Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1578/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Zülfi qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı Cavabdeh Zülfi qızına qarşı kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2300/2020 nömrəli iş üzrə xx xxxxxxx x 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 10 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli, “ailə tərkibi haqqında” arayışında qeyd edilmişdir ki, ünvan 1-in sahibi İddiaçıdır və Vəliyeva Könül Zülfi qızı həmin mənzildə qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, N-0084321 saylı “çıxarış”ına əsasən, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiy yata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(060)-2759/2011 saylı qətnaməsi ilə iddiaçı Vəliyeva Könül Zülfi qızının cavabdehlər İddiaçı, X4 və X3 qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Vəliyeva Könül Zülfi qızının apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(060)-2759/2011 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddiaçı Vəliyeva Könül Zülfi qızının cavabdehlər İddiaçı, X4 və X3 qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilərək, iddiaçı Vəliyeva Könül Zülfi qızı azyaşlı oğlu X5 ilə birlikdə cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda ye rləşən 35 “A” nömrəli binanın 1-ci mənzilinə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nəbiyeva Könül Zülfi qızının ona məxsus mənzilə köçürülməsinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə qət edilmiş, faktiki cavabdehin həmin mənzilə istifadə hüququ tanınmış, həmin qərar qanuni qüvvəyə minmişdir. Belə olan halda, cavabdehin hazırda ona məxsus olan mənzildən istifadə hüququ yaranmışdır ki, bu da onun həmin mülkiyyət üzərində hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Qeyd olunan hüquq normalarına əsasən mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ dövlət tə rəfindən qorunan hüquqdur və ona müdaxilə qanuni olmalıdır. Ona görə də 6000 manat kompensasiya ödənilməklə cavabdeh Nəbiyeva Könül Zülfi qızının ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 iddia həcminin artırılmasına dair ərizə verərək, 8000 manat kompensasiya ödənilməklə cavabdeh Nəbiyeva Könül Zülfi qızının ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Evlərin Alqı-Satqısı və kirayə verilməsi mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 1 otaqlı mənzilin kirayə haqqı hazırki bazar qiymətləri ilə 150-160, 2 otaqlı mənzillərin kirayəsi 170-200, 3 otaqlı mənzillərin kirayəsi 200-250 manat təşkil edir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 10 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, Vəliyeva X2 şəhəri, 12-ci mikrorayon, ev 35A, mənzil 1-də yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) xx xxxx 2020-ci il tarixli, 2(060)-2353/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notar iat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün yetərli məbləğdir. Cavabdeh apellyasiya şikay əti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində kompensasiyanın məbləğini mübahisələndirmiş, həmin məbləğin yetərli olmamasını qeyd etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanu nla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, m üəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı cavabdehə 8000 manat məbləğində kompensasiya verməklə mübahisəli mənzilə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hall arını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Təklif edilən məbləğ iddiaçının hesabına cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün yetərli məbləğdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh Zülfi qızına 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilmək yolu ilə onun ünvan 1-ə olan istifadə hüququna xitam verilməsi nəticəsinə gəlmişdir. Cavabdeh iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Onun apellyasiya şikayətinin dəlili formal mülahizələrd ən ibarət olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil Əvəz oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasını n yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqı nda razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını de yil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kass asiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam m übahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qeyd edilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Zülfi qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2300/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov