Məhkəmə qərarları › İş №2(102)-1573/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1573/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1573/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarsı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2 024-cü il tarixli, 2(103)2947/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasını təşkil edilməsi, iddiaçının icazəsi olmadan ona məxsus mülkiyyətin öz qarajında yığılması, mülkiyyətindən istifadə hüququndan iddiaçını məhrum etdiyinə görə onun hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi; cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararsız vəziyyətdə ol duğu təqdirdə isə iddiaçıya dəymiş 10000 manat dəyərində maddi zərərin cavabdehdən tələb olunması; cavabdeh iddiaçının qarajında saxladığı mülkiyyətini ona qaytarmadığına, onun şərəf və ləyaqətinə toxunduğuna, ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)1837/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)-6790/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(102)-255/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(103)-2947/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus qar ajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh tələb olunan əşyaların (2009-cu il tarixdə Dubay şəhərindən alındığı iddia olunan) alınmış təzə HP markalı “noutbuk”, əntiq “Zinker” markalı (1900-cü il) ayaqla işlədilən tikiş maşını, 2014-cü ildə (Roma şəhərindən alındığı iddia olunan) milad oyuncaqları, 2014-cü ildə alınmış yeni il rəmzi olan (bəzək əşyaları ilə birlikdə) şam ağacı (yolka), “QAZ 31105 Volqa” markalı avtomobil üçün alınmış ehtiyat hissələri), bu mümkün olmadıqda isə onların dəyəri olan 3168 manatın alınaraq İddiaçı verilməsi qət edi lmişdir.

6. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(103)-2947/2023 nömrəli qərardadı ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər K.H.Əkbərovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə istinad etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi hissə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdən az, yəni 3168 manat olduğundan qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə cavab vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

9. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(103)-2947/2023 nömrəli qərardadının ləğv edilməsi, kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsi pozulmuşdur. Belə ki, iddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir: 1. qarajda olmuş əşyaların yararlı vəziyyətdə qaytarılması,

2. Bu mümkün olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi. Birinci tələb qeyri-əmlak xarakterli tələb olduğundan, həmin tələbin təmin edilməsi barədə kassasiya şikayəti verilə bilər.

11. Kassasiya şikayətinə Azərbaycan Res publikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.2-cü maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyala rının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416. 1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə ilə tam razılaşır.

15. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində kassasiya şikayətinə baxılmasının mümkünlüyü üçün ilk meyar iddianın qiyməti ilə bağlıdır. 16. “İddianın qiyməti” anlayışı qanunvericilikdə açıqlanmasa da, Mülki Prosessual Məcəllənin 112.1-ci maddəsində onun müəyyən edilməsi qaydaları öz əksini tapır. Həmin maddədə isə iddianın qiymətinin tələb olunan pulun məbləği, əmlakın dəyəri, ödəmələrin məcmusu ilə müəyyən olunması qeyd olunmuşdur. O cümlədən, MPM-in 112.1.2-ci maddəsində əmlak tələbləri üzrə iddianın qiymətinin tələb edilən əmlakın dəyəri ilə müəyyən olunması nəzərdə tutulmuşdur.

17. Beləliklə, mülki prosessual qanunvericiliyi ilə əmlak tələblərinin qiymətləndirilən iddialar olması təsbit olunmuşdur.

18. Hazırki halda, apellyasiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən bir neçə əmlakın alınaraq iddiaçıya verilməsi, bu mümkün olmadıqda isə dəyərinin tutulması qət olunmuşdur.

19. Göründüyü kimi, iddianın təmin olunan hissələri alternativ olsa da, hər bir halda qiymətləndirilir və qiyməti 3168 manat məbləğində müəyyən olunur. Cavabdeh iddianın təmin olunan hissəsindən kassasiya şikayəti verdiyindən və qətnamənin həmin hissədə iddia məbləği Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən aşağı olduğundan, kassasiya şikayətinin geri qaytarılmalı olmasına dair apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

20. Kassasiya şikayətində göstərilən dəlillər açıq-aydın əsassızdır və apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərar dadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(103)-2947/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar