Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1575/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X19 (üçüncü şəxs Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu X13) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X19 qarşı, üçüncü şəxs Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu X13 olmaqla X4ndan və X8 miras qalmış “Torpağa Mülkiyyət Hüququna Dair” torpaq sahəsinin onun tərəfindən faktiki olaraq istifadəsində olduğu nəzərə alın araq, bibiləri Nəzakət Məmmədovanın və Şamama Məmmədovanın vərəsəsi kimi tanınması, torpaq sahəsi üzərində tam payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 9 yanvar 2025-ci il tarixli 2(104)-237/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) X16 və Süleymanova (Məmmədova) Şamama Nadir qızının qardaşı oğlu, Cavabdeh2 isə əmisi oğludur.
2. X16 xx.xx.2009-cu ildə, Süleymanova (Məmmədova) Şamama Nadir qızı isə xx.xx.2014-cü ildə vəfat etmişdir.
3. İddiaçı atası X27 xx.xx.2016-cı ildə vəfat etmişdir. Onun 3 qardaşı X34, X28 və X35 vardır.
4. Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-c i il tarixli, 14 saylı qərarı ilə Nəzakət və X23 rayon Qaradağlı kəndində 0,08 ha torpaq sahəsi verilib, bu barədə “Torpağa Mülkiyyət Hüququna Dair” JN 454, KOD61106038 nömrəli Dövlət Aktı tərtib edilib (X2 X32 kimi qeyd edilmişdir). Qeyd edilən torpaq sahəsi onların ölümündən sonra miras olaraq qalmışdır. 5. 13.06.2022-ci il tarixli xüsusi notariusun qəbul etdiyi 713 saylı imtina qərarının surətinə əsasən Tərtər Rayon Qaradağlı kəndində yaşayan İddiaçı xx.xx.2009-cu ildə vəfat etmiş X6 və xx.xx.2014-cü ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
6. Tərtər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(061)-592/2022 saylı qətnaməsi ilə Tərtər rayon Qarar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş JN 454, KOD 61106038 saylı Dövlət X3 (həmçinin X11) məxsus olması faktının müəyyən edilməsi, həmin Dövlət Aktında nəzərdə tutulmuş torpaq sahəsinin ərizəçi Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-798/2023 saylı qərardadla Tərtər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(061)-592/2022 saylı qətnaməsinin “JN 454Ş KOD 61106038 saylı Dövlət Aktında nəzərdə tutulan torpaq sahəsinin Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır.
8. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 79/2024 saylı qətnamə ilə xx.xx.2009-cu il tarixdə və fat etmiş X10, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X17 bacısı, yəni xx.xx.1992-ci il tarixdə Tərtər rayonunun Qaradağlı kəndində doğulmuş İddiaçı bibisi olması faktı müəyyən edilmişdir.
9. İddiaçı mübahisəli 0,08 ha torpaq sahəsində 1 mərtəbəli 3 otaqlı yaşayış evi tikmişdir. 10. 06.06.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən X34 özünün dediyinə görə 2014-cü il tarixdə ölmüş X8 və xx.xx.2009-cu ildə ölmüş X6 miras qalmış əmlaklardan ona çatası miras payı istəmir, həmin miras payın digər vərəsə İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. 11. 06.06.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən X37 özünün dediyinə görə 2014-cü il tarixdə ölmüş X8 və xx.xx.2009-cu ildə ölmüş X6 miras qalmış əmlaklardan ona çatas ı miras payı istəmir, həmin miras payın digər vərəsə İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. 12. 06.06.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən X35 özünün dediyinə görə 2014-cü il tarixdə ölmüş X8 və xx.xx.2009-cu ildə ölmüş X6 miras qalmış əmlaklardan ona çatası miras payı istəmir, həmin miras payın digər vərəsə İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı məhkəməyə iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X4ndan və X8 miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha t orpaq sahəsinin onun tərəfindən faktiki olaraq istifadəsində olduğu nəzərə alınaraq, bibiləri Nəzakət Məmmədovanın və Şamama Məmmədovanın vərəsəsi kimi tanınması, torpaq sahəsi üzərində tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, eləcə də Tərtər rayon Qaradağlı kəndində yaşayan Cavabdeh2 cavabdeh, Tərtər rayon Notariat Ofisini üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
14. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, atasının doğma bacısı olan Tərtər rayonu Qaradağlı kənd sakini X16 heç vaxt evli olmamışdır. Bibiləri Nəzakət və Şamamanın vəfatından sonra onların Tərtər rayon Qaradağlı kəndində yerləşən 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 0,08 ha torpaq sahəsi mirasa qalmışdır. X 4 və X1 həmin 0,08 ha torpaq sahəsini qeyri-rəsmi olaraq ona vermişlər ki, orada özünə fərdi yaşayış evi tiksin. Odur ki, 2017-ci ildə həmin torpaqda fərdi yaşayış evi tikmişdir. X5 ölümündən bir neçə gün əvvəl öz xətti ilə adi dəftər vərəqində əlyazması ilə vəsiyyət yazıb qoymuşdur ki, 10 sot torpağı (Şəhadətnamədəki 0,08 ha torpaq sahəsi nəzərdə tutulur) qardaşı X20 vəsiyyət edir. Bibisi Nəzakətin vəfatından sonra atası onun dəfnini və yas mərasimini keçirmiş, həmin əmlakları X44 anası ilə birlikdə idarə etmiş, eyni zamanda xəstə və yaşlı qadın olan digər bibisi Şamama 2014-cü ildə vəfat etdikdə isə onun dəfnini təşkil etmiş, yas mərasimlərini keçirmiş, bacısı Nəzakətin vəsiyyətində göstərilən miras əmlakları qəbul etmiş və idarə etmişdir. X44 xx.xx.2016-cı ildə vəfat etdikdən sonra bibi ləri Nəzakət və Şamamadan miras qalmış həyətyanı torpaq sahəsini və JN-068 A, KOD 61107018 nömrəli Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsini o, təkbaşına qəbul etmiş, onlara sahiblik və idarə etmiş, bu günədək də o, sahiblik və idarə edir, sözügedən 0,08 ha torpaq sahəsində 2017-ci ildə fərdi yaşayış evi tikmişdir. JN-068A,KOD 61107018 nömrəli şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsini 2022-ci ilin ortalarında öz adına miras əmlak kimi rəsmiləşdirmək istəsə də, Tərtər rayon Notariat ofisi bunu etməkdən imtina etmiş, səbəbini də onunla izah etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsi almaq üçün müddəti ötürmüşdür. Ötürülmüş müddətin bərpası və ya mirasın qəbulu faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Halhazırda mərhum bibiləri X21 və X9 məxsus Tərtər rayon Qaradağlı kəndində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” JN 454, KOD61106038 nömrəli Dövlət Aktı əsasən 0,767 ha torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsində ev tikmişdir. Ailə üzvləri ilə birlikdə tikdiyi evdə yaşayır. Ona görə də X10 və X7 vərəsəsi kimi tanınması, onların mülkiyyətində olan miras qalmış və payının müəyyən edilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən X4nın və X12 vərəsəsi kimi tanınması, onların mülkiyyətində olan miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və Tərtər rayonu Qaradağlı kəndində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” JN 454, KOD 61106038 nömrəli Dövlət Aktına əsasən 0,78 ha t orpaq sahəsi üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Tərtər Rayon Məhkəməsinin 2(061)-815/2024 saylı qərardadı ilə Tərtər rayon Qaradağlı kəndində yaşayan Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilərək cavabdeh Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu ilə əvəz edilməsi, Tərtər rayon Notariat Ofisinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilmişdir.
16. Tərtər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(061)-815/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilmiş, iddiaçı X15 X4nın və Süleymanova (Məmmədova) Şamama Nadir qızının vərəsəsi kimi tanınması, iddiaçı X15 X4ndan və Süleymanova (Məmmədova) Şamama Nadir qızından miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində tam payının müəyyən edilməsi qət edilmişdir.
17. Məhkəmə tərəfindən qeyd edilmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada miras qalmış əmlakdan pay almaq üçün notariat ofisinə müraciət etmişdir. Lakin iddiaçı ilə cavabdeh arasında miras əmlakdan pay tələb etdikləri üçün yaranmış mübahisəyə görə iddiaçı bu mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfin göstərdikləri xüsusatlar məhkəmədə elan olunmuş sənədlərlə tam təsdiq olunmuşdur.
18. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı və cavabdeh əmi uşağıdırlar. Onların aralarında mərh umlar X12 X6 miras qalmış daşınmaz əmaklarla bağlı mübahisə yaranmışdır. Tərəflərin mərhumlar X22 və X16 ölmüş, miras açılmış, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. İddiaçı vərəsə kimi mərhumlar X12 X6 miras qalmış daşınmaz və daşınar əmlaklardan pay almaq məqsədlə Tərtər rayon Notariat Ofisinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür.
19. İddiaçı mərhum bibiləri X12 və X10 vərəsəsidir. Onlar vəfat etdikdən sonra miras qalmış mülklə bağlı ona pay verilməsi üçün notariat ofisinə müraciət etmiş, lakin cavabdehlə bununla bağlı aralarında mübahisə olduğundan, iddiaçı miras qalmış mülkdən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
20. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılma larına baxmayaraq, iştirak etməmişlər. Bu da onun mərhumlar X8 və X6 miras qalmış əmlaklardan ona düşən miras payını faktiki qəbul etmədiyini, etmək niyyətində olmadığını göstərmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçının mirasda tam payının müəyyən edilməsi məqsədəmüvafiqdir.
21. Məhkəmə iddiaçının və vəkalətli nümayəndəsinin izahatlarını, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçı X26 X4nın və X12 vərəsəsi kimi tanınmalı, iddiaçı X15 X4ndan və X8 miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində tam payı müəyyən edilməlidir.
22. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 1133.1, 1133.2,1134.1,1134.2,1146,1159, 1243.2, 1243.3-cü, və MPM-in 14.2, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh X29 apellyasiya şikayəti verilərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
24. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(061)-1958/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X10 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X7 ərizəçi Cavabdeh2 bibiləri (qohumları) faktı müəyyən edilməsi qət edilmişdir. Bundan sonra o, miras əmlakın onun tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə isə İddiaçı X4nın və X7 qohumu olması faktını təsdiqləmədən miras əmlakdan ona pay verilməsi ilə bağlı qətnamə qəbul etmişdir.
25. Əlavə olaraq onu da qeyd etmişdir ki, xx.xx.2009-cu ildə vəfat etmiş X16 və xx.xx.2014-cü ildə vəfat etmiş Süleymanova (Məmmədova) Şamama Nadir qızı onun və digər əmisi oğlu olan iddiaçı X15 doğma bibiləridir. Bibiləri Nəzakət və Şamamanın vəfatından sonra onların Tərtər rayon Qaradağlı kəndində 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 0,08 ha torpaq sahəsi miras qalmışdır. 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini miras kimi o, 0,08 ha həyətyanı torpaq sahəsini isə miras kimi iddiaçı faktiki qəbul edərək, istifadə edir. O, istifadələrinə uyğun olaraq, pay torpaq sahəsinin onun adına, həyətyanı torpaq sahəsini isə iddiaçın ın adına sənədləşdirilməsini istəsə də, iddiaçı bununla razı olmamışdır. Ona görə də, qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, bibiləri Nəzakət və Şamamanın vəfatından sonra, onlardan miras qalan 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini cavabdeh X29, 0,08 ha həyətyanı torpaq sahəsini isə onun atası və özü faktiki qəbul edərək istifadə edirlər. Lakin həyətyanı torpaq sahəsi şifahi olaraq ona vəsiyyət olunduğuna görə, tam olaraq ona verilməsini istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-237/2025 nömrəli iş üzrə 9 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə, mərhumlar X22 və X6 miras qalan Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə X18 miras payı müəyyən edilərək iddia qalan hissədə təmin edilməmişdir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirmişdir.
29. Məhkəmə qeyd etmişdir ki, X10 xx.xx.2009-cu ildə, X7 01 iyul 2014-cü il tarixdə vəfat etməsi ilə, onların Tərtər rayon Qaradağlı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi və 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi miras qalmışdır. Onların birinci növbədə vərəsələri olmamış və miras mülkləri faktiki olaraq ikinci növbədə olan vərəsələri olan İddiaçı və Cavabdeh2 tərəfindən qəbul edilərək, idarə olunur. Lakin hazırkı iddia yalnız 0,08 ha torpaq sahəsi ilə bağlı olduğundan, qətnamə də məhz həmin tələb üzrə çıxarılmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, iddiaçı X15 və Cavabdeh2 X4ndan və Süleymanova (Məmmədova) Şamama Nadir qızından miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hər birinin ½ hissədə vərəsəlik üzrə miras payı müəyyən edilməlidir.
31. Məhkəmə ko llegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, mərhumlar X22 və X6 miras qalan Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə X18 miras payı müəyyən edilməlidir.
32. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəlləsinin 1159.1,1159.1.1, 1159.1.2, 1159..13, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1243.2, 1246, 1255-ci maddəsi, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətin in və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və işdə olan sübutlar əsasında iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi, yeni qərar qəbul edilməsi mümkün olmadığı halda isə qətnaməni ləğv edib işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1243.3, 1246, 1248.1, 1268.2 1301.1, 1301.2, 1301.3-cü maddələrinin tələblərini pozulmuşdur.
35. Belə ki, iddiaçı tərəfindən miras əmlak qeyri-formal üsulla qəbul ed ilsə və həmin əmlak faktiki olaraq onun sahiblik və idarəçiliyində olsa da, məhkəmə bu faktiki halları araşdırmamış və qərarında nəzərə almamışdır. Digər tərəfdən, cavabdeh tərəfindən mübahisəli miras əmlak üzərində pay hüququnun tanınması ilə bağlı hər hansı tələb irəli sürülmədiyi halda, məhkəmə həmin əmlakda ona pay müəyyən etmişdir.
36. Məhkəmə miras əmlakını vərəsələr arasında bölərkən eyni dərəcəli digər vərəsələrin iddiaçının xeyrinə mirasdan imtina etmələri barədə iradələrini nəzərə almamış və onların iradəsinə zidd olaraq miras əmlakdakı payları iddiaçı ilə cavabdeh arasında bölüşdürmüşdür. Halbuki, qanunvericilik mirasın həm formal, həm də qeyri-formal şəkildə qəbulunu nəzərdə tutur. Cavabdeh isə miras əmlakı nə formal, nə də qeyri-formal üsulla qəbul etməmiş və həmin əmlakda pay hüququnun tanınması ilə bağlı tələb irəli sürməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası cavabdehin mübahisəli miras əmlakda payını tanımamalı idi.
37. Bundan əlavə, digər ikinci növbəli vərəsələr — X35, X37 və X34 — notariat qaydasında təsdiq olunmuş ərizələrlə miras əmlakdan iddiaçının xeyrinə imtina etdiklərini bəyan etmişlər. Lakin məhkəmə bu ərizələrə hüquqi qiymət verməmiş və bu vərəsələrə aid payları əsassız olaraq iddiaçı ilə cavabdeh arasında bölüşdürmüşdür.
38. Cavabdehin apellyasiya şikayətində bildirilir ki, Tərtər rayonunun Qaradağlı kəndində yerləşən 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 0,08 ha həyətyanı torpaq sahəsi miras əmlakı kimi qalmışdır. 0,78 ha torpaq sahəsi cavabdeh, 0,08 ha torpaq sahəsi isə iddiaçı tərəfindən faktiki qəbul edilərək istifadə olu nmaqdadır. Cavabdeh istifadəyə uyğun olaraq bu sahələrin müvafiq şəkildə sənədləşdirilməsini istəmiş, lakin iddiaçı buna razılıq verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
41. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
42. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
43. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri v ə uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
44. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
45. Maddə 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
46. Maddə 11 59.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
47. Maddə 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
48. Maddə 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
49. Maddə 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, o nlar sağ olmadıqda isə onların uşaqları.
50. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
51. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
52. Maddə 1255. Qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının iddianın təmin edilən hissəndə ləğv edilməsi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş m ateriallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
65. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Cavabdeh tərəfindən tələb edilmədiyi halda, mübahisəli miras əmlakda onun payının müəyyən edilməsi ilə bağlı kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia tələbində digər məsələlərlə yanaşı, miras əmlakda payın müəyyən edilməsi də xahiş edilmi ş, işə baxan məhkəmə tərəfindən həmin tələb üzrə araşdırma aparılaraq iddiaçının payı ½ hissədə müəyyən edilmişdir. Belə olduğu təqdirdə, miras əmlakın geridə qalan hissəsi üzərində cavabdehin payının müəyyən edilməsi iddiaçının qanunla qorunan hüquq və maraqlarına hər hansı şəkildə toxunmur. Bu səbəbdən qeyd edilən dəlil üzrə məhkəmə kollegiyası tərəfindən hər hansı dəyərləndirmə aparılmadı.
67. Kassasiya şikayətinin digər dəlili onunla bağlı olmuşdur ki, işə baxan məhkəmə digər vərəsələrin miras əmlakdakı paylarından onun xeyrinə imtina etmələri ilə bağlı ərizələrinə qiymət verməmişdir. Bu dəlillə bağlı ilk növbədə qeyd edilməlidir ki, adı çəkilən şəxslər iddiaçının bacı və qardaşlarıdır. Mülki Məcəllənin 1159.2-ci müddəsinin dispozisiya şərtlərinə əsasən miras qoyanın sağ olmayan bacısı nın və ya qardaşının uşaqları qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payına bərabər olaraq miras alırlar. Deməli, hazırkı iş üzrə iddiaçı və onun bacı və qardaşları yalnız onların mərhum atalarına çatacaq pay həcmində mirasa iddia edə bilər. Belə olan halda, iddiaçının bacı və qardaşlarının öz miras paylarından onun xeyrinə imtina etmələri hazırkı mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu halın nəzərə alınmaması iş üzrə qəbul edilmiş yekun qərarın kassasiya qaydasında ləğv edilməsinə əsas vermir.
68. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstəri lən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 9 yanvar 2025-ci il tarixli 2(104)-237/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.