilməsi qanunla qadağan olunmuşdur. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş, məhkəmə bu hala da xüsusi diqqət yetirməli olduğu halda bunu etməmişdir. Məhkəmə tərəfindən onun hüquqları nəinki qorunmamış, əksinə pozulmuşdur. Məhkəmə prosesi zamanı bərabərlik prinsipi pozulmuş, sübutları əsaslı olsa da, məhkəmə tərəfindən qiymətləndirilməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarə yə verilməsi və s. irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır. Ekspert rəyi ilə də onun haqlı olmağı öz təsdiqini tapmışdır. Məhkəmənin inzibati məhkəməyə müraciət olunmalı olduğu barədə gəldiyi nəticə qanunvericiliyə ziddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 25 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İşdən görünür ki, ilk iddiaçı bələdiyyə ilə arasında bağlanmış alqı-satqı müqaviləsinə istinad edərək, 15 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh verilmiş 13 may 2019-cu il tarixli Texniki pasportun həmin sahəyə görə qismən etibarsız hesab edilməsini və 15 kvadrat metr torpaq sahəsinə görə ona reyestrdən çıxarış verilməsi xahiş etmiş, qarşılıqlı iddiaçı isə mülkiyyəti ilə bağlı çıxarışa istinad edərək, İddiaçı 15 kvadrat metr torpaq sahəsinin satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi, mülkiyyət hüququ ilə ona məxsus olan 15 kvadrat metr mübahisəli torpaq sahəsindən İddiaçı çıxarılması və həmin ərazinin dəmir torla hasara alınmış hissəsinin açılmasını xahi ş etmiş, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası isə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyinə istinad edərək, ilkin iddia tələbinin, həm də qarşılıqlı iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə yönəlməli iddia olmasını göstərib iddianın inzibati məhkəməyə aid olduğunu müəyyənləşdirmişdir. Kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin ekspertiza təyin edilməsi barədə qərardadının 1-ci sualında İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı çıxarışına əsasən İddiaçı məxsus torpaq sahəsinin hüdudlarının (sərhədləri) yerində müəyyən edilməsi və 4-cü sualında iş materiallarında olan fotoşə killərdə əks olunmuş bir tərəfi daş hasardan, bir tərəfi isə dəmir hasardan ibarət torpq sahəsinə yerində baxış keçirilməklə ərazinin kimə məxsus olmasının müəyyən edilməsi tapşırılmış, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi və ekspert tərəfindən mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş, həyata keçirilmiş araşdırma nəticəsində 1-ci suala cavab olaraq göstərilmişdir ki, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışda qeyd olunan, İddiaçı məxsus 15 kvadrat metr torpaq sahəsinin hüdudları yer üzərində müəyyən edilərək ölçülmüşdür. 4-cü suala cavabda isə göstərilmişdir ki, naturada bir tərəfi daş hasardan, digər tərəfi dəmir hasardan ibarət 15 kvadrat metr torpaq sahəsi İmişli Bələdiyyəsinin 30 n oyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa və torpaqların alqısatqısına dair akta əsasən, İddiaçı məxsusdur və həmin şəxs tərəfindən hal-hazırda istifadə olunur. İşin inzibati məhkəməyə aid olduğu qənaətinə gələn apelyasiya kollegiyası əldə edilmiş ekspert rəyi üzrə suallara verilmiş cavabları tam araşdırmadan, mübahisənin xarakterini və mahiyyətini tam nəzərə almadan iş üzrə icraata xitam vermişdir. Belə ki, apelyasiya kollegiyası ekspert rəyində Cavabdeh məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış tərtib olunarkən satınalma barədə hüquqi sənədlərə istinad edilməməsinin və texniki qüsurlara yol verilməsinin, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MN seriyalı, ******* saylı çıxarışla X8 alınmış 0,06 hektar torpaq sahəsinin hüdudları arasında da fərqlər olmasının, qeyd olunan çıxarışın hüdudları ilə İmişli şəhərinin ərazisində həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədi ilə tərtib olunmuş JN 963A və 2562A saylı kod 90701004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrə əsasən X9 və X4 mülkiyyətlərinə verilmiş torpaq sahəsinin hüdudları arasında fərqlər olmasının, çıxarışda qeyd olunan zəbt sahəsinin də JN 963A və 2562A saylı şəhadətnamələrdə olan ərazi ilə uyğun olmamasının, buna görə də, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda texniki qüsurlar olduğundan torpaq sahəsinin hüdudlarını müəyyən etməyin mümkün olmamasının göstərilməsini, ekspertin Hüquqları n Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda hüquqi sənədlər əsasında düzəlişlər edildikdən sonra Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 hektarın hüdudlarını müəyyən etməyin mümkün olduğunu bildirməsini nəzər alıb, iddiaçıya və qarşlıqlı iddiaçıya cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə yol verdiyi hərəkətin nəticələrini aradan qaldırmaq tələbi ilə müraciət etməli olmaları, cavabdeh hər iki tərəfə məxsus torpaq sahələrinin hüquqi sənədlərinin tərtibində yol verdiyi qüsurları aradan qaldırmayacağı halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı inzibati məhkəməyə müraciət etməli olmalarını izah etmişdir. Buradan da aydın olur ki, apelyasiya kollegiyası hər iki tərəfə məxsus torpaq sahələrinin hüquqi sənədlərinin tərtibində qüsura yol verilməsi qənaətinə gəlmişdir. Lakin yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ekspert və mütəxəssis ilk iddiaçıya məxsus mübahisəli torpaq sahəsi ilə bağlı sənədlərdə hər hansı qüsur müəyyən etməmiş və bunu rəydə göstərməmiş, yalnız qarşılıqlı iddiaçının torpaq sahəsi ilə bağlı çıxarışı ilə alqı-satqı müqavilələri arasında uyğunsuzluq olmasını, texniki qüsurlar müəyyən edildiyini göstərmişdir. Əldə edilmiş ekspert rəyini düzgün tədqiq etməyən apelyasiya kollegiyası nəzərə almamışdır ki, ilk iddiaçının torpaq sahəsi ilə bağlı sənədlərində qüsurlar müəyyən edilmədiyi halda o, hansı əs asla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə yol verilmiş hərəkətin nəticələrini aradan qaldırmaq tələbi ilə müraciət etməli, ona məxsus sənədlə bağlı hansı qüsur aradan qaldırılmasa adıçəkilən orqana qarşı tələblə inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarında da göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli h ərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Həmin Qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməs i və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də iş üzrə 25.11.2021-ci il tarixli qərardadı qəbul etmiş apelyasiya kollegiyası ekspert rəyini düzgün tədqiq etməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 nömrəli Qərarının tələblərini pozaraq iddia tələbinin icraatına xitam verib işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmişdir. Beləliklə işdən g örünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların və işin hallarının müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara, ekspert və mütəxəssis rəyinə düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmi yyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli və düzgün tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.11.2021-ci il tarixli, 2(106)-3079/2021 nömrəli qərardadı ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25.11.2021-ci il tarixli, 2(106)-3079/2021 nömrəli qərardadı ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1573/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1573/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver