Məhkəmə qərarları › İş №2(102)-1574/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1574/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1574/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə tələbi, subyektiv hüquq, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “evə köçürülmə və maddi ziyan” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-253/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfi ndən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı2 ilə İddiaçı3 ər-arvad, İddiaçı1 isə onların birgə nikahdan olan qızıdır.

2. İddiaçı2 ilə Cavabdeh isə bacı-qardaşdırlar.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0,18 ha torpaq sahəsi və sahəsi 46,80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə, 1/6 hissədə isə İddiaçı2 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat a alınmışdır.

4. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-434/2022 nömrəli, 24 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,18 ha torpaq sahəsindən İddiaçı2 payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılması, İddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı və mülkiyyətçi – İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehin onunla paylı mülkiyyətində olan, eyni zamanda cavabdehin faktiki istifadəsində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrinə, 1.000 manat vəkil xidmət haqqının, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona - İddiaçı2 verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, İddiaçı2 digər İddiaçı3 ailə həyatı qurduqdan sonra sonuncu həmin evə gəlin köçmüşdür. Yeddi il orada yaşadıqdan sonra ara larında yaranan mübahisəyə görə həmin evdən köçmüşlər. Valideynlərinin vəfatından sonra miras əmlaka dair vərəsə kimi tanınmış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həyətyanı torpaq sahəsi ilə bağlı mülkiyyət payı naturada ayrılıb, İddiaçı2 təhvil verilmişdir. Lakin evlə bağlı payının naturada bölünməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçılar hazırkı iddia ilə məhkəməyə etmişlər. Cavabdeh könüllü olaraq iddiaçıların həmin fərdi yaşayış evinə köçürülmələrinə razılıq vermir. Köçmək istədikləri ev ikiotaqlı olmaqla, həm də yardımçı sahədən ibarətdir.

7. Məhkəmə iclasında cavabdeh ona qarşı olan iddia tələbini etiraf etməmiş və izahat verərək bildirmişdi ki, mübahisəli fərdi yaşayış evi bir otaqdan ibarətdir. İddiaçıların həmin evə köçməsi və onların birlikdə yaşamaları mümkün deyil. Həmçinin iddiaçıların özünə məxsus ayrıca evləri vardır. Odur ki, cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

8. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(042)-888/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli evin bir yaşayış otağından ibarət olmaqla kiçik bir ev olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə mülkiyyətçi İddiaçı2 payına 4,0 kv.m. sahə düşdüyünü nəzərə alsaq, İddiaçı2 və ailə üzvləri olan digər iddiaçılar İddiaçı3 və İddiaçı1 həmin fərdi yaşayış evinə köçürülmələri və həmin evdə yaşayış ehtiyaclarını təmin etmələri mümkün görünmür.

10. Məhkəmə onu da qeyd etmiş dir ki, belə olduğu halda, iddiaçının fərdi yaşayış evində olan payının naturada ayrılması və həmin evə köçürülərək yaşaması (istifadə etməsi) mümkün olmadığından iddiaçı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi qarşılığında aradan qaldırıla bilər.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.8, 213, 220.1-220.6-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili N ümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həyətyanı torpaq sahəsi ilə bağlı mülkiyyət payı naturada ayrılıb İddiaçı2 təhvil verilsə də, evlə bağlı payının naturada bölünməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçılar mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülməyi ilə bağlı məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi isə iddiaçıların bu iddiasını təmin etməmişdir. Halbu ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdeh kimi İddiaçı2 da mərhum valideynlərindən miras qalmış və İddiaçı2 həmin evə qanun üzrə vərəsə tanınmışdır. Bu səbəb dən həmin fərdi yaşayış evində yaşamaq hüququ vardır. Həmin fərdi yaşayış evi iki otaqlı olmaqla, həm də, yardımçı sahədən ibarətdir. Ona görə də, İddiaçı2 ailəsi ilə birlikdə həmin evdə yaşaya bilər. Lakin buna baxmayaraq cavabdeh onların bu hüququnu məhdudlaşdırır. Məhkəmə isə cavabdehin mövqeyindən çıxış edir. Qeyd olunan qətnamə iddiaçıların hüquq və qanuni mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Cavabdeh əslində həmin evdə qonaq kimi yaşayır. Cavabdeh ailə qurub və başqa rayonda evi var.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-253/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən t əmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə yeni qətnamə qəbul edilmiş, iddiaçıların ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri, cavabdehdən vəkil xidmət haqqının əvəzi qismində 100 (yüz) manat məbləğində pulun tutularaq İddiaçı2 verilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,80 kv.m. olan fərdi yaşayış evi 1/6 hissədə İddiaçı2 mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüquqları vardır, həmçinin onun mülkiyyətçi kimi öz ailə üzvlərini (uşaqlarını) mülkiyyətində olan evə köçürməyə ixtiyarları olduğundan, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır.

16. Məhkəmə kollegiyası o nu da qeyd etmişdir ki, Elektron sistemdə cavabdehin əmlak məlumatları üzrə xüsusi mülkiyyətində aşağıdakı daşınmaz əmlaklar aşkar edilmişdir: ünvan 1 ünvanında 0,18 ha torpaq sahəsində yerləşən yerləşən yaşayış evi, Tərtər şəhəri, H.Əliyev prospekti, 81A saylı 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evi və Gədəbəy şəhərində kənd təsərrüfatı təyinatlı 0,0996 ha torpaq sahəsi.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı2 evin 1/6 hissədə mülkiyyətçisi olduğundan onun və sonuncunun razılığı əsasında həyat yoldaşı İddiaçı3 və qızı İddiaçı1 digər mülkiyyətçilərlə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək (evdə yaşamaq) hüququ vardır. Bu hüququn həyata keçirilməsinə cavabdeh maneə yaratdığından, iddiaçılar birlikdə həmin evə köçürülməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.5, 213.1, 213.2, 215.1, 215.4-cü, Mənzil Məcəlləsinin 29.1-ci və Mülki Prosessual Məcəllənin 385.1.1, 386, 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə qərarı ilə də, əmlakın naturada bölgüsü mümkün olmamışdır. Naturada bölgüsü mümkün olmayan evə isə (hansı ki, iddiaçıların cəmi 0,4 kv.m. payı vardır) köçürülmə mümkün deyildir. 0,4 kv.m. paya 3 nəfərlik ailə üzvləri köçürülə bilməz. Lakin işin bu halına apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərinə uyğun qaydada qiymət verməmişdir. Həmin normaya görə, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası.

22. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiy i kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

31. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmən in müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

32. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

33. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştir akçılara əvəz verilməsi ilə xitam verilir.

34. Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və v ideo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhk əmələr tərəfindən qiymətləndirilir.

42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub -olunmadığını müəyyən edir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxı şının hədləri:

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instans iyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarına obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

52. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını məqsədəuyğun hesab edir.

53. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Hazırkı işin hallarından aydın olur ki, iddiaçılar cavabdehlə İddiaçı2 paylı mülkiyyətində olan, eyni zamanda cavabdehin faktiki istifadəsində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrini tələb edirlər.

55. Apellyasiya instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı2 evin 1/6 hissədə mülkiyyətçisi olduğundan onun və sonuncunun razılığı əsasında həyat yoldaşı İddiaçı3 və qızı İddiaçı1 digər mülkiyyətçilərlə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək (evdə yaşamaq) hüququ vardır. Bu hüququn həyata keçirilməsinə cavabdeh maneə yaratdığından, iddiaçılar birlikdə həmin evə köçürülməlidir.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəm əsinin həmin əsaslandırması ilə razılaşmadığına görə bununla bağlı aşağıdakıları qeyd edir:

57. Belə ki, qeyd olunduğu kimi tərəflər arasındakı mübahisə, İddiaçı2 1/6 hissədə mülkiyyətçisi olduğunu hesab etdiyi fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə köçürülməsi iddiası ilə bağlıdır.

58. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0,18 ha torpaq sahəsi və sahəsi 46,80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə cavabdehin adına, xx.xx.2022-ci il tarixdə isə 1/6 hissədə İddiaçı2 adına dövlət reyestrində qeydiyyata alınmışdır.

59. Həmçinin müəyyən edilir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-434/2022 nömrəli, 24 avqust 2024-cü il tarixli qətna məsi ilə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, İddiaçı2 və cavabdehin ümumi paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,18 ha torpaq sahəsindən İddiaçı2 payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmışdır.

60. Qətnamədə göstərilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyindən isə görünür ki, fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, bir yaşayış otağından ibarət olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə payına 4,0 kv.m. sahə düşdüyünü, torpaq sahəsinin isə iki tərəfdən, ayrı-ayrı istiqamətlərdən giriş-çıxışının olduğunu, sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığını nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən İddiaçı2 məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, ölçüsü 0,18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın ayrılması mümkün olduğu müəyyən edilir. Sxem rəyə əlavə edilmişdir.

61. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli rəyində, İddiaçı2 1/6 hissədə payı naturada bölünərkən, torpaq sahəsinə sərhəd hasarının çəkilm əsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığı, ümumi sahəsi 46,8 kv.m olan fərdi yaşayış evindən İddiaçı2 məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, yalnız ölçüsü 0,18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın sxem üzrə naturada bölünərək ayrılmasının mümkün olduğu müəyyən edilmişdir.

62. Qanuni qüvvəyə minmiş Gədəbəy Rayon Məhkəməsinin 2(042)-434/2022 nömrəli, 24 avqust 2024-cü il tarixli qətnaməsi ilə də, yalnız mübahisəli ünvanında yerləşən 0,18 ha torpaq sahəsindən İddiaçı2 payı 1/6 hissədə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmış, ümumi sahəsi 46,8 kv.m olan fərdi yaşayış evindən isə İddiaçı2 məxsus olan 1/6 hissədə payın təcrid mənzillər ş əklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı nəzərə alınmışdır.

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş Gədəbəy Rayon Məhkəməsinin 2(042)-434/2022 nömrəli, 24 avqust 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı2 1/6 hissədə payına uyğun sxem üzrə naturada bölünərək ayrılmış torpaq sahəsinə, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən pay düşmədiyinə görə iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları olmamışdır.

64. Apellyasiya instansiya məhkəməsi müzakirə edilən tələbin əsassız olması ilə iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, İddiaçı2 evin 1/6 hissədə mülkiyyətçisi olmasını əsas götürməklə, iddianın qismən təmin olunması barədə nəticəyə gəlməkdə haq lı olmamışdır. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, müzakirə edilən tələb, bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmayan şəxslər tərəfindən irəli sürülməsi əsası ilə rədd olunmalı idi. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, iddia ərizəsində qeyd edilən mübahisəli ünvanda İddiaçı2 məxsus olan hər hansı fərdi yaşayış evi mövcud deyil.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olu nmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yara nır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

66. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi və prosessual hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.

67. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə münasibət bildirərək hesab edir ki, id dia tələbi təmin olunmadığı üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onlara aid edilməlidir.

68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-253/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar