Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1577/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1577/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 2(103)-878/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı müddətsiz olaraq cəmiyyətə baş mühasib vəzifəsinə işə qəbul edilmiş, aylıq vəzifə maaşı 1.115 manat olaraq müəyyən edilmişdir. 2. xx.xx.2021-ci il tarixli inzibati aktda Cavabdeh MMC-nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən cəmiyyətdə baş mühasib vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixdə heç bir əsas olmadan (hər hansı sənəd təqdim etmədən), üzürsüz səbəbdən işə çıxmaması, cəmiyyətin nizam-intizam q aydalarını pozması və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilməməsi, cəmiyyətin işinə və adına xələl gətirməsi qeyd edilmişdir. Həmçinin inzibati aktda, yaşı, ailə vəziyyəti, gələcək karyerası nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (rəhbərliyin təşəbbüsü ilə) İddiaçı 01 aprel 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunduğu qeyd edilmişdir.
3. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 44-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (cəmiyyətin direktoru tərəfindən) xitam verilmişdir.
4. Həmçinin xx.xx.2021-ci il tarixli inzibati aktda Cavabdeh MMC -nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən cəmiyyətdə baş mühasib vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixdə heç bir əsas olmadan (hər hansı sənəd təqdim etmədən), üzürsüz səbəbdən işə çıxmaması, cəmiyyətin nizam-intizam qaydalarını pozması və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilməməsi, cəmiyyətin işinə və adına xələl gətirməsi qeyd edilmişdir. Həmçinin inzibati aktda, yuxarıda qeyd olunanlar nəzərə alınaraq rəhbərliyin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı 01 aprel 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunduğu qeyd olunmuşdur.
5. Daha sonra Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 44-K saylı əmr dəyişdirilmiş və İddiaçı ilə bağla nmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qeyd olunmuşdur.
6. X4 Bakı şəhər idarəsinin MN1064576 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsi əsası ilə MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1.500 manat cərimə edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş x x.xx.2021-ci il tarixli, 44-K nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə qaytarılmasını, ona son haqq hesabının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı işləməyə başladıqdan bir müddət sonra, yəni oktyabr ayının əvvəlində hərarəti olduğundan Covid-19 virusuna yoluxma ehtimalı olduğuna görə cəmiyyətin direktoru X3 ona evdə qalacağını və evdən işləyəcəyini bildirmişdir. O, iddiaçıya əmək haqqının tam və gördüyü işə görə isə əlavə ödəniş ediləcəyini bildirmişdir. İddiaçı hər gün hara, kimə və nə edəcəyini cəmiyyətin korperativ telefonunda yazaraq və səs ataraq göstərir və bütün əməliyyatları rəhbərin tapşırığı əsasında cəmiyyətin onda olan nootb uk və asan imzası vasitəsilə aparırdı. Cəmiyyətin bank hesabından əməkdaşlara, kimə və nə qədər, xarici təchizatlara ödəniş aparmağını da cəmiyyətin direktoru hər dəfə ona tapşırırdı. Oktyabr ayı 3-cü rüb hesabat dövrü olduğuna görə iddiaçı cəmiyyətin vergi, sosial sığorta və statistika üzrə bəyannamələrini evdən hazırlayıb portaldan göndərirdi. Həmçinin, rəhbərlik ona “Kapital Bank” və “Azərtürk” Bankdan kredit üçün sənədlərin işlənməsini və təyinatı üzrə göndərməyini tapşırmışdı. Xəstə olduğu halda, evdən işləməyinə və bütün tapşırıqları həll etməyinə baxmayaraq, heç bir əsas olmadan və ona bildirilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci bəndinə (tərəflərin birinin təşəbbüsü) və xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinə əsasən işdən çıxarılmışdır. Əmək müqaviləsinə x itam verilməsi barədə məlumatı isə “e-sosial.gov.az” saytına xx.xx.2021-ci il tarixində daxil olduqda bilmişdir. Daha sonra bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş, müfəttişliyin apardığı araşdırmaya görə Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuş, həmçinin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozular aq xitam verildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsinə əsasan inzibati xəta halı yaranmışdır. Bu halın aradan qaldırılması üçün xx.xx.2021-ci il tarixli protokol tərtib edilərək Müfəttiş tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Lakin buna baxmayaraq, bu günə qədər Cavabdeh MMC tərəfindən ona heç bir cavab verilməmişdir. Cavabdeh təşkilatın rəhbərinin inzibati qaydada cərimələnməsindən sonra onun yenidən işə bərpa olunmağı barədə vəd verilsə də, cavabdeh qurum hələ də xx.xx.2021-ci il tarixli 44-K saylı əmri ləğv etməmiş, onu əvvəlki iş yerinə qaytarmamış, ona son haqq-hesabın ödənilməsini təmin etməmişdir.
9. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfin dən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 44-K nömrəli dəyişiklik edilmiş əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul olunmuşdur.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizənin mətnindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 44-K saylı əmr etibarsız hesab edilmiş və iddiaçının işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə uyğun olaraq əsaslandırılmışdır. Odur ki, hazırkı halda qanunvericilik işçinin hansı maddə ilə iş dən çıxarılması ilə bağlı məhdudiyyət qoymamışdır. Yəni işəgötürən işçini istənilən maddə ilə təqsirli və ya işə yararsız hesab edib sistemə yerləşdirə bilər. Amma qanunsuz əmr hər bir halda hüququ pozulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən çıxarılması cavabdehi öz öhdəliklərindən azad edə və ya təqsirini gizlədə bilməz. Eyni zamanda işə bərpa ilə bağlı tələbilə iddiaçıya son haqq-hesabın verilməsi tələbində ziddiyət mövcuddur və bu halda son haqq-hesabın verilməsi tələbini geri götürməlidir. Belə olan halda iddia tələbini dəyişdirilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerimə qaytarılmağı və qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək cav abdehdən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq alınıb verilməsi barədə qətnamə qəbul edilməlidir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində əsassız tələbi irəli sürmüşdür. İddiaçı ilə MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi üzrə əmək haqqını 1.000 manata razılaşsalar da, mühasib işlərini görən iddiaçı əmək haqqını 1.115 manat göstərmiş, MMC-nin X6 bunun səbəbini soruşduqda guya texniki səhv olduğunu və düzəldəcəyini bildirmiş, lakin sonradan bu texniki səhvini aradan qaldırmamışdər. Aqil Cəbrayılov humanist insan olduğu üçün bu məsələnin üzərinə çox getməmiş və göz yummuşdur. İlk vaxtdan əmək fəaliyyətinə belə başlamış iddiaçı qısa əmək fəaliy yəti dövründə işində ciddi nöqsanlara yol vermiş, işləri vaxtı-vaxtında və düzgün görməmiş, MMC-yə daxil olmuş bəzi sənədləri rəhbərlikdən gizlətmişdir. Nəticədə MMC-nin rəhbərliyi artıq onunla işləməyin mümkün olmadığını görmüş və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilmədiyi və 01 sentyabr 2021-ci il tarixində işdə olmadığı üçün onunla telefon əlaqəsi saxlanılaraq (bu halı MMC-nin əməkdaşı olan və onunla əlaqə saxlamış şahidlər məhkəmə baxışı zamanı təsdiq edə bilərlər), onunla bağlanmış əmək müqaviləsinə yeni mühasib tapıldıqdan və 2021-ci ilin oktyabr ayı ərzində təhvil-təslim işlərini bitirdikdən sonra xitam veriləcəyi barədə məlumat verilmişdir. Lakin buna baxmayaraq, iddiaçı 11 oktyabr 2021-ci il tarixindən heç bir əsas və səbəb gətirmədən və rəhbərliyə xəbərdarlıq etməd ən işdən qalmış, iş yerinə gəlməmiş, həmin vaxtdan sonra da heç bir iş görməmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli inzibati akt tərtib edilmişdir. İddiaçı ilə bağlanmış Əmək müqaviləsinin 4.16-cı bəndinə əsasən onun iş saatı 09:00-dan 18:00-dək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı cəmiyyətin balansında olan “notebook”u, giriş-çıxış kartını, mühasibat otağının açarını və cəmiyyətə məxsus korporativ mobil telefon nömrəsini (***-***-**-**) özündə saxlamışdır. Bu barədə ona xəbərdarlıqlar edilmiş, MMC-yə məxsus qeyd edilən əşyaların təhvil verməsi tələb edilmiş, o, yalnız 17 noyabr 2021-ci il tarixində cəmiyyətin balansında olan “notebook”u (lakin “mouse”ni dəyişərək), giriş-çıxış kartını və mühasibat otağının açarını qaytarmışdır. Cəmiyyətin balansında olan korporativ mobil telefon nömrəsini dəfələrlə qaytarmasını tələb etsələr də, heç bir əsası olmadan şəxsi istifadəsi üçün özündə saxlamışdır. Ona görə də MMC mobil nömrəni bloka saldırmaq məcburiyyətində qalmışdır. İddiaçının son haqqhesabı bu səbəbdən 17 noyabr 2021-ci il tarixinə, yəni sözügedən əşyalar qaytarılanadək gecikmişdir. Sonradan hesablama apararkən əslində iddiaçıya artıq ödəmə olduğu müəyyən edilmişdir. İddiaçı müəssisənin mühasibat uçotu sənədlərini (dövriyyə qalıq, balans, debitor-kreditor qalıqlarını, anbar mal-material qalıql arını, əsas vəsaitləri, iş vaxtının uçot tabellərini, əmək haqqı hesablama-ödəniş cədvəllərini, gəlir və xərclər barədə hesabatları, əmrləri, əmrlərin qeydiyyat kitabını, bank sənədlərini (çıxarışlar və onların alt sənədlərini) əmək müqavilələrinin, əmək kitabçalarının qeydiyyat jurnallarını və s.), kadr işləri üzrə sənədləri, hesabatları (vergi, m.d.s.s.h., işsizlikdən sığorta və icbari tibbi sığorta, statistika, əvvəlcədən ödənişlər üzrə banka təqdim olunmalı idxal sənədləri barədə hesabatları), debitor və kreditorlarla üzləşmə aktlarını, baş kitabı və digər uçot sənədləri və hesabatlarını təhvil vermədən cəmiyyətdən ayrılmışdır. Cari işlərə gəldikdə alıcılara hesab təqdim edərkən müqavilə öhdəliklərini tam əks etdirməmiş, hesabları əksik təqdim etmiş ("xxxx" MMC-yə iyul, avqust, sentyab r ayları üzrə), ödənişləri icra edərkən vergi qanunvericiliyinin tələblərinə riayət etməmiş (ƏDV-siz əsas məbləğlər ödəmiş (STN Biznes Mərkəzi MMC), ƏDV-sini əsas məbləğdən kifayət qədər gec ödəmiş, hesabatları boş göndərmiş, cəmiyyəti vergi öhdəliyi üzrə maliyyə sanksiyalarına məruz qoymuş), rəhbərliyin dəfələrlə çağırışına məhəl qoymadan bu işləri görməyə gəlməmişdir. İddiaçı xəstəlik vərəqəsi təqdim etmiş işçiyə normal əmək haqqı hesablamış (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sənədi ola-ola), əslində qanunvericiliyə görə həmin əməkdaşın müavinətin hesablanması üzrə təqdim etdiyi sənədlər əsasında protokol tərtib edilərək, egov saytında qeydiyyatdan keçirilməli, 4 təqvim günündən çox olan iş günlərinin sayına görə ödənişi (əmək stajına görə əslində 8 ilədək 60% olmaqla ödəni ş məbləğini düzgün təyin edərək) DSMF tərəfindən ödənilməsini təmin etməmişdir. Nəticədə MMC-yə 300 manat maddi ziyan vurmuşdur. İddiaçı cəmiyyətin nizam-intizam qaydalarını pozaraq rəhbərlikdən cəmiyyətin adına gələn məktubu gizlətmişdir. xx.xx.2021-ci il tarixində Xətai Rayon İcra və Probasiya Şöbəsindən MMC-nin adına gələn və xx.xx.2021-ci il tarixində qəbul etməyi barədə imzaladığı 17/7-147613/2021-4K nömrəli məktubu (icra sənədini) rəhbərlikdən gizlətmiş, bununla icra sənədi üzrə borclu kimi dövlət orqanlarından yayınmış, əmək haqqından vaxtında icra sənədi üzrə tutulma edilə bilməmiş, sənədin əslini belə özü ilə götürmüş, bu məlumatı rəhbərlikdən gizləməkdən qalmayaraq ona əməl etməmişdir. Bu barədə məlumatı İcra Şöbəsinin əməkdaşları MMC-yə zəng etdikdən sonra bilmişlər. İcra sənə dinə görə iddiaçının əmək haqqından (ümumilikdə 1.373 manat + 7% icra ödənişi - 96,11 manat, cəmi 1.469,11 manat) hər ay 50 % miqdarında pul tutularaq (yəni 2021-ci ilin sentyabr ayından) borclu olduğu təşkilatın hesabına köçürülməli idi. İddiaçının əmək haqqı ilə bağlı məsələləri təsdiq edən cədvəl X5 ünvanlanmış xx.xx.2021ci il tarixli məktubunda öz əksini tapmışdır. Ona işlədiyi dövr üzrə 6.833,97 manat ödənilməli olduğu halda, 7.103,32 manat ödənilmiş, nəticədə 269,35 manat artıq ödəniş edilmişdir. İddiaçının kadr işləri üzrə işə qəbul ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçası, sağlamlıq haqqında arayışı (COVİD pasportun surəti) iş qovluğunda yoxdur. O bütün sənədləri MMC-dən aparmış və qaytarmamışdır. İddiaçının ailə vəziyyətini (kirayədə qalmasını, kredit borclarının olma sını), yaş həddini, gələcək karyerasını nəzərə alaraq (yeni iş yerində problem yaşamaması üçün), dəfələrlə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamış, son nəticədə cəmiyyət daxilində yuxarıdakıları nəzərə alaraq inzibati akt tərtib edilmiş, işəgötürənin təşəbbüsü ilə MMC-nin xx.xx.2021-ci il tarixli 44-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X4 Bakı şəhər idarəsinin MN1064576 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsi əsası ilə MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1.500 manat cərimə edilməsi qərara alınmışdır.
12. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01/21 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə müddətsiz olaraq baş mühasib vəzifəsinə təyin edilmişdir. Onun aylıq vəzifə maaşı 1.115 manat olaraq müəyyən edilmişdir.
13. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati akta əsasən Cavabdeh MMC-nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən cəmiyyətdə baş mühasib vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixdə heç bir əsas olmadan, üzürsüz səbəbdən işə çıxmaması, cəmiyyətin nizam-intizam qaydalarını pozması və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilməməsi, cəmiyyətin işinə və adına xələl gətirməsi barədə qeyd edilmişdir. Bu səbəbdən də yaşı, ailə vəziyyəti, gələcək karyerası nəzərə alınaraq Əmək Məcəlləs inin 68.2-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
14. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli N-44-K nömrəli əmrə əsasən baş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1914/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbi təmin edilərək, Cavabdeh MMC-nin İddiaçı barəsində qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa olunması və 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli Əmri n verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının ödənilməsi qət edilmişdir.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddia tələbinə cavabdeh tərəfindən edilmiş etirazlarda iddiaçının 11 oktyabr 2021-ci il tarixdə işə üzürsüz səbəbdən gəlməməsi və bu səbəbdəndə bu hərəkəti kobud pozuntu kimi qiymətlədirilmiş və bu səbəbdən də Cavabdeh MMC-nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən xx.xx.2021-ci il tarixli inzibati akt tərtib edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən işçinin qeyd olunan tarixdə işə gəlməməyi, habelə işdə olmadığı üçün işəgötürənə zərər vurulmasının təsdiqi olaraq məhkəməyə, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tətrib edilmiş akt göstərilmişdir. Qeyd olunan akt iddiaçıya təqdim edilməmiş və yaxud iddiaçının həmin akta dair hər hansı mülahizəsi aktda qeyd olunmamışdır. Belə olan halda məhkəmə tərəfindən sübut olaraq cavabdeh cəmiyyətin əməkdaşları tərəfindən bir tərəfli qaydada tərtib edilmiş aktı mötəbər sübut olaraq qəbul edilə bilməz.
17. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının baş mühasib olaraq işlədiyi cəmiyyətdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədə müvafiq hesab edilmişdir. Lakin mübahisə predmeti olan əmrin verilməsi zamanı tərəflərin hazırki münasibətlərinin tənzimlənməsi üçün müəyyən edilmiş hərəkətlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Həmçinin, cavabdehin müvafiq əmr verdiyi zaman göstərdiyi hərəkətsizlik onun müvafiq normanın tələblərindən sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bununla birl ikdə, məhkəmə qeyd etmişdir ki, tətbiq edilmiş intizam tənbehi üzrə cavabdeh tərəfindən işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olması hallarına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin tə sdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci (4cü hissə), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311, 10, 70, 72, 186, 187 və 71-ci, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” və “Qavazov Bolqarıstana qarşı” işlər üzrə qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasın ı xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbinə etirazda göstərilənlərə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı işində ciddi nöqsanlara yol vermiş, işlərini vaxtlı-vaxtında və düzgün görməmiş, bəzi sənədləri rəhbərlikdən gizlətmişdir. İddiaçı xx.xx.2021-ci ildən sonra heç bir əsaslı səbəb olmadan işə gəlməmiş, rəbhərlik onunla telefon əlaqəsi saxlayaraq, əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsasın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə dəyişdirilməsi ilə bağlı etdikləri düzəliş X7 tərəfindən təsdiq edilmişdir və bu barədə sübutları məhkəməyə təqdim etmişlər. Eyni zamanda, iddiaçı cavabdeh MMC-də çalışmazdan əvvəl başqa müəssisədə işləmiş və həmin müəssisədən də Əmək Məcəlləs inin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək kitabçasını Məhkəməyə verməkdən yayınmasının səbəbi budur. Bu halın məhkəmə tərəfindən müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən bununla bağlı X7 Xidmətinə sorğu verilməklə sözügedən hal müəyyən edilməlidir. İddiaçı cavabdeh MMC-də işə qəbul olunan zaman bu halı rəhbərlikdən gizlətmişdir. Görünür ki, onun bütün əmək fəaliyyəti kobud pozuntularla bağlı olmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsində Əmək Müfəttişliyi mülki işə cəlb edilməsinə baxmayaraq, həmin qurumun məhkəmə bildirişini almaması səbəbindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Həmin quruma AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanına bildiriş göndərilməklə mə hkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsi üçün vaxtında və düzgün məlumat verilməsi iş üçün zəruridir. Məhkəmə sübutlara və şahid ifadələrinə düzgün qiymət verməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-878/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1914/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən, 8 aydan sonra dəyişiklik edilmiş əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunmuş, Məcəllənin 72-ci maddəsinin k onkret əsaslarına istinad edilməmişdir. Ümumiyyətlə əmr əsaslandırılmamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müstəqil əsasları nəzərdə tutan: 1. işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və
2. Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması halları öz əksini tapmamışdır. Bundan əlavə, əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü bəndlərinin tələbləri pozulmaqla, iddiaçının hansı pozuntularının konkret nədə ifadə olunması, nə vaxt və hansı şəraitdə törədilməsi, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulubpozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulması göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zər uriliyi əsaslandırılmamışdır. Bundan əlavə, iş materialları ilə cavabdehin iddiaçıdan izahat almaq istəməsi ilə bağlı hər hansı bir hərəkət etməsi halları müəyyən olunmur.
23. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidməti tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubda və sənədlərdə İddiaçı xx.xx.2021-ci il tarixdən müəssisədə baş mühasib vəzifəsində çalışdığı və onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi bildirilmişdir. İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuş, həmçinin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta halı yaranmışdır. İddiaçı son haqq-hesabı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilmədiyindən və əmək müqaviləsinə qanunvericiliyin teləbi pozular aq xitam verildiyindən, Cavabdeh MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinin tələblərinə uyğun olaraq 09 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur. Əmək müqaviləsinə xitam haqqında cəmiyyətin xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinin ləğv edilərək əvvəlki iş yerinə qaytarılmağı, həmçinin son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilməsinin təmin edilməsi ilə əlaqədar “KİNDEF" MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması ə sası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Digər tərəfdən, kollegiyanın qənaətinə görə iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir.
25. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq in tizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində dindirilən şahidlərin ifadələrinə qətnamədə qiymət verilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin şahidlər bilavasitə cavabdehin tabeliyində işləyən işçilər olmaqla, onların ifadələri iddiaçının barəsində Əmək Qanunvericiliyinin tələblərinin kobud pozulması ilə qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslı olması qənaətinə gəlmək üçün əsas yaratmır. Buna görə də kollegiya qeyd olunan şahid ifadələrinə digər sübutlarla birlikdə qiymət verməklə hesab etmişd ir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz.
27. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qətnamədə şahid ifadələrinə qiymət verilməməsi prosessual pozuntu olsa da, düzgün olan qətnamənin ləğvi üçün əsas yaratmır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84, 70, 72, 71 və 186-cı maddələri, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarına istinadla əsaslandırmışdır. Ka ssasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-878/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
31. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əli liyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
32. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
33. Maddə 68 (2-ci hissəsinin “a” bəndi).Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
34. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
35. Maddə 71. (2-ci hissə) Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funks iyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
36. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
37. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlm əsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayara q altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
38. Maddə 76. (1-ci hissə) İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
39. Maddə 80. (1-ci hissə) Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
40. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
41. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödə mələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
42. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
43. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.
44. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.
45. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
46. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin t əsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
47. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
48. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
49. Ma ddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
50. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını mə hkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməs i tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv ed ilməsi üçün əsas ola bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-878/2023 saylı, 18 yanvar 2023-cü il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.